Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1570/2025 01.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi və Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə İddiaçı cavabdehlər X1 və Cavabdeh2 Zahid oğluna qarşı “mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi və sahibliyə qaytarılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X1 və Cavabdeh2 Zahid oğluna qarşı “mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi və sahibliyə qaytarılması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil 17 iyun 2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının vəsatəti təmin edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması” adlanan 170-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmçinin həmin məcəllənin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Qeyd olunanlara əsasən və AR MPM-in 170.1, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X1 və Cavabdeh2 Zahid oğluna qarşı “mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi və sahibliyə qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. İddia tələbi üzrə İddiaçı tərəfindən "xxxx" ASC vasitəsilə ödənilmiş (01 aprel 2025-ci il, saat 15:56, mədaxi qəbzi № 2844, büdcə təsnifat kodu: 142211, büdcə səviyyəsi kodu: 1, xəzinə hesabı: AZ74CTRE********************) 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı (FİN: xxxxxxx) qaytarılsın. Qərardadın icrası Lənkəran – X2 İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1570/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1570/2025
01.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver