Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-19/2024 04.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran şəhər Ərazi İdarəsinə qarşı “payın naturada müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən onunla cavabdehlərin mülkiyyətində olmaqla Lənkəran rayonu Boladi kəndində yerləşən həyətyanı və payıbəlli payıbəlli torpaq sahələrindən 2/12 payının naturada bölünərək ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlərlə birgə mülkiyyətində Lənkəran rayonu Boladi kəndində həyətyanı və payıbəlli torpaq sahələri vardır. Həmin torpaq sahələri valideynlərindən miras qalmaqla, payları məhkəmə qətnamələri əsasında müəyyən edilmişdir. Həm həyətyanı, həm də payıbəlli torpaq sahəsində onun 2/12 payı müəyyən edilmişdir. Payıbəlli Torpaq sahəsi ilə bağlı ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış, həyətyanı torpaq sahəsi ilə bağlı isə ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020ci il tarixli, **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Yəni sözügedən torpaqda hər birinə düşən torpağın norması aydındır. Lakin həmin normanın konkret olaraq torpağın hansı hissəsindən olması məlum olmamaqla, paylarının ayrılması ilə bağlı bölgü planını isə digər payçılar olan cavabdehlər imzalamadığından torpaqda olan payların naturada ayrılması mümkün olmamışdır. Nəticədə isə torpağın mülkiyyətində olan hissəsi naturada ayrılmadığından həmin yerdən faktiki olaraq istifadə edə bilmir və bu barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmnuna uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran şəhər Ərazi İdarəsinin nümayəndəsi heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, ərizənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı, ********** nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayonu, Boladı kəndində yerləşən ümumi sahəsi 0,2436 ha olan “kənd təsərrüfatı təyinatlı” torpaq sahəsi paylı mülkiyyətdə olmaqla, həmin torpaq sahəsinin 4/12 hissəsi X2, 2/12 hissəsi İddiaçı və 6/12 hissəsi Cavabdeh2 məxsusdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı, ********** nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayonu, Boladı kəndində yerləşən ümumi sahəsi 0,19 ha olan “yaşayış məntəqəsinin” torpaq sahəsi paylı mülkiyyətdə olmaqla, həmin torpaq sahəsinin 4/12 hissəsi X2, 2/12 hissəsi İddiaçı və 6/12 hissəsi Cavabdeh2 məxsusdur. Lənkəran rayon məhkəməsinin xx.xx.2024-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/9139 saylı rəyinin nəticə hissəsindən müəyyən olunur ki,: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********82 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-341A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında) İddiaçı, cavabdelər X2 və Cavabdeh2 paylı mülkiyyətlərində olan Lənkəran rayonu, Boladi kəndində yerləşən 0,19 ha həyətyanı torpaq sahəsindən İddiaçı 2/12 payının (316,6kv.m) naturada təcrid şəklində ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Belə ki torpaq sahəsinin ümumi yola bitişik olan hissəsindən cənub tərəfə 8,7m, daha sonra qərb istiqamətinə 19m sərhəd hasarı çəkməklə 316,6kv.m torpaq sahəsinin digər sahələrdən ayrılması texniki cəhətdən mümkündür. Qeyd olunan formada bölgü zamanı torpaq sahəsinin üzərində yerləşən bir ədəd tikili 316,6kv.m torpaq sahəsinin daxilində qalacaqdır. Bölgü variantı rəyin tədqiqat hissəsində göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 21.11,2023-cü il tarixli, 3-21-3-43/2-3268/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020ci il tarixli, ********** qeydiyyat nömrəli və **********041 reyestr nömrəli Çıxarışla İddiaçı, cavabdehlər X2 və Cavabdeh2 paylı mülkiyyətlərində olan Lənkəran rayonu, Boladi kəndində yerləşən 0,24 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin yalnız cənubşərq istiqamətdən (36,5 m məsafədə) yol ilə (yəni torpaq sahəsinə giriş-çıxışın bir tərəfdən olması) sərhəd olması müəyyən olunmuş və həmin 0,24 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən İddiaçı 2/12 payının naturada ayrılması texniki cəhətdən mümkün olması müəyyən edilmişdir. Lakin mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında həmin 0,24 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin eninin 36,5m göstərilməsini, “Torpaq sahəsinin planı və ölçüsü” sənədində isə torpaq sahəsinin eninin 41,6m göstərilməsini, eləcə də mütəxəssis rəyində bölgü variantı göstərilmədiyini nəzərə alaraq, sözügedən;0,24 ha kənd təsərrüfatı təyinatlı paylı torpaq sahəsinin bölgü planını tərtib etmək mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 49-cu maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 50-ci maddəsinin 1-ci bəndinə əsasən Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. 52-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. 52-ci maddəsinin 2-ci bəndinə əsasən iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. 55-ci maddəsinə əsasən Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 83-cü maddəsinə əsasən 1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 220.1-ci, 220.2-ci və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı, ********** nömrəli çıxarışa əsasən, tərəflərin paylı mülkiyyətində olan Lənkəran rayonu, Boladı kəndində yerləşən ümumi sahəsi 0,19 ha olan “yaşayış məntəqəsinin” torpaq sahəsinindən İddiaçı məxsus olan 2/12 hissə payın naturada ayrılması texniki cəhətdən mümkündür. İddia tələbində qeyd edilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı, ********** nömrəli çıxarışa əsasən, tərəflərin paylı mülkiyyətində olan Lənkəran rayonu, Boladı kəndində yerləşən ümumi sahəsi 0,2436 ha olan “kənd təsərrüfatı təyinatlı” torpaq sahəsinə dair bölgü planını tərtib etmək mümkün olmadığından həmin torpaq sahəsinindən İddiaçı məxsus olan 2/12 hissə payın naturada ayrılması texniki cəhətdən mümkün olmamışdır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, iddia tələbində qeyd edilən ********** nömrəli çıxarışa əsasən, paylı mülkiyyətdə olan Lənkəran rayonu, Boladı kəndində yerləşən ümumi sahəsi 0,19 ha olan torpaq sahəsinindən İddiaçı məxsus olan 2/12 hissə payın naturada ayrılması hissəsində iddia tələbi təmin edilməli, iddia tələbində qeyd edilən digər torpaq sahəsinə dair bölgü planı tərtib edilməsi mümkün olmadığından həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə məhkəməyə 100 manat dövlət rüsumu ösənilmişdir. İddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı cavabdehlərdən müştərək qaydada alınıb, iddiaçıya ödənilməlidir. Bundan başqa, aparılmış ekspertiza xərcinə dair 100 (yüz) manat pul cavabdehlərdən müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı, ********** nömrəli çıxarışına əsasən, tərəflərin paylı mülkiyyətində olan Lənkəran rayonu, Boladı kəndində yerləşən ümumi sahəsi 0,19 ha olan “yaşayış məntəqəsinin” torpaq sahəsindən İddiaçı məxsus 2/12 hissə (ekspertiza rəyində qeyd olunmuş qaydada) faktiki mövcud vəziyyətə uyğun olaraq naturada bölünərək ona verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ**********0000003944,10SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-19/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-19/2024
04.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver