Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1563/2023 30.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqı» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə işdən çıxarılmağını Konstitusion hüququnun pozulması hesab etməklə, 2019-cu il 6 dekabr tarixdə onun müddətsiz müqavilənin 9 aylıq müqavilə ilə əvəz olunması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü bəndinə zidd olması, Həmin Məcəllənin 16-cı maddəsinin 1-ci hissəsinin şərtlərinin pozulması, qanunlara uyğun olaraq konstitusion hüququnu bərpa etməklə, eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin İİ hissəsini nəzərə almaqla, onun vəzifəsinə təyinatla əlaqədar qanun pozuntuları, Vel kənd tam orta məktəbində məcburi işəburaxma müddətinə görə əmək haqların ödənilmək şərti ilə işə bərpa olunmağına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddi ərizəsində və məhkəmədə verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1971-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş, 1975-ci ildə həmin institutun filologiya fakültəsini bitirərək Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasını almışdır. Rayonun Gərmətük, Vel, Şürük kəndlərində ixtisası üzrə işləmişdir. 1982-1986-cı illərdə azad komsomol təşkilatı katibi, 1986-cı ilin noyabr ayında Vel kənd orta məktəbinə tərbiyəvi təşkilatçı tərbiyəvi işlər üzrə direktor müavini təyin olunmuşdur. 06 dekabr 2019-cu ildə onun 65 yaşı tamam olmuşdur. Vel kənd tam orta məktəbin direktor əvəzi Zamin Abdullayevin, Lənkəran ŞTŞ-nin müdiri Ülviyyə Əliyevanın və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Lənkəran-Astara regional maliyyə hesablaşma idarəsinin rəisi Seyran Novruzovun razılığı və təkidləri əsasında onun müddətsiz müqavilə müddəti 1 illik müqavilə əvəz edildi. Onunla hətta 1 il əvəzinə 9 ay müddətinə müqavilə bağlanıldı. Yəni Konstitusiyaya zidd hesab etdiyi qanunun tələbləri (çalışmanın son yaş həddi) belə pozuldu. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü hissəsində yazılmışdır: Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 9 ay müddəti bitəndən sonra daha onun müqavilə müddəti uzadılmadı. Çalışmanın son yaş həddi qanununu antikonstitusion qanun hesab edir və bu qanuna öz etirazını bildirir. Çünki bu qanunla tək onun yox, ümumiyyətlə Azərbaycan vətəndaşının hüquq və azadlıqları pozulur. O 2 ildən çoxdur qanunsuz işdən çıxarılmağına görə konstitusion hüquqlarını tələb edir. Azərbaycan Respublikasının Prezidentinə, Baş Nazirə, Milli Məclisə çoxsaylı müraciətlər etmişdir. Milli Məclisə göndərdiyi şikayət məktubuna 11 mart 2022-ci il tarixdə cavab almış, cavabda Konstitusiya Məhkəməsinə qədər şikayət etmək hüququ olduğu bildirilmişdir. Həmçinin cavabda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, siyasi baxışlarma, irqinə, dininə, yaşayış yerinə, əmlak vəziyyətinə, əqidəsinə, ictimai-siyasi mənşəyinə, yaşama və s. əməyin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi qəti qadağandır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci hissəsinin rəsmi şərhində Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 6-cı bəndində və Azərbaycan Respublikasının qoşulduğu BƏT-in «Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında» 111 №-li Konvensiyasında əks etdirilən prinsiplər göstərilmişdir. Əmək sahəsində fundamental prinsiplər və hüquqlar barədə BƏT-in 1998-ci ilin iyununda Cenevrədə qəbul etdiyi Bəyannaməsinin 2-ci bəndində əmək və məşğulluq sahəsində ayrı-seçkiliyin yolverilməzliyi xüsusi qeyd olunur və üzv ölkələrdən onun vicdanla yerinə yetirilməsi tələb olunur. Azərbaycan Respublikasında BƏT-in üzvüdür. Məhz göstərilən prinsipləri nəzərə alaraq Azərbaycan qanunvericisi 16-cı maddənin 1-ci hissəsində əmək münasibətlərində yolverilməz hesab edilən amilləri sadalayır və bu amillər içərisində yaş amili də qeyd olunmuşdur. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasının əlaqədar müddəaları və Əmək Məcəlləsinin müvafiq maddələri, həmçinin BƏT-in 1958-ci il Konvensiyası və 1998-ci il Bəyannaməsi “Çalışmanın son yaş həddi” qanununu inkar edir. Bütün bunlara baxmayaraq onunla Lənkəran ŞTŞ-nə rəhbərlik edənlərin qeyri obyektivliyi sayəsində hətta həmin bu antikonstitusion hesab etdiyi qanunun yol verdiyi 1 il, 1 il 5 illik müddətli müqavilə bağlamaqdan belə imtina olunmuşdur. Səbəbi yerinə diplomunun həqiqiliyi belə şübhə doğuran X2 təyin olunması idi. Yəni əsas səbəb onu işdən çıxarıb yerini boşaltmaq, həmin yerə diplomunun həqiqi və ya saxta olub-olmamasna əhəmiyyət vermədən kimi gəldi təyin etmək olmuşdur. Bundan ötrü də Lənkəran ŞTŞ-nə rəhbərlik edənlər “Çalışmanın son yaş həddi” qanununu hüquqi əsas kimi göstərirlər. Ona görə də Azərbaycan Respublikasının vətəndaşı kimi “Çalışmanın son yaş həddi” qanununa etirazını bildirməklə konstitusion Azərbaycan Respublikamın Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci hissəsinin rəsmi şərhində Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 6-cı bəndində və Azərbaycan Respublikasının qoşulduğu BƏT-in “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqınfda 111 №-li Konvensiyasında əks etdirilən prinsiplər göstərilmişdir. Əmək sahəsində fundamental prinsiplər və hüquqlar barədə BƏTin 1998-ci ilin iyununda Cenevrədə qəbul etdiyi Bəyannaməsinin 2-ci bəndində əmək və məşğulluq sahəsində ayrı-seçkiliyin yolverilməzliyi xüsusi qeyd olunur və üzv ölkələrdən onun vicdanla yerinə yetirilməsi tələb olunur. Azərbaycan Respublikasında BƏT-in üzvüdür. Məhz göstərilən prinsipləri nəzərə alaraq Azərbaycan qanunvericisi 16-cı maddənin 1-ci hissəsində əmək münasibətlərində yolverilməz hesab edilən amilləri sadalayır və bu amillər içərisində yaş amili də qeyd olunmuşdur. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasın m əlaqədar müddəaları və ƏM-nin müvafiq maddələri, həmçinin BƏT-in 1958-ci il Konvensiyası və 1998-ci il Bəyannaməsi “Çalışmanın son yaş həddi” qanununu inkar edir. Bütün bunlara baxmayaraq onunla Lənkəran ŞTŞ-nə rəhbərlik edənlərin qeyri obyektivliyi sayəsində hətta həmin bu antikonstitusion hesab etdiyi qanunun yol verdiyi 1 il, 1 il 5 illik müddətli müqavilə bağlamaqdan belə imtina olunmuşdur. Səbəbi yerinə diplomunun həqiqiliyi belə şübhə doğuran X2 təyin olunması idi. Yəni əsas səbəb onun işdən çıxarıb yerini boşaltmaq, həmin yerə diplomunun həqiqi və ya saxta olub-olmamasına əhəmiyyət vermədən kimi gəldi təyin etmək olmuşdur. Bundan ötrü də Lənkəran ŞTŞ-nə rəhbərlik edənlər “Çalışmanın son yaş həddi” qanununu hüquqi əsas kimi göstərirlər. Ona görə də o Azərbaycan Respublikasının vətəndaşı kimi “Çalışmanın son yaş həddi” qanununua etirazını bildirməklə konstitusion hüququnu tələb edir. Onun belə bir qanunla işdən çıxarılmağına Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 6-cı bəndi, (əmək hüququ) 71-ci maddənin 2,5,6 və 10-cu bəndləri, 147-ci maddənin 1,2,3-cü bəndləri, habelə bu Konstitusiyanın 152 və 155-ci maddələri, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci hissəsi və 45-ci maddənin 3-cü hissəsi, BƏT-nin 1958-ci il konvensiyası və 1998-ci il Bəyannaməsi yol vermir. Azərbaycan Respublikasının Konstitusiyasının 155-ci maddəsinin əlaqədar hissəsini qeyd edir. Maddə 155. Bu Konstitusiyanın İİİ fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz. O işdən çıxarılarkən antikonstitusion hesab etdiyi “Çalışmanın son yaş həddi” qanunun tələbləri belə pozulmuşdur. Onun işdən çıxarılmağına əsas verən həmin antikonstitusion qanuna görə müqavilə 9 aylıq yox, bir illik bağlanılmalı idi. Ondan əlavə həmin dövrdə Koronavirusla əlaqədar karantin dövrü idi. Azərbaycan Respublikasının Nazirlər Kabineti 65 yaşh insanların iş yerinə müvəqqəti buraxılmaması barədə qərar qəbul etmişdi. İşçi müxtəlif üzürlü səbəblər üzündən iş yerində olmadıqda onu işdən azad etmək olmaz. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən müddətli müqavilə ilə işləyən işçi özündən asılı olmayan səbəblər üzündən iş yerində olmadıqda əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqavilə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Ancaq həmin dövrdə xx.xx.2020-ci il tarixdə məlum qərarla əlaqədar iş yerində olmadığı halda onun işdən azad olunmağı haqqında əmr verilmişdir. Halbuki, Əmək Məcəlləsinin 73-cü maddəsinin ikinci bəndinə görə onun işdən çıxarılmağı 65 yaşlıların işə buraxılması təmin olunana qədər uzadılmalı idi. Bayaq qeyd etdiyi onun yerinə təyinat məsələsinə aydınlıq gətirmək istəyir. Həm Lənkəran ŞTŞ-nin müdiri Ülviyyə Əliyevanın, həm də Vel kənd tam orta məktəbin direktor əvəzi Zamin Abdullayevin bu zaman xüsusi məqsədləri və hətta maraqları olmuşdur. Bu məqsədi doğuran səbəbin məhkəmə tərəfindən araşdırılmasını xahiş edir. Çünki onun yerinə təyin olunan X2 diplomunun saxta olması haqqında böyük şübhələr vardır. O bu barədə Lənkəran ŞTŞ-nin müdiri Ülviyyə Əliyevaya məlumat da vermişdir. Məktəbin direktor əvəzi Z.Abdullayev isə bu barədə daha məlumatlı idi. X3 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetin Mingəçevir filialının tarix fakültəsinə «daxil olur». 2002-ci ildə Beynəlxalq Universitetin Mingəçevir filialı ləğv olunur. Həmin il X3 o dövrdə Vel kənd tam orta məktəbinin direktoru işləmiş Beytulla Cəfərov tərəfindən Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialını tarix ixtisası üzrə bitirmiş məzun kimi məktəbə tarix müəllimi vəzifəsinə təyin olunur. Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir fililı 2000-ci ildə Heydər Əliyev cənablarının fərmanı ilə yaradılmışdır. 2015-ci ildə bu filial ləğv edilərək Mingəçevir Dövlət Universitetinin tərkibinə verilmişdir. Sözü gedən şəxs bu institutun 4-cü kursunu 2002-ci ildə «bitirmişdir». İkinci bir fakta görə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında nə tarix fakültəsi, nə də tarix ixtisası olmamışdır. Ancaq həmin dövrdə xx.xx.2020-ci il tarixdə məlum qərarla əlaqədar iş yerində olmadığı halda onun işdən azad olunmağı haqqında əmr verilmişdir. Halbuki, Əmək Məcəlləsinin 73-cü maddəsinin ikinci bəndinə görə onun işdən çıxarılmağı 65 yaşlıların işə buraxılması təmin olunana qədər uzadılmalı idi. 2022-ci ilin aprel ayında Cavabdeh yaradılmış, idarənin müdiri Elxan Nəcəfova bu barədə həm yazılı, həm də şifahi məlumat vermişdir. Elxan Nəcəfov ona yazdığı cavab məktubunda bildirir ki, onun yerinə nümunəvi tarix müəllimi Səlimova Sevinc təyin olunmuşdur. Elxan Nəcəfova görə nümunəvi tarix müəllimi Səlimova Sevinc diaqnostik imtahanda ondan iki dəfə az bal yığmışdır. Bu 5 ballı qiyməti cədvəli ilə qiymətləndirilsə onun aldığı qiymət «2» -dir. X1 diplomunun saxta olması haqqında böyük şübhələr vardır. Cavabdeh iddiaya qarşı etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Yazılı etirazda və iddiaçının Cavabdeh nümayəndəsi Nümayəndə izahatlarında iddiaya qarşı etiraz onunla əsaslandırılmışdır ki, real vəziyyətə görə İddiaçı 2019-cu ildə 65 yaşı tama olması ilə əlaqədar işəgötürən tərəfindən onun müddətsiz əmək müqaviləsini Əmək Məcəlləsinin 10-1.1, 10-1.2, 11, 68.2-ci maddəsinin «b» bəndi, 70-ci maddənin «e» bəndini, 73.1-ci maddəsini rəhbər tutaraq xx.xx.2020-ci il tarixdən xitam vermişdir. Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Bunu rəhbər tutaraq həmən tarixdən işəgötürən tərəfindən qeyd edilən maddəni rəhbər tutaraq 2019-2020-ci tədris ili üçün İddiaçı çalışma müddətini xx.xx.2019-ci il tarixdən xx.xx.2020-ci il tarixədək uzatmış və xx.xx.2020-ci il tarixdən xitam vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin: Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır Hər kəs qanımla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Konstitusiyanın 35.4-cü maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Konstitusiyanın 38.3-cü maddəsinə əasən "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısmı itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-ci maddəsinin 2 bəndinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin İddiaçı xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verməsinə baxmayaraq xx.xx.2022-ci il tarixdə ilk olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Prosesual müddəti pozmasma baxmayaraq müddətin bərpası ilə əlaqədar ərizə ilə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 47.1. maddəsinə əsasən "İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar". Lakin bütün bunlara baxmayaraq İddiaçı Əmək Məcəlləsinin tələblərini nəzərə almayaraq hec bir hüquqi əsası olmayan, qanunazid ittihamlar irəli sürərək işə bərpa olunmasını iddia edir. Eyni zamanda iddianın mahiyyətinə aid olmayan, digər şəxsləri ittiham etməklə iddia ərizəsini məhkəməyə təqdim etmişdir, (məktəbin direktor müavini X2 fərziyələrə əsaslanaraq, hec bir təsdiqedici sənəd təqdim etmədən diplomunun saxta olmasmı bildirir) İddiaçı Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin tələblərinə riayət etmədən prosesual normaları da pozmuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikası Əmək Məcəlləsinin iddia predmetinin mahiyətinə aid olmayan maddələrini sadalamaqla hec bir tutarlı əsas və sübut əlavə etmədən iddia ərizəsini tərtib etmişdir. Bununla da Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77-ci maddəsinin tələblərini pozmuşdur. Bundan başqa məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə ərizə verərək bildirmişdir ki, İddiaçı əmək münasibətləri ilə əlaqədar 2(049)-1563/2023 nömrəli iş üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2 bəndinə əsasən iddia müddəti 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda xx.xx.2020ci il tarixdə əmək müqavilədinə xitam verilsə də iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İş üzrə iddia müddəti keçdiyi üçün icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş: Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı çalışmanın yaş həddi çatdığı üçün bağlanmış əmək müqaviləsinə Lənkəran şəhər Təhsil Şöbəsi tərəfindən xitam verilmişdir. A.F.Xəlilov adına Vel kənd tam orta məktəbi üzrə xx.xx.2019-cu il tarixli 101/1 saylı əmrdən görünür ki, məktəbin tərbiyyə işləri üzrə direktor müavini İddiaçı çalışmanın yaş həddi çatdığı üçün məktəbin zəruri ehtiyacını və onun xahişini nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə kimi uzadılmışdır. Əmək müqaviləsinin bağlanması barədə xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, İddiaçı ilə 1 il müddətinə əmək müqaviləsi bağlanmış və Lənkəran şəhər Təhsil Şöbəsi tərəfindən Vel kənd orta məktəbinin ədəbiyyat müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə bitir. A.F.Xəlilov adına Vel kənd tam orta məktəbi üzrə xx.xx.2020-ci il tarixli 126 saylı xitam verilməsi əmrdən görünür ki, məktəbin tərbiyyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün Əmək Məcəlləsinin 73 maddəsinin 1ci bəndinə uyğun olaraq xx.xx.2020-ci il tarixində xitam verməklə daşıdığı vəzifədən azad edilmiş və ona son haqq-hesab verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış müqavilə müddəti bitdiyi üçün əmək müqaviləsinə Lənkəran şəhər Təhsil Şöbəsi tərəfindən xitam verilmişdir. Lənkəran ŞİHB-nın Xolmili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı hal-hazırda Lənkəran rayonu Xolmili kəndində yaşayır və qeydiyyatdadır. Cavabdeh İddiaçı ünvanladığı məktubdan görünür ki, çalışmanının son yaş həddinə çatdığı üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə qədər əmək müqaviləsinin uzadılması barədə Vel kənd tam orta məktəbi üzrə 06 dekabr 2019-cu il tarixli 101/1 saylı əmr verilmişdir. Əmək müqaviləsinin müddəti bitdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə əmək məcəlləsinin 70-ci maddəsinin «e» bəndinə uyğun olaraq 15 sentyabr 2020-ci il tarixdə xitam verilmiş və onunla son haqq hesab aparılmışdır. Vel kənd tam orta məktəbində vakant olan sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə məktəbin ali təhsilli və nümunəvi tarix müəllimi X4 təyin edilmişdir. O, müəllim işlədiyi müddətdə nümunəvi sinif rəhbəri olmuş və məktəb rəhbərliyi tərəfindən heç bir intizam tənbehi almamışdır. X4 2022-ci ildə Azərbaycan Müəllimlər İnstitunun Mingəçevir filialını tarix ixtisası üzrə bitirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Lənkəran rayonu, A.F.Xəlilov adına Vel kənd tam orta məktəbi üzrə xx.xx.2019-cu il tarixli 101/1 saylı əmrinə əsasən məktəbin tərbiyyə işləri üzrə direktor müavini İddiaçı çalışmanın yaş həddi çatdığı üçün məktəbin zəruri ehtiyacını və onun xahişini nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə kimi uzadılmış, həmin məktəbin xx.xx.2020-ci il tarixli 126 saylı əmr ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün Əmək Məcəlləsinin 73 maddəsinin 1-ci bəndinə uyğun olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə ilk növbədə Cavabdeh iddiaya cavab verməli şəxs olub-olmaması ilə əlaqədar qeyd edir ki, «Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2014-cü il tarixli Sərəncamının 1.7-ci bəndinə əsasən Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayon təhsil şöbələrinin əsasında Lənkəran – Astara Regional Təhsil İdarəsi yaradırlmışdır. Buna görə də Lənkəran şəhər Təhsil Şöbəsinin hüquqi varisi Cavabdehdir və o iddiaya cavab verməli şəxsdir. Məhkəmə iddianın əsaslılığı ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-ci maddəsinə əsasən; 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. 10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz. 10-1.5. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır. 10-1.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən; Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda Həmin Məcəllənin 73-cü maddəsinə əsasən;
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən;
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, qanunvericilik əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi müqaviləyə xitam verilməsi əsaslarından biri kimi müəyyən etmişdir, yəni əmək müqaviləsinə həm işəgötürənin, həm də işçinin təşəbbüsü ilə xitam verilə bilər. İşə götürən tərəfindən işçi ilə əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş, həmin maddənin «e» bəndində dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatması ilə əlaqələndirilmişdir. Hazırki işin hallarından da müəyyən olunur ki, iddiaçı orta məktəb müəllimi olmaqla dövlət büdcəsindən maliyyələşən təşkilatda əmək müqaviləsi üzrə fəaliyyət göstərir ki, qanunvericiliyin tələbinə əsasən həmin müəssisədə çalışanlar üçün son yaş həddi 65 yaş kimi müəyyən edilmişdir. İddiaçı 65 yaşı xx.xx.2019cu il tarixdə bitmiş, həmin gün əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra tərəflər arasında yeni əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin müddəti 9 ay müddətinə, yəni xx.xx.2019-cu il tarixədək yeni əmək müqaviləsi bağlanmışdır. Həmin müddət bitdikdən sonra işə işəgötürən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tərəflər arasında bağlanmış müqaviləyə xitam vermişdir. Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinin tələbi baxımından da dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti işəgötürən tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Göründüyü kimi qanunverici 65 yaşına çatmış işçi ilə əmək müqaviləsinin müddətinin 1 ildən çox olmayan müddətə artırılmasını işəgötürənin səlahiyyəti kimi müəyyən etmişdir. Belə olan halda işəgötürən qanunvericiyilin tələbinə uyğun əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə iddiaçının tələbinin hüquqi əsası kimi “Çalışmanın son yaş həddi” qanunun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olmaması barədə dəlillərinə qiymət verərək, məhkəmə qeyd edir ki, işin yuxarıda qeyd olunan faktiki hallarından da müəyyən olunur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə son yaş həddinə çatma ilə bağlı deyil, əmək müqaviləsinin müddətinin bitməsinə, yəni Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən xitam verilmişdir. Buna görə də tərəflər arasında mübahisəyə Əmək Məcəlləsinin 10-1.2-ci və 73-cü maddəsinin 1-ci baxımından qiymətləndirilməlidir ki, belə olan halda yuxarıda sadalananlara əsasən işə götürən qanunvericiliyin tələbini pozmadan İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndində müddətli əmək müqaviləsinə həmin Məcəllənin 45-ci maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilməsi göstərilmişdir. Hazırki iş üzrə əmək müqaviləsinə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqdan sonra əmək müqaviləsinin müddəti uzadıldıqdan sonra xitam verilməsi ilə bağlı olduğundan Əmək Məcəlləsinin 45-ci madəsinin müddəaları deyil, həmin Məcəllənin 10-1.2-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara qiymət verərək hesab edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respubliaksının Əmək Məcəlləsinin tələblərinin pozulması ilə həyata keçirilməmişdir. Buna görə də iddia əsaslı hesab oluna bilməz. Məhkəmə iddianın əsassız olduğu qənaətinə gəldiyindən iddia müddətinin tətbiqi barədə cavabdehin nümayəndəsinin ərizəsinə qiymət verilməsini zəruri hesab etmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmaqla hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «işə bərpa və məcburi işəburaxma müddətinə görə əmək haqqı» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdehnə qarşı «işə bərpa və məcburi işəburaxma müddətinə görə əmək haqqı» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Rəşad Məmmədov