Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1902/2024 09.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalzadə Gülnar Şakir qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, iddiaçılar İddiaçı2 və İddiaçı3, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və onun vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər X11, Cavabdeh3 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan fərdi yaşayış evinin naturada bölünməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023, reyestr nömrəsi: **********91-10301) əsasən İddiaçı1 7/12, İddiaçı2 1/12, İddiaçı3 1/12, İddiaçı4 1/12, Cavabdeh1 1/12, Cavabdeh2 1/24 və Cavabdeh3 1/24 hissə ilə paylı mülkiyyətlərində olan Lənkəran şəhəri, X15 küçəsi 24 saylı ünvanda 0.0240 ha torpaq sahəsində yerləşən 90 kv.m sahəsi olan fərdi yaşayış evinin aralarında faktiki istifadələrə uyğun olaraq natura qaydasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 Mirhəmqə qızı 2023-cü ildə “miras əmlakın vərəsələr arasında bölünməsi və payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran R a y o n Məhkəməsinə müraciət etmişdir və mənkəmənin xx.xx.2023-cü il tarixli, 2(049)-99/2023 saylı qətnaməsinə əsasən tələbi təmin olunaraq X4 adına mülkiyyət hüququ əsasında rəsmiləşdirilmiş ünvan 2 ünvanda yerləşən 0,024 ha torpaq sahəsi və evdə mənim payım 7/12 hissədə, İddiaçı2 1/12 hissədə, İddiaçı3 1/12 hissədə, İddiaçı4 1/12 hissədə, X6 1/12 hissədə, Cavabdeh2 1/24 hissədə, Cavabdeh3 isə 1/24 hissədə müəyyən edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra həmin əmlaka dair ƏMDX DƏDKR PHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023. reyestr nömrəsi: **********91-10301) və fərdi yaşayış evinin Texniki pasportunu almışdır. Əvvəl olduğu kimi hazırda da həmin əmlakla bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdeh Abbasova (Şahmarova) Türkan Rövşən qızı ilə aralarında mübahisə vardır. Hal-hazırda o, özü və digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 mübahisəli əmlak üzərində olan paylarını qanuni şəkildə istifadə edə bilirlər. Lakin cavabdehlər konkret olaraq əmlakın hansı hissəsinin onlara və ya onlara məxsus olmasını bilmədiklərini əsas gətirib buna maneçilik edirlər. Odur ki, bu mübahisəyə son qoymaq məqsədilə paylı mülkiyyətdə olan Lənkəran şəhəri, X15 küçəsi 24 saylı ünvanda 0,0240 ha torpaq sahəsində yerləşən 90 kv.m sahəsi olan fərdi yaşayış evinin naturada ayrılmasının müəyyən edilməsini istəyirlər. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1902/2024 saylı, 09 dekabr 2024-cü il tarixli qərardadı ilə hazırki mülki iş üzrə İddiaçı4 iddia tələbi baxılmamış saxlanılmışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1902/2024 saylı, 09 dekabr 2024-cü il tarixli qərardadı ilə hazırki mülki iş üzrə Cavabdeh1 münasibətdə icraata xitam verilmişdir. Məhkəmə baxışında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında iştirak edən iddiaçı Şahmarova İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında iştirak edən İddiaçı3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı4 məhkəmə iclasının vaxtı və yeri haqqında qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir (“Elektron məhkəmə” İnformasiya sistemi vasitəsilə də). İşin məhkəmə baxışında iştirak edən Cavabdeh2 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iş üzrə digər cavabdeh olan Cavabdeh1 onun həyat yoldaşı olmuşdur və o, 22 aprel 2024-cü il tarixdə vəfat etmişdir. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən Cavabdeh3 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini məhkəmədn xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən Cavabdeh2 vəkili X7 izahatında bilddirdi ki, iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızma və Cavabdeh3 qızma qarşı paylı mülkiyyətdə olan fərdi yaşayış evinin naturada bölünməsi tələbi haqqında iddia tələbini qəbul etmir. Belə ki, birincisi, iş üzrə cavabdeh kimi qeyd olunan Şahmarov X10 Şahmarovanın mərhum həyat yoldaşıdır, o, hazırda həyatda yoxdur və 22 aprel 2024-cü il tarixdə vəfat etmişdir. İş üzrə iddiaçılar İddiaçı1. İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsində adı cavabdeh kimi qeyd edilən mərhum həyat yoldaşı olmuş Cavabdeh1 vəfat etdiyini bilə-bilə onun adını da cavabdehlər siyahısında qeyd etmişlər ki, bu da qanunvericiliyin tələbinə əsasən yolverilməzdir. Cavabdeh1 22 aprel 2024-cü il tarixdə vəfat etdiyindən mən və oğlu X12 ondan miras qalmış əmlakları bir vərəsə kimi qəbul etmək istəyir. Hazırda bununla bağlı sənədlər toplayırıq və bundan sonra toplanmış sənədləri notariusa təqdim edilməlidir. Lakin bütün bu işlər başa çatmamış iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 məhkəməyə vermişlər. Hesab edir ki, vərəsəlik işi başa çatmamış və müvafiq çıxarış alınmamış hazırki, mülki işə baxıla bilməz və hazırki, mülki işin icraatı dayandırılmalıdır. Mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-1799/2023 saylı, 09 avqust 2023-cü il tarixli qətnaməsi ilə X4 adına mülkiyyət hüququ əsasında rəsmiləşdirilmiş ünvan 2 ünvanda yerləşən 0,024 ha torpaq sahəsi və evdə mənim payım 7/12 hissədə, İddiaçı2 1/12 hissədə, İddiaçı3 1/12 hissədə, İddiaçı4 1/12 hissədə, X6 1/12 hissədə, Cavabdeh2 1/24 hissədə, Cavabdeh3 isə 1/24 hissədə müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş ********** və ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran şəhəri, X14 küçəsi ev 45 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 69 kv.m. olan fərdi yaşayış evi 1/3 hissə X8 və 1/3 hissə X5 paylı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023. reyestr nömrəsi: **********91-10301 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 0,024 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 90 kv.m. yaşayış sahəsi İddiaçı1 payı 7/12 hissədə, İddiaçı2 1/12 hissədə, İddiaçı3 1/12 hissədə, İddiaçı4 1/12 hissədə, X6 1/12 hissədə, Cavabdeh2 1/24 hissədə və Cavabdeh3 isə 1/24 hissədə qyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 24 oktyabr 2024-cü il tarixli, 10/5896 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023, **********91-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçı ilə cavabdehlərin ümumi mülkiyyətində olmaqla Lənkəran şəhəri, X15 küçəsi ev 24 ünvanında yerləşən fərdi yaşayış evindən və həmin evin həyətyanı torpaq sahəsindən, yəni 0,024 ha torpaq sahəsi və üzərində yerləşən 90 kv.m sahəsiolan fərdi yaşayış evində 7/12 hissədə İddiaçı1, 1/12 hissədə İddiaçı2, 1/12 hissədə İddiaçı3 və 1/12 hissədə İddiaçı4 payının naturada ayrılmasının AzDTN 2.7-2 “Yaşayış Binaları. Layihələndirmə Normalarf-nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərində tələblərinə və Məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 449947 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 22 aprel 2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X3 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (20 mart 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4.-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçıların daşınmaz əmlakın naturada bölünməsi iddia tələbinə münasibətdə qeyd edir ki, evin naturada bölünməsi ekspert rəyinə görə texniki cəhətdən mümkün olmadığından qeyd edilən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi təmin edilmədiyinə görə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************,10SVİFT BİK- CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Həmçinin iş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı1 tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edimədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddia İddiaçı1 özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan fərdi yaşayış evinin naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************,10SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1902/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1902/2024
09.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver