Məhkəmə qərarları › İş №2(049)-1841/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1841/2025

24.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1841/2025 24.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X10, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı «cehiz əşyalarının çıxarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh məxsus 1 ədəd iki nəfərlik çarpayı, 2 ədəd döşək, 3 ədəd yorğan, 8 ədəd balış, 12 ədəd nimdər (yastıqüzü), 1 ədəd paltar dolabı, 1 ədəd güzgülü termo, 1 ədəd xalça, 6 ədəd pərdə dəsti, 1 ədəd servis qabı, 1 ədəd böyük yemək masası, 6 ədəd stul, 1 ədəd ütü masası, 5 ədəd karniz, 1 ədəd uşaq çarpayısı, 2 ədəd kreslo, 1 ədəd divan, 2 ədəd qab dolabı, 2 ədəd çarpayı kənarfı dolab, 1 ədəd paltar asılqanı, 1 ədəd böyük güldan, 1 ədəd metal vedrə, 1 ədəd kauçuk vedrə, 3 ədəd qazan, 1 ədəd aşsüzən, 2 ədəd çaynik, 1 ədəd mikser, 1 ədəd süpürgəli xəkəndazdan ibarət cehiz əmlaklarının mənim mülkiyyətimdə olan və Lənkəran rayonu, Biləsər kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdir ki, İddiaçı xx xxxxx 1959-cu il tarixdə Lənkəran rayonu, Biləsər kəndində anadan olmuşdur. X3 Cavabdeh ilə faktiki nikaha daxil olaraq evlənmişlər.Onlar nikahlarını isə 20 noyabr 2015-ci il tarixdə Lənkəran ŞİHB-nin Biləsər kənd inzibati ərazi dairəsində nümayəndəliyində 05 sayla rəsmiləşdirmişlər. Onların birgə nikahından xx.xx.2016-ci il tarixdə Əbülfəz və xx.xx.2021-ci0 il tarixdə Zəhra adlı iki uşaqları anadan olmuşdur. Cavabdeh oğlu evləndikdən sonra ona məxsus fərdi yaşayış evinə gəlin köçmüş və ona verilmiş cehiz əmlaklarını ona məxsus fərdi yaşayış evində yerləşdirmişdir.Sonradan X3 ilə Cavabdeh arasında olan münasibətlər korlanmış, cavabdeh ona məxsus fərdi yaşayış evini tərk edərək getmişdir. X3 ilə Cavabdeh arasında olan nikah qeydi Lənkəran Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(049)- 1123/2024 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdeh artıq 3 ildən çox bir müddətdir ki, oğlu Fuad Muradov ilə ər-arvad kimi yaşamır və ona məxsus fərdi yaşayış evini tərk etmişdir. Lakin buna baxmayaraq cavabdeh özünə məxsus cehiz əmlaklarını ona məxsus fərdi yaşayış evindən çıxarıb, aparmır. Cavabdeh ona məxsus fərdi yaşayış evini tərk edəndən və oğlu ilə boşandıqdan sonra dəfələrlə ona və onun valideynlərinə demiş ki, gəlsinlər özünə məxsus cehizləri evindən aparsınlar. Lakin cavabdeh özünə məxsus cehizləri iddiaçının evindən aparmır. Cavabdehin əmlaklarının onun evində qalmasının heç bir hüquqi əhəmiyyəti yoxdur. Çünki, o artıq onun gəlini deyildir. Onun əmlakları onların evdə darısqallıq yaradır. Məhz bu səbəbdən cavabdehə məxsus onun evində hazırda yerləşən əmlakların çıxarılması barədə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Əmlakların siyahısı: 1 ədəd şifoner,1 ədəd termo,1 ədəd servant,1 ədəd taxt,1 ədəd divan və 2 ədəd kreslo, 8 ədəd balış.11 ədəd nalça,1 ədəd lyustr,12 metr qarniz,1 ədəd sandıq,1 ədəd televizor altı,1 ədəd paltar asan,3 karopka qab-qacaq,4 ədəd pərdə,1 ədəd balaca stol,1 ədəd xalça,1 ədəd güldan. Daha sonra iddiaçı əmlakları siyahıya alamaqla məhkəməyə təqdim etmiş 1 ədəd iki nəfərlik çarpayı, 2 ədəd döşək, 3 ədəd yorğan, 8 ədəd balış, 12 ədəd nimdər (yastıqüzü), 1 ədəd paltar dolabı, 1 ədəd güzgülü termo, 1 ədəd xalça, 6 ədəd pərdə dəsti, 1 ədəd servis qabı, 1 ədəd böyük yemək masası, 6 ədəd stul, 1 ədəd ütü masası, 5 ədəd karniz, 1 ədəd uşaq çarpayısı, 2 ədəd kreslo, 1 ədəd divan, 2 ədəd qab dolabı, 2 ədəd çarpayı kənarfı dolab, 1 ədəd paltar asılqanı, 1 ədəd böyük güldan, 1 ədəd metal vedrə, 1 ədəd kauçuk vedrə, 3 ədəd qazan, 1 ədəd aşsüzən, 2 ədəd çaynik, 1 ədəd mikser, 1 ədəd süpürgəli xəkəndazın özünə məxsus evdən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstəriklərini təsdiq edib iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh elektron kabinetə bildiriş yerləşdirilməklə, habelə poçt vasitəsi ilə göndərilməklə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 1885.5-ci maddəsinə əsasən mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasına elan edilməklə araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2 (049)-1123/2024 saylı qətnaməsinin surətindən görünür ki, X11 ilə Cavabdeh arasında 20 noyabr 2015-ci il tarixdə olan nikah pozulmuş xx.xx.2016-cı il təvəllüdlu X12 və xx.xx.2021-ci il təvəllüdlü X14 anası iddiaçı Cavabdeh qızının yanında qalsın və xx.xx.2016-cı il təvəllüdlu X12 və xx.xx.2021-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 180 manat olmaqla, iki uşağa görə cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasına elan edilməklə araşdırılmış JN- 053 kod 80208018 nömrəli dövlət aktıından görünür ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə Lənkəran rayonun Biləsər kəndində yerləşən 0.25-ha torpaq sahəsi İddiaçı Əbulfəq oğlu, X2, X4, X6, X13, X7,X8, və X5 mülkiyyətinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasına elan edilməklə araşdırılmış aktdan görünür ki, sözugedən cehiz əmlakların mövcudluğu ilə bağlı cavabdeh tərəfindən akt tərtib edilmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasına elan edilməklə araşdırılmış xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasına elan edilməklə araşdırılmış xx.xx.2025-ci il tarixli Lənkəran ŞİB-nın Biləsər kənd İƏD-üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Cavabdeh məxsus cehiz əmlaklar İddiaçı mülkiyyətində olan evdədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş video disk və görünür ki, iddia ərizəsində tələb edilən cehiz əmlaklar cavabdehə məxsus olan evdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə, iddiaçının izahatlarını dinləyib hesab edir ki, Cavabdeh məxsus cehiz əşyalarının cavabdeh İddiaçı yaşadığı Lənkəran rayonu, Biləsər kəndində yerləşən evdən çıxarılmalıdır. Məhkəmə bu qənaətə gələrkən cavabdehin iddiaçıya məxsus evdən istifadə hüququnun olmasına dair hər hansı sübutun olmamasını və iddiaya dair cavabdehin etirazının məhkəməyə verilməməsini də nəzərə alır. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, beynəlxalq hüquqda (İnsan hüqüqları haqqında Ümumi Bəyənnamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqları haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul edilir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin Vİİİ hissəsində məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququnun təmin olunması təsbit edilmişdir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehdən tutularaq ona ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus cehizlər –1 ədəd iki nəfərlik çarpayı, 2 ədəd döşək, 3 ədəd yorğan, 8 ədəd balış, 12 ədəd nimdər (yastıqüzü), 1 ədəd paltar dolabı, 1 ədəd güzgülü termo, 1 ədəd xalça, 6 ədəd pərdə dəsti, 1 ədəd servis qabı, 1 ədəd böyük yemək masası, 6 ədəd stul, 1 ədəd ütü masası, 5 ədəd karniz, 1 ədəd uşaq çarpayısı, 2 ədəd kreslo, 1 ədəd divan, 2 ədəd qab dolabı, 2 ədəd çarpayı kənarfı dolab, 1 ədəd paltar asılqanı, 1 ədəd böyük güldan, 1 ədəd metal vedrə, 1 ədəd kauçuk vedrə, 3 ədəd qazan, 1 ədəd aşsüzən, 2 ədəd çaynik, 1 ədəd mikser, 1 ədəd süpürgəli xəkəndaz- Lənkəran rayonu, Biləsər kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılsın. İddia üzrə verilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar