Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-151/2024 20.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi «hüquqi faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında məhkəməyə ərizə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, H.Abdullayev küçəsi 11 nömrəli binada yerləşən 120 saylı mənzilin onun, yəni Ərizəçi sahibliyində və istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Lənkəran rayon Xalq məhkəməsinin 20 iyun 1988ci il tarixli qətnaməsinə əsasən keçmiş həyat yoldaşı X2 ilə yaşadığı B.O.Abbasov küçəsindəki 78/13 nömrəli binada 28 nömrəli 3 otaqlı mənzilin məcburi dəyişdirilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən xatirə Hüseynova 3 nəfər ailə üzvü olmaqla B.O.Abbasov küçəsi 78/22 nömrəli binada blok 1, mərtəbə 2-də olan iki otaqlı mənzilə köçürülmüşdür. O isə onu isə yaşadığı 78/13 nömrəli binada 28 nömrəli 3 otaqlı mənzilim X3 6 nəfər ailə üzvü ilə birlikdə yaşadığı İnşaatçılar küçəsi (indiki Hənifə Abdullayev küçəsi) 11 nömrəli binada 120 nömrəli mənzillə dəyişdirilmişdir. Həmin qərar qəbul olunarkən mənzilin nömrəsi 120 əvəzinə səhvən sonradan 60 göstərilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı tarixdən o Lənkəran şəhəri, İnşaatçılar küçəsi (indiki Hənifə Abdullayev küçəsi) 11 nömrəli binada 60 nömrəli mənzildə yaşayıb bütün komunal xərcləri ödəmişdir. Hazırda da həmin ünvanda yaşayır. Bütün qonşularda onun 1988-ci il tarixdən həmin ünvanda yaşadığını məhkəmədə şahid qismində təsdiq edə bilərlər. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşməsi haqqında qanunun 1-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondunun mülkiyətçisi mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, ha belə vətəndaşlığı olmayan şəxslərin yaşadlıqları mənzilləri (evləri) bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Bu Qanunun 3-cü maddəsində mənzil fondunun özəlləşdirilməsinin əsas pirinsipləri mənzil özəlləşdirilməsinin tam könüllülüyə əsaslandırılması, mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması, yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şəxslər və qaydalarla mülkiyyətə verilməsi, tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması, özəlləşdirmənin aşkarlığı, özəlləşmənin üzərində dövlət nəzarəti və ictimai nəzarət nəzərdə tutulmuşdur. Bu Qanunun 9-cu maddəsində müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən iyirmi gün ərzində həmin mənzilin vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsi daşınmaz əmlakın dövlət reysterindən çıxarışla rəsmiləşdirilib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. O hüquqlarından istifadə edərək Azərbaycan Respublikasının Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reysteri Xidmətinin Lənkəran ərazi İdarəsinə şifahi qaydada müraciət edərək order əsasında ona məxsus olan Lənkəran şəhəri, İnşaatçılar (indiki H.Abdullayev) küçəsi 11 nömrəli binanın 60 nömrəli mənzilin özələşdirilməsini istəmiş, lakin ona məxsus olan sənədlərə baxdıqdan sonra həmin sənədlərin Milli Arxiv İdarəsindən kötüyünün gətirilməsini tələb etdilər. Hazırda məhkəməyə təqdim etdiyi sənələri Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reysteri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi İdarəsinə təqdim etsə də həmin mənzilin onun adına rəsmiəşdirilməsinin mümkün olmadığını, 11/120 nömrəli evdə qeydiyyatda olduğunu bildirərək imtina etmiş, 60 saylı mənzilin isə adına rəsmiləşdirilməsindən ötrü həmin mənzilin faktiki olaraq onun istifadəsi və mülkiyyətim kimi onda olmasını barədə məhkəmə tərəfindən hüquqi əhəmiyyətli fakt kimi təsdiq ediləndən sonra mənzilin onun adına rəsmişəşdirilməsinin mümkün olacağı bildirilmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmənin iclasında Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianın iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi tələbinin əsaslı olduğu təsdiq edən aşağıdakı sübutları məhkəməyə təqdim etmişdir: Lənkəran ŞİH Lənkəran şəhər mənzil təsərrüfatı idarəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Hüseynov X1 şəhəri, H.Abdullayev küçəsi, ev 11 mənzil 120 ünvanında yaşayır. Lənkəran X.D.S. icrayə komitəsinin xx.xx.1988-ci il 21N-li iclas protokoluna əsasən H.Abdullayev küçəsi, ev 11 mənzil 120 səhvən mənzil 60 yazılmışdır. xx.xx.2022-ci il tarixli arxiv çıxarışından görünür ki, Lənkəran rayon xalq məhkəməsinin 20 iyun 1988-ci il tarixli məhkəmə iclasında X2 ilə keçmiş həyat yoldaşı Ərizəçi yaşadıqları B.O.Abbasov küçəsindəki 78/13 №-li binada 28 №-li 3 otaqlı mənzilin məcburi dəyişdirilməsi barədə qəbul edilmiş qətnaməyə əsasən Xatirə Hüeynova 3 nəfər ailə üzvü olmaqla B.O. Abbasov küçəsindəki 78/22 №-li binada blok 1, mərtəbə 2, 2 otaqlı mənzilə köçürülmüş, Ərizəçi yaşadığı 78/13 No-li binada 28 №-li, 3 otaqlı mənzil X3 6 nəfər ailə üzvü ilə yaşadığı İnşaatçılar küçəsindəki 11 №- li binada 60 №-li bir otaqlı mənzildə dəyişdirilmişdir. xx.xx.2016-cı il tarixli arxiv çıxarışından görünür ki, Lənkəran rayon Xalq məhkəməsinin 20 iyun 1988-ci il tarixli məhkəmə iclasında X2 ilə keçmiş həyat yoldaşı Ərizəçi yaşadıqları B.O.Abbasov küçəsindəki 78/13 №-li binada 28 №-li 3 otaqlı mənzilin məcburi dəyişdirilməsi barədə qəbul edilmiş qətnaməyə əsasən Xatirə Hüseynova 3 nəfər ailə üzvü olmaqla B.O. Abbasov küçəsindəki 78/22 №-li binada biok 1, mərtəbə 2, 2 otaqlı mənzilə köçürülmüş, Ərizəçi yaşadığı 78/13 №-li binada 28 №-li, 3 otaqlı mənzil X3 6 nəfər ailə üzvü ilə yaşadığı İnşaatçılar küçəsindəki 11 №-li binada 60 №-li bir otaqlı mənzillə dəyişdirilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* N-li arayışdan görünür ki, xx.xx.2005-ci il tarixdən Hüseynov X1 şəhəri. Hənifə Abdullayev küçəsi. ev 11\120 ünvanında qeydiyyatdadır. ƏSASLANDİRİCİ HİSSƏ: Beləliklə qeyd olunan sübutlarla müəyyən edilir ki, Lənkəran rayon Xalq Məhkəməsinin 20 iyun 1988-ci il tarixli qətnaməsinə əsasən X2 ilə keçmiş həyat yoldaşı Ərizəçi yaşadıqları B.O.Abbasov küçəsindəki 78/13 №-li binada 28 №-li 3 otaqlı mənzil məcburi dəyişdirilmiş, Xatirə Hüseynovanın 3 nəfər ailə üzvü ilə birlikdə B.O.Abbasov küçəsindəki 78/22 №-li binada blok 1, mərtəbə 2, 2 otaqlı mənzilə köçürülmüş, Ərizəçi yaşadığı 78/13 No-li binada 28 №-li, 3 otaqlı mənzil isə X3 6 nəfər ailə üzvü ilə yaşadığı İnşaatçılar küçəsindəki 11 №- li binada 60 №-li bir otaqlı mənzildə dəyişdirilmişdir. Ərizəçi 1988-ci ildən hazırki vaxtadək Lənkəran şəhəri, H.Abdullayev küçəsi 11 nömrəli binada yerləşən 120 saylı mənzildə (əvvəlki İnşaatçılar küçəsindəki 11 №- li binada 60 №-li bir otaqlı mənzildə) yaşamış, ondan istifadə və sahiblik etmişdir. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan iş materiallarında olan yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə gsrə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Lənkəran şəhəri, H.Abdullayev küçəsi 11 nömrəli binada yerləşən 120 saylı mənzilin Ərizəçi sahibliyində və istifadəsində olması faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-151/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-151/2024
20.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver