Məhkəmə qərarları › İş №2(049)-1692/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1692/2024

22.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1692/2024 22.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1- İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 22 aprel 2024-cü il tarixdə nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi bir çox nöqsanlarla verildiyindən, ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutlmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı iddia ərizəsindən görünür ki, cavabdehin rəsmi ünvanı Lerik rayonu, Murya kəndidir. Belə olan halda həmin iddiaya Lənkəran Rayon Məhkəməsində deyil, cavabdehin özünün rəsmi qeydiyyat olduğu rayon üzrə məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. O da qeyd edilməlidir ki, iddia ərizəsi ümumiyyətlə MPM-nin 149-cü maddəsinin bir çox tələblərinə cavab vermir. Beləliklə İddiaçının məhkəməyə daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinə aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. 27773 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə 52 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi geri qaytarıldığından həmin 52 manat ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149.2.2 152, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldim: İddiaçı Cavabdeh qarşı qarşı əmlak tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına əsas olmuş nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət edə bilər. 27773nömrəli mədaxil qəbzi ilə İddiaçı xx.xx.2024-cü il tarixdə ödədiyi 52 manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada təqdim edildiyi andan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar