Məhkəmə qərarları › İş №2(049)-1682/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1682/2023

22.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1682/2023 22.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 Babalı oğlunun iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh2 və X4 qarşı «qanunsuz zəbt edilən torpaq sahəsindən çıxarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ailə üzvlərinə məxsus Lənkəran rayonu, Bürcəli kəndində yerləşən paybəlli torpaq sahəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz və əsassız zəbtindən azad edilməli və Cavabdeh1 qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayırlar. Onların şəxsi mülkiyyətlərində 0,33 ha paybəli torpaq sahələri vardır. Həmin torpaq sahəsi Lənkəran rayonu Bürcəli kəndi ərazisində yerləşir. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 23 yanvar 1998-ci il tarixli 01 saylı qərarına əsasən Lənkəran rayon Aqrar İslahat Komissiyasının rayon ərazisində vətəndaşların mülkiyyətinə verilmişdir. Torpaq onların mülkiyyətlərində olsa da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özbaşına hərəkətləri ilə onların faktiki olaraq mülkiyyətlərindən istifadə etmək hüquqlarından məhrum edilmişlər. Belə ki, torpaq sahələrini uzun müddətdir ki, qanunsuz zəbt etmişlər. Onlar torpaq sahələrinin zəbt olunması barədə Lənkəran rayonu Bürcəli kənd Bələdiyyəsinə dəfələrlə müraciət etmiş, lakin heç bir hüquqi əhəmiyyəti olmamışdır. Hal-hazırda tələblərinə baxan olmadığı üçün cavabdehlər torpaq sahələrinin onlara məxsus olmasını iddia edirlər. Qeyd olunan 0,33 hektar torpaq sahəsi qanuni əsaslarla onların mülkiyyətinə verilmişdir. Onlar özlərinə məxsus torpaq sahəsini tikan və kollardan təmizləsələr də iş üzrə cavabdehlər həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmişlər. Belə ki, Cavabdeh1 həmin torpaq sahəsindən 10 ha sahəsinin digər Cavabdeh2 da 10 ha torpaq sahəsini qanunsuz zəbt etmişdir. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən idda tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, və X1 iddiaçılar İddiaçı1 və İddiaçı2 və digər ailə üzvlərinə məxsus Lənkəran rayonu, Bürcəli kəndində yerləşən paybəli torpaq sahəsini qanunsuz və əsasız zəbtindən azad edilməsi və cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 Babalı oğlu iddianı qəbul etməyib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh2 və X10 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə əlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Torpağa mülkiyyət hüququna dair JN-236 kod 80203038 №-li Dövlət Aktından görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 23 yanvar 1998-ci il tarixli, 01 saylı qərarına əsasən Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, X5, X11, X12, X7 ümumi birgə mülkiyyətinə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resyetrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 126,2 kv.m fərdi yaşayış evi bütövlükdə və altındakı 0,20 ha torpaq sahəsinin 2/3 hissəsi Cavabdeh1 mülkiyyətindədir. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli rəydən görünür ki, İddiaçılar İddiaçı1 və İddiaçı2 faktiki naturada istifadə etdikləri torpaq sahəsinin koordinatları müəyyən edildi. Məlum oldu ki, iddiaçıların fatiki naturada istifadə ertdikləri torpaq sahəsi Lənkəran rayonu, Bürcəli kəndinin torpaq islahatına dair işlənmiş kompleks yerquruluşu layihəsində göstərilən JN-0236 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətlərində olan Lənkəran rayon, Bürcəli kəndi ərazisində yerləşən 0,33 ha kənd təsərrüfatı torpaq sahəsinin koordinatları daxilində yerləşmir. Qeyd olunmalıdır ki, Bürcəli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində göstərilən xüsusi mülkiyyətə verilən pay torpaq sahələrinin bölgü layihəsi mübahisəli ərazidə payçıların faktiki istifadə vəziyyəti ilə uyğun gəlmir. Cavabdeh1 və ailə üzvlərinin faktiki naturada istifadə etdikləri torpaq sahəsinin koordinatları müəyyən edildi. Məlum oldu ki, Cavabdeh1 və ailə üzvlərinin faktiki naturada istifadə etdikləri torpaq sahəsi Lənkəran rayonu, Bürcəli kəndinin torpaq islahatına dair işlənmiş kompleks yerquruluşu layihəsində göstərilən JN-234 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətlərində olan Lənkəran rayonu, Bürcəli kəndi ərazisində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları daxilində yerləşmir. Qeyd olunmalıdır ki, Bürcəli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsi mübahisəli ərazidə payçıların faktiki istifadə vəziyyəti ilə uyğun gəlmir. Bu rəyə əlavə edilmiş edilmiş sxemdə göstərilmişdir. JN-0236 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətlərində olan Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0,33 ha torpaq sahəsi ilə JN-234 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh1, X8 və X2 ümumi birgə mülkiyyətində verilmiş Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0,20 ha torpaq sahəsi ilə üst-üstə düşmür, qonşu torpaq sahələridir. 1-ci və 2-ci sualların cavablarında göstərildiyi kimi Bürcəli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində göstərilən xüsusi mülkiyyətə verilən pay torpaq sahələrinin bölgü layihəsi mübahisəli ərazidə payçıların faktiki istifadə vəziyyəti ilə uyğun gəlmir. Bürcəli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən JN-0236 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı1 və X9 mülkiyyətlərində olan Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0,33 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə edilmir. Digər Cavabdeh2 ekspertiza zamanı iştirak etmədiyindən, onun istifadə olan torpaq sahəsinin ətrafı hasarlı və qapısı bağlı olduğundan ölçü işləri aparmaq mümkün olmadı. Bu səbəbdən də JN-0236 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı1 və X9 mülkiyyətində olan Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0,33 ha torpaq sahəsinin Cavabdeh2 tərəfindən istifadə edilib-edilmədiyini təyin etmək mümkün olmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3795 saylı rəyindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 faktiki naturada istifadə etdikləri torpaq sahəsinin koordinatları müəyyən edildi. Məlum oldu ki, İddiaçı1 və İddiaçı2 faktiki naturada istifadə etdikləri torpaq sahəsi Lənkəran rayonu, Bürcəli kəndinin torpaq islahatına dair işlənmiş kompleks yerquruluşu layihəsində göstərilən JN-0236 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktl”na əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Lənkəran ray. Bürcəli kəndi ərazisində yerləşən 0.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları daxilində yerləşmir. Qeyd olunmalıdır ki, Bürcəli kəndinin torpaq islahatına dair sahələsinin koordinatları daxilində yerləşmir. Qeyd olunmalıdır ki, Bürcəli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində göstərilən xüsusi mülkiyyətə verilən pay torpaq sahələrinin bölgü layihəsi mübahisəli ərazidə payçıların faktiki istifadə vəziyyəti ilə uyğun gəlmir. Cavabdeh1 və ailə üzlərinin faktiki naturada istifadə etdikləri torpaq sahəsinin koordinatları müəyyən edildi. Məlum oldu ki, Cavabdeh1 və ailə üzvlərinin faktiki naturada istifadə etdikləri torpaq sahəsi Lənkəran r. Bürcəli kəndinin torpaq islahatına dair işlənmiş kompleks yerquruluşu layihəsində göstərilən JN 234 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətində olan Lənkəran r. Bürcəli kəndi ərazisində yerləşən 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları daxilində yerləşmir. Qeyd olunmalıdır ki, Bürcəli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində göstərilən xüsusi mülkiyyətə verilən pay torpaq sahələrinin bölgü layihəsi mübahisəli ərazidə payçıların faktiki istifadə vəziyyəti ilə uyğun gəlmir. JN-0236 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktl”na əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Lənkəran r. Bürcəli kəndində yerləşən 0.33 ha torpaq sahəsi ilə JN-234 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Cavabdeh1, X8, X2 ümumi mülkiyyətinə verilmiş Lənkəran r. Bürcəli kəndində yerləşən 0.20 ha torpaq sahəsi üstə-üstə düşmür, qonşu torpaq sahələridir. Bürcəli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində göstərilən xüsusi mülkiyyətə verilən pay torpaq sahələrinin bölgü layihəsi mübahisəli ərazidə payçıların faktiki istifadə vəziyyəti ilə uyğun gəlmir. Bürcəli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən JN-0236 “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Lənkəran r. Bürcəli kəndində yerləşən 0.33 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə edilmir. Digər Cavabdeh2 ekspertiza zamanı iştirak etmədiyindən, onun istifadəsində olan torpaq sahəsinin ətrafı hasarlı və qapısı bağlı olduğundan ölçü işləri aparmaq mümkün olmadı. Bu səbəbdən də JN-0236 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı1 və İddiaçı2 mülkiyyətində Lənkəran r. Bürcəli kəndində yerləşən 0.33 ha torpaq sahəsinin Cavabdeh2 tərəfindən istifadə edilibedilmədiyini təyin etmək mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, torpağa elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-236(KOD ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı» ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərinə verilmiş Lənkəran rayonu Bürcəli kənd ərazisində yerləşən 0,33 ha torpaq sahəsinin 0,159 ha hissəsinin Cavabdeh2 və 0,067 ha hisssəsinin isə digər Cavabdeh1 tərəflərindən istifadə eidlməsi müəyyən olunmuşdur. Əlavə olaraq bildirilib ki, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətlərində olan 0.20 ha torpaq sahəsinin 0.01 ha hissəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadələrində olması müəyyən olunmuşdur. Məhkəmə, İddiaçı2 və Cavabdeh2 nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsində göstərlənlərlə iş materiallarında olan sənədləri qarşılıqlı şəkildə tədqiq edərək aşağıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbindən müəyyən olunur ki, iddiaçılar Lənkəran rayonu, Bürcəli kəndində yerləşən özülərinə məxsus 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh2 və X3 qanunsuz istifadəsindən geri qaytarılmasını, bunula bağlı cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulmasını tələb edirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Mülki hüquq nəzəriyyəsində vindikasiya iddiası adlanır. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Qeyd olunan hüquq normasının dispozisiya şərtlərini hazırki iş üzrə müqayisəli şəkildə tədqiq etdikdə aşağıdakılar müəyyən olunur:

1. Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı - Torpağa mülkiyyət hüququna dair JN-236 kod 80203038 №-li Dövlət Aktına əsasən Lənkəran rayon Aqrar İslahat Komissiyasının 23 yanvar 1998-ci il tarixli, 01 saylı qərarına əsasən Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, X5, X11, X12, X7 ümumi birgə mülkiyyətinə verilmişdir.

2. Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli – Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəylə müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərinə verilmiş Lənkəran rayonu Bürcəli kənd ərazisində yerləşən 0,33 ha torpaq sahəsinin 0,159 ha hissəsinin Cavabdeh2 tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3795 saylı rəyinə əsasən Cavabdeh1 və ailə üzvlərinin faktiki naturada istifadə etdikləri torpaq sahəsi Lənkəran r. Bürcəli kəndinin torpaq islahatına dair işlənmiş kompleks yerquruluşu layihəsində göstərilən JN 234 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətində olan Lənkəran r. Bürcəli kəndi ərazisində yerləşən 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları daxilində yerləşmir. Qeyd olunmalıdır ki, Bürcəli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində göstərilən xüsusi mülkiyyətə verilən pay torpaq sahələrinin bölgü layihəsi mübahisəli ərazidə payçıların faktiki istifadə vəziyyəti ilə uyğun gəlmir. JN-0236 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktl”na əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Lənkəran r. Bürcəli kəndində yerləşən 0.33 ha torpaq sahəsi ilə JN-234 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Cavabdeh1, X8, X2 ümumi mülkiyyətinə verilmiş Lənkəran r. Bürcəli kəndində yerləşən 0.20 ha torpaq sahəsi üstəüstə düşmür, qonşu torpaq sahələridir. Bürcəli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində göstərilən xüsusi mülkiyyətə verilən pay torpaq sahələrinin bölgü layihəsi mübahisəli ərazidə payçıların faktiki istifadə vəziyyəti ilə uyğun gəlmir. Bürcəli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən JN-0236 “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Lənkəran r. Bürcəli kəndində yerləşən 0.33 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə edilmir.

3. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli – Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəyinə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərinə verilmiş Lənkəran rayonu Bürcəli kənd ərazisində yerləşən 0,33 ha torpaq sahəsinin 0,159 ha hissəsi Cavabdeh2 sahibliyindədir.

4. Özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı – iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərinə verilmiş Lənkəran rayonu Bürcəli kənd ərazisində yerləşən 0,33 ha torpaq sahəsinin 0,159 ha hissəsinə dair Cavabdeh2 tərəfindən hər hansı hüquqi sənəd təqdim etməmiş, bu da onu deməyə əsas verir ki, cavabdeh iddiaçıya məxsus 0,159 ha torpaq sahəsinə qanunsuz sahibliyi həyata keçirir.

5. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı – mübahisə predmeti torpaq sahəsi olduğundan iddiaçı əmlakını naturada tələb edir.

6. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdi-müəyyən əşya) olmalı – mübahisənin predmeti olan torpaq sahəsi fərdi müəyyən edilən əşya hesab olunur.

7. Əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalı – tərəflər arasında mübahisəli torpaq sahəsi ilə əlaqədar hər hansı öhdəlik münasibətləri mövcud deyil, digər tərəflər bununla əlaqədar tərəflər məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi yalnız yuxarıda qeyd olunan dispozisiya şərtlərinin hamısı mövcud olduğu təqdirdə əsaslıdır. Hazırki işin hallarından isə müəyyən edilir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri yuxarıda qeyd olunanlara əsasən Cavabdeh2 münasibətdə mövcud olduğundan iddia sonuncunun iddiaçılara məxsus Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0,159 ha torpaq sahəsindən çıxarılması, bununla bağlı onun tərəfindən yaradılan maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərin son qoyulması hissəsində əsaslı, cavabdehlər Cavabdeh1 və X4 münasibətdə isə əsassızdır. Belə ki, sonuncuların iddiaçıya məxsus mübahisəli torpaq sahəsini istifadə etmələri hər hansı mötəbər sübutla təsdiq edilməməklə yanaşı, yuxarıda qeyd olunan Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3795 saylı ekspert rəyi ilə ilə təkzib olunur. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iş üzrə ekspertiza xərci təşkil edən 50 manat Cavabdeh2 aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-236 kod 80203038 №-li Dövlət Aktına İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,159 ha hissəsi (Cavabdeh2 tərəfindən istifadə edilən) Cavabdeh2 qanunsuz istifadəsindən azad edilsin, həmin torpaq sahəsinin qanunsuz istifadəsi ilə əlaqədar Cavabdeh2 tərəfindən edilən maneələr aradan qaldırılsın və onun qanunsuz hərəkətlərinə son qoyulsun. İddia qalan hissədə, yəni cavabdehlər Cavabdeh1 və X4 münasibətdə rədd edilsin. İş üzrə ekspertiza xərci təşkil edən 50 manat cavabdeh Dadaşova X6 aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar