Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1787/2024 13.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehin mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Balakkişi oğlunun Lənkəran şəhəri, Şəhidlər Xiyabanı bina 46 A, mənzil 36 ünvanına yerləşən yerləşən 3 otaqlı mənzildən çıxarılması və həmin mənzilin onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların mərhum ataları X2 müharibəsi veteranı olmaqla o, xx.xx.2006-cı ildən 2-ci qrup əlillik təyin olunmuşdur. O, Lənkəran Şəhər İcra Hakimiyyətində xx.xx.2006-cı il tarixdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən ünvan 2 ünvanda yerləşən 3 otaqlı mənzil verilmişdir. İddiaçıların X5 xx.xx.2023-cü il tarixdə Lənkəran rayonunun Viyən kəndində vəfat etmişdir. Ataları öldükdən sonra iddiaçılar anaları ilə birlikdə kirayədə yaşamağa başlamışlar. Atalarından miras qalan evdə yaşamaq istəsələr də iş üzrə cavabdeh olan Cavabdeh həmin evi qanunsuz olaraq zəbt etmiş və onların oraya köçüb yaşamasına imkan verməmişdir. Ataları ilə analarının nikahı rəsmiləşdirilmədiyindən atadan miras qalmış əmlakın qəbulu üçün anası müraciət edə bilməmiş, həmin evin atasının vərəsələri kimi qəbul etmələrindən ötrü qanunvericiliyin tələbinə uyğun olaraq ərazi üzrə Lənkəran 1 saylı Notariat Ofisinə müraciət olunmuş və Notariat ofisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində olan Sosial Xidmətlər Agentliyinə xx.xx.2024-cü il tarixli 25 nömrəli məktub ünvanlayaraq 07 sentyabr 2023-cü il tarixdə vəfat etmiş X10 varislərinin dairəsinin müəyyən edildiyi və onun vərəsələrinin azyaşlı övladları olan İddiaçı1 və İddiaçı2 müəyyən edildiyi bildirilmiş və bu barədə məlumat verilmişdir. Beləliklə, qanunvericiliyin tələbinə görə yetkinlik yaşına çatmamış miras qoyanın vərəsələri kimi atadan miras qalmış ünvan 3 ünvanda yerləşən 3 otaqlı mənzildən istifadə və ona sərəncam vermə hüuqu iddiaçılara keçmişdir. Lakin cavabdeh iddiaçılara atalarından miras qalan yeganə mənzili qanunsuz olaraq zəbt etmiş və onlarla birlikdə analarının həmin evdə yaşamasına imkan vermir özü həmin mənzildən qanunsuz olaraq istifadə edir. İddiaçılar yetkinlik yaşına çatmayan şəxslər olduğundan məhdud fəaliyyət qabiliyyətli şəxslər olmaqla həmin miras əmlakı qanuni nümayəndələri olan analası Qanuni nümayəndə vasitəsilə qəbul ediblər. Belə olan halda yetkinlik yaşına çatmayan iddiaçılar və onların qanuni nümayəndələri olan anaları Qanuni nümayəndə ilə birlikdə həmin mənzilə sərəncam hüuqunu əldə etmiş, artıq həmin mənzilin mülkiyyətçinin qanunla qorunan hüquqi varisləri olaraq iddiaçılara keçmişdir. Lakin cavabdeh onlara məxsus olan mənzili qanunsuz zəbt etdiyindən qanuni nümayəndələri olan anaları Qanuni nümayəndə vasitəsilə həmin mənzilin buraxılmasını cavabdehdən tələb etsələr də o, mənzili zəbtdən azad etməkdən imtina etməklə iddiaçıların mülkiyyətdən istifadə etməyinə maneə yaratmağa davam etdiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. İşin məhkəmə baxışında iştirak edən iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddiaçı X19 məhrum yoldaşı olmuşdur. Lakin onların arasında rəsmi nikah olmamışdır. Hazırda məhkəmədə iddia predmeti olan mənzil həyat yoldaşına verildikdən sonra bir müddət həmin evdə həyat yoldaşı ilə birlikdə yaşamışlar. Sonradan həyat yoldaşı Rusiya Federasiyasına işləmnəyə getmişdir və o, uşaqları ilə birlikdə kəndə atasıgilin evinə yaşamağa getmişdir. Həyat yoldaşı sonradan ona bildirmişdir ki, həmin mənzili iki illik kirayəyə veribdir. 07 sentyabr 2023-cü il tarixdə intihar etmişdir. Həyat yoldaşının vəfatından sonra o, mübahisəl mənzilə gedərək mərhum həyat yoldaşının üç mərasiminədək orada məclis verməyi oarada yaşayan Cavabdeh ondan xahiş etmişdir. Lakin Cavabdeh ona bu barədə icazə verməmiş, ev ərindən satın aldığını bildirmişdir. O, özü və iki övladı da həmin mənzildə pasport qeydiyyatındadırlar. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında X8 ona qarşı iddia tələbini qəbul etməyərək, izahatında vildirdi ki, o, 2023-cü ilin mart ayında mənzil almaq istəyirmiş. X3 ona öz mənzilini satdığını bildirmişdir. Cəfər Cəfərov bildirmişdir ki, mənzilin sənədləri hələ tam hazır deyildir, amma qısa zamanda həmin mənzilə çıxarış alacaq. Cəfər Cəfər ona yalvarmışdır ki, onun mənzilini alsın. Demişdir ki, o, Rusiyaya qardaşının yanına gedir, ölüm-itim ola bilər. Ona təklif etmişdir ki, notarusa gedib aralarındakı borc müqaviləsi bağlasınlar. Onlar notariat kontoruna gedərək, aralarında 38.000 manat məbləğə dair borc müqaviləsi bağlamışlar. Hətta mənzili alması barədə aralarında akt da yazmışlar. O, həmin vaxt evin qeydiyyatında olan şəxslərin də evi alacağı təqdirdə razılıqlarının alınmalı olduğunu dedikdə Cəfər bildirmişdirdi ki, ev onun adınadır və orada heç kim də qeydiyyatda deyil, həyat yoldaşı ilə rəsmi nikahları yoxdur, çoxdan boşanmışdır. Daha sonra evin qiymətini soruşduqda Cəfər ona evin son qiymətini 55.000 manata demişdi. Onda o qədər pulunun olmadığını dedikdə Cəfər yenidən ona problemi olduğu üçün təcili olaraq pul lazım olduğunu bildirmiş və mən də nəhayət onunla bu şərtlə razılaşmışlar ki, ona 38.000 manat nəqd pul verib qalan 17.000 manat pulu da evin sənədləşməsindən və çıxarışı ona verəndən sonra ona verəcəini bildirmişdir. Bu səbəbdən də Cəfərin özünün təklifi ilə 13 mart 2023-cü il tarixdə onun tərəfindən dostum X12, Cəfər və onun tərəfindən bacısı X13 birlikdə Lənkəran 1 saylı notariat ofisinə gedərək onunla Cəfər Cəfərov arasında kredit müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən Cəfər hər ehtimala qarşı aldığı 38.000 manat borcu 5 ay müddətində, yəni 13 avqust 2023-cü il tarixədək ona qaytarmağı öz üzərinə götürmüşdür. Daha sonra onlar Respublika Bankına gedərək həmin 38.000 manat pulu banka Cəfər Cəfərovun hesabına köçürtmüşdür və Cəfər Cəfərov da həmin gün və həmin dəqiqədə 38.000 manat pulu bankdan götürmüşdür. Bundan başqa onlar həmin gün onun, X18, onun bacısı X13, müəllim yoldaşı X1 və dostum X4 iştirakları ilə Lənkəran şəhərində borc müqaviləsi tərtib etmişlər. Həmin borc müqaviləsinin şərtlərinin 1.1-ci bəndinə əsasən də Cəfər Cəfərov məndən evi mənə satmaq üçün ona verdiyim 38.000 manat pulu 13 avqust 2023-cü il tarixədək ona qaytaracağını, 22.1-ci bəndə əsasən borc məbləğinin qarşılığında onun əlavə olaraq ona 17.000 manat ödəməyi ilə həmin razılaşdığı Lənkəran şəhəri şəhidlər Xiyyabanı, ev 46-A, mənzil 36-da yerləşən 3 otaqlı mənzili mülkiyyətinə keçirməyi öhdəsinə götürmüşdür. Evə köçdükdən təqribən 1-2 ay keçəndən sonra Cəfər Cəfərov evə görə qalan 17.000 manat pulu dəfələrlə ona zəng edərək istəsə də, o, yalnız çıxarışı ona verəndən sonra həmin pulu verə biləcəyimi ona demişdir. X23 intihar etmişdir və mənzili öz adına rəsmiləşdirə bilməmişdir. O, həmin mənzildə yaşayır və mənzilin bütün kommunal xidmət müqavilələri onun adınadır. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddaçın iddasına etiraz edərək ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia predmetini təşkil edən yaşayış mənzili Cavabdeh tərəfindən 38.000 manat pul ödənilməklə alınmışdır. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə sorğusu ilə əldə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən təqdim edimiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyi müəyyən edilmiş X18 xx.xx.2006cı il tarixindən Lənkəran Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı uian şəxs qismindo uçota alınmış və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsiərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamının icrası çərçivəsində Nazirlik tərəfindən xx.xx.2020-ci il tarixində ünvan 4 ünvanında 36 nömrəli üçotaqlı mənzillə təmin edilmişdir. “Mənzilin imtiyazlı şəxsə təhvil verilməsi” haqqında xx.xx.2020-ci il tarixli aktdan görürünür ki, ünvan 5 ünvanında yerləşən mənzil X14 təhvil verilmişdir. Məhkəmə sorğusu əsasında əldə edilmiş DƏDK və R Publik hüquqi şəxsin 10 Lənkəran Ərazi İdarəsinin məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən 36 saylı mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılmamışdır. Lənkəran rayon hərbi komissarlığından verilmiş 067833 nömrəli vəsiqənin surətindən görünür ki, X18 müharibə veteranıdır. Ölüm haqqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X18 xx.xx.2023cü il tarixdə vəfat etmişdir. Doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1 xx.xx.2008-ci il təvəllüdlüdür. X5, anası Qanuni nümayəndədır. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünüt ki, X11 xx.xx.2008-ci il təvəllüdlü İddiaçı1 münasibətdə atalığı müəyyən edilmişdir. Doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı2 xx.xx.2009-cu il təvəllüdlüdür. X5, anası Qanuni nümayəndədır. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünüt ki, X11 xx.xx.2009-ci il təvəllüdlü İddiaçı2 münasibətdə atalığı müəyyən edilmişdir. ünvan 6iat ofisi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, X9 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Lənkəran rayonu 1 saylı notariat ofisinə müraciət daxil olunmuşdur. X18 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir və vərəsələrin dairələri müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən miras qoyanın vərəsələri az yaşlı övladları İddiaçı1 və İddiaçı2 barədə sizə məlumat verilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və Cəfərli X16 şəhəri, Şəhidlər Xiyabanı küçəsi, 46/20A ünvanında yerləşən 36 saylı mənzildə pasport qeydiyyatındadırlar. ünvan 6iat ofisi tərəfindən 13 mart 2023-cü il tarixdə 3M-313 reyestr nöməsi ilə təsdiqlənmiş Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, Cavabdeh tərəfindən X14 38.000 manat məbləğində borc pul verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3 maddəsinə əsasən, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Həmin məcəllənin 49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ataları X11 qanun üzrə vərəsələri hesab edilirlər. Onlar hazırda yettkinlik yaşına çatmadıqlarından və mübahisəli ünvan 5 ünvanında yerləşən 36 saylı mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılmadığından onlar həmin mənzilə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni rəsmiləşdirə bilməmişlər. Lakin iddiaçıların həmin mənzil üzərində gözlənilən mülkiyyət hüquqları vardır. Məhkəmə cavabdehin sübut kimi əsaslandırdığı X18 ilə arasında bağladığı kredit müqaviləsinə münasibət bildirərək qeyd edir ki, həmin kredit müqaviləsi şəxslər arasında pulun alınması ilə bağlı tərtib edilərək, notarius tərəfindən təsdiqlənmiş, lakin həmin müqavilədə hər-hansı mənzilin alqa-satqısı ilə əlaqadar hər hansı qeyd notarius tərfindən təsdiqlənməmişdir. Eyn zamanda Cavabdeh ilə X18 arasında hər hansı mənzilin alqı-satqısı ilə əlaqədar “İlkin müqavilə”nin bağlandığı işin məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Qubadov X6 şəhər, Şəhidlər Xiyabanı küçəsi ev 46 A-da yerləşən 3 otaqlı 36 saylı mənzildən çıxarılsın və həmin mənzil iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1787/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1787/2024
13.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver