Məhkəmə qərarları › İş №2(049)-180/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-180/2025

04.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-180/2025 04.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X4, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl–zinət əşyları” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə. müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 ədəd 940 manat dəyərində Rusiya istehsalı olan 9.4 qram çəkidə 585 əyarlı bir cüt sırğa və bir ədəd üzükdən ibarət badamı sırğa üzük qızıl dəsti; 1920 manat dəyərində 1 ədəd Rusiya istehsalı olan 19.2 qram çəkidə 585 əyarlı qızıl boyunbağı; 1480 manat dəyərində 1 ədəd Rusiya istehsalı 14.8 qram çəkidə 585 əyarlı qızıl bilərzik; 1850 manat dəyərində 1 ədəd Rusiya istehsalı 12.32 qram çəkidə 585 əyarlı brilyant qaşlı bilərzik; 1070 manat dəyərində 1 ədəd Rusiya istehsalı olan 7.12 qram çəkidə 585 əyarlı üzərində üçlü sıralı damla kəsim 1.34 karat brilyant qaşı olan diamond üzükdən ibarət qızıl-zinət əşyaları və ya onların dəyəri olan 7260 manat məbləğində pulun, 100 manat məbləğində mütəxəssisə ödənilən pulun və məhkəmə üçün ödənilən dövlət rüsumu 95 manat 40 qəpik, cəmi 7455 manat 40 qəpik pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdir ki, iddiaçı xx.xx.1992-ci il tarixdə Lənkəran rayonunda doğulmuşdur. İş üzrə cavabdeh X2 ona həmkəndlisi yəni Lənkəran rayonu, Şağlaküçə kəndində qeydiyyatda olmaqla orada yaşayır həmdə onun qonşusudur. Bir gün qonşusu Zöhra Abdullayeva ona yaxılaşaraq demiş ki, toya gedir ona görədə qızılları taxmaq üçün istəmiş toydan qayıdandan sonra ona qaytaracqmış. O, da qonşuluqdur deyə vermiş, cavabdeh həmin sözügedən qızılları ondan toy adıyla alıb getmişdir. Bir-iki gün keçdikdən sonra cavabehdən qızılları soruşmuş qonşu qızılları qaytar dedikdə o, isə “narahat olma qaytararamda məndədir” demişdir. Daha sonra bir müddət yenə keçdikdən sonra cavabdeh qızılları qaytarılmasını istəmiş çünki, qızılları ərindən xəbərsiz vermiş bilsə onu öldürər, dedikdə o isə cavabında “narahat olma qızıllarını lombarda qoymuşam” uşağı xəstə olduğu üçün cavabdehə pul lazım imiş ona görə o, həmin qızılları lombarda qoymuşdur. Lombardın pulun verib qızılları götürdükdən sonra gətirib verərcəkmiş, cavabdehə demiş ki, sən icazəsiz niyə bunu etmisən, cavabdeh demiş ki, narahat olma lombard işlədən onun tanışıdır. Daha sonra nə qədər tələb etsə də, onu aldatmışdır. Məcbur qalıb Lənkəran ŞRPŞ-nə müraciət etmiş, ordan bildirmişlər ki, öz razılığınla verdiyinə görə cinayət işinin başlanması mümkün deyildir, yaxşı olar ki, rayon məhkəməsinə müraciət edəsiniz, oda dəfələrlə vopçatda mesaj yazmışdır. O,da narahat olma bir iki günə verəcəm səbr elə demişdir. Məcbur qalıb müstəqil ekspertiza mərkəzinə müraciət etmiş qızıllarıın qıramını, əyyarı və qiymətin dəqiqləşdirmişdir. Bu vaxtacan gözləsə də, ondan bir xəbər çıxmadığı üçün o, məcbur qalıb cavabdehə qarşı hazırki, tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin yeri və vaxtı barədə cavabdeh X1 rəsmi olaraq poçt vasitəsi ilə kağız daşıyıcıda məhkəmə bildirişi və Elektron SMS göndərilməklə məlumat verilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməməmiş və iddia ərizəsinə hər hansı etiraz göndərməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş video disk fotoşəkil və votsap yazışmalarından görünür ki, iddia ərizəsində tələb edilən qızılzinət əşyaları cavabdehə verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 22 oktyar 2024-cü il tarixli "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, təqdim edilən qızıl-zinət əşyaları 1 ədəd 940 manat dəyərində Rusiya istehsalı olan 9.4 qram çəkidə 585 əyarlı bir cüt sırğa və bir ədəd üzükdən ibarət badamı sırğa üzük qızıl dəsti; 1920 manat dəyərində 1 ədəd Rusiya istehsalı olan 19.2 qram çəkidə 585 əyarlı qızıl boyunbağı; 1480 manat dəyərində 1 ədəd Rusiya istehsalı 14.8 qram çəkidə 585 əyarlı qızıl bilərzik; 1850 manat dəyərində 1 ədəd Rusiya istehsalı 12.32 qram çəkidə 585 əyarlı brilyant qaşlı bilərzik; 1070 manat dəyərində 1 ədəd Rusiya istehsalı olan 7.12 qram çəkidə 585 əyarlı üzərində üçlü sıralı damla kəsim 1.34 karat brilyant qaşı olan diamond üzükdən ibarət qızıl-zinət əşyaları dəyəri 7260 manat məbləğindədir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 25 avqust 2024-cü il tarixli Lənkəran Şəhər Rayon Polis Şöbəsinin məktubundan görünür ki, İddiaçı şikayəti əsasında hər hansı bir cinayət xarakterli əmələ və inzibati xətaya yol verilməməsi hallarının olması müəyyən olunmadığından. Cavabdeh verilmiş qızılların geri alınması tələbi ilə aidiyyəti üzrə mülki qaydada məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 07 may 2024-cü il tarixli Lənkəran Regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi natariusu tərəfindən təsdiqlənmiş ərizədən görünür ki, Cavabdeh qızıl-zinət əşyalarını cavabdeh İddiaçı qaytarılması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən mütəxəsis rəyi üçün 100 manat ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 95 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-nin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. MM-nin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı toyda taxmaqdan ötrü Cavabdeh qızıl zinət əşyaları vermiş və sözügüdən əşyaları iddiaçıya qaytarmamışdır. Məhkəmə iş üzrə iddia tələbini araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, iş üzrə tələb olunan qızıl zinət əşyaları cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır. Həmin hal notariat qaydada verilmiş ərizə, votsap yazışmaları və video diskdən də tam təsdiq olunur. Məhkəmə iddianın təmin edilməsini əsaslı hesab etməklə yanaşı, həm də qanuni hesab edir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. “ Məhkəmə, qeyd olunan normalara, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübut, tərəflər arasında votsap yazışmaları işin halları ilə təsdiq olunduğuna görə sübut kimi qəbul edilməlidir. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, beynəlxalq hüquqda (İnsan hüqüqları haqqında Ümumi Bəyənnamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqları haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul edilir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin Vİİİ hissəsində məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququnun təmin olunması təsbit edilmişdir. MPM-nin 222.1-ci maddəsinə əsasən-məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə, onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1 ədəd 940 manat dəyərində Rusiya istehsalı olan 9.4 qram çəkidə 585 əyarlı bir cüt sırğa və bir ədəd üzükdən ibarət badamı sırğa üzük qızıl dəsti; 1920 manat dəyərində 1 ədəd Rusiya istehsalı olan 19.2 qram çəkidə 585 əyarlı qızıl boyunbağı; 1480 manat dəyərində 1 ədəd Rusiya istehsalı 14.8 qram çəkidə 585 əyarlı qızıl bilərzik; 1850 manat dəyərində 1 ədəd Rusiya istehsalı 12.32 qram çəkidə 585 əyarlı brilyant qaşlı bilərzik; 1070 manat dəyərində 1 ədəd Rusiya istehsalı olan 7.12 qram çəkidə 585 əyarlı üzərində üçlü sıralı damla kəsim 1.34 karat brilyant qaşı olan diamond üzükdən ibarət qızıl-zinət əşyaları və ya onların dəyəri olan 7260 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İş üzrə 100 manat məbləğində mütəxəssisə ödənilən pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu 95.40 manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar