Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1463/2023 17.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Lənkəran şəhər şöbəsinə qarşı «faktın müəyyən edilməsi» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi xüsusi icaat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək Lənkəran RSU-6-da, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Lənkəran XRSU 12 nömrəli Təmir-tikinti idarəsində və xx.xx.1991-ci ildən xx.xx.2005-ci il tarixədək MTİİTS-də (xx.xx.1993-cü ildən idarənin adı dəyişilərək X2 Müəssisə adlandırılmışdır) işləməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Ərizəçi ərizəyə əlavə etdiyi əmək kitabçasından, X1 Müəssisə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 05 №-li Arayışdan(ona əlavə edilmiş əmək haqqı cədvəlidən), Lənkəran rayon 6 №-li təmir-tkinti sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 02 №-li Arayışdan müəyyən olunur ki, Ərizəçi xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü ilədək Lənkəran RSU-6-da, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Lənkəran XRSU 12 nömrəli Təmir Tikinti İdarəsində və xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək MTİİTS-də işləmişdir. Belə olan halda da şəxsin qeyd olunan tarixlərdə qeyd olunan müəssisələrdə işləməsi faktının məhkəmə qaydasında təsdiq edilməsinə hər hansı zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 308-ci maddəsinin, həmçinin «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2-ci bəndinin tələbindən də müəyyən olunur ki, hüquqi fakt o zaman məhkəmə tərəfindən müəyyən olunur ki, həmin faktın başqa qaydada müəyyən edilməsi mümkün deyildir. Hazırki işin hallarından isə müəyyən olunur ki, ərizəçinin məhkəmə qaydasında müəyyən edilməli olması tələb edilən hal artıq onun tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarının 13.3-cü bəndinə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, hazırki halda iddia ərizəsi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina olunmalı, Ərizəçi müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1, 152.1.7, 152.2, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Lənkəran şəhər şöbəsinə qarşı «faktın müəyyən edilməsi» tələbinə dair ərizəsinin icraata qəbulundan imtina edilsin. Ərizəçi müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə müraciət etmək hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-1463/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1463/2023
17.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver