Məhkəmə qərarları › İş №2(049)-163/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-163/2025

28.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-163/2025 28.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehin mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması” tələbinə dair mülki iş üzrə hazırlıq iclasını keçirərək məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehin mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olmaqla Lənkəran şəhəri, X1 küçəsi ev 32 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə hazırlıq iclası 28 yanvar 2025-ci il tarixə, saat 15:00-a təyin edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən verilmiş ərizəni iş materialları ilə birgə araşdıraraq hesab edir ki, verilmiş ərizə iddiaçının qanunla müəyyən edilmiş hüquqlarından irəli gəlir, habelə hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də məhkəmə bu prosessual hərəkəti qanunamüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İşdə olan ********** saylı, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 170.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1, 152.2, 152.3, 170.1, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehin mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. ********** saylı, xx.xx.2024-cü il tarixli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar