Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-152/2023 15.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ümumi istifadədə olan gedişgəliş yolunun zəbtdən azad edilməsi və qanunsuz tikililərin sökülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ümumi istifadədə olan gedişgəliş yolunun zəbtdən azad edilməsi və qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 tərəfindən Lənkəran rayonu, Siyavar kəndində 0.26 ha torpaq sahəsində yerləşən onun, Nümayəndə1 və X4 birgə mülkiyyətində olan fərdi yaşayış evinə gedən ümumi istifadə üçün nəzərdə tutulmuş yolun üzərində qanunsuz inşa edilmiş tövlənin və ayaqyolunun cavabdehlərin hesabına sökülməsi, həmin ümumi yolun onun tərəfindən hasara alınmasına cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, 3 nəfər mülkiyyətçi üçün nəzərdə tutulmuş ümumi yoldan cavabehlərin istifadə etməsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə girişinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixdə Lənkəran rayonu, Siyavar kəndində anadan olmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə yuxarıda qeyd etdiyim ünvanda yaşayır. Lənkəran rayonu, Siyavar kəndində yerləşən 0.26 torpaq sahəsi onun və Nümayəndə1 hər birinin 1/9 hissə payları və X4 7/9 hissə payları olmaqla birgə mülkiyyətlərindədir. Həmin torpaq sahəsinin bir hissəsi mərhum anasından onlara miras qalmışdır, iki hissəsini isə onun övladları X2 və X3 tərəfindən qardaşı Nümayəndə2 bağışlamışlar. O, da öz növbəsində həmin iki hissəsini sabiq arvadı X6 bağışlamışdır. Həmin torpaq sahəsində yerləşən A 1 fərdi yaşayış evi qardaşı Nümayəndə1 mülkiyyətindədir. A 1 fərdi yaşayış evi onların birgə mülkiyyətlərində olan torpaq sahəsində yerləşsə də, həmin evi qardaşı Vəli özü inşa etmiş və hazırda da ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. Həmin torpaq sahəsində yerləşən A fərdi yaşayış evi isə onun, Nümayəndə1 və Nümayəndə2 sabiq arvadı X4 hər birinin 1/3 hissədə payları olmaqla birgə mülkiyyətlərindədir. Bütün bu xüsusatlar adına verilmiş çıxarışda da öz əksini tapmışdır. A fərdi yaşayış evi mərhum analarından onlara miras qalmışdır. Hazırda həmin A fərdi yaşayış evində X9 uşaqları ilə birlikdə yaşasa da, o da bir mülkiyyətçi kimi öz payından istifadə etmək istəyir. Həmin torpaq sahəsinə və torpaq sahəsində yerləşən fərdi yaşayış evinə qanunla gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Onlar həmişə həmin gediş-gəliş yolundan tam qaydada istifadə etmişlər. Həmin gediş-gəliş yolu onlar üç nəfər mülkiyyətçi üçün ümumi istifadə kimi nəzərdə tutulmuşdur. Qardaşım Vəli ilə istəyirlər ki, ümumi yolu onun torpaq sahəsindən ayırsınlar, lakin cavabdehlər buna imkan vermirlər və hər cür vasitə ilə buna maneə yaradırlar. Eyni zamanda o, 17 mart 2022-ci il tarixdə Daşınmaz Əmlakın Reyestr Xidmətinin mütəxəssisi ilə öz həyətimə gedib, bəzi işləri görmək istəyərkən, cavabdehlər buna imkan vermədilər və ona 500 manatdan çox ziyan vurdular. Cavabdehlər eyni zamanda ata həyətinin bölgüsü ilə əlaqədar qardaşlar arasında gedən söhbətlərə müdaxilə edirlər, onun həllinə imkan vermirlər və hətta qardaşlar arasında konfliktlər yaradırlar. Həmçinin paylı mülkiyyətçi olan Ziba ona öz paylı mülkiyyətində olan torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən evdən istifadə etməyə imkan vermir və cavabdehlər də onu dəstəkləyirlər. Beləliklə, cavabdehlər ona imkan vermirlər ki, o, paylı mülkiyyətində olan əmlakından bir mülkiyyətçi kimi istifadə etsin. Məhz bu səbəbdən cavabdehlərin bu qanunsuz hərəkətlərindən artıq bir dəfə məhkəməyə müraciət etmişdir, lakin cavabdehlər onun bacısı və yeznəsi olduğu işin icraatının baxılmamış saxlanılması barədə ərizə vermişdir ki, bəlkə onlarla ümumi dil tapıb aralarında olan mübahisəni sülh yolu ilə həll etsin. Lakin o, buna cəhd etsə də, onlar tərəfindən hər hansı bir addım atılmamışdır. Ona görə də o, təkrarən iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göründüyü kimi iddia tələbi üzrə mübahisə edilən yol bələdiyyə mülkiyətinə aiddir. Belə olan halda hesab edir ki, həmin ümumi istifadədə olan torpaqda yerləşən yol cavabdehlərin istifadəsində olan torpağa aid olmadığından həmin yolun bağlanması hüquqdan sui-istifadə hesab edilərək, açılmalı və əvvəlki vəziyyətdə yəni ümumi istifadədə olan torpaqda yerləşən yol kimi istifadəyə verilməlidir. Məhkəmə baxışında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, İddiaçı onun doğma qardaşıdır, Lənkəran rayonu, Siyavar kəndində yerləşən ev onun, qardaşı İddiaçı və Ziba Sadıqovanın paylı mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh1 onların doğma bacısı, Cavabdeh2 isə onun həyat yoldaşıdır. Cavabdehlər İddiaçı evin həyətyanı torpaq sahəsində olan gediş-gəliş yolundan istifadədə maneçilik yaradırlar. Layihədə nəzərdə tutulmuş gediş-gəliş yolunun sxemi ona məlumdur. Həmçinin sözügedən həyətyanı torpaq sahəsinə bitişik İddiaçı məxsus başqa torpaq sahəsi və fərdi yaşayış evi mövcuddur. İddia tələbində qeyd edilən tövlə və ayaqyolunun yerləşdiyi ərazidən Əfladin özünə məxsus olan həmin həyətyanı sahəyə daş hasarla ayrıca gedişgəliş yolu ayırmaq istəyir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən Cavabdeh2 ona qarşı irəli sürülən iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, hazırki mülki iş üzrə mübahisələndirilən həyətyanı torpaq sahəsində ona məxsus olan fərdi yaşayış evi də vardır və o, iş üzrə digər cavabdeh olan həyat yoldaşı ilə birlikdə həmin evdə yaşayır. Bu səbəbdən də öz evinə gedib gəlmək üçün həyətyanı sahədə yerləşən və ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolundan iddiaçı ilə birgə istifadə edir. Bundan əlavə həmin həyətyanı sahədə yerləşən ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolundan istifadədə onun tərəfindən iddiaçıya heç bir maneə yaradılmamışdır. İddia tələbində qeyd edilən tövlə və ayaqyolu tikilisinin layihədə nəzərdə tutulmuş ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yoluna heç bir aidiyyəti yoxdur. Həmin tikililər yoldan tamamilə kənarda yerləşir. İddia tələbi əsassız olduğundan onun rədd edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə2 irəli sürülən iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh1 onun doğma bacısıdır və mübahisəli torpaq sahəsində onun həyat yoldaşına məxsus ev mövcuddur. Həmçinin həmin həyətyanı sahədə olan ümumi gediş-gəliş yolundan istifadədə iddiaçıya Gülpəri Abdullayev tərəfindən heç bir maneçilik yaradlmamışdır. İddiaçının sözügedən iddia tələbini məhkəməyə verməkdə əsas məqsədi ona məxsus olan və mübahisəli həyətyanı torpaq sahəsinin arxasında, ona bitişik yerləşən həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə ayrıca yol çəkdirməkdir. Belə ki, o, həyətyanı sahədə mübahisələndirilən tövlə və ayaqyolunu bunun üçün heç bir qanuni əsas olmadan sökdürərək onların yerindən öz həyətinə daş hasarla yol çəkdirmək istəyir. Halbuki, həmin tikililər ümumi istifadədə olan gediş-gəliş yolunun üzərində deyildir və ona heç bir aidiyyəti yoxdur. İddia tələbi əsassız olduğundan onun rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş ********** və ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran rayonu, Siyavar kəndi ərazisində yerləşən, ümumi sahəsi 0,2311 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 145.9 kv.m. olan fərdi yaşayış evi Nümayəndə1, X9 və İddiaçı paylı mülkiyyətindədir. İş üzrə məhkəmənin təşəbbüsü ilə təyin edilmiş mühəndis-texniki ekspertizasına dair Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş 3-16-16/2-10/7164 nömrəli 04 oktyabr 2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2438/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Siyavar kəndi ərazisində yerləşən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** və ********** qeydiyyat nömrəli Çıxarış ilə İddiaçı və qeyrilərinin paylı mülkiyyətlərində olan 0,26 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətinin üst-üstə düşməsi müəyyən olunmuşdur. Həmin paylı mülkiyyətdə olan 0,26 ha torpaq sahəsinə kompleks yerquruluşu layihəsinə əsasən gediş-gəliş yolunun nəzərdə tutulması müəyyən olunmuşdur. Faktiki vəziyyətdə də torpaq sahəsinə həmin yerdən gediş-gəliş yolunun mövcud olması müəyyən olunmuşdur. Məhkəmənin təşəbbüsü ilə mübahisəli torpaq sahəsinə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş ********** və ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən, Nümayəndə1, X9 və İddiaçı paylı mülkiyyətində olan Lənkəran rayonu, Siyavar kəndi ərazisində yerləşən evin həyətyanı sahəsinin bir girişi mövcuddur və həmin girişdə dəmir darvaza quraşdırılmışdır. Həyətyanı sahəyə giriş küçədəndir və küçədən həyətyanı sahəyə girişdə maneə mövcud deyil. Sözügedən darvazadan Nümayəndə1, X9 və İddiaçı paylı mülkiyyətində olan evə doğru gediş-gəliş yolu mövcuddur və həmin yolun üzərində evə qədər olan hissədə heç bir tikili mövcud deyildir, yol sərbəstdir. İddia tələbində qeyd edilən və iddiaçı tərəfindən sökülməsini tələb etdiyi tövlə və ayaqyolu tikilisi dəmir darvazadan evə doğru olan yoldan kənarda inşa edilmişdir və gediş-gəlişə maneə yaratmır. Həyətyanı sahədə sözügedən fərdi yaşayış evindən başqa fərdi yaşayış evləri mövcuddur və evlərdə yaşayan şəxslərin həyətyanı sahəyə girişləri də yuxarıda qeyd edilən dəmir darvazadandır. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, Nümayəndə1, X9 və İddiaçı paylı mülkiyyətində olan Lənkəran rayonu, Siyavar kəndi ərazisində yerləşən evin həyətyanı sahəsinə küçədən girişdə maneə mövcud deyil. Sözügedən həyətyanı sahəsinin Nümayəndə1, X9 və İddiaçı paylı mülkiyyətində olan evə doğru gediş-gəliş yolu mövcuddur və həmin yolun üzərində evə qədər olan hissədə heç bir tikili mövcud deyildir, yol sərbəstdir. İddia tələbində qeyd edilən və iddiaçı tərəfindən sökülməsini tələb etdiyi tövlə və ayaqyolu tikilisi dəmir darvazadan evə doğru olan yoldan kənarda inşa edilmişdir və gedişgəlişə maneə yaratmır. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 sözügedən həyətyanı torpaq sahəsində özlərinə məxsus fərdi yaşayış evində yaşayırlar və həyətyanı sahəsinin girişindən və iddia tələbində qeyd edilən həyətyanı sahədə olan gediş-gəliş yolundan iddiaçı ilə birlikdə ümumi istifadə edirlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi də müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1 maddəsinə əsasən, öaylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı paylı mülkiyyətində olan fərdi yaşayış evinə və evin həyətyanı sahəsinə gediş-gəliş yolunda hər-hansı maneə və tikililər mövcud olmadığından, iddia tələbində sökülməsi tələb edilən tövlə və ayaqyolu tikilisi həmin yolun üzərindən kənarda inşa edildiyindən və cavabdehlər sözügedən həyətyanı sahədə özlərinə məxsus olan fərdi yaşayış evinə getmək üçün hazırki mülki iş üzrə mübahisələndirilən gediş-gəliş yolundan istifadə etdiklərinə görə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. iş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı oğlunun tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunarkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün iş üzrə iddiaçının ödədiyi məhkəmə xərci onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ümumi istifadədə olan gedişgəliş yolunun zəbtdən azad edilməsi, qanunsuz tikililərin sökülməsi, ümumi yoldan cavabehlərin istifadə etməsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə girişinə qadağa qoyulması” tələbi barədə iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-152/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-152/2023
15.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver