Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1587/2023 06.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 (üç min) AZN məbləğində pulun və 50 (əlli) AZN dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, onun xahişi ilə fevral 2022-ci il tarixində, iki aya qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində pulu “Heyvandarlıq təsərrüfatı” ilə məşğul olmasından ötrü “maya” kimi vermişdir. Cavabdeh 3000 manat borc aldığı pulu 2 aya yəni aprel 2022- ci il tarixinə kimi, qaytaracağına söz verdi. Lakin bu günə kimi verdiyi 3000 manat pulu Cavabdeh ala bilmir. Dəfələrlə bu barədə xahiş və gərgin əsəbi söhbətlərinin, tələblərinin heç bir faydası olmamışdır. Cavabdeh, 3000 manat borc pulunu ona verməkdən boyun qaçırır, dolayı yollarla yayınır. O, Cavabdeh oğlu Nəcəfov Rahimə görə tanıyıb və sonuncunun məsləhəti ilə ona pul vermişdir. Belə ki, oğlu X9, ünvan 1i ünvanında mülkiyyətində olan torpaq sahəsində fermer təsrrüfatı - əkinçilik, heyvandarlıq ilə məşğul olur. Yəni oğlu ailəsinin dolanışığını təmin etmək üçün məxsus olduğu 1,8119 ha. torpaq sahəsində iri və xırda buynuzlu heyvanlar saxlayır. Odur ki, oğlu Nəcəfov Rahim yaşadığı və ətraf kəndlərdəki heyvan kəsimi- satışı ilə məşğul olan inametibar qazanan, düz halal həmkəndlilərindən birinin də Cavabdeh olmasını bildirmişdir. Həmçinin Cavabdeh nisyə satdığı heyvan ətinin pulunu da vaxtlı-vaxtında qaytarmasını oğlum qeyd etmişdir. Bu səbəblərdən heç bir tərəddüd etmədən, o, Cavabdeh səmimiyyətinə inanaraq, ona iki aya yəni aprel 2022-ci il tarixdə qaytarmaq şərti ilə 3000 manat məbləğində şifahi razılaşma əsasında borc pul vermişdir. Lakin Cavabdeh verdiyi sözün üstündə durmamışdır. Bu barədə Cavabdeh ilə dəfələrlə şəxsən və telefon vasitəsi ilə aparılan damışıqların heç bir nəticəsi olmamışdır. Tərəflər arasında baş vermiş danışıqlarda, razılaşmalarda ünvan 1 sakini X9 (mob: ***-***-**-**); Lənkəran rayonu, Zövlə kənd sakini X2 (mob: ***-***-**-**); Lənkəran rayonu, Zövlə kənd sakini X7 (mob: ***- ***-**-**) və ünvan 1 sakini X8 (mob: ***-***-**-**) yaxından şahidlik edirlər. Cavabdeh bu günə qədər, “Heyvandarlıq təsrrüfatı” ilə məşğul olmasından ötrü, kömək məqsədi ilə ona olan inam və etbardan sui-istifadə edərək mənimsədiyi 3000 manat məbləğində pulu qəsdən bilərəkdən verməyərək yayınır, boyun qaçırır. Bu səbəbdən hesab edir ki, ünvan 1i ünvanında yaşyan Cavabdeh, inam və səmimiyyətindən sui-istifadə edərək qabaqcadan düşünülmüş şüurlu surətdə onu aldadaraq 3000 manat məbləğində pulunu mənimsəmişdir. Göstərilən səbəbdən bu ahıl yaşında ağır maddi vəziyyətə düşmüşdür. Odur ki, yuxarıda qeyd etdiyi sübuta yetirilən faktlara və şahid ifadələrinə əsaslanaraq Cavabdeh 3000 manat pulun alınıb, iddiaçıya qaytarılması və barəsində qanunamüvafiq tədbirin görülməsi üçün 22 fevral 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Lənkəran ŞRPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X3 02 mart 2023-cü il tarixli, HK-l-L-37, HK-l-L-38, HK-l-L-48 saylı təhqiqat materialı üzrə “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Qərar qəbul etmişdir. Həmin Qərarda, tərəflər arasında pulla bağlı baş vermiş narazılıq bir-biri ilə iş qurmaq münasibətləri nəticəsində yaranması, hər hansı bir cinayət xarakterli əmələ və ya inzibati xətayə yol verilməsi halları müəyyən olunmadığından müraciət əsasında aparılan araşdırmanın dayandırılmasını, həmçinin qeyd olunan xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması qeyd edilmişdir. Lakin Lənkəran ŞRPŞ-nin xx.xx.2023-cü il tarixli, qərarının 4-cü səhifəsinin 4-cü abzasında “İzahatları ahnmış şahidlərin, Cavabdeh, İddiaçı 3000 manat, borclu olduğunu təsdiq etməsi” qeyd olunmuşdur. Odur ki, vətəndaşlıq və konstitutsiya hüquqlarının müdafiəsindən ötrü, Cavabdeh 3000 manat məbləğində pulunun alınması barədə, Lənkəran Rayon Məhkəməsinə pul tələbi iddia ərizəsi ilə mülki qaydada müraciət etmişdir. İş üzrə Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə qarşı etirazında iddianı qəbul etmədiyini bildirərək, göstərmişdir ki, guya onun xahişi ilə fevral 2022-ci il tarixində, iki aya qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində pulu “Heyvandarlıq təsərrüfatı” ilə məşğul olmasından ötrü “maya” kimi vermişdir. O, iddiaçıdan pul borc almamışdır. Belə ki, Zövlə kənd sakini X18 Nəcəfovdan sələmə hər ay 50 manat ödəməklə 3000 manat pulu götürmüşdür. Həmin pulu Boladi kəndində Əzizağa adlı şəxsin ərazaq mağazasında satıcı Vüsalə Əmirovadan götürmüşdür. İddiaçı öz yaşadığı evində Zövlə kənd sakini Nurlan Şəfiyevlə onun yanında görüşmüş və 3000 manat sələmə pulu verməsi barədə söbətləri olmuşdur. Onların razılaşması əsasında İddiaçı 3000 manat pulu Boladi kəndində Əzizağa adlı şəxsin ərzaq mağazasında qoymalı idi. İddiaçı ayrılandan bir saat sonra İddiaçı onun mobil telefonuma zəng edərək bildirmişdir, Nurlan Şəfiyev ilə birlikdə mağaza gedib pulu götürə bilər, Nurlan Şəfiyev ilə birlikdə pulu satıcı Vüsalə Əmirovadan götürüb, Nurlan Şəfiyevə vermişdir. 21 fevral 2022-ci il tarixdə Nurlan sələmə pulunda birinci dəfə 180 manat pulu onunu evində vermişdir. İkinci dəfə 21 mart 2022-ci il tarixdə Nurlan sələmə pulundan 180 manat pulu onun evində vermişdir. İddiaçı səhəri günü zəng edərək bildirdi ki, Nurlana məlumat ver ki, 180 manat azdır, 40 manat da əlavə pul versin. Nurlan da 40 manat pulu ona çatdırmışdır. İddiaçı bildirdi ki, hər ay sələmə pulu 300 manat olmalıdır və Nurlanı hədələməyə başlamışdır. Nurlan sələmə pulu verə bilmədiyindən Bakı şəhərinə getmişdir. Sonradan İddiaçı onu hədələmiş və içkili vəziyyətdə evinə gəlmiş, o da Nurlan Şəfiyev anası və qohumları ilə əlaqə saxlamış, Nurlanın qohumu Habil adlı şəxs gəlib İddiaçıla söhbət etmişlər. Həmin vaxtı qohumu X10 da ora gəlib söbətə qoşulmuşdur. Sonra Lənkəran rayonu Separadi kəndində olan çayxanaya getdilər. Çayxanada İddiaçı anası Rəhna ilə telefonla əlaqə saxlayıb, sələmə pulundan imtina etdi, qalan pulu tələb etmişdir. Həmin gündən sonra 450 manat pulu Zövlə kənd sakini Habil adlı şəxs İddiaçı evində vermişdir. İyun ayında yəni Qurban ayı günü Nurlan Şəfiyev iş üzrə şahid qismində ifadə verən Tələt Cabbarovun iştirakı ilə evində 450 manat pulu verilmişdir. İyul ayında iş üzrə şahid qismində ifadə verən oğlu Nurlan Şəfiyev evinə gedib, həyətində olan iribuynuzlu dəyəri 1300-1500 manat dəyərində olan heyvanı maşınına qoyub aparmışdır. Heyvan səhəri gün bala vermişdir. Həmin heyvanı 500 manata dəyərləndirmişdir. Bundan sonra Rahid Nəcəfov dörd dəfə Nurlan Şəfiyev hər dəfə bir dəfə 300 manat, üç dəfə 200 manat olmaqla pul almışdır. Nurlan Şəfiyevin dediyinə görə müxtəlif vaxtlarda cəmi İddiaçıya 2700 manat pul vermişdir. Bu məlumat 2023-cü ilin, fevral ayına kimidir. İddiaçı 06 çox idi ki, onu Nurlan Şəfiyevə verdiyi sələmə pula görə narahat etmirdi. Lakin bir ilə yaxındır ki, inəklərin südünü İddiaçı oğlu, həmçinin işdə şahid kimi ifadə verən Rahim Nəcəfova vermədiyinə görə münasibəti tamamilə pozulmuşdur. Səbəb südün ucuz qiymətə götürülməsi olmuşdur. Əgər onun İddiaçıə borcu olsadı, niyə Nurlan Şəfiyev borcu verirdi? Bundan əlavə niyə Nurlanın qohumları ilə Lənkəran rayonu Separadi kəndində olan çayxanada görüşmüşdür? İddianın şahidləri demək olar ki, onunla qərəzliyi vardır. Belə ki, X7 ona qarşı pul tələbi vermiş, aralarında mübahisə vardır. X9 iddiaçının oğludur. Ona inəklərin südünü 1 ilə yaxındır ki, ucuz götürdüyünə görə vermir. Bundan əvvəl dörd il ona süd vermişdir. X8 iddiaçının doğma qardaşı oğludur. Onunla keçən il mübahisəsi olmuş, hətta polis şöbəsində ərizəsi olmuşdur. Ona görə şahidlərin ifadələri qərəzlidir. Sübut kimi qəbul etmək olmaz. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, əvvəllər də cavabdehə borc pul verdiyini və cavabdehin də pulu qaytardığını, Cavabdeh, Nurlan Şəfiyev, Rafiq Babayev və digər həmkəndlilərinə borc pul verdiyini, 2022-ci ilin yanvar ayında Nurlan Şəfiyevə verdiyi borc pulun Cavabdeh aidiyyətinin olmadığını, Cavabdeh verdiyi 3000 manat pulun sonuncu tərəfindən qaytarılmadığını bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi, etirazın dəlillərinə uyğun çıxış edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində göstərdi ki, İddiaçı əmisi, Cavabdeh isə həmkəndlisidir. Cavabdeh qəssablıqla məşğuldur. Əmisi İddiaçı əvvəllər də Eldara borc pul vermiş, Eldar da qaytarmışdır. Yəni onların arasında borc pul alınıb-verilməsindən məlumatı olmuşdur. 2022-ci ilin fevral ayında Əzizağa adlı şəxsin mağazasının qarşısında İddiaçı 30 ədəd 100 manatlıq əskinası, yəni 3000 manatı pulu Cavabdeh vermişdir. Eldar Şababadan 3000 manat pulu heyvan almaq üçün almışdır. Eldar Şababadan pulu alanda 2 aya, yəni 2022-ci ilin aprel ayında qaytaracağına söz vermişdir. Şababa Eldara pulu verərkən onların yanına o özü, Rahim Nəcəfov və Rafiq Babayev olmuşdur. İddiaçı Cavabdeh dəfələrlə verdiyi pulu tələb etsə də, Eldar pulu qaytarmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid X9 ifadəsində göstərdi ki, İddiaçı atası, Cavabdeh isə həmkəndlisidir. Cavabdeh qəssablıqla məşğuldur. Atası İddiaçı əvvəllər də Eldara borc pul vermiş, Eldar da qaytarmışdır. Yəni onların arasında borc pul alınıb-verilməsindən məlumatı olmuşdur. 2022-ci ilin fevral ayında Əzizağa adlı şəxsin mağazasının qarşısında İddiaçı 3000 manatı pulu Cavabdeh vermişdir. Eldar atası Şababadan 3000 manat pulu heyvan almaq üçün almışdır. Eldar Şababadan pulu alanda 2 aya, yəni 2022-ci ilin aprel ayında qaytaracağına söz vermişdir. Şababa Eldara pulu verərkən onların yanına o özü, əmisi İlqar Nəcəfov və Rafiq Babayev olmuşdur. İddiaçı Cavabdeh dəfələrlə verdiyi pulu tələb etsə də, Eldar pulu qaytarmamışdır. Ona görə də atası İddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərdi ki, İddiaçı və Cavabdeh həmkəndliləridir. 2022-ci ilin fevral ayında rayonun Zövlə kəndində Bülbül Sadıqova məxsus çayxanada olan zaman Cavabdeh çayxanaya gələrək ona İddiaçı 3000 manat pul aldığını, İddiaçı pulunun çox olduğunu, lazım gələrsə yenə pul ala biləcəyəni demişdir. İddiaçı əvvəllər də Cavabdeh və digər həmkəndlilərinə borc pul verdiyi barədə məlumatı olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində göstərdi ki, İddiaçı və Cavabdeh həmkəndliləridir. 2022-ci ilin fevral ayında Əzizağa adlı şəxsin mağazasının qarşısında İddiaçı 3000 manatı pulu Cavabdeh vermişdir. Eldar Şababadan 3000 manat pulu heyvan almaq üçün almışdır. Eldar Şababadan pulu alanda 2022-ci ilin aprel ayında qaytaracağına söz vermişdir. Şababa Eldara pulu verərkən onların yanına o özü, Rahim Nəcəfov və İlqar Nəcəfov olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərdi ki, Lənkəran rayonu Boladi kəndində Əzizağa adlı şəxsə məxsus ərzaq dükanında satıcı işləyir. 2022-ci ilin yanvar ayında İddiaçı işlədiyi dükana gələrək, ona 3000 manat pul verərək Nurlan adlı şəxsin gelib götürcəyini bildirmiş, pulu ona verdikdən sonra çıxıb getmişdir. Şababa gedəndən bir qədər sonra Nurlan dükana gələrək Şababanın verdiyi 3000 manat pulu ondan götürmüşdür. Nurlan dükana tək gəlmiş, yanında heç kim olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində göstərdi ki, Cavabdeh onun bacanağıdır. İddiaçı isə tanımır. Eldarın İddiaçı borc pul aldığını, yaxud aldığı borcu qaytardığını görməmişdir. 2022-ci ilin payız aylarında Eldardan Nurlan adlı şəxs üçün borc pul götürdüyünü eşitmiş, lakin kimdən, hansı məbləğdə pul götürdüyünü bilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 02 mart 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış Cavabdeh pul tələbinə dair material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, mülki qaydada məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş 15 mart 2023-cü il tarixli arayışdan görünür ki, Nəcəfov X6 rayonu, Boladi kəndində yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfləri dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2022-ci ilin fevral ayında cavabdehə 3000 manat borc pul verilmiş, cavabdeh həmin pulu 2 ay müddətinə qaytaracağına söz versə də qaytarmaqdan imtina etmişdir. İşin qeyd olunan halı məhkəmə iclasında dindirilmiş şahid ifadələri, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 mart 2023-cü il tarixli qərarla tam təsdiq olunur. Məhkəmə onu da qeyd edir ki, cavabdehin vəsatəti ilə dindirilmiş şahidlər X4 və X1 ifadələrində qeyd etdikləri xüsusatlar cavabdehin etirazı kimi istinad etdiyi halları təsdiq etməmiş, əksinə həmin halları təkzib etmişdir. Belə ki, cavabdeh etirazında İddiaçı verdiyi 3000 manat pulu Əzizağa adlı şəxsin mağazasında satıcıdan özünün götürərək Nurlan adlı şəxsə verdiyini bildirsə də, həmin mağazada satıcı işləyən Vüsalə Əmirova 2022-ci ilin yanvar ayında Nurlanın 3000 manat pulu ondan özünün götürdüyünü, pulu götürməyə gələrkən Nurlanın tək olduğunu bildirmişdir. Həmçinin cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X5 ifadəsində cavabdehin etirazının əsası kimi istinad etdiyi hallarla əlaqədar əhəmiyyət kəsb edən xüsusatlar göstərməmişdir. Göründüyü kimi cavabdeh tərəfin vəsatəti ilə dindirilmiş şahid ifadələri nəinki iddianın rədd edilməsi üçün kifayət etməmiş, əksinə öz növbəsində cavabdehin etirazında irəli sürdüyü dəlilləri təkzib etmişdir. Məhkəmə, sübutlara qiymət verərkın ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyinə əsasən hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübutları, yəni şahid ifadələri mötəbərlilik kriteriyasına cavab verməklə, iddia tələbini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhz buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar işin halları ilə təsdiq olunduğuna görə sübut kimi qəbul edilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 3000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 50 manat alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-1587/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1587/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver