Məhkəmə qərarları › İş №2(049)-1921/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1921/2023

30.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1921/2023 30.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs: Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı X2 19 mart 2004-cü il tarixdə Lənkəran şəhərində doğulması faktının müyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, iddaçı Ərizəçi xx.xx.1982-ci ıl tarixdə Lənkəran rayonu Əşlə kəndində anadan olmuşdur. 2003-cü ildə həmin kəndən olan X3 ilə valideyinlərin xəbəri olmadan sövdələşıb ailə qurmaqdan ötrü İntizam Abdullayeva qoşulub evdən qaçıb Bakı şəhəri Xəzər rayon Binə qəsəbəsində yerləşən xalası Dilşadın evinə birlikdə gediblər. Orada İntizam ilə faktiki nikah münasibətlərinə daxil olaraq evləniblər. Xalası Dilşadın evində 6-7 ay yoldaşıyla birlikdə yaşayıblar. Həyat yoldaşı işsiz olduğu üçün 6-7 aydan sonra onlar məcbur qalıb kirayədə yaşamaq üçün Lənkəran şəhərinə qayıdıblar. Bir müddət Lənkəran şəhərində kirayədə yaşamalı olublar. Lənkəran şəhərində kirayədə yaşayarkən onların faktiki nikahlarından olan xx.xx.2004-cü il təvəllüdli Sevanə adlı bir uşaqları anadan olmuşdur. Həyat yoldaşı İntizam Abdullayev heç yerdə iş tapa bilmədiyindən məhkumluq həyatı yaşamağa başlayıb. O da uşağı tək evdə saxlayıb, haradasa işləyə bilməyib. Ona görə də maddi imkanları pis olduğu üçün xəstəxanaya müraciət edə bilməyiblər. Xəstəxanaya müraciət edə bilmədiyimdən Sevanə ev şəraitində anadan olmuşdur. Sevanə ev şəraitində doğulduğu üçün doğum haqqında şəhadətnamə ala bilməyiblər. Çünki Sevanə ev şəraitində doğulduğu üçün onun doğumu haqqında tibbi arayış verilməmişdir. Sevanə sağ və salamat anadan olmuş və hal-hazırda da onunla birlikdə yaşayır. Lənkəran rayonu Rvo kənd həkim məntəqəsində qeydiyyatdadır. Sevanə üçün doğum faktnın müəyyən edilməsi ilə əlaqədar müvafiq rayon qeydiyyat şöbəsinə müraciət elmişdir və həmin şöbədən ona müvafiq həkim arayışı olmadığı üçün məhkəməyə müraciət elməyi məsləhət görmüşlər. Hazırda Sevanə üçün doğum haqqında şəhadətnaməni başqa yolla əldə elmək mümkün deyildir. Buna görə də qızı Sevanənin 19 mart 2004-cü il tarixdə doğulması faktnın müəyyən edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Uşağın atası, yəni həyat yoldaşı İntizam Abdullayev 2017ci ilin oktyabrın 20-də vəfat elmişdir. X5 rayon Əşlə kənd qəbiristanlığında dəfn olunmuşdur. Hüquqi savadları olmadığından onun üçün də ölum şəhadətnamə almayıblar. Ərizəçi məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verərək ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin məhkəmə baxışında şahid qismində iştirak edən Şahid2 ifadəsində bildirdi ki, X3 onun doğma dayısı oğlu olmuşdur. İntizam 1966-cı il təvəllüdlü olmuşdur. O, özü Lənkəran rayonunun Əşlə kəndində pasport qeydiyyatındadır və həmin kənddə yaşayır. Ərizəçi da onun həmkəndlisidir. X7 Cəfərova 2003-cü ildə vətəndaş nikahına daxil olaraq, ailə qurublar. Onlar bir ailə şəklində yaşayıblar. Onların birgə nikahlarından 19 mart 2004-cü il tarixdə Sevanə adlı qızları anadan olmuşdur. İntizam Afaqla ailə qurduqdan bir müddət sonra cinayət törədərək həbsə düşmüşdür. O, həbsdə olarkən Afaq qızı Sevanəni özü böyütmüşdür. İntizam Abdullayev 20 oktyabr 2017-ci il tarixdə vəfat etmişdir və o, qohumların və qonşuların iştirakı ilə Lənkəran rayonu Əşlə kənd qəbiristanlığında dəfn edilmişdir. Hazırda Sevanə anası Ərizəçi və nənəsi Tacıbəyim Cəfərova ilə birlikdə Lənkəran rayonu Əşlə kəndində yaşayır. İşin məhkəmə baxışında şahid qismində iştirak edən Şahid1 da Şahid2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materillarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin xx.xx.2023-cü il tarixli 414 saylı arayışından görünür ki, xx.xx.2004cü il təvəllüdlü X4 nənəsi X1 deməsinə görə Lənkəran şəhərində anadan olmuşdur. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti Lənkəran şəhər Mənzil təsərrüfatı İdarəsinin xx.xx.2023-cü il tarixli 425 saylı arayışından görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Ərizəçi hal-hazırda Lənkəranı şəhəri 44-cü məhəllə ünvanında yaşayır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-ci il tarixli, 13-16-8-10-787/2023 nömrəli məktubundan görünür ki, Lənkəran rayon Əşlə kənd sakini Ərizəçi ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.5 maddəsinə əsasən doğum faktını, vaxtını və ya yerini təstiq edən tibb müəssisəsindən sənəd olmadıqda doğum faktı məhkəmə qaydasında müəyyən edilir. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Rvo kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27 aprel 2023-cü il tarixli 12-11/118 saylı arayışından görünür ki, Lənkəran rayonu Əşlə kənd sakini X3 20 oktyabr 2017-ci ildə vəfat etmişdir. İş materiallarında olan Tibbi ərazi bölmələrinin idarəsi birliyi Lənkəran rayon mərkəzi xəstəxanası Publik hüquqi şəxsi Rvo həkim məntəqəsinin xx.xx.2023-cü il tarixli arayışından görunur ki, xx.xx.2004-cü il təvəllüdlü X4 tam sağlamdır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktın müəyyən edilməsi üçün əsaslar vardır. Ərizəçi həmin faktı təsdiq edən lazımi sübutları başqa qaydada ala bilmir. Buna görə də ərizə təmin edilməli, Ərizəçi 19 mart 2004-cü il təvəllüdlü qızı Sevanənin Lənkəran şəhərində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 233, 234, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 19 mart 2004-cü il tarixdə Lənkəran şəhərində qız uşağı doğması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar