Məhkəmə qərarları › İş №2(049)-19/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-19/2025

17.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-19/2025 17.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı6, İddiaçı5, İddiaçı3 Müqabil qızı, İddiaçı4 Müqabil oğlunun Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz tikilmiş tikilinin sökülməsi və maeələrin aradan qaldırılması” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı6, İddiaçı5, İddiaçı3 Müqabil qızı, İddiaçı4 Müqabil oğlu, Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz tikilmiş tikilinin sökülməsi və maeələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmə baxış iclası xx.xx.2025-ci il saat 14:30-a və xx.xx.2025-ci il tarixə saat 14:30-a təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı X1 100 manat dövlət rüsumu ödəmişdir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, iş üzrə təyin edilmiş ekspertizanın aparılmasından ötrü ekspertə ödənilməli olan məbləğ 50 manat təşkil edir. MPM-nin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 115.0 və 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə məhkəmə xərclərinə münasibətdə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul iş üzrə Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. MPM-nin 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə və MPM-nin 263, 264 və 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı6, İddiaçı5, İddiaçı3 Müqabil qızı, İddiaçı4 Müqabil oğlunun Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz tikilmiş tikilinin sökülməsi və maeələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul iş Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilsin. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar