Məhkəmə qərarları › İş №2(049)-1772/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1772/2024

03.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1772/2024 03.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X7, ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “doğum faktının” müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X8 xx.xx.2018-ci ildə Suriya Ərəb Respublikasında doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi xx.xx.2018-ci ildə oğlu X11 Suriya Ərəb Respublikasında dünyaya gətirmişdir. X31 Respublikasında döyüşən silahlı dəstələrin girovluğunda olmuş və orada vəfat etmişdir. Həmin dövlətin ərazisində doğulmuş oğlu xx.xx.2018-ci il təvəllüdlü X8 doğumu bugünədək dövlət qeydiyyatına alınmamışdır. X3 Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi tərəfindən qayıdış şəhadətnaməsi ilə təmin edilmişdir. xx.xx.2023-cü ildə uşaqları X4, X9, X10, X12 ilə bərabər Suriya Ərəb Respublikasından Azərbaycan Respublikasına repatriasiyasına edilmişdir. X4, X9, X10na doğum haqqında təkrar şəhadətnamə almışdır. Özünə isə yeni nəsil şəxsiyyət vəsiqəsi almışdır .Lakin Suriyada doğulmuş xx.xx.2018-ci il təvəllüdlü övladı X8 doğumu isə hazıradək dövlət qeydiyyatından kənar qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Lənkəran Rayonu Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Türkiyyədəki Səfirliyi tərfindən ******* saylı şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə doğulmuş X13 qayıdış şəhadətnaməsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş 3475 nömrəli Maraqlı şəxs 3475 saylı xx.xx.2023-cü il tarxli arayışdan görünür ki, X5 ilə X1 rayon Boladi kənd icra nümayəndəliyində 20 may 2004-cü il tarixdə 12 sayla qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Hacıyeva, ərə Hacıyev soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş AZ-T 267913 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X12 07 yanvar 2013-cü il tarixdə doğulmuş, anası Ərizəçi atası X6r. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş AZ-İV 944302 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 08 iyun 2011-ci il tarixdə doğulmuş, anası Ərizəçi atası X6r. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş AZ-T 262592 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 08 may 2006-cı il tarixdə doğulmuş, anası Ərizəçi atası X6r. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş AZ-T 262593 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 07 noyabr 2007-ci il tarixdə doğulmuş, anası Ərizəçi atası X6r. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Maraqlı şəxs 03 oktyabr 2023-cü il tarixli, 1506/2023 nömrəli məktubundan görünür ki, Ərizəçi atalığın tanınması faktının müəyyən olunması üçün Ailə Məcəlləsinin 45-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, X15 vəfat etmişdir. Məhkəmə iclası zamanı ərizəçi övladı Zeynin atasının X15 olduğunu bildirmiş və sonuncun da Suriya Ərəb Respublikasında vəfat etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, həqiqətən də doğum faktı müəyyən olunması tələb edilən ərizəçi xx.xx.1018 tarixdə X2 Ərəb Respublikasında doğulmuşdur. Uşaq ev şəraitində doğulmuşdur. Hazırda anası ilə bərabər ailəsinin yanında yaşayırlar. Ona doğum faktının müəyyən edilməsi və doğumunun qeydiyyata alınması və şəxsiyyət vəsiqəsi almaq üçün lazımdır. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nigah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5.7. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, X8 23 avqust 2018-ci il tarixdə Suriya Respublikasının doğulması faktı müəyyən edilməli və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X8 xx.xx.1018-ci il tarixdə Suriya Ərəb Respublikasında doğulması faktı müəyyən edilsin. Akt qeydləri kitabının ata adı qrafasında X15, ana adı qrafasında Ərizəçi göstərilsin. Göstərilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq X18 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Hazırkı qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar