Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-191/2025 18.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X7, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 cəlb etdiyi iş üzrə “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs2 Mübariz oğlunun xx.xx.2004-cü il tarixdə Lənkəran rayonun Şıxəkəran kəndində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1977-ci il tarixdə Lənkəran rayon Şıxəkəran kəndində anadan olmuşdur. 1999-cu il tarixdə Lənkəran şəhər sakini X3 ilə valideyinlərinin xəbəri olmadan sövdələşib ailə qurmaqdan ötrü Mübariz Məmmədova qoşulub evindən qaçıb Lənkəran şəhərində olan Mübarizin yaşadığı evinə birlikdə gedib orada Mübariz ilə faktiki nikah münasibətlərinə daxil olaraq evlənmiş və Mübarizin evində 4-5 il onunla birlikdə uşağın doğulmasına 4 ay yaşamışdır. Əri onunla evli ola-ola cinayət törətmiş və cinayyət məsuliyətinə cəlb olunmuşdur. Üç dəfə ardıcıl olara cinayət məsüliyətinə cəlb olunmuşdur. Valideyinlərimin evində Lənkəran rayonu, Şıxakəran kəndidə yaşayarkən onların faktiki nikahından xx.xx.2004-cü il tarixdə Ümid adlı bir uşağı anadan olmuşdur. Əri Mübariz heç bir yerdə iş tapa bildədiyindən məhkumluq həyatı yaşamağa başlamışdır. O, da uşağı tək evdə saxlayıb hardasa işləyə bilməmişdir. Ona görə də maddi imkanımız pis olduğu üçün xəstəxanaya müraciət edə bilməmişdir. Ona görə də uşağı Ümid ev şəraitində anadan olmuşdur. Ümid ev şəraitində doğulduğu üçün doğum haqqında şəhadətnamə ala bilməmişdir. Çünki Ümid ev şəraitində doğulduğu üçün onun doğumu haqqında tibbi arayış verilməmişdir. Ümid sağ və salamat anadan olmuş və hal-hazırda da onunla birlikdə yaşayır, Lənkəran rayonu, Şıxakəran kənd inzibati ərazi dairəsində qeydiyyatdadır. Ümid üçün doğum faktının müəyyən edilməsi ilə əlaqədar müvafiq rayon qeydiyyat şöbəsinə müraciət etmiş və müvafiq həkim arayışı olmadığı üçün məhkəməyə müraciət etməyi ona məsləhət görmüşlər. Hazırda Ümid üçün doğum haqqında şəhadətnaməni başqa yolla əldə elmək mümkün deyildir. Buna görə də Ümidin doğulması faktının müəyyən edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Uşağın atası, yəni X11 2022-ci ilin iyulun 20-də vəfat etmişdir. X11 Lənkəran şəhər "Böyük Bazar" qəbiristanlığında dəfn olunmuşdur. Hüquqi savadı oladığından onun üçündə ölum şəhadətnaməsi götürməmişlər. Bu xüsusatları şahidləri də təsdiq edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərərək Maraqlı şəxs2 Mübariz oğlunun xx.xx.2004-cü il tarixdə Lənkəran rayonun Şıxəkəran kəndində doğulması faktının müəyyən edilməsini xahiş etdi. Ərizəçi məhkəmənin suallarına cavab olaraq göstərdi ki, mübariz Məmmədovla ailə qurduqdan sonra nikahlarını rəsmiləşdirməmişlər. Uşağ ev şəraitində xx xxxxx 2004-cü il tarixdə doğulmuşdur. Uşağı doğulduqdan sonra özü üç dəfə məhkumluq həyatı yaşamışdır. Bu müddət ərzində uşağı atalığı Nəriman Fərzullayev və anası Rəsmiyyə Məmmədovanən yanında yaşamışlar və savadsızlılarına görə uşağa doğum haqqında şəhadətnamə ala bilməmişlər. X11 vəfat etmiş, lakin ona da ölüm haqqında şəhadətnamə ala bilməmişlər, buna görə də ərinin qəbirinin şəkilini ərizəsinə əlavə etmişdir. Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X2 göstərdi ki, ərizəçi onun arvadının qızıdır. Ərizəçinin Ümid adlı uşağı vardır və uşağın təxminən 20-21 yaşı vardır. Ərizəçi üç dəfə məhkum olunduğundan uşaq onların evində qalmış, lakin hüquqi savadsızlıqdan uşağa hər hansı sənəd ala bilməmişlər. Məhkəmədə şahid qismində ifadə verən X4 göstərdi ki, ərizəçi onun qızıdır. Ərizəçinin Ümid adlı uşağı vardır və uşağın təxminən 19-20 yaşı vardır. Uşaq ev şəraitində doğulmuşdur. Ərizəçi üç dəfə məhkum olunduğundan uşaq onların evində qalmış, lakin hüquqi savadsızlıqdan uşağa hər hansı sənəd ala bilməmişlər. Uşağı demək olar ki, o, özü böyütmüşdür. İş materiallarında olan və məhkəmədə elan edilmiş xx.xx.2024-cü il tarixli 45 saylı Lənkəran rayonu, Şıxəkəran kənd həkim məntəqəsinin arayışından görünür ki, Məmmədova X1 məntəqəsində qeydiyytda olmadığından doğum haqqı şəhadətnamə verilməmişdir. İş materiallarında olan və məhkəmədə elan edilmiş 16 noyabr 2024-cü il tarixli Lənkəran rayon Şıxəkəran kənd inzibati ərazi dairəsi üzrə nümyəndəliyinin verdiyi arayışdan görünür ki, Maraqlı şəxs2 Mübariz oğlu xx.xx.2004-cü il tarixdə Lənkəran rayonun Şıxəkəran kəndində doğulmuşdur.Hal-hazırda Lənkəran rayonun Şıxəkəran kəndində yaşayır və şəkildəki şəxsdə özüdür. İş materiallarında olan və məhkəmədə elan edilmiş Maraqlı şəxs1 xx.xx.2024-ci il tarixli, 1247 nömrəli məktubundan görünür ki, ərizəçiyə doğum faktının qeydə alınması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100.40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizəçini izahatını və şahid ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, həqiqətən də doğum faktı müəyyən olunması tələb edilən Maraqlı şəxs2 Mübariz oğlu xx.xx.2004-cü il tarixdə Lənkəran rayonun Şıxəkəran kəndində ev şəraitində doğulmuşdur. Hazırda anası ilə birgə yaşayırlar. Övladı Ümidin doğum faktının müəyyən edilməsi ərizəçiyə onun doğumunun qeydiyyata alınması üçün lazımdır. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan icra nümayəndəliyinin arayışı, iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nigah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5.7. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Maraqlı şəxs2 Mübariz oğlunun xx.xx.2004-cü il tarixdə Lənkəran rayonu, Şıxəkəran kəndində doğulması faktının müəyyən edilməli və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs2 Mübariz oğlunun xx xxxxx 2004-cü il tarixdə Lənkəran rayonu, Şıxəkəran kəndində doğulması faktı müəyyən edilsin. Akt qeydləri kitabının ana adı qrafasında Ərizəçi göstərilsin. Göstərilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq Maraqlı şəxs2 Mübariz oğlunun adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxs1nə həvalə edilsin. Hazırkı qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-191/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-191/2025
18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver