Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-170/2025 18.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X5, İddiaçı iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti cəlb edilməklə Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi tələbinə dair” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi, bu barədə bildirişin mərkəzləşdirilmiş elektron inormasiya sisteminə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, bununla bağlı qəbul ediləcək məhkəmə qətnaməsinin əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X7 Xidmətinə münasibətdə hüquqi əsas təşkil etməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin icrasının müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X7 Xidmətinə həvalə edilməsinə dair məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, İddiaçı Lənkəran rayonu ərazisində yerləşən və 2022-ci ilin yanvar ayınadək fəaliyyət göstərən Cavabdehndə çox qısa müddət ərzində müvafiq əmək müqaviləsi əsasında fəhlə işləmişdir. Həmin Cəmiyyətin təsisçisi və direktoru mərhum X4 olmuş və o, uzun sürən ağır xəstəlikdən sonra 17 fevral 2022-ci il tarixdə mədə cisminin yenitörəməsi diaqnozu ilə vəfat etmişdir.Onun vəfatından sonra, həmin cəmiyyətin heç bir fəaliyyəti mövcud olmamış, həmin cəmiyyətin idarəetmə və s. məsələləri ilə heç kim məşğul olmamışdır. Hal-hazırda da həmin cəmiyyətin hər hansı bir fəaliyyəti mövcud deyildir. Faktiki olaraq həmin cəmiyyətdə işləməməyimə baxmayaraq, 2 ildən yuxarıdır ki, onun adı formal olaraq Cavabdehndə işçi kimi qeydiyyatdadır. “Əmək və məşğulluq“ altsistemi (ƏMAS) - elektron platformasında adı Cavabdeh işçisi kimi göstərildiyindən isə digər heç yerdə onu işə götürmürlər. Tapdığı yeni iş yerləri və ya müəssisələr və ya onların rəhbərlikləri isə haqlı olaraq da, adının ƏMAS- sistemi üzərindən Cavabdeh MMC-dən çıxarıldıqdan sonra, onu işə götürə biləcəklərini bildirmişlər. Az təminatlı ailədir, başqa heç bir yerdə digər gəliri və ya hər hansı bir qazancı yoxdur, çox kasıb insandır, çox çətinliklə dolanır, tapdığı iş yerlərini isə işə götürülə bilməməyi səbəbindən itirir. Bu isə işçi və Azərbaycan Respublikasının xanım vətəndaşı olaraq hüquqlarının ciddi şəkildə pozulması deməkdir.Müraciət etdiyi bütün müvafiq Dövlət qurumları-müvafiq əmək müfəttişlikləri, DSMF və Vergi orqanları ona, adının formal olaraq qeydiyyatda qaldığı Cavabdeh MMC-dən ƏMAS elektron platforması üzərindən silinməsi və ya çıxarılmasının mümkün olmadığını bildirmiş və əlavə olaraq izah etmişlər ki, işə götürən hüquqi şəxs deyil, fiziki şəxs olsaymış, bu mümkün imiş, hüquqi şəxs olduğu üçün mümkün deyil və yalnız məhkəmə yolu ilə, yəni, məhkəməyə iddia qaldırmaq yolu ilə mümkündür. Bundan sonra, “ƏMAS elektron platforması üzərindən Cavabdeh MMC-dəki şəxsi məlumatlarının (əmək münasibətləri ilə bağlı) ona təqdim olunmasına və adının faktiki olaraq uzun müddətdir ki, fəaliyyət göstərmədiyi "ST GROUP” MMC-dən ƏMAS elektron platforması üzərindən silinməsi və ya çıxarılmasına dair” 30 aprel 2023-cü il tarixli ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X7 Xidmətinin Rəisi cənab Vəli Quliyevə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X7 Xidmətinin X1, həmçinin, Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili, Ombudsman Səbinə xanım Əliyevava müraciət edilmişdir. Beləliklə, cavabdeh şəxs Cavabdeh MMC-nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X7 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron inormasiya sisteminə daxil edilməsi tələbinə dair” hazırki iddia ərizəmlə məhkəməyə müraciət edir və qeyd edirəm ki, sözü gedən iddianın təmin olunması, qanuni əsaslarla fəaliyyət göstərən digər təşkilat və ya iş yerlərində əmək müqaviləsi ilə işə düzələrək işləməyi və ya qısa olaraq əmək fəaliyyəti ilə məşğul olmaqla özünü, ailəsini saxlamaqdan, dolandırmaqdan ötrü lazımdır. O, əmək hüquqlarından sərbəst istifadə edərək, qanunvericiliyin müəyyən etdiyi qaydada əmək müqaviləsi bağlamaq, işləmək, əmək haqqı almaq və yaşamaq istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizədə göstərilənləri müdafiə edərək tələbin təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC (VÖEN: **********) qeydiyyat yeri olan ünvan 1 ünvanına bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin cavabdeh həmin ünvanda olmadığından bildiriş və əlavə edilmiş sənədlər məhkəməyə geri qaytarılmış və məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 147-ci maddəsinə əsasən bildiriş və əlavə edilmiş sənədləri cavabdehin sonuncu yaşayış yeri üzrə icra nümayəndəliyinə göndərmiş və Lənkəran şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehi məlumatlandırılmış hesab edərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Lənkəran – X11nin baş əmək müfəttişi Nümayəndə bildirmişdir ki, məsələ ilə bağlı iddiaçıya geniş məzmunda məktub ünvanlanaraq izah verilmişdir. Məhkəmənin yekun qərarı ilə əmək müqavilə qüvvədən düşmüş hesab edilərsə, onlar tərəfdən həmin müqavilənin altsistemdən silinməsi həyata keçiriləcəkdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-01508 nömrəli arayışdan görünür ki,İddiaçıtərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 25 fevral 2022-ci il tarixli Lənkəran Rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X4 xx.xx.2022-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X7 Xidmətinin X2 tərəfindən verilmiş 20 may 2024-cü il tarixli, 3- 17-5/2-M-30261/2024 saylı məktubundan görünür ki, əmək müqaviləsinin "Əmək və məşğulluq” altsistemındə (ƏMAS) xitam verilməməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran- X8 daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin "Əmək və məşğulluq ” altsisteminə daxil edilməsi X7 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49- cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin l-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli, 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”m 3,4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxıl edilməsi "Elektron hökumət portalı”nın gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifıkasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya "Elektron hökumət portalı ”nda yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74.1-1. l-ci maddəsinə əsasən fiziki şəxs olan işəgötürən vəfat etdiyi təqdirdə əmək müqaviləsinə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana işçinin müraciəti əsasında xitam verilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin "Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X7 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların "Əmək və məşğulluq " altsisteminə daxil edilməsi hüququ X7 Xidmətinə həvalə edilməlidir. ” “Elektron məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən olunur ki, İddiaçı Cavabdeh MMC ilə əmək münasibətlərindədir, vəzifəsi pəncərə təmizləyən kimi qeyd olunmuşdur, aylıq əmək haqqı 160 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra: Əmək Məcəlləsi) 2ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1 və 2-ci bəndlərinin tələblərinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq- hesabının aparılmasını tələb etmək hüququna malikdir. Əmək Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, bu Məcəllənin 74-cü maddəsinin 1- 1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Bu zaman əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeyd aparılır. Əmək Məcəlləsinin 74.1.-1-ci maddəsinə əsasən, fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır. Əmək Məcəlləsinin 3.3-cü maddəsinə əsasən, işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Yuxarıda şərh olunan 25 fevral 2022-ci il tarixli Lənkəran Rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X4 xx.xx.2022-cü il tarixdə vəfat etmişdir. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, müqavilə azadlığı prinsipi nəzərə alınmaqla müqavilə münasibətlərinin müstəqil tərəfi kimi işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini tələb edə bilər və bu işçinin fundamental, konstitusion hüququdur. Sözügedən hüququn məhdudlaşdırılması mülki hüququn, əmək hüququnun, demokratik cəmiyyət, hüquqi dövlətin fəaliyyət prinsiplərinə ziddir. Həmçinin, qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyyəti orqanı olan X7 Xidməti tərəfindən aparılır. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi X7 Xidmətinə münasibətdə əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə bildirişin qeydiyyata alınması üçün hüquqi əsas kimi çıxış etməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X7 Xidmətinin X2 tərəfindən verilmiş 20 may 2024-cü il tarixli, 3- 17-5/2-M-30261/2024 saylı məktubundakı mövqeyi, habelə yuxarıda sadalanan qanunvericilik normlarını rəhbər tutmuşdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsi əsasında Cavabdeh MMC tərəfindən işə götürülmüşdür. 2022-ci ilin yanvar ayına kimi İşəgötürən Cavabdeh MMC ilə əmək münasibətlərində olmuş, daha sonra isə işdən çıxarılmış, faktiki olaraq əmək münasibətlərinə xitam verilmişdir. Hüquqi cəhətdən əmək müqaviləsinə xitam verilməsi üçün Cavabdeh MMC-yə müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. Hazırda müvafiq elektron sistem üzrə qüvvədə olan əmək müqaviləsi olduğundan yeni işəgötürənlə əmək müqaviləsi bağlaya bilmir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 14.2, 77.1, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməklə qüvvədən düşmüş hesab edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların "Əmək və məşğulluq" altsisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-170/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-170/2025
18.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver