Məhkəmə qərarları › İş №2(049)-1878/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1878/2025

01.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1878/2025 01.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Namik oğlu ilə aralarında 03 avqust 2024-cü il tarixdə Lənkəran regional “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində 268 sayla qeydə alınmış nikah qeydinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsini nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, İddiaçı tərəfindən hazırki iddia ərizəsinə məhkəməyə iddia ərizəsi verməsi üçün müəyyənləşdirilmiş dövlət rüsumunun ödənilməsi barədə sübutu əlavə edilməmişdir. Həmçinin dövlət rüsumunu ödəməkdən azad edilməsi barədə əsaslar iddia ərizəsində qeyd edilməmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə görə, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə, 100 manat dövlət rüsumu ödənilir. Lakin İddiaçı iddia ərizəsinə əlavə etdiyi ********** saylı xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, onun tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 20 manat dövlət rüsumu, 9835 saylı xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, 60 manat mediasiya xərci ödənilmişdir. Belə ki, iddiaçı tərəfindən ümumi olaraq hazırki iddia tələbi üzrə ərizənin məhkəməyə verilməsi üçün 80 manat məbləğində vəsait (dövlət rüsumu və mediasiya) ödənilmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ********* saylı xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, həmin qəbzdə qeyd edilmiş 20 manat vəsait İddiaçı tərəfindən deyil, digər şəxs tərəfindən, eyni zamanda “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə təkrar şəhadətnamənin alınması” üçün ödənilmişdir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə görə iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar