Məhkəmə qərarları › İş №2(049)-1772/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1772/2023

17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1772/2023 17.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 (üç min) AZN məbləğində pulun və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, sonuncunun xahişi ilə təsərrüfatında saxladığı iki ədəd iribuynuzlu inək heyvanını razılaşdıqları müddətdə pulunu qaytarmaq şərti ilə, şifahi razılaşma əsasında cavabdehə 3000 (üç min) manata nisyə olaraq satmışdır. Cavabdeh də, öz növbəsində qoyulan şərtləri qəbul etməsi barədə şifahi razılaşma əsasında öhdəlik götürmüşdür. İlk dəfə 23 aprel 2022-ci il tarixində, çəkisi 158 kq olan 1 ədəd iribuynuzlu inəyi - 1500 (bir min beş yüz) manata, ikinci dəfə 20 iyun 2022-ci il tarixində, çəkisi 158 kq olan 1 ədəd iribuynuzlu inəyi - 1500 (Bir min beş yüz) manata satmışdır. Nisyə satdığı 2 ədəd iribuynuzlu heyvanın 3000 (Üç min) manat pulunu, Cavabdeh 2022-ci ilin iyun ayında tam qaytaracağına söz vermişdir. Dəfələrlə pulun qaytarılması barədə cavabdeh ilə aparılan danışıqların heç bir nəticəsi olmamışdır. Cavabdeh, 3000 manat pulu, ona verməkdən boyun qaçırır, dolayı yollarla yayınır. Ona görə də, Lənkəran Rayon Məhkəməsinə pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İş üzrə Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə qarşı etirazında iddianı qəbul etmədiyini bildirərək, göstərmişdir ki, iddiaçı ərizəsində göstərirki, guya iki dəfə çəkisi 158 kq olan 2 ədəd iribuynuzlu inəyi hər birinin dəyəri 1500 manat olmaqla ona vermişdir. Əslində iddiaçıdan bir dəfə çəkisi 115 kq, dəyəri 1050 manat bir heyvan almışdır. Heyvanı aparan vaxtı 1050 manat pulu iddiaçının şəxsən özünə həyətində ödəmişdir. İki həftə keçəndən sonra qonşusu X1 etmək məqsədi ilə bir iribuynuzlu heyvanı satmasını bildirmiş, İddiaçı həmin heyvana baxıb 600 manat dəyərində qiymətləndirmişdir. Tələt özünə məxsus heyvanı 900 manat məbləğində X3 ilə razılaşmışdır. O, Roza Qurbanovanın həyətində olan heyvanı götürüb İddiaçı həyətinə aparmışdır. Tələt isə fikrini dəyişib həmin heyvana 600 manat yox 400 manat məbləğində pul vermiş, o, Tələtin fikiri ilə razılaşmamış, heyvanı həyətinə aparmışdır. Bir həftədən sonra həmin heyvanı Camal adlı qəssaba 600 manata satmışdır. Həmin gün Roza Qurbanovaya məxsus heyvanın 600 manat pulunu heyvanı almaqdan ötrü İddiaçı vermişdir. Qalan 300 manat pulu Roza Qurbanovadan alıb İddiaçı verməkdən ötrü qonşusu sürücüsü Nurlan Kazımova vermişdir. Tələtdən üç dəfə heyvan almış, heyvanları iki dəfə qonşusu sürücüsü Nurlan Kazımov gətirmişdir. Üçüncü balaca heyvanı isə Zövlə kənd sakini olan qırmızı avtomobillə gətirmişdir. Həmin heyvanı 340 manata almışdır. Heyvanın pulu 117 ot bağlaması ilə əvəz olunmuşdur. Hər ot bağlamanın dəyəri 3 manat olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, cavabdehin ondan 2022-ci ilin aprel və iyun aylarında hər birinin dəyəri 1500 manat, çəkisi isə 158 kiloqram olan inək aldığını, lakin heç birinin pulunu qaytarmadığını, Cavabdeh tərəfindən ona göndərilmiş 300 manat məbləğində pulun isə cavabdehin onun həyətindən apardığı və qonşusuna məxsus heyvanın qiymətinin bir hissəsinin olduğunu bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi, etirazın dəlillərinə uyğun çıxış edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində göstərdi ki, 2022-ci ilin iyun ayında iyun ayında özünə məxsus nəqliyyat vasitəsi ilə inək heyvanını Tələtin evindən götürüb Eldarın evinə aparmışdır. Tələtlə Eldarın həmin heyvanın qiyməti barədə razılaşmasından xəbəri yoxdur. O, sadəcə həmkəndlisi kimi köməklik məqsədi ilə heyvanı aparmışdır. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərdi ki, 2022-ci ilin aprel ayında 10 manat müqabilində iribuynuzlu inək heyvanını Tələtin evindən götürüb Eldarın evinə aparmış, sonuncu ona Tələtə verməsi üçün 300 manat pul vermiş, o da həmin pulu gətirib Tələtə vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfləri dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı işin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, Cavabdeh aralarında şifahi razılaşmaya əsasən İddiaçı ümumilikdə 3 dəfə, özü üçün isə iki dəfə heyvan almışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, İddiaçı hər birinin çəkisi 158 kq olan 2 ədəd iribuynuzlu inəyi (hər biri 1500 manat olmaqla) Cavabdeh ümumilikdə 3000 manata nisyə satdığını, sonuncunun isə həmin 3000 manat pulu ona qaytarmadığını, Nurlan Kazımovun ona verdiyi Eldar tərəfindən göndərilmiş 300 manat pulun ona satdığı iki inəyin puluna aidiyyətinin olmadığını bildirir. Cavabdeh isə iddiaçıdan iki dəfə özü üçün bir dəfə qonşusu üçün inək aldığını, özü üçün aldığı inəyinin birinin qiyməti olan 1050 manatı İddiaçı verdiyini, digər heyvanın dəyərinin 900 manat təşkil etdiyini və həmin məbləğin də 300 manatını Nurlan Kazımov vasitəsilə İddiaçı göndərdiyini, digər hissəsini də iddiaçıya qaytardığını bildirir. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, şahid ifadələrini tədqiq edib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı cavabdehə satdığı iki ədəd iribuynuzlu heyvanın çəkisi və qiyməti ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmiş, cavabdeh isə öz növbəsində iddiaçıdan iki ədəd heyvan aldığını etiraf etsə də, həmin heyvanların qiymətini təşkil edən məbləğləri, yəni 1050 manat və 900 manat məbləğində pulu tam şəkildə iddiaçıya ödədiyini sübut edə bilməmiş, qeyd olunan 900 manat məbləğin yalnız 300 manat hissəsinin iddiaçıya verilməsi iddiaçının özünün vəsatəti əsasında dindirilmiş şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. Halbuki, iddiaçı cavabdeh tərəfindən Nurlan Kazımov vasitəsilə ona göndərilmiş 300 manat pulun qonşuya məxsus heyvanın qiyməti ilə bağlı olmasını göstərsə də, bu xüsusatı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçıdan dəyəri 340 manat təşkil edən heyvanın alınması, həmin heyvanın pulunun hər birinin qiyməti 3 manat təşkil edən 117 ədəd ot bağlaması ilə əvəz olunması barədə cavabdehin etirazında göstərdikləri öz təsdiqini tapmamışdır. Məhkəmə, sübutlara qiymət verərkən ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyinə əsasən hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübutları, yəni şahid ifadələri mötəbərlilik kriteriyasına cavab verməklə, iddia tələbini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhz buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar işin halları ilə təsdiq olunduğuna görə sübut kimi qəbul edilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə məhkəmə hesab məhkəmə araşdırmasının nəticəsi olaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 1650 manat pul və 36,5 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumunun 13,5 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1650 manat pul və 36,5 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 13,5 manat hissəsi iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar