Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-167/2023 07.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «qanunsuz zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi və çəkilmiş daş hasarın cavabdehin öz hesabına sökülməklə həyətə girməyə edilən maneyinin aradan qaldırılması» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu Gərmətük qəsəbəsi ərazisində yerləşən, 0,06 hektar torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt etdiyi hissəsindən çıxarılmaqla torpaq sahəsinin boşaldılması, eləcə də cavabdeh tərəfindən həmin torpaq sahəsinin bir tərəfdən mişar daşı, digər tərəflərdən isə dəmir şıfevrlə hasara alınmış hissələrinin Cavabdeh öz hesabına sökülməsi, torpaq sahəsinin mənə qaytarılması və həmin torpaq sahəsinə girməyə cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu Həzi Aslanov adına sovxozunun 10 noyabr 1996-cı il tarixli 33 nömrəli əmri ilə Lənkəran rayon XDS İK-nin 25 mart 1991-ci il tarixli 3 nömrəli qərarına əsasən bibisi, Lənkəran rayonu Gərmətük qəsəbə sakini X1 torpaq bölgüsü aktı əsasında 0 06 ha həyətyanı torpaq sahəsi verilmişdir. 30 mart 1996-cı il tarixli akt əsasında həmin torpaq sahəsi Anaxanım Vəmmədovaya təhvil verilmişdir. Daha sonra Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 01 iyul 2006-cı ıl tarixli 128 saylı sərəncamı ilə Anaxanım Məmmədovaya həmin 0.06 ha torpaq sahəsində ümumi sahəsi 134,4 kv.metr, yaşayış sahəsi 80 kv.metr olan 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi tikintisinə icazə verilmiş və bu barədə layihə hazırlanmışdır. Bibisi Anaxanım yaşlı və tək qadın olmaqla səhəti ilə əlaqədar olaraq ev tikə bilməmiş və həmin 0,06 ha torpaq sahəsini 17 noyabr 2021-ci ıl tarixdə bağışlama müqaviləsi ilə ona bağışlamışdır. Həmin bağışlama müqaviləsi qeyd edilən tarixdə Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilməklə müvafiq qeydiyyat aparılmışdır. Dana sonra isə həmin torpaq sahəsi X6 haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən 06 deKabr 2021-ci il tarixdə onun adına qeydiyyata alınmışdır. X9 həmin torpaq sahəsini 17 noyabr 2021-ci il tarixdə rəsmi olaraq mənə bağışlasa da, faktiki olaraq mən həmin torpaq sahəsini 20 ilə yaxındır kı, əkib becərmiş, orada çoxlu meyvə ağacları əkmiş, tərəvəz bitkiləri yetişdirmişdir. Ancaq son zamanlar qardaşı Cavabdeh qanunsuz olaraq çıxarışa əsasən adına olan həmin torpaq sahəsini mişar daşı ilə hasara almış və həyətinə gedən yolunu da bağlamışdır. Artıq bir müddətdir ki, o, öz həyətinə girə bilmir, meyvə və digər acağcarına qulluq ediə bilmir, onları suvara belə bilmir. Dəfələrlə cavabdehdən yolun açılmasını və ona yaratdığı maneəni aradan qaldırmasını tələb etsə də o, heç bır əhəmiyyət verməmişdir. Cavabdeh onun həyat yoldaşının adına olmaqla onun adına olan torpaq sahəsinə bitişik olan torpaq sahəsini də zəbt etmişdir. Tələbi təmin edilməyərək cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahəsi ona könüllü olaraq qaytarılmadığından o, məcburiyyət qarşısında qalaraq hazırkı iddia ilə məhkəməyə muraçıət edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, idda tələbini müdafiə edir. Cavabdeh onun qardaşıdır, hal-hazıradək ona məxsus olmaqla, xüsusi mülkiyyətində olan torpağı zəbt etmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Lənkəran rayon 1 saylı Notariat Ofisi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli (reyestr № 1S-8288) bağışlama müqaviləsindən görünür ki, X3 xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən ümumi sahəsi 0,06 ha təşkil edən torpaq sahəsini X8 bağışlamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri Gərmətük qəsəbəsində yerləşən, ümumi ölçüsü 0,06 hektar olan torpaq sahəsi iddiaçı X7 xüsusi mülkiyyətindədir (qeydiyyat nömrəsi: **********10, qeydiyyat tarixi: xx.xx.2021). Bu barədə ilə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 10/1025 saylı 25 aprel 2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-682/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən06 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmiş və həmin torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyətinin üst-üstə düşməsi müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin faktiki olaraq İddiaçı istifadəsində olmaması müəyyən olunmuşdur.” “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-682/2023 saylı mütəxəssis rəyinə 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisində yerləşən 0,06 ha həyətyanı hasarlanaraq istifadə olunması müəyyən olunmuşdur” Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Məhkəmə iddianın zəbt edilmiş torpaq sahəsinin boşaldılması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş ekspert və mütəxəssis rəyləri ilə iddianın həmin hissədə əsaslı olması müəyyən edilir. Belə ki, qeyd edilən rəylərdən görünür ki, iddiaçının mülkiyyətinə verilmiş 0.06 hektar həyətyanı torpaq sahəsi tamamilə cavabdehin faktiki istifadəsindədir. Bundan başqa qeyd edilməlidir ki, həmin rəylər əsasında İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin hasarlanaraq istifadə olunması müəyyən olunmuşdur. Belə olan halda iddianın tikilinin (hasarın) sökülməsi hissəsinin də əsaslı olması qənaətinə gəlinir. Odur ki, qeyd edilən hissədə də iddia təmin edilməli, mübahisəli hasar cavabdeh tərəfindən sökülməli və torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, təqdim edilmiş mütəxəssis rəyinin dəyəri 95 (doxsan beş) manat (iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmişdir), ekspert rəyinin dəyəri isə 50 (əli) manat məbləğindədir. Həmçinin iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə qeyd edilən xərclərin də cavabdehə aid edilməli olduğunu hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisində yerləşən, 0,06 hektar torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi iddiaçının istifadəsinə verilsin. Mübahisəli torpaq sahəsində bir tərəfdən mişar daşı, digər tərəflərdən isə dəmir şıferlə inşa edilmiş hasar Cavabdeh hesabına sökülsün. Həmin torpaq sahəsindən istifadəyə dair Cavabdeh tərəfindən İddiaçı yaradılan maneələr aradan qaldırılsın. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əli) manat məbləğində pul vəsaiti X4 (kod: 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi) xeyrinə tutulsun. Cavabdeh mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 (doxsan beş) manat və iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaitləri alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-167/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-167/2023
07.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver