Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1554/2025 19.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cavabdehə məxsus olan əşyaları fərdi yaşayış evindən çıxarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonunun Veravul kəndində yerləşən Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ona, yəni İddiaçı məxsus xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh məxsus olan 1 ədəd qab dolabı, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd paltar dolabı, 1 ədəd mətbəx mebeli, 2 ədəd balaca xalça, 1 ədəd böyük xalça, 6 ədəd stul, 1 ədəd stol, 2 ədəd döşək, 6 ədəd balış və 4 ədəd nimdarın çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonunun Veravul kəndində torpaq sahəsi 0,14 ha olan ümumi sahəsi 156,20 kv.m olan 1 mərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evim vardır. Həmin mənzilin mülkiyyətinə verilməsi barədə 08.08 2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Həmin mənzilə çıxarış almamışdan əvvəl mənim faktiki mülkiyyətimdə olduğu üçün oğlu Rüfətin toyundan sonra oğlum gəlinim Aysel ilə birlikdə həmin evdə yaşamışlar və Aysel ona hədiyyə verilmiş cehizləri də həmin evə gətirmişdir. Sonradan Rüfət ilə Ayselin aralarında olan ailə münasibətləri pozulmuş və onlar ayrılmışlar. Belə ki, Ayselin verdiyi iddia ilə bağlı Lənkəran Rayon Məhkəməsinin 2(049)-1813/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuşdur. Bundan sonra Aysel öz əmlaklarını onun şəxsi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarmamışdır. Aysel özünə məxsus olan cehiz şyalarını həmin evdən çıxarmamış, evin açarlarını da, özündə saxlamaqla onun mülkiyyətində olan əmlakından sərbəst istifadə etməyinə imkan verməmişdir. Həmin evin açarlarını eyni zamanda anasına da vermişdir. Onu da qeyd edib ki, hazırda cavabdeh digər şəxslə ailə həyatı quraraq evlənmişdir. Həmin evdən qanunsuz olaraq istifadə etməklə onun şəxsi əmlakımdan istifadə etməyimə imkan vermir. Bundan sonra dəfələrlə Ayselin atası Fərəqət vasitəsi ilə Ayselə əmlakları evdən çıxarılmasını tələb estə də o, əmlaklarını çıxarmaqdan imtina etmişdir. Beləliklə də cavabdeh onun mülkiyyətində olan evində olan əşyalarını könüllü olaraq çıxarmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh həqiqətən də iddiaçının oğlu ilə nikahının polzulduğunu və yeni ailə həyatı qurduğunu, cavabdehə məxsus evdə əşyaları olduğunu və məhkəmə baxışına qədər əşyalara baxıb evdən əşyaları çıxaracağını bildirmişdir. Lakin məhkəmə baxış iclasına cavabdeh gəlməmiş və hər hansı sübutlar təqdim etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan və «Fərdi yaşayış binasının Texniki Pasportu»ndan görünür ki, Lənkəran rayonu, Veravul kəndində yerləşən 0,14 ha torpaq sahəsinin hüquqi sahibləri İddiaçı, X1 və X6, 156.20 kv/metr fərdi yaşayış evi isə İddiaçı məxsusdur. Daşınmaz Əmlakın Qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli ********** saylı arayışdan görünür ki, Lənkəran rayonu Veravul kəndində yerləşən xüsusi təyinatlı 156.2 kv/metr fərdi yaşayış evi xx.xx.2024-cü il tarixə 29 min manat dəyərindədir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-1813/2024 saylı qətnaməsindən görünür ki, cavabdeh X2 Lənkəran Rayon Məhkəməsinin 11 yanvar 2023cü il tarixli 2(049)-60/2023 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək 03 sentyabr 2010-cu il təvəllüdlü X4 və 05 yanvar 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay X2 hər uşağa 170 manat olmaqla, cəmi sabit pul məbləğində 340 manat aliment alınaraq iddiaçı Cavabdeh Fərəqət qızına ödənilməsi qət edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4 Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Göründüyü kimi, Lənkəran rayonu, Veravul kəndində yerləşən 0,14 ha torpaq sahəsinin hüquqi sahibləri İddiaçı, X1 və X6, 156.20 kv/metr fərdi yaşayış evi isə İddiaçı mülkiyyətindədir. Belə olan halda iddiaçı qanunun yuxarıda göstərilən tələblərinə əsasən qeyd edilən evdə yerləşən cavabdehə məxsus əşyaların evdən çıxarılmasını tələb etməyə subyektiv hüququ vardır. Bu mülkiyyətçinin hüquqlarının müdafiəsindən irəli gəlir. Lakin işin hallarından da göründüyü kimi cavabdeh öz cehiz əmlaklarını ilk nikahında gəlin köçdüyü iddiaçıya məxsus evdən çıxarmadığına görə iddiaçı tərəfindən məhkəməyə mürciət edilmişdir. Bu hal işin məhkəməyə hazırlanması zamanı cavabdeh tərəfindən də etiraf olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Lənkəran rayonunun Veravul kəndində yerləşən Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh məxsus olan 1 ədəd qab dolabı, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd paltar dolabı, 1 ədəd mətbəx mebeli, 2 ədəd balaca xalça, 1 ədəd böyük xalça, 6 ədəd stul, 1 ədəd stol, 2 ədəd döşək, 6 ədəd balış və 4 ədəd nimdar çıxarılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-1554/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1554/2025
19.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver