Məhkəmə qərarları › İş №2(049)-1515/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1515/2025

08.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1515/2025 08.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X2 xx.xx.2024-cü il tarixdə Lənkəran şəhərində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X3 ilə 2019-cu ildə tanış olub 2020-ci ildə faktiki ailə qurmuş və hal-hazıra kimi onunla faktiki nikah münasibətindədirlər. Birgə münasibətdən onların xx.xx.2024-cü ildə Cəsur adlı bir uşaqları anadan olmuşdur. Uşaq ev şəraitində doğulduğu üçün tibbi arayış olmadığından ona doğum haqqında şəhadətnamə ala bilməmişdir. Uşaq sağ və salamat anadan olmuş və hal-hazırda da onunla birlikdə yaşayır, poliklinikada qeydiyyatdadır. Cəsurun doğum faktının müəyyən edilməsi ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş və müvafiq həkim arayışı olmadığı üçün məhkəməyə müraciət etməsi ona məsləhət görülmüşdür. Hazırda Cəsur üçün doğum haqqında şəhadətnaməni başqa yolla əldə etmək mümkün deyil. Buna görə də xx.xx.2024-cü il tarixdə Cəsurun doğulması faktının müəyyən edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında izahat verən Ərizəçi nümayəndəsi Nümayəndə ərizəsini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs, Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Maraqlı şəxs Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ona övladının xx.xx.2024-cü ilə aid doğumu haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamış və məhkəməyə müraciət edə bilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran Rayon Mərkəzi X1 Şəxsin Lənkəran şəhər ailə sağlamlıq mərkəzinin xx.xx.2025-ci il tarixli 36 saylı arayışından görünür ki, Ərizəçi Ailə Sağlamlıq Mərkəzində qeydiyyatda olmamış və uşaq doğulandan sonra da müraciət etməmiş, uşağın doğumu barədə heç bir məlumat yoxdur, ona görə də sənəd verilməsindən imtina edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 1 nömrəli BŞX-nın pediatriya şöbəsinin verdiyi anket məlumatından görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X4 həkim S.Əmirova tərəfindən xx.xx.2024-cü il tarixdən başlayaraq mütəmadi olaraq müayinələrdə olunmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödəmişdir. . Məhkəmə ərizəçini izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, həqiqətən də doğum faktı müəyyən olunması tələb edilən X4 xx.xx.2024-cü il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Uşaq ev şəraitində doğulmuşdur. Hazırda anasının himayəsində yaşayır. Uşağın doğum faktının müəyyən edilməsi ərizəçiyə onun doğumunun qeydiyyata alınması üçün lazımdır. Övladının doğumu barədə qeydi başqa qaydada əldə edə bilmədiyindən ərizəçi göstərilən faktın müəyyən olunmasından ötrü məhkəməyə müraciət etmişdir. İşin göstərilən halları ərizəçinin izahatı və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nigah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5.7. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, X2 xx.xx.2024-cü il tarixdə Lənkəran şəhərində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.2024-cü il tarixdə Lənkəran şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar