Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1495/2024 27.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi qohumluq münasibətində olma faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək 1918-ci ildə doğulmuş və xx.xx.1983-cü il tarixdə vəfat etmiş X2nın 1911-ci ildə doğulmuş və 1943-cü ilin mart ayında X22 itkin düşmüş X23 ilə bacı-qardaş olaraq qohumluq münasibətində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur və hazırda da Lənkəran şəhərində yaşayır. X7 xx.xx.2004-cü il tarixdə, anası X19 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişlər. Ata tərəfdən babası X20, nənəsi isə X10 adlı şəxslər olmuşlar. Nənəsi 1918-ci ildə doğulmuş və xx.xx.1983-cü il tarixdə vəfat etmişdir. Mərhum nənəsinin qardaşı X23 1911-ci ildə doğulmuş, 1941-ci ildə X24 getmiş və 1943-cü ilin mart ayında müharibədə itkin düşmüşdür. Onların atababasından qalmış torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yarısına dair mərhum nənəsinin qardaşı X13 adına 1964-cü ildə Texniki pasport verilmişdir. Torpaq sahəsinin və fərdi yaşayış evinin qalan hissəsi isə mərhum nənəsinin adına olmaqla hazırda həmin hissəyə dair çıxarış sənədi əldə etmişlər. X5 adına olan hissəyə dair çıxarış sənədi əldə edə bilmirlər. X13 ailəsi və övladı olmadığından və o, xəbərsiz itkin düşməklə, bacısı X4 başqa vərəsəsi olmadığından həmin evdə onlar özləri yaşamış və mirası faktiki olaraq qəbul etmişlər. Lakin X2nın və onun qardaşı X13 doğum haqqında şəhadətnamələri olmadığına görə o, vərəsə kimi miras əmlakı qəbul edə bilmir. X2 və X13 bacı-qardaş olaraq qohumluq münasibətində olması faktının başqa qaydada müəyyən edilməsi mümkün olmadığından o, məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclaslarının ərizəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının ərizəçinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Ərizəçinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə onun tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, ərizəçi onun əridir. Ərinin mərhum X2nın və onun qardaşı X13 doğum haqqında akt qeydi və doğum haqqında şəhadətnaməsi olmadığından həmin şəxslərin bacı-qardaş olmaqla qohumluq münasibətində olmaları faktını təsdiq etmək mümkün deyildir. Həmin faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür və bu faktın müəyyən olunması ərizəçiyə mərhum X10 və onun qardaşı X11 miras qalan əmlakların vərəsələrinin adına rəsmiləşdirilməsi üçün lazımdır. X1 birinci növbədə vərəsəsi qalmamış, onun qardaşı X23 isə, ümumiyyətlə, nikaha daxil olmamış və övladı olmamışdır. X6 vəfatından sonra ərizəçi nənəsindən miras qalan əmlaklardan istifadə etməyə davam etməklə ondan qalan mirası faktiki olaraq qəbul etmişdir. Hazırki vəziyyətdə adı çəkilən şəxslərin qohumluq münasibətlərini təsdiq edən rəsmi sənəd olmadığından ərizəçi həmin şəxslərin qanun üzrə vərəsəsi olduğunu sübut edə bilmir. Ərizəçi həmin sənədləri əldə etmək üçün müvafiq orqanlara müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Onun müraciətinə cavab olaraq Qeydiyyat Şöbəsinin arxivində Lənkəran rayonu üzrə doğum haqqında akt qeydləri kitabında nənəsinin və onun qardaşının adına doğum akt qeydi aşkar olunmadığı, təqdim etdiyi sənədlərin isə doğum qeydinin bərpasına əsas olmadığı bildirilmiş və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. X1 X13 bacısı olması faktını onları tanıyan şəxslər və yaxın qohumları da təsdiq edə bilərlər. Həmin faktların müəyyən edilməsi isə yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərilən məlumatda iş yükünün çoxluğu ilə bağlı məhkəmə iclaslarının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərdi ki, Ərizəçi ilə qonşu olmuşlar. Hal-hazırda uzun illərdir ki, qonşudurlar. Ərizəçi evin tək oğlu olmuşdur. X3 1983-cü ildə vəfat etmişdir. X6 X23 adlı qardaşı olmuşdur. X23 onun atası Əliş Ağayevlə birlikdə X24 yollanmış, onun atası Əliş Ağayev müharibədən qayıtsa da, atasından eşitdiyi qədər X8 Vətən Müharibəsində itkin düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi ilə qonşu olmaqla həm də dostdurlar. Ərizəçi X1 yeganə oğludur. X10 1983-cü ildə vəfat etmişdir. Onda olan məlumata görə, X6 X23 adlı qardaşı olmuşdur. X8 Vətən Müharibəsinə yollanmış, lakin X22 itkin düşmüşdür. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, ərizəçiyə məxsus olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, o, xx.xx.1962-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur və hazırda da Lənkəran şəhərində yaşayır. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixdə verilmiş doğum haqqında akt qeydinə dair arayışdan müəyyən edilir ki, ərizəçi xx.xx.1962-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur onun valideynləri X18 və X19 adlı şəxslərdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Lənkəran filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, həmin arxivdə saxlanılan, 1941-ci ilə aid doğum aktı kitabında ərizəçinin X7nun xx.xx.1941-ci il tarixdə doğulduğu, onun atasının X20, anasının isə X10 adlı şəxslər olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında akt qeydinə dair arayışdan və xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ 450063 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, ərizəçinin X7 xx.xx.2004-cü il tarixdə, anası X19 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişlər. İş materiallarına əlavə edilmiş, Lənkəran rayon Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli arayışdan görünür ki, X18 xx.xx.2004-cü il tarixdə vəfat edərkən hazırki iş üzrə ərizəçi onun vərəsəsi olaraq müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında akt qeydinə dair arayışlardan müəyyən edilir ki, ərizəçinin ata tərəfdən babası X20 (Abbasoviç) xx.xx.2001-ci il tarixdə, X2 isə xx.xx.1983-cü il tarixdə vəfat etmişlər. İş materiallarına əlavə edilmiş, Lənkəran regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X10 xx.xx.2004-cü il tarixdə vəfat edərkən onun vərəsələrinin dairəsi müəyyən edilmişdir. Hazırki iş üzrə ərizəçi də onun vərəsəsidir. İş materiallarına əlavə edilmiş, Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan müəyyən edilir ki, həmin şöbənin arxivində 1948-ci ildən saxlanılan akt qeydləri kitablarında X20 ilə X6 nikahı haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş, Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan müəyyən edilir ki, həmin şöbənin arxivində 1948-ci ildən saxlanılan akt qeydləri kitablarında İbrahimov Cabar (Cabbar) Əhəd oğlunun ölümü haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş, 1964-cü ildə tərtib edilmiş, inventar nömrəsi 577 olan Texniki pasportun surətindən müəyyən edilir ki, X13 adına Lənkəran rayonu ərazisində həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizədən və Lənkəran regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş həmin tarixli müraciətə cavab məktubundan görünür ki, ərizəçi mərhum X2nın X23 ilə bacı-qardaş olaraq qohumluq münasibətində olması faktının müəyyən edilməsi ilə bağlı müvafiq sənədləri əldə etmək üçün adı çəkilən orqana müraciət etmiş, onun müraciətinə cavab olaraq Azərbaycan Respublikasının “Vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü il tarixədək daxil edilmiş məlumatlar üzrə X10 və X13 doğumu haqqında akt qeydləri aşkar olunmadığından ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşin məhkəmə araşdırması ilə əlaqədar məhkəmə tərəfindən müvafiq orqanlara sorğu göndərilmiş, həmin sorğulara cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, həmçinin, Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Lənkəran şəhər 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktublarda X13 1941-ci ildə hərbi xidmətə göndərildiyi və 1943-cü ilin mart ayında X22 itkin düşdüyü qeyd edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X10 1918-ci ildə anadan olmuş və xx.xx.1983-cü il tarixdə vəfat etmiş, onun vəfatından sonra ondan miras əmlak qalmışdır. Eyni zamanda, X13 da adına qeydiyyata alınmış əmlak vardır. Həmin əmlakların vərəsəlik hüququ əsasında qəbul edilməsi zərurəti yaranmışdır. X10 ilə X13 qohumluq münasibətlərində olmasını təsdiq edən sənəd - onların doğum haqqında şəhadətnamələri olmadığından onlardan miras qalan əmlakları həmin şəxslərin qanun üzrə vərəsələrinin adına rəsmiləşdirmək mümkün olmamışdır. X6 və X13 doğumu haqqında akt qeydi Dövlət arxivində və müvafiq qeydiyyat şöbəsinin arxivində də aşkar edilməmişdir. X10 və X13 qohumluq münasibətlərində olması faktının başqa qaydada təsdiq edilməsi və ərizəçinin bununla bağlı zəruri sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən şəxslərin qohumluq münasibətlərinin olması faktını - maddə 307.2.1) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. X6 hazırda birinci növbədə vərəsələrinin qalması, habelə, X13, ümumiyyətlə, birinci növbədə vərəsələrinin (arvadı və uşaqları) olması halları məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, hazırda X6 və X13 doğum haqqında şəhadətnamələri olmasa da, onların bacı-qardaş olmaları və ərizəçi ilə də qohumluq münasibətlərinin olması faktı iş materialları ərizəçinin dəlilləri ilə təsdiq olunduğundan, habelə ərizəçinin qohumluq faktını təsdiq edən sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün olmadığından X10 və X13 qohumluq münasibətlərində olmaları faktının, yəni həmin şəxslərin bacı-qardaş olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 307-309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 1918-ci ildə doğulmuş və xx.xx.1983-cü il tarixdə vəfat etmiş X6 1911-ci ildə doğulmuş və 1943-cü ilin mart ayında X22 itkin düşmüş X23 ilə bacı-qardaş olaraq qohumluq münasibətində olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-1495/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1495/2024
27.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver