Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1820/2025 24.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu İddiaçılar Ərizəçi2 və Ərizəçi1 Maraqlı şəxs qismində cəlb etdiyi “doğum faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçılar Ərizəçi2 və Ərizəçi1 Maraqlı şəxs qismində cəlb etdiyi “doğum faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, MPM-nin 151.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi geri qaytarılır. Hazırkı iddia ərizəsindən görünür ki, iki nəfər şəxs ayrı-ayrılıqda xüsusi icraat qaydasında olan tələblərini bir iddia ərizəsində birləşdirərək məhkəməyə müraciət etmişlər. İddia ərizəsində müəyyən olunur ki, iddiaçı Ərizəçi2 öz anasının, Ərizəçi1 MNəhərrəm oğlu da öz növbəsində öz anasının və nənəsinin doğum faktlarını müəyyən edilməsini xahiş etmişlər. Göründüyü kimi iki müstəqil iddiaçı tərəfindən iki müstəqil tələb üzrə iddialar əsassız olaraq bir iddia ərizəsində birləşdirilmişdir ki, bu halda da iddia ərizəsinin icraata qəbulu qanunvericiliklə qadağan olunmuşdur. Məhkəmə hesab edir ki, göstərilən nöqsanlar aradan qaldırılmadan iddia ərizəsinin icraata qəbul edilməsi mümkün deyil. Eyni zamanda, iddiaçı tərəfindən eyni məzmunlu eyni cavabdehə qarşı xx.xx.2025ci il tarixdə də iddia irəli sürülmüş və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1383/2025 nömrəli qərardadı ilə eyni əsasla iddia ərizəsi geri qaytarılmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı Ərizəçi1 məhkəməyə maraciət etmək üçün müvafiq olaraq 100 manat dövlət rüsumu ödəmişdir. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da ona geri qaytarılmalıdır. MPM-nin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.3-cü maddəsinin tələblərinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra, yəni iki müstəqil ayrı iddia kimi verildikdən sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar Ərizəçi2 və Ərizəçi1 Maraqlı şəxs qismində cəlb etdiyi “doğum faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı Ərizəçi1 qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-1820/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1820/2025
24.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver