Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1642/2023 12.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunu katibliyi ilə İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın digər mülkiyyətçiyə paya münasibətdə kompensasiya ödənilməklə mülkiyyət hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsi binasında 12 oktyabr 2023cü il tarixdə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia verərək sonuncu tərəfindən Hüquqlarının Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlak Dövlət Reyestri tərəfindən verilmiş 03 yanvar 2019-cu il tarixli, ********** nömrəli və 25 dekabr 2018-ci il tarixli, ********** nömrəli Çıxarışa əsasən Cavabdeh 3/9 hissə, X1 1/9 hissə, X2 1/9 hissə, X3 1/9 hissə və İddiaçı 3/9 hissə paylı mülkiyyətdə olan ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233.4 kv.m sahəsi olan fərdi yaşayış evinin ekspertiza keçirilməklə real bazar dəyərin müəyyən edilməsi və həmin evin paylı mülkiyyətçisi olan Cavabdeh 3/9 hissə payına münasibətdə dəyərinin onun tərəfindən ödənilməklə Cavabdeh həmin paylı mülkiyyətinin itirlmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra Lənkəran Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və məhkəmə iclası 12 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə eyni zamanda da hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçıya aid edilməli və ondan tutrularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5767-9/5947 saylı rəyindən və ona əlavə edilmiş bildirşdən görünür ki, ünvan 1 ünvanında, 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv.m sahəsi (yaşayış sahəsi 139,9m2, köməkçi sahəsi 93,5m2) olan fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 74.600 manat məbləğində müəyyən olunur. Ekspertiza xərci 100 manat təşkil eləyir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın digər mülkiyyətçiyə paya münasibətdə kompensasiya ödənilməklə mülkiyyət hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. 100 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı aid edilsin və ondan tutularaq aşağıdakı hesaba köçürülməlidir: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Qərardad tərəflərə rəsmi qaydada verlidikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(049)-1642/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1642/2023
12.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver