Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-161/2023 25.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsi və evin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya, yəni İddiaçı DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********96-10301 olan, qeydiyyat nömrəsi ********** saylı Çıxarış və inventar nömrəsi: 811, tərtib edilmə tarixi xx.xx.2022-ci il tarixli, Texniki Pasporta əsasən xüsusi mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən yaşayış sahəsi 34,50 kv.m. köməkçi sahəsi 9,20 kv.m. olmaqla cəmi ümumi sahəsi 43,70 kv/m (kvadratmetr), yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,06 ha torpaq sahəsi üzərində mərhum atası X20 tərəfindən 1985-ci il tarixdə tikilmiş 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evindən, Cavabdeh çıxarılması və həmin evin boşaldılaraq iddiaçıya təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X21 Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Ailə həyatı qurarkən qardaşı X10 evi olmadığı üçün, atası X14 məxsus 0,06 ha torpaq sahəsində yerləşən 1985-ci ildə tikilmiş 1 mərtəbəli fərdi yaşayış evinə müvəqqəti olaraq köçüb yaşamışlar. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-475/2021 saylı qətnaməsi əsasında qardaşı X21 ilə Cavabdeh arasında nikah qeydi pozulmuşdur. X2 və atası X23 vəfat edikdən sonra, ünvan 1i ərazisində yerləşən 0,06 ha. torpaq sahəsi üzərində yerləşən: Liter A-l, 1985-ci il tarixdə tikilmiş- 1 mərtəbəli, 2 otaqlı, ümimi sahəsi 43,7 kv.m. Liter A, 2010-cu il tarixdə tikilmiş- 2 mərtəbəli, 2 otaqlı, ümimi sahəsi 200,6 kv.m. olmaqla cəmi daşınmaz əmlakın 244,30 kv.m. (kvadratmetr) sahəsi olan fərdi yaşayış evləri vərəsəlik qaydasında onun adına keçmişdir. Bu barədə xx.xx.2021-ci il tarixli, “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”lər əsasında X2 və atası X23 tərəflərindən ona verilmişdir. Ona Azərbaycan Respubliksının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********96-10301 olan, qeydiyyat nömrəsi ********** saylı, dövlət reyestrində 84 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmış “Çıxarış”, xx.xx.2022-ci il tarixli, tərtib edilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********96-10301 olan, inventar nömrəsi: 811 saylı “Texniki Pasport”-a əsasən, ünvan 1ində yerləşən- yaşayış sahəsi: 34,5 + 38,8 = 73,30 kv.m. və köməkçi sahəsi: 9,2 + 161,8 = 171,00 kv.m. olmaqla cəmi ümumi sahəsi 73,30 + 171,00 = 244.30 kv/m (kvadratmetr), yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,06 ha torpaq sahəsi üzərində mərhum atası X23 tərəfindən 1985-ci il tarixdə 1 mərtəbəli, 2 otaqlı 2010-cu il tarixdə isə 2 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evləri xüsusi mülkiyyətinə verilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında qardaşı X21 ilə Cavabdeh arasında nikah qeydi pozulduqdan sonra, cavabdehə yaşayış sahəsini tərk etməsi barədə məlumat və müəyyən vaxt müddət vermişdir. Lakin, torpaq və daşınmaz əmlak üzərində mülkiyyət hüququnun olması barədə, Cavabdeh dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, o, evdən çıxmaq istəmir. Onunla cavadeh arasında yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı haqqında notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmamışdır. Lakin cavabdeh evini qanunsuz olaraq zəbt edib özündə saxlamaqla, onun mülkiyyət hüquqlarını pozmuş və pozmaqda davam edir. Odur ki, ünvan 1ində daşınmaz əmlakın reyestr nömrəsi **********96-10301 olan, daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və xx.xx.2022-ci il tarixli tərtib edilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********96-10301 olan, inventar nömrəsi: 811 saylı “Texniki Pasport” əsasında, 0,06 ha. torpaq sahəsi üzərində 1 mərtəbəli fərdi yaşayış evindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsindən ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X15 bildirdi ki, İddiaçı onun əridir. 2010-cu ildə Tərlan faktiki nikah münasibətlərinə daxil olaraq mərhum qayınatası tərəfindən 1985-ci ildə tikilmiş Lənkəran rayonu Bürcəli kəndində olan evə gəlin köçmüş, 2011-ci ildə isə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan iki uşağı vardır. Cavabdeh qaynı X3 arvadıdır. Ramilə Ruslanla ailə qurduqdan sonra 2006-cı ildə həmin evə köçmüş, 3 il orda qaldıqdan sonra qaynından ayrılaraq atası evinə getmiş, 2012-ci ildə isə yenidən 1985-ci ildə tikilmiş evə qayıtmışdır. 2021-ci ildə isə məhkəmə qətnaməsi əsasında Ruslanla Ramilənin nikahı pozulmuşdur. Ruslan 2012-ci ildən Türkiyə Respublikasında yaşayır. X1 2010-cu ildə, qayınatası X20 isə 2013-cü ildə vəfat etmişlər. Yaşadığı həyətdə ərinin mülkiyyətində iki ev vardır. Ramilənin hazırda yaşadığı ev ərinin mülkiyyətindədir. Əri Tərlan dəfələrlə ondan evi boşaldaraq təhvil verilməsini tələb etsə də sonuncu buna məhəl qoymur, əksinə ona və uşaqlarına sərbəst yaşamağa maneçilik törədir, həyətlərində olan ağacları kəsir, tez-tez dava-dalaş salır. Cavabdehin hərəkətləri ilə bağlı dəfələrlə DİN-in “102 xidməti” zəng mərkəzinə məlumat vermişdir. İddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********96-10301 olan, qeydiyyat nömrəsi ********** saylı Çıxarış və inventar nömrəsi: 811, tərtib edilmə tarixi xx.xx.2022-ci il tarixli, Texniki Pasporta əsasən xüsusi mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən yaşayış sahəsi 34,50 kv.m. köməkçi sahəsi 9,20 kv.m. olmaqla cəmi ümumi sahəsi 43,70 kv/m (kvadratmetr), yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,06 ha torpaq sahəsi üzərində mərhum atası X23 tərəfindən 1985-ci il tarixdə tikilmiş 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evindən, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X24 və xx.xx.2014-cü il təvəllüdlü X25 ilə birlikdə çıxarılmaları və həmin evin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran ŞİHB-nin Xanbulan KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, № 12/26-607 saylı arayışdan görünür ki, İddiaçı arvadı X15, uşaqları X16 və X6 rayonu Bürcəli kəndində qeydiyyatda olmaqla yaşayır. AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hüseynov X17 rayonu, Bürcəli kəndində yaşayır. AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 rayonu, Bürcəli kəndində yaşayır. Nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və Nümayəndə nikahlarını 20 oktyabr 2011-ci il tarixdə 931 nömrəli sayla Lənkəran rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmiş, nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2010cu ildə ünvan 1ində ölmüşdür. Lənkəran rayon Qeydiyyat şöbəsinin 21 iyun 2019-cu il tarixli arayışının təsdiq edilmiş surətindən görünür ki, X23 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-475/2021 saylı qətnaməsinin surətindən görünür ki, X21 ilə Cavabdeh arasında Lənkəran ŞİHB-nin Xanbulan kənd icra ərazi dairəsi üzrə nümayəndəliyində xx.xx.2012-ci il tarixdə 18 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Nikah pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X21 ilə Cavabdeh arasında bağlanmış nikaha 10 aprel 2021-ci il tarixdə xitam verilmişdir. xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X5 vərəsəsi İddiaçı miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə, X7 verilmiş **********96-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən mərhuma məxsus olan hissəsindən ibarətdir. xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X12 vərəsəsi İddiaçı miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə, X14 verilmiş **********96-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 200.6 kv/m olan fərdi yaşayış evindən və 0,06 ha torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1ində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 244.30 kv/m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq və onlara məcmu halında hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X11 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir,heç kəs cəmiyyətin maraqları naminə, qanuna və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Beynəlxalq hüquq aktlarında İnsan Hüquqları haqqında Ümumi Bəyənnamənin 17-ci maddəsi, “İnsan Hüquqlarının və X11 Haqqında” Konvensiyaya əlavə (1 saylı) protokolun 1-ci maddəsi ilə və s. və Azərbaycan Respublikası Konstitusiyasında (29-cu maddə) isə nəzərdə tutulma fundamental İnsan hüquqları sırasında mühüm yer tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə,o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər,ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013- cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli Qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2006-cı ildə mübahisə evə gəlin köçmüş, 3 il həmin fərdi yaşayış evində yaşadıqdan sonra atası evinə getmiş, 2012-ci ildə isə yenidən 1985-ci ildə tikilmiş sözügedən evə qayıtmışdır. 2021-ci ildə isə cavabdehlə iddiaçının qardaşı arasında bağlanmış nikah pozulmuşdur. Cavabdeh 2012-ci ildən etibardən iki uşağı ilə birlikdə həmin evdə yaşayır. xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən İddiaçı miras əmlak ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 200.6 kv/m olan fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsindən tam pay almış, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən, ünvan 1ində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 244.30 kv/m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh İddiaçı mərhum atası X20 tərəfindən 1985-ci il tarixdə tikilmiş 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə 2006-cı ildə gəlin köçərək orada yaşadığından Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğun olaraq məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli ilə bağlı Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarı). Göründüyü kimi Mülki Məcəllənin 228-ci maddəsinə əsasən yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcudluğunun olub-olmaması müəyyənləşdirilməlidir. Həmin hüquq əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır. Lakin cavabdehlə iddiaçı arasında Məcəllənin yuxarıda göstərilən normasına əsasən nəzərdə tutulmuş notarial razılaşmanın və həmin razılaşma əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınma ilə bağlı müvafiq sənədlərin olması iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********96-10301 olan, qeydiyyat nömrəsi ********** saylı Çıxarış və inventar nömrəsi: 811, tərtib edilmə tarixi xx.xx.2022-ci il tarixli, Texniki Pasporta əsasən xüsusi mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən yaşayış sahəsi 34,50 kv.m. köməkçi sahəsi 9,20 kv.m. olmaqla cəmi ümumi sahəsi 43,70 kv/m (kvadratmetr), yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,06 ha torpaq sahəsi üzərində mərhum atası X23 tərəfindən 1985-ci il tarixdə tikilmiş 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evindən, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X24 və xx.xx.2014-cü il təvəllüdlü X25 ilə birlikdə çıxarılmalı və həmin ev boşaldılaraq İddiaçı təhvil verilməli, iş üzrə ödənilmiş dövlət rüsumu olan 100 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə işdə iştirak edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlarla obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən Məcəllənin 217.3-cü maddəsinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********96-10301 olan, qeydiyyat nömrəsi ********** saylı Çıxarış və inventar nömrəsi: 811, tərtib edilmə tarixi xx.xx.2022-ci il tarixli, Texniki Pasporta əsasən xüsusi mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən yaşayış sahəsi 34,50 kv.m. köməkçi sahəsi 9,20 kv.m. olmaqla cəmi ümumi sahəsi 43,70 kv/m (kvadratmetr), yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,06 ha torpaq sahəsi üzərində mərhum atası X23 tərəfindən 1985-ci il tarixdə tikilmiş 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evindən, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X24 və xx.xx.2014-cü il təvəllüdlü X25 ilə birlikdə çıxarılsın və həmin ev boşaldılaraq İddiaçı təhvil verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu olan 100 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-161/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-161/2023
25.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver