Məhkəmə qərarları › İş №2(049)-190/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-190/2023

09.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-190/2023 09.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən yoxlanılmadan və qanunsuz olaraq verilmiş xx.xx.2013-cü il tarixli «Qanun üzrə Vərəsəlik Hüququ haqqında» Şəhadətnamənin qismən, yəni 0,03 ha hissədə ləğvi, bunun əsasında mülkiyyət hüquqları pozmaqla Cavabdeh2 verilmiş 19 aprel 2013-cü il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan sxemin qismən ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 tərəfindən Cavabdeh2 12 aprel 2013-cü ildə verilmiş «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin 0,03 ha hissədə qismən ləğv edilməsinə dair, həmin şəhadətnaməni təqdim etməklə 19 aprel 2013-cü il tarixdə onun mülkiyyət hüquqlarını pozmaqla və mülkiyyətindəki ərazidən keçməklə Cavabdeh2 adına düzgün olmayan məlumatlar daxil edilməklə və sahəsi qanunsuz olaraq artırılmış maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın və həmin çıxarış verilərkən mülkiyyət hüquqları pozmaqla sonradan çəkilmiş plan sxemin qismən, yəni 0,03 ha hissədə ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran şəhəri, M.Ağayev küçəsi, 9 saylı ev ona bağışlama yolu ilə mərhum nənəsi X3 qalmışdır. Həmin zaman nənəsi X6 məxsus torpaq və üzərində tikinti sahəsi ümumən 403.5 kv.m olmuşdur. X23 Notariat Kontorunda vərəsəlik əsasında həmin torpaq sahəsi və tiklilər nənəsi X4 adına qeydiyyatdan keçən zaman belə həmin sahə 403,5 kv.m sahəni əhatə edir. Həmin mülkiyyətindəki ərazi və torpaq sahəsi daima bu vəziyyətdə mülkiyyətlərində və istifadələrində olmuş və bu sahədən ətraf qonşuların keçməsi üçün hər-hansı yol olmamışdır. Mülkiyyət hüquqlarını təsdiq edən sənədlərinin olmasına baxmayaraq mülkiyyətindəki evin və sahənin əks istiqamətində nənəsi ilə qonşu olmuş və yaşamış X16 yaşamış, o vəfat edəndən sonra isə R.X.Rzayevanın nəvəsi olan Cavabdeh2 sonradan torpağın 0,03 ha hissəsini nənəsi sağlığında ikən dayısı oğlu X1 baxmayaraq bu barədə Cavabdeh1nə müraciət edərək qanunsuzluğa yol verərək heç bir məlumat vermədən notariat orqanından 12 aprel 2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» sahəsi azaldılmadan qanunsuz şəhadətnaməni alaraq sonradan 19 aprel 2013-cü ildə düzgün olmayan, qanunsuz ölçü və həqiqəti əks etdirməyən məlumatlar əsasında hazırki maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən adına 0.06 ha göstərilməklə mənim mülkiyyət hüquqlarını pozmaqla və mülkiyyətindəki ərazidən keçməklə düzgün olmayan məlumatlar daxil elətdirərək, sahəsi qanunsuz olaraq artıq göstərilməklə çıxarış almış və sxem çəkdirmişdir. Hazırda Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində Cavabdeh1ndən mübahisələndirdiyi 12 aprel 2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» alaraq, həmin şəhadətnamədə nənəsinin satdığı sahə azaldılmadan tam sahə göstərilməklə adma çıxarış almışdır. Cavabdeh2 qanunsuz olaraq rəsmiləşdirdiyi 600 kv.m torpaq sahəsindən hələ sağlığında ikən mərhumə nənəsi X2 şəhər X20 İcraiyyə Komitəsinə müraciət edərək 300 kv.m toraq sahəsini 1987-ci il may ayında mərhumə R.X.Rzayevanın dayısı oğu X11 vermiş və orada fərdi ev tikmək üçün onun adma keçirmişdir. X16 və dayısı oğlu X8 həyətlərindən küçə istiqamətinə çıxış üzrə ünvanları 1980-2000-ci illər ərzində ünvan 1 X27 küçəsi, dalan 2 ünvanı üzrə olmuşdur. X21 və ailə üzvləri aldıqları torpaq sahəsində yaşayış evi tikdiklərindən həyətin küçə istiqamətinə olan çıxışına maneələr yarandığından öz aralarında ailə daxili mübahisələri olmuşdur. Hazırda mərhumə X9 nəvəsi mübahisəli olan həmin sahəni azaltmadan qanunsuz olaraq 600 kv.m toraq sahəsinə qanunsuz yollarla düzgün olmayan məlumatları daxil etməklə Cavabdeh1nə satmış olduğu ərazini azaltmadan 0.06 ha sahə göstərilməklə 12 aprel 2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» alaraq, sonradan 19 aprel 2013-cü ildə maraqlı şəxsə müraciət edərək. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən öz adına qanunsuz olaraq çıxarış almış və sxem çəkdirmişdir. Qeyd edirəm ki. mənim mülkiyyətimdə olan ünvan 3 ünvanının daxilindən ümumiyyətlə cavabdeh, В.X.Kərimovanın mərhumə nənəsi R.X.Rzayevanın və sonradan çıxarış almış nəvəsi Cavabdeh2nm küçəyə doğru istifadə etdiyi yol olmamışdır. Əgər 50 il bundan əvvəlki sənədlərə baxılarsa və yaxud son iyirmi ildə olan sənədlərə baxılarsa sənədlərin hər birində ona mülkiyyət hüququ əsasında məxsus olan ərazidə cavabdeh B.X.Kərimovaya məxsus ərazi tərəfdən küçəyə tərəf yolun olmamasını görə bilərik. Bu barədə hətta X4 yaşadığı dövrdən bəri fotoşəkillər və arxiv şəkilləri təqdim edə bilər ki, Cavabdeh2 mübahisələndirdiyi hissə üzrə əvvəlki sahiblər arasında küçə istiqamətinə yol ilə bağlı hər-hansı mübahisə yaşanmayıbdır. Həmçinin mülkiyyətindəki sahədən keçən yol ünvan 4 ünvanı üzrə, mərhumə X12 məxsus sonradan nəvəsi Cavabdeh2 adına keçmiş sahənin yolu isə ünvan 1 X27 küçəsi, dalan 2 ünvanı tərəfdən olmuşdur. Bu həyətlərin küçə istiqamətinə yolları illər ərzində ayrı-ayrı istiqamətlərə olmuşdur. Cavabdeh2 2013-cü ilin aprel ayında cavabdehə müraciət edərək düzgün olmayan məlumatları daxil etməklə, sahəsi 0,03 ha azaldılmalı olduğu halda qanunsuz olaraq sahəni artıq göstərilməklə Cavabdeh1nə satmış olduğu ərazini azaltmadan sahəni tam olaraq 0,06 ha sahə göstərilməklə qanunsuz olaraq 12 aprel 2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» alaraq, sonradan 19 aprel 2013-cü ildə maraqlı şəxsə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən öz adına qanunsuz olaraq çıxarış almış və sxem çəkdirmişdir. Göründüyü kimi arxiv sənədlərinə baxarkən mərhumə X16 öz ərazisi ilə özünə məxsus ərazisini artıq göstərsə də Lənkəran şəhər X20 İcraiyyə Komitəsi sənəd üzrə R.X.Rzayevanın müraciəti ilə 300 kv.m toraq sahəsini 1987-ci il may ayında dayısı oğu X11 verdikdən sonra əslində qərar ilə istifadəsində 300 kv.m torpaq sahəsinin qaldığı göstərilir. Lakin hazırkı Cavabdeh1nə satmış olduğu 0,03 ha ərazini azaltmadan 0,06 ha tam sahə göstərilməklə 12 aprel 2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» verməsindən, sonradan 19 aprel 2013-cü ildə maraqlı şəxsə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən öz adına qanunsuz olaraq tam sahə göstərilməklə çıxarışin bu qaydada verilməsindən ümumiyyətlə məlumatı olmayıbdır. Belə ki, 12 aprel 2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin verilməsindən, həmin çıxarış üzrə məlumatlar mənim mülkiyyətimdəki evin yerləşdiyi sahəyə müdaxilə edilməklə və məndən icazə alınmadan mülkiyyət hüquqlarımın pozulması ilə. qanunsuz olaraq artıq sahə göstərilməklə Cavabdeh1 tərəfindən Cavabdeh2 12 aprel 2013-cü ildə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Bu səbəblərdən cavabdeh B.X.Kərimovaya satdığı sahə azaldılmadan 0,06 ha tam göstərilməklə 12 aprel 2013-cü ildə verilmiş «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» qismən ləğv edilməli, bu şəhadətnamə ilə onun mülkiyyət hüquqlarını pozan və onun həyətyanı sahəsinə müdaxilə edilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən onun mülkiyyət hüquqlarını pozmaqla və mülkiyyətindəki ərazidən keçməklə düzgün olmayan məlumatlar daxil edilməklə və sahəsi qanunsuz olaraq artırılmaqla Cavabdeh2 adına verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarış və plan sxemi qismən ləğv edilməlidir. Bu barədə Cavabdeh1nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinə şikayət ərizələri ilə müraciətlər etsə də cavabdeh notariat orqanı ümumiyyətlə şikayət ərizəni almağına baxmayaraq iki aydan çox bir müddətdir ki, ümumiyyətlə şikayət ərizəsini cavablandırmayıb, üçüncü şəxs isə məhkəməyə müraciət etməyi tövsiyə edibdir. Cavabdeh onun mülkiyyətindəki ərazi iddiası etdikdən sonra hüquqlarını müdafiə etmək üçün cavabdhlərə qarşı bu iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia tələbinin əsaslandırıldığı hallara uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etirazının dəlillərini müdafiə edib etirazın dəlillərinə uyğun çıxış edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmənin 22 fevral 2023-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, xx.xx.2013-cü il tarixli «Qanun üzrə Vərəsəlik Hüququ haqqında» Şəhadətnamə qanunamuvafiq qaydada verildiyindən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh1 nümayəndəsi və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinin nümayəndələrinin iştirakları olmadan keçirilməsini mümkün hesab edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə təqdim olunmuş sənədləri araşdıraraq və onlara məcmu halında hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 5 ünvanında 0.038 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 335.2 kv.m olan fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə **********21-10301 reyestr nömrəsi ilə tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Dövlət X15 tərəfindən təqdim edilmiş Lənkəran şəhəri, Ş.Rustavelli küçəsi 9 №-li evdə yaşayan X17 tərəfindən xx.xx.1987-ci il tarixdə Lənkəran Şəhər X20 İcraiyyə Komitəsinin sədrinə ünvanlanmış ərizədə özünün 9 (doqquz) sota yaxın şəxsi həyətyanı sahəsi olduğunu bildirərək, dayısı oğlu X11 həmin 9 (doqquz) sota yaxın torpaq sahəsindən 3 (üç) sot torpaq sahəsinin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət X15 tərəfindən təqdim edilmiş Lənkəran şəhəri, Ş.Rustavelli küçəsi 11 №-li evdə yaşayan X18 tərəfindən xx.xx.1987-ci il tarixdə Lənkəran Şəhər X20 İcraiyyə Komitəsinin sədrinə ünvanlanmış ərizədə M.Cəfərov öz adına evə və həyət olmadığını, bibisi qızı X10 şəxsi həyətindən 3 (üç) sot həyətyanı torpağı ona verdiyini, həmin 3 sot torpaq həyətyanı sahəsinin ev tikmək məqsədi ilə onun adına sənədləşməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət X15 tərəfindən təqdim edilmiş, Lənkəran şəhərinin baş memarı M.Əhmədova, şəhər sovetinin mühəndisi E.Abbasov evlər komitəsinin sədri F.Axundov, Lənkəran şəhəri, Ş.Rustavelli küçəsi 9 №-li evdə yaşayan X17 və Lənkəran şəhəri, Ş.Rustavelli küçəsi 11 №-li evdə yaşayan X8 iştirakları tərtib edilmiş 6 iyul 1987-ci il tarixli Aktın təsdiq edilmiş surətindən görünür ki, X8 yaşamaq üçün evi şəraiti pisdir, adına fərdi ev yoxdur, vətəndaş X17 özünün həyətyanı torpaq sahəsindən 300 kv.m ayırıb X11 fərdi ev tikintisi üçün verilməsinə etiraz etmir. Komissiya R.Rzayevanın 3 №-li qeydəalma vəsiqəsinə əsasən 600 kv.m həyətyanı torpaq sahəsindən 300 kv.m ayırıb X11 fərdi ev tikintisi üçün verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Dövlət X15 tərəfindən təqdim edilmiş Lənkəran Şəhər X20 İcraiyyə Komitəsinin 31 iyul 1987-ci tarixli, 15 №-li iclas protokolunun arxiv çıxarışının təsdiq edilmiş surətindən görünür ki, Ş.Rustavelli küçəsi 11 №-li evdə yaşayan X10 3 №-li qeydə alma vəsiqəsinə əsasən, 600 kv.m torpaq sahəsindən X11 fərdi yaşayış evi tikintisindən ötrü 300 kv.m torpaq sahəsi ayrılmış və sahənin planı təsdiq edilmişdir. Ş.Rustavelli küçəsi 11 №-li evdə yaşayan X10 3 №-li qeydə alma vəsiqəsinə əsasən, 600 kv.m torpaq sahəsindən 300 kv.m azaldılmış və 300 kv.m saxlanılmışdır. Lənkəran şəhər 1-ci notariat kontorunun dövlət notariusu tərəfindən verilmiş 09 fevral 1987-ci il tarixli «Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin» təsdiq edilmiş surətindən görünür ki, 28 dekabr 1975-ci il tarixdə ölmüş X7 Lənkəran şəhəri, Ş.Rustavelli küçəsi 9 №-li evdə yaşayan həyat yoldaşı X13 həmin şəhadətnamə əsasən verilən vərəsəlik əmlakına Lənkəran şəhəri, Ş.Rustavelli küçəsi 600 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 30,20 kv.m, yaşayış sahəsi 24 kv.m olan iki otaqlı yaşayış evi daxildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* №-li Çıxarışdan görünür ki, Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində yerləşən, sahəsi 0.06 ha olan həyətyanı torpaq sahəsi xx.xx.2013-cü il tarixdə **********56 reyestr nömrəsi ilə tam mülkiyyət hüququ ilə X10 adına qeydə alınmışdır. Azərbaycan Respublikası DT və XK (ləğv edilmiş) tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, həmin plan və ölçü Lənkəran şəhərində yerləşən 09 fevral 1987-ci il tarixli 1-426 saylı vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən X13 məxsus 600 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Lənkəran şəhər notariat ofisinin xüsusi notariusu S.Y.İsmayılov tərəfindən verilmiş 12 aprel 2013-cü il tarixli 2V-01 143 №-li «Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin» təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1987-ci ildə vəfat etmiş X10 vərəsəsi Cavabdeh2 miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak, ƏMDK yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsinin xx.xx.2013-cü ildə verilmiş RX № ******* Çıxarış əsasında Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində yerləşən 0.06 ha torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* №-li Çıxarışdan görünür ki, Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində yerləşən, sahəsi 0.06 ha olan həyətyanı torpaq sahəsi xx.xx.2013-cü il tarixdə **********56 reyestr nömrəsi ilə tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, cavab Rəviyyə Rzayevaya 09 fevral 1987-ci il tarixli «Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə»yə əsasən 28 dekabr 1975-ci il tarixdə ölmüş X5 Lənkəran şəhəri, Ş.Rustavelli küçəsi 600 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 30,20 kv.m, yaşayış sahəsi 24 kv.m olan iki otaqlı yaşayış evi miras qalmış, Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində yerləşən, sahəsi 0.06 ha olan həyətyanı torpaq sahəsi xx.xx.2013-cü il tarixdə **********56 reyestr nömrəsi ilə tam mülkiyyət hüququ ilə X10 adına qeydə alınmışdır. Lənkəran şəhər notariat ofisinin xüsusi notariusu S.Y.İsmayılov tərəfindən verilmiş 12 aprel 2013-cü il tarixli 2V-01 143 №-li «Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamən»yə əsasən xx.xx.1987-ci ildə vəfat etmiş X10 vərəsəsi Cavabdeh2 miras əmlakdan tam hissədə irs almış, şəhadətnamə verilən miras əmlak, ƏMDK yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsinin xx.xx.2013-cü ildə verilmiş RX № ******* Çıxarış əsasında Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində yerləşən 0.06 ha torpaq sahəsindən ibarət olmuş, həmin 0.06 ha həyətyanı torpaq sahəsi xx.xx.2013-cü il tarixdə **********56 reyestr nömrəsi ilə tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır. İddiaçı yuxarıda sadalanan, Azərbaycan Respublikası Dövlət X15 tərəfindən təqdim edilmiş müvafiq sənədlərə, o cümlədən Lənkəran Şəhər X20 İcraiyyə Komitəsinin 31 iyul 1987-ci tarixli, 15 №-li iclas protokolu əsasında X10 3 №-li qeydə alma vəsiqəsinə əsasən, 600 kv.m torpaq sahəsindən X11 fərdi yaşayış evi tikintisindən ötrü 300 kv.m torpaq sahəsi ayrıldığını və X10 3 №-li qeydə alma vəsiqəsinə əsasən, 600 kv.m torpaq sahəsindən 300 kv.m azaldılaraq 300 kv.m saxlanıldığına əsaslanaraq, Cavabdeh2 verilmiş xx.xx.2013-cü il tarixli «Qanun üzrə Vərəsəlik Hüququ haqqında» Şəhadətnamənin qismən, yəni 0,03 ha hissədə ləğvi və Cavabdeh2 verilmiş 19 aprel 2013-cü il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan sxemin qismən ləğv edilməsini tələb edir. Cavabdeh müvafiq şəhadətnamə və çıxarışın qanunamüvafiq qaydada verildiyini bildirərək iddianın rədd edilməsini xahiş edir. İddia tələbinin dəlillərindən görünür ki, tələb xx.xx.2013-cü ildə verilmiş «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin və həmin şəhadətnamə əsasında verilmiş cavabdehin adına olan çıxarışın qismən ləğv edilməsindən ibarətdir. İşin hallarından göründüyü kimi tərəflərin qohumluq münasibətləri mövcud deyildir, yəni iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvini xahiş edərkən özünün vərəsəlik hüquqlarından doğan potensial vərəsə olduğuna əsaslanmır. Sadəcə olaraq torpaq sahəsinin bütövlükdə mirasın kütləsinə daxil olmadığını bildirir və bu barədə müvafiq arxiv arayışları təqdim edir. Nəzərə almaq lazımdır ki, iddiaçının xx.xx.2013-cü ildə verilmiş «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin qismən ləğvini birbaşa olaraq vərəsə olmadığı üçün tələb etməsi yolverilməzdir. Çünki həmin şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin hüquqi qüvvədə olması faktı artıq onun birbaşa ləğv edilməsini iddiaçıya münasibətdə aradan qaldırır. Həqiqətən də işin faktik hallarından məlum olur ki, xx.xx.1987-ci il tarixli «Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə»yə əsasən mübahisəli əmlak xx.xx.2013-cü il tarixdə **********56 reyestr nömrəsi ilə tam mülkiyyət hüququ ilə X10 adına qeydə alınmışdır. Məhz hazırki mübahisələndirilən şəhadətnmanənin və çıxarışın verilməsi həmin **********56 reyestr nömrəli çıxarışdan qaynaqlanmışdır. Hansı ki, iddiaçı tərəfindən göstərilən hüquqmüəyyənedici sənədlər mübahisələndirilməmişdir. Ona görə də mövcud durumda iddia tələbinin təmin olunması üzrə hüquqi dəyərləndirmədən hər hansı söhbət gedə bilməz. Əks yanaşma mülkiyyət hüquqlarının pozulması ilə nəticələnər. Qeyd olunmalıdır ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqları öz təbiət etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Eyni zamanda məhkəmə bir nüansı da qeyd edir ki, hazırki iddia üzrə iddia tələbinin təmin olunması mərhum X10 adına qeydə alınmış **********56 reyestr nömrəli çıxarışın tamlığını və dövlət orqanı tərəfindən aparılmış qeydiyyatın dəqiqliyini şübhə altına almışdır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 2.3 və 2.4-cü bəndlərində əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, məhkəmə mövcud durumda iddia tələbinin mahiyyəti üzrə araşdırma aparılmasına zərurət görmür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. MPM-nin 217.3-cü maddəsinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə məhkəmə xərcləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən yoxlanılmadan və qanunsuz olaraq verilmiş xx.xx.2013-cü il tarixli «Qanun üzrə Vərəsəlik Hüququ haqqında» Şəhadətnamənin qismən, yəni 0,03 ha hissədə ləğvi, bunun əsasında mülkiyyət hüquqları pozmaqla Cavabdeh2 verilmiş 19 aprel 2013-cü il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan sxemin qismən ləğv edilməsi” rədd edildin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar