Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-196/2024 15.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, birləşdirilmiş birinci iş üzrə iddiaçı, birləşdirilmiş ikinci iş üzrə cavabdeh İddiaçı, birləşdirilmiş birinci iş üzrə cavabdeh, birləşdirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh2, hər iki iş üzrə cavabdeh Lənkəran Rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi X1 iştirakı ilə, Birləşdirilmiş 1-ci iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Lənkəran 1 saylı Notariat Ofisinə qarşı «əmlakdan çıxarılma» və birləşdirilmiş 2-ci iddia ərizəsi üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cavabdehlər İddiaçı, Lənkəran Rayon 1 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı 26 dekabr 2019-cu il tarixli, AN-İ, № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş xx.xx.2019-cu il tarixli, 5983 inventar nömrəli, **********31-10301 reyestr nömrəli Texniki Pasportun və xx.xx.2020-ci il tarixli, **********31- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Birləşdirilmiş 1-ci iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Lənkəran 1 saylı Notariat Ofisinə qarşı “əmlakdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən əmlakları ilə birlikdə çıxarılaraq əmlakın ona təhvil verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 dekabr 2019-cu il tarixdə Lənkəran rayonu Sütəmurdov kənd sakinləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 oglu ilə aramızda Lənkəran Rayon 1 Saylı Notariat Ofisində AN-İ Nə ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən ƏMDK-nin yartında DƏDRX-nin 10 Saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 verilmiş **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 355.6 kv.m fərdi yaşayış evini və ƏMDKnin yanında DƏDRX-nin 10 Saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 verilmiş **********31- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyət üzrə 0.04 ha torpaq sahəsini satıcıya ümimilikdə 50.100 manat ödəmək şərti ilə tam hissə olaraq almışdır. Ümumi ödədiyi 50.100 manat məbləğin 35.100 manat hissəsini alqı-satqı müqaviləsi əsasında bank vasitəsi ilə, digər 15.000 manatı isə Cavabdeh2 nağd şəkildə vermişdir. Bu barədə Cavabdeh2 notarial qaydada təsdiq olunmuş ərizəsi də mövcuddur. Həmin ərizəni iddiaya qoşma olaraq əlavə etmişdir. Aralarında bağlanılan alqı-satqı müqaviləsi notarial qaydada təsdiqləndikdən sonra o, ümumilikdə 50.100 manat ödəyərək tam hissəsini aldığı daşınmaz əmlaka dair xx.xx.2020-ci il tarixdə **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əldə etmişdir. Alqı-satqı prosesinin həyata keçməsindən uzun müddət keçdiyinə baxmayaraq cavabdehlər müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 568-ci və 646-cı maddələrinin tələblərini kobud şəkildə pozmuşdurlar. Belə ki, əmlakı ona satdıqdan sonra evdən çıxacaqlarını və əmlaklarını evdən çıxaracağını bildirmişdirlər. Lakin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Cavabdeh2 ona satılan əmlakdan əşyalarını çıxaracağını bildirsə də, bu günə qədər əşyalarını ona məxsus olan əmlakdan çıxarmır. Bununla da müqavilə üzrə öhdəlikləri icra etməyərək eyni zamanda onun da mülkiyyət hüquqlarını kobud şəkildə pozurlar. Bu əməllər tamamilə qanunsuzdur. Sözügedən 26 dekabr 2019-cu il tarixli AN-İ No ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” Lənkəran Rayon 1 Saylı Notariat Ofisində bağlanmış və notarius tərəfindən təsdiq olunmuşdur. Bu səbəbdən də notarius bunun təminatı ilə bağlı icra qeydi verməli idi. Bunları əsas götürərək hesab edir ki, Lənkəran Rayon 1 Saylı Notariat Ofisi işə cavabdeh olaraq cəlb edilməlidir. Daşınmaz əmlakı aldığı zaman pulun bir hissəsini yəni 35.100 manatı isə müqavilə əsasında bank vasitəsi ilə verdiyi səbəbindən cavabdehlərin hərəkətləri nəticəsində ona ziyan dəymişdir. Bununla bağlı polisə də müraciətləri olmasına baxmayaraq Cavabdeh2 ona satmış olduğu və hazırda ona məxsus olan əmlakı qanunsuz olaraq sahiblənir. Bu səbəbdən də halhazırda Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Birləşdirilmiş 2-ci iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 cavabdehlər İddiaçı, Lənkəran Rayon 1 saylı Notariat Ofisinə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərzai İdarəsinə qarşı iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ilə cavabdeh İddiaçı arasında bağlanılmış 26 dekabr 2019-cu il tarixli, AN-İ, № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin yalan əqd olduğundan həmin müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırımışdır ki, 2019-cu ilin dekabr ayında müəyyən səbəblərdən pula ehtiyac olduğu üçün Lənkəran rayon, Sütəmurdov kəndində yerləşən yaşadıqları evi (355 kv.m 2 mərtəbəli) satmağa qərar vermişdir. Səhəri gün alqı-satqı məntəqəsinə, Nazim adlı şəxsə müraciət etmişdir. Həmin gün evə baxış keçirilmiş 70.000 (yetmiş min) manat qiymət qoyulmuşdur. O, Nazimə demişdir ki, təcili satmaq üçün 70.000 manat yox 65.000 manata satılsın, çünki ona təcili pul lazımdır. 2 gün keçdikdən sonra “makler” Nazim ona zəng vuraraq evi almaq istəyənin olduğunu bildirmişdir. Evə Nazimlə gələn şəxs İddiaçı həyat yoldaşı ilə birlikdə evə baxdıqdan sonra 60.000 (altmış min) manata razılaşmışlar. Səhəri gün "makler” Nazim və İddiaçıla çayxanada oturub məsləhətləşmişlər. İddiaçı onlara demişdir ki, onun 60.000 (altmiş min) manat pulu düzəlmir, cəmi 35.000 (otuz beş min) manat pulu vardır. Bu zaman o özü İddiaçı demişdir ki, sonuncu ona 35.000 (otuz beş min) manatı borc kimi versin, o da 35.000 manatı qaytaranda üstündə əlavə pul verəcəkdir. Bu zaman İddiaçı təklif etmişdir ki, alqı-satqı müqaviləsi bağlansın, 35.000 manatı qaytaranda üstündə 5.000 (beş min) manat əlavə pul alacaqdır. O, Yusubun təklifi ilə "makler”Nazimin iştirakı ilə razılaşmışdır. Onlar notariusa gələndə bildirmişlər ki banka pulu ödəyib yenidən notariusa gəlsinlər. Nazim, o özü və Yusub banka gedib 35000 min manatı banka qoymuşlar. Səhəri gün təkrarən Nazim, Yusub və özü, gedib bankdan pulu çıxarıb notariusa gəlmişlər. Notarius Səfər müəllim onlara demişdir ki, qaytaranda çətin olmaması üçün ancaq alqı-satqı müqaviləsi bağlasınlar. Onlar alqı-satqı müqaviləsi bağlayıb ayrılmışlar. Bütün xərcləri o özü "makler” Nazim və evi alan İddiaçı iştirakı ilə etmişdir. O, evin satılmasını "makler” Nazimə tapşırıb ayrılmışdır. Bir gün keçmiş, evin giriş qapısına “ev satılır” elanı yerləşdirmiş, qiyməti isə 65.000 (altmiş beş min) manat yazmışdır. Özünə məxsus telefon nömrəsini və "makler" Nazimin telefon nömrəsini qeyd etmişdir. 2-3 gün keçmiş, evi almaq istəyən başqa Həsən adlı şəxs evə baxış keçirmiş, 60.000 (altmış min) manata razılaşmışlar. Evi alan Həsən adlı şəxs qalmağa yerinin olmadığını bildirib alqı-satqı edənə qədər onun evində qalmaq istəmiş o da razılaşmışdır. Həsən ona 1.000 (bir min) manat beh vermişdir. O, behi götürdükdən sonra "makler" Nazimi götürüb İddiaçı yaşadığı evinə gəlmişdir. Evi almaq istəyən olduğunu bildirib, evin satılmasını və ona söz verdiyi kimi 35.000 (otuz beş min) manata qarşı 40.000 (qirx min) manat pulu verməyi bildirmişdir. İddiaçı beh aldığını bildirmişdir. Yusub isə ona evi satacağı halda özü evi kürəkəni Rafiqə alacağını, Həsəndən aldığı behi qaytarmasını və həmin şəxslərin evdən çıxmasını bildirmişdir. O da Yusuba inanıb 1.000 manat beni aparıb Həsənə qaytarmışdır. Ondan sonra İddiaçı öz kürəkəni Rafiq ilə aralarında mübahisəyə başlamış, daha sonra Rafiq Yusubun qızından boşanmışdır. Sonra 2021-ci ilin iyul ayında İddiaçı ona notariusa getməyi təklif etmişdir. Həmin vaxt makler Nazim də onlarla birgə getmişdir. Yusub demişdir ki, mən sənə 35.000 (otuz beş min) manat, üstünə gəl 15.000 (on beş min) manat faiz olmaqla 50.000 (əlli min) manat pul vermişəm. O, səbəbini soruşanda, Yusub vaxtın uzandığını bildirmişdir, 50.000 (əlli min) manatı təsdiq edək, mən sənə 2 aya 10.000 (on min) manatı verim. Orada "makler” Nazim demişdir ki, Yusubla razılaşma, o sənə pul verənə oxşamır. O yenə də İddiaçı inanmışdır. Çünki 35.000 (otuz beş min) manatı alanda sənədlər İddiaçı adına yazılmışdı. 2 ay müddət keçəndən yəni 2021-ci ilin sentyabr ayında 10000 manat pulu ondan tələb edəndə Yusub bildirmişdir ki, istədiyi qədər evdə yaşaya bilər və narahat olmağına bir səbəb yoxdur. Onun dediyinə görə nə vaxt imkanı olarsa ona borclu olduğu pulu qaytaracaqdır. İmkan edib borcu qaytara bilmədiyi təqdirdə isə onda 10000 manat verəcək və ev onun adına sənədləşdiriləcəkdir. Yəni, 2021-ci il sentyabr ayında özü bu sözləri deyib. 2023-cü ilin təxminən yanvar ayına kimi o və ailəsi həmin evdə mübahisəsiz yaşamışdır. Çünki aralarında şifahi razılıq var olmuşdur. 2023-cü ilin yanvar ayında Orxan adli şəxs zəng vuraraq evi almaq barəsində müraciət etdi. O da "makler” Nazimlə birgə Orxanla görüşmüş, evə baxış keçirib 60.000 manata razılaşmışdır. Orxan ona 500 manat beh vermiş, hətta qapıya yazılmış 65.000 manatlıq elanı götürmüşdür. 2-3 gün keçdikdən sonra Orxan ona bildirmişdir pul düzəlmir. Sonra bəlli olmuşdur ki, İddiaçı Orxan adlı şəxsə etibarnamə verib. O, Orxana bildirəndə ki, 500 manat behin var. Orxan da ona demişdir ki, istəmir, halal xoşun olsun. Sonra bilmişdir ki, Orxanla İddiaçı arasında mübahisə olub. Yəni artıq 2023-cü ilin yanvar ayında bilmişdir ki, o, Yusub tərəfindən aldadılır və o, evi ələ keçirmək istəyir. Çünki, aralarında olan alqı-satqı müqaviləsi də məhz əslində onun verdiyi 35000 manat borc pulun rəsmiləşdirilməsini nəzərdə tuturdu. Yəni, bir sözlə başqa razılaşmanı pərdələyirdi. Vəziyyətin bu yerdə olduğunu görüb dəfələrlə ona olan borcunu danışdığı kimi qaytarmaq istəsə də o, həmin borcu danışdığı kimi ondan qəbul etməmiş və və alqı-satqı müqaviləsinin ləğv olunmasına razı olmamışdır. Ondan belə olduğu təqdirdə 10000 manat pulunu istədikdə və evin onun adına rəsmiləşdirilməsini dedikdə də, ona heç bir borcu olmadığını və və həmin evdən çıxmağını tələb etdi. Yəni, şərt qoydu ki, ya evdən çıxmalı, ya da ki, 60000 manat ona pul verməlidir ki, o müqavilənin ləğvinə razılıq versin. O, hal-hazırda ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. İddiaçı ona öz evimdə yaşamağına imkan vermir, nə də ki, evi satıb ona ödəməli olduğu 40.000 manatı qaytarsın. Bütün əşyaları Lənkəran rayon, Sütəmurdov kəndindəki ona məxsus evindədir. O, İddiaçı götürdüyü 35.000 (otuz beş min) manatı, söz verdiyi kimi üstəlik faiz pulu olaraq 5.000 (bes min) manat, cəmi 40.000 (qirx min) manatı qaytarmağa hazırdır. xx.xx.2019-cu il tarixli, AN-İ, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən o və ailə üzvləri satıcı qismində, cavabdeh İddiaçı isə alıcı qismində alqı-satqı müqaviləsinin predmeti olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.04 ha torpaq sahəsi və ümüumi sahəsi 355.6 kv.m olan daşınmaz əmlakı cavabdehə 35100 manat məbləğində satmışlar. Lakin həmin müqavilənin hansı məqsədlə aralarında bağlandığı yuxarıda qeyd olunub. Həmçinin 2019-cu ildə həmin əmlakın müqavilədə qeyd olunan qiymətə satılması absurddur. Sözügedən əmlakın qiyməti ən azı 65000 manatdır. Necə ola bilər ki, o, həmin əmlakı 35100 manata satsın. Bu bir daha həmin müqavilənin hansı məqsədlə bağlanıldığının əyani göstəricisidir. Daha sonra birləşdirilmiş 2-ci iddia ərizəsi üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində texniki yanlışlığa yol verildiyini bildirərək göstərmişlər ki, mübahisəli evi və torpaq sahəsini onlar İddiaçı 70.000 (yetmiş min) manata satmaq barədə razılaşmışlar. Hazırda həmin pulun 37.000 manatını ödənilib, 33.000 manatı qalıb. Belə ki, Cavabdeh2 2019-cu ilin dekabr ayında pula ehtiyacı olduğundan evini satmaq qərarına gəlib. Makler Nazimin vasitəsi ilə evin alıcısı kimi İddiaçı gəlib evə baxıb. Evin qiymətin soruşduqda 70.000 manata olduğunu bildirmişdir. Bundan sonra İddiaçı ondan evini nədən ötrü satdığını soruşduqda ona təcili pula ehtiyacının olduğunu bildirmişdir. İddiaçı ona özünün faiz müqabilində pul verdiyini bildirmişdir. Ona da təklif etmişdir ki, hazırda əlində 35.000 manatı var. Ona faizə verə bilər. O da İddiaçı təklif etmişdir ki, 35.000 manatı faizlə deyil konkret pul məbləği ilə ona versin, ev satılan kimi pulu ona qaytarsın. İddiaçı bildirmişdir ki, 35.000 manat verəcək, lakin əvəzinə 40.000 manat ondan alacaq. Əlavə olaraq pulun təminatı kimi mubahisəli əmlakını onun adına keçirməyi, əgər evə müştəri tapılarsa onun adından müştəriyə satacağını bildirmişdir. Onun da təcilə pula ehtiyacı olduğundan onunla razılaşmış və evi onun adına keçirmişdir. Bundan sonra dəfələrlə müştəri tapmış, lakin İddiaçı müxtəlif bəhanələr gətirərək alqı-satqıya maneə törətmişdir. Sonda ona demişdir ki, onun evini 70.000 manata özü alacaq. 35.000 manat vermişdir, onun bu günə olan faizi 15.000 manat hesablamışdır. Qalan 20.000 manatı da yaxın müddətdə verib onunla olan pul haqq-hesabı bitəcək. O da İddiaçı soruşmuşdur “axı biz faiz məbləği 5.000 manata razılaşmışdıq, indi niyə 15.000 manat hesablayırsan?”. Cavabında İddiaçı ona bildirmişdir ki, verdiyi 35.000 manat pulun müddəti çox keçib ona görə də faiz 15.000 manat təşkil edir. Evi İddiaçı adında olduğundan o, məcbur qalıb onunla razılaşmışdır. Fikri o olmuşdur ki, əlində qalan pul məbləği ilə mubahisəli əraziyə bitişik olan onlara məxsus boş ərazidə xırda ev tikib orda yaşayarlar. Nəhayət ki, 2021-ci ildə İddiaçıla ondan faiz kimi istədiyi 15.000 manatı notariusda rəsmiləşdirmişlər. Sonradan İddiaçı onun hesabı ilə qalan 20.000 manat pulunu istədikdə həmin pulun onlara verməyəcəyini, evi 50.000 manata aldığını bildirmişdir. O, İddiaçı demişdir ki, “axı biz evi 70.000 manata razılaşmışıq”. İddiaçı cavab verib ki, “mənim pulum yoxdu, 50.000 manatı sənə ödəmişəm”. “Bu qədər bəsinizdir”. Bu günə kimi də İddiaçı onlara olan 33.000 manat borcunu ödəmir. Məhkəməyə təqdim etdiyi mütəxəssis rəyindən də görünür ki, 2019-cu ildə evlərinin qiyməti 71.120 manat təşkil edir. Tərəflər arasında bağlanılan alqı-satqı müqaviləsi əslində digər müqaviləni pərdələməkdən ötrü olub. Yəni İddiaçı Cavabdeh2 5.000 manat faiz müqabilində verdiyi 35.000 manat pulun girovu kimi bağlanılıb. Sadəcə olaraq həmin vaxtı İddiaçı vergidən yayınmaqdan ötrü girov müqaviləsinin bağlanmasını yox, alqı-satqı müqaviləsinin bağlanmasını tələb etdiyindən, onların da pula ehtiyacı olduğundan onunla razılaşıblar. Əlavə olaraq bildirirlər ki, onların hazırda məhkəməyə müraciət etməkdə səbəbi sonda İddiaçı əslində onlara aldatmaq niyyətində olduğunu açıq-aydın bildirməsi olub. Əvvəllər İddiaçı onlara evin qalan pulunu qaytaracağını bildirdiyindən 2019-cu ildən bu günə kimi bu mübahisə məhkəmə müstəvisinə çıxarılmamışdır. Evi özünün almaq niyyətində olduğunu bildirəndən sonra qalan pulu da yaxın müddətdə ödəyəcəyini bildirsə də sonralar muxtəlif bəhanələrlə pulu verməmişdir. Nəhayət sonda onlara bildirmişdir ki, aralarında alqı-satqı müqaviləsi olub, sənədlər onun xeyrinədir və onlara heç bir manat belə ödəməyəcək, ev onundur. Onlar da bunu bilib dərhal məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmişlər. Daha sonra birləşdirilmiş 2-ci iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin artırılması barədə ərizə verərək 26 dekabr 2019-cu il tarixli, AN-İ, № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş xx.xx.2019-cu il tarixli, 5983 inventar nömrəli, **********31-10301 reyestr nömrəli Texniki Pasportun və xx.xx.2020-ci il tarixli, **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Lənkəran Rayon Məhkəməsinin 2(049)-222/2024 saylı, 16 yanvar 2024-cü il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əhmədağa qızı və Cavabdeh6 Əhmədağa oğlunun cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbi barədə 2(049)-222/2024 nömrəli və İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əhmədağa qızı, Cavabdeh6 Əhmədağa oğlu və Lənkəran 1 saylı Notariat Ofisinə qarşı əmlakdan çıxarılma tələbi barədə 2(049)-196/2024 nömrəli mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi və mülki işə 2(049)-196/2024 nömrəsinin verilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, verdiyi iddia ərizəsinin məzmununa uyğun izahat verib, tərəfindən verilmiş iddianın təmin edilməsini, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əhmədağa qızı və Cavabdeh6 Əhmədağa oğlunun iddiasının isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini müdafiə edib, verdiyi iddia ərizəsinin məzmununa uyğun izahat verib, tərəfindən verilmiş iddianın təmin edilməsini, İddiaçı iddiasının isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Lənkəran Rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi X5 izahat verib 26 dekabr 2019-cu il tarixli, AN-İ, № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin qanuni olduğunu bildirib hər iki iddia tələbinin təmsil etdiyi quruma münasibətdə təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında birləşdirilmiş 2-ci iddia ərizəsi üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 vəsatəti əsasında dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, o, 09 aprel 1980-cı il tarixdə Lənkəran rayonu Kirov qəsəbəsində anadan olmuşdur, hal-hazırda Lənkəran rayonu İstisu qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Özü ev alqı-satqı fəaliyyəti ilə məşquldur. Təqribən 2019-cu il də Cavabdeh2 ona yaxınlaşıb Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən həyətyanı evini təcili pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. O da onunla birlikdə evə və torpaq sahəsinə baxış keçirdib evin və torpaq sahəsinin təcili 70.000 manata satmağın mümkün olduğunu bildirmişdir. Təqribən 2-3 gün sonra İddiaçı öz istəyi ilə Sərhəddinin evinə getmişlər və orda evi 70.000 manata almaq barədə razılaşmışlar və səhəri günü alqı-satqı edəcəylərini bildirmişlər. Həmin günün səhərisi İddiaçı onunla və Sərhəddinlə çayxanada görüşmüş və Sərhəddinə bildirmişdir ki, onun 70.000 manat pulu düzəlmir. Sərhəddin də ona təcili pula ehtiyacının olduğundan evini təcili satmaq istədiyini bildirmişdir. İddiaçı Sərhəddinə nə qədər pula ehtiyacının olduğunu bildirdikdə Cavabdeh2 35.000 manat pula ehtiyacının olduğunu bildirmişdir. Yusub Sərhəddinə təklif etmişdir ki, 35.000 manata pulu ona faizə verə bilər ki, ta o vaxta kimi ki, Sərhəddin evi satsın və onun 35.000 manat pulunu və faizlərini qaytarsın. Sərhəddin faizlə razılaşmayıb Yusuba ev satılana kimi 35.000 manatın əvəzində nə qədər pulun ondan alacağını konkret bildirsin. Yusub da konkret olaraq 35.000 manatın əvəzində 40.000 manat istədiyini, eyni zamanda 35.000 manatın girovu kimi satılan evin onun adına keçirilməsini, ev satılanda isə onun adından satılacağını bildirmişdir. Cavabdeh2 İddiaçı təklif etmişdir ki, evi onun adına yox girov kimi qoya bilər. İddiaçı əgər ev girov kimi qoyulduğu halda məcburi şəkildə ondan vergi tutulacağından əlavə xərclər verməsin deyə alqı-satqı müqaviləsi bağlamasını tələb etdikdə Sərhəddin də onunla razılaşmış və evi alqı-satqı yolu ilə Yusubun adına keçirmişdir. Yusub özü də ondan evə müştəri axtarmağını xahiş etmişdir. Bundan sonra bir neçə dəfə evə müştəri tapsa da, Yusub satılmasına maneə törətmişdir. Sonda isə onun yanında Sərhəddinə bildirmişdir ki, evi özü 70.000 manta alacaq. 35.000 manat verib, qalan 35.000 manatı da verməkdən ötrü ona vaxt verməsini xahiş etmiş və Sərhəddin də onunla razılaşmışdır. Sonradan məlumatı olub ki, Yusub evin pulunu tam şəkildə Sərhəddinə ödəməyib. Onun yanında Cavabdeh2 ilə İddiaçı arasında olan razılaşma elə olub ki, Sərhəddin Yusubdan aldığı 35.000 manat pulun əvəzində ona ev satılandan sonra 40.000 manat qaytaracaq, aldığı pulun girovu kimi evi müvəqqəti olaraq Yusubun adına alqı-satqı müqaviləsi ilə keçirəcək. Yusub da evin öz adından başqa şəxslərə satılmasına maneə törətməyəcək. Düzdür əvvəllər Yusub evi almaq niyyəti ilə onunla birlikdə evə baxış keçirsə də, sonradan evi kürəkəni üçün almaq istədiyini, amma kürəkəni ilə razılığa gələ bilmədiyini bildirmişdir. Sərhəddinə ehtiyacı olduğu 35.000 manat pulu 40.000 manat qaytarmaq şərti ilə vermiş və satılan evi pulun girovu kimi öz adına keçirmişdir. Yəni onun da iştirakı ilə tərəflər arasında 2019-cu ildə bağlanılan hazırki mübahisəli evin və həyatyanı torpaq sahəsinin daşınmaz əmlakın alqı-satqı müqaviləsi əslində Sərhəddinə Yusub tərəfindən verilən 35.000 manat borc pulun girovu kimi bağlanılmışdır. Sadəcə olaraq Yusub vergi ödəməsin deyə Sərhəddin ilə özünün tələbi ilə girov müqaviləsi yox, alqı-satqı müqaviləsi bağlamışdır. xx.xx.2021-ci il tarixli Lənkəran rayonu 1 saylı notariat ofisinin təsdiq etdiyi ərizəyə munasibətdə bildirir ki, həmin müqavilə bağlananda o da tərəflərlə birlikdə olmuşdur. İddiaçı Cavabdeh2 15.000 manat pul verməsini görməyib. 15.000 manat İddiaçı tərəfindən Sərhəddinə Əhmədova verilən 35.000 manat pulun faizi kimi Yusubun təkidi ilə Sərhəddin tərəfindən rəsmiləşdirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərzai İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edilmiş: Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Lənkəran rayonu Sütəmurdov kəndində 355.60 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi Cavabdeh2 tam mülkiyyət hüququ kimi, Lənkəran rayonu Sütəmurdov kəndində 0,04 ha torpaq sahəsi Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əhmədağa qızının və Cavabdeh6 Əhmədağa oğlunun hüquqları dövlət qeydiyyatına alınmışdır. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışdan və **********31- 10301 reyestr nömrəli, xx.xx.2019-cü il tarixli Fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Lənkəran rayonu Sütəmurdov kəndində 0,04 ha torpaq sahəsi, onun üzərində 355.60 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı tam mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. AN-İ № ******* nömrəli, xx.xx.2019-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 tam mülkiyyət hüququ ilə Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən ümumi sahəsi 355.6 kv.m olan fərdi yaşayış evini, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əhmədağa qızı və Cavabdeh6 Əhmədağa oğlu birgə mülkiyyət hüququ ilə Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0.04 ha torpaq sahəsini 35.100 (otuz beş min yüz) manata İddiaçı satmışlar. **********411 saylı, xx.xx.2021-ci il tarixli Lənkəran rayonu 1 saylı notariat ofisinin təsdiq etdiyi ərizədən görünür ki, Cavabdeh2 İddiaçı 15.000 (on beş min) manat pul almışdır. xx.xx.2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 1.500 (bir mün beş yüz) manat pul poçt vasitəsi ilə köçürülmüşdür. xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh3 plastik kart hesabına 500 (beş yüz) manat pul köçürülmüşdür. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair rəydən görünür ki, Lənkəran rayonu Sütəmurdov kəndində 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 355.6 kv.m olan fərdi yaşayış evinin dekabr 2019-cu il vəziyyətinə görə bazar dəyəri ƏDV nəzərə alınmadan 71.120 (yetmiş bir min yüz iyirmi) manat, likvid dəyəri isə 67564 (altmış yeddi min beş yüz altmış dörd) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli hökümət ödəniş portalından görünür ki, Cavabdeh2 məhkəmədə iddia qaldırmaq üçün 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli hökümət ödəniş portalından görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, ilk növbədə birləşdirilmiş mülki iş üzrə ikinci iddia tələbinə qiymət verilməlidir. Çünki, həmin nəticədən sonra birləşdirilən birinci iddia üzrə dəyərləndirmə aparılacaqdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışa əsasən Lənkəran rayonu Sütəmurdov kəndində 355.60 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi Cavabdeh2 tam mülkiyyət hüququ kimi, Lənkəran rayonu Sütəmurdov kəndində 0,04 ha torpaq sahəsi Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əhmədağa qızının və Cavabdeh6 Əhmədağa oğlunun hüquqları dövlət qeydiyyatına alınmışdır. AN-İ № ******* nömrəli, xx.xx.2019-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsiə əsasən Cavabdeh2 tam mülkiyyət hüququ ilə Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən ümumi sahəsi 355.6 kv.m olan fərdi yaşayış evini, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əhmədağa qızı və Cavabdeh6 Əhmədağa oğlu birgə mülkiyyət hüququ ilə Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0.04 ha torpaq sahəsini 35.100 (otuz beş min yüz) manata İddiaçı satmışlar. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa və **********31-10301 reyestr nömrəli, xx.xx.2019-cü il tarixli Fərdi yaşayış evinin Texniki Pasportuna əsasən Lənkəran rayonu Sütəmurdov kəndində 0,04 ha torpaq sahəsi, onun üzərində 355.60 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı tam mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Məhkəmə araşdırması zamanı həmçinin o da müəyyən edilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair rəyinə əsasən Lənkəran rayonu Sütəmurdov kəndində 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 355.6 kv.m olan fərdi yaşayış evinin dekabr 2019-cu il vəziyyətinə görə bazar dəyəri ƏDV nəzərə alınmadan 71.120 (yetmiş bir min yüz iyirmi) manat, likvid dəyəri isə 67564 (altmış yeddi min beş yüz altmış dörd) manat məbləğində müəyyən edilmişdir. **********411 saylı, xx.xx.2021-ci il tarixli Lənkəran rayonu 1 saylı notariat ofisinin təsdiq etdiyi ərizəyə əsasən Cavabdeh2 İddiaçı 15.000 (on beş min) manat pul almışdır. xx.xx.2020-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən Cavabdeh2 1.500 (bir mün beş yüz) manat pul poçt vasitəsi ilə köçürülmüşdür. xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh3 plastik kart hesabına 500 (beş yüz) manat pul köçürülmüşdür. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 əmlakları ilə birlikdə çıxarılaraq əmlakın ona təhvil verilməsini xahiş etmişdir. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Əhmədov X4 Yusub Heydər oğlu arasında bağlanılmış 26 dekabr 2019-cu il tarixli, AN-İ, № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin yalan əqd olduğundan həmin müqavilənin etibarsız hesab edilməsni, həmin müqavilə əsasında verilmiş Texniki Pasportun və Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişlər. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 iddiasından görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Əhmədov X4 Yusub Heydər oğlu arasında bağlanılmış 26 dekabr 2019-cu il tarixli, AN-İ, № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin yalan əqd olduğundan həmin müqavilənin etibarsız hesab edilməsini, həmin müqavilə əsasında verilmiş Texniki Pasportun və Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini onunla əsaslandırırlar ki, Cavabdeh2 İddiaçı 5.000 manat faiz müqabilində 35.000 manat pul almış, pulun girovu kimi mülkiyyətlərində olan fərdi yaşayış evini və torpaq sahəsini İddiaçıla alqı-satqı müqaviləsi bağlayaraq onun mülkiyyətinə vermişlər. Məhkəmə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 iddiasını təsdiq edən sübut növü kimi şahid X2 ifadəsinə qiymət verərək hesab edir ki, həmin şahid ifadəsi Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 iddiasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 təqdim etdikləri şahid X6 ifadəsində hazırki, iş üzrə tərəfləri bir-biri ilə tanış etdiyini, tərəflər arasında olan bütün danışıqlarda iştirak etdiyini, tərəflər arasında bağlanılan alqı-satqı müqaviləsinin əslində İddiaçı tərəfindən Cavabdeh2 5.000 manat faiz müqabilində verilən 35.000 manat pulun girovu kimi bağlandığını, sonradan verilmiş 15.000 manat pulun da İddiaçı tərəfindən Cavabdeh2 verildiyini görmədiyini, həmin pulun 35.000 manatın faiz pulu kimi İddiaçı tərəfindən hesablanıldığını bildirmişdir. Məhkəmə X2 tərəflər arasında olan danışıqlarda tərəfsiz şəxs kimi iştirak edən şəxs olduğundan Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 təqdim etdikləri şahid X2 ifadəsini mötəbər sübut növü kimi qəbul edir. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilənin anlayışını müəyyən edən 389.1-ci maddəsində yazılmışdır ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1, 324.2 və 324.4-cü maddələri). Mülki Məcəllənin 567-ci maddəsində təsbit edilmişdir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur (Mülki Məcəllənin 568.1 və 568.2-ci maddələri). Məhkəmə alqı-satqı müqaviləsi üzrə diqqətə çatdırır ki, alqı-satqı müqaviləsi təbiətinə görə tərəflər arasında hüquq və vəzifələrin bölünməsi baxımından ikitərəfli olması ilə xarakterizə olunur. Yəni müqavilənin hər iki tərəfi üçün hüquq və vəzifələr əmələ gətirir. Tərəfin hər ikisi həm hüquqlara malik olur, həm də vəzifələr daşıyır. Belə ki, müqavilə nəticəsində hüquq əldə etmiş tərəf eyni zamanda digər tərəfə münasibətdə vəzifə daşıyır. Belə nəticə hasil olur ki, hər iki tərəf bir-birinə münasibətdə borclu və kreditor rolunda çıxış edirlər. Mövcud mübahisə üzrə alqı-satqı müqaviləsinin məzmunu baxımından işin halları təhlil edildikdə görünür ki, müqavilənin tərəfləri olmuş şəxslərin niyyəti alqı-satqı müqaviləsinə yönəlməmişdir. Yəni onlar müqavilənin məqsədinə xidmət edən hüquq və vəzifələr daşımamışlar. Çünki məhkəmə iclasında müəyyən olunan işin halları alqı-satqı müqviləsinin real olmasına dəlalət etmir. Başlıca dəlil odur ki, alqı-satqı müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmasına baxmayaraq hazırki zamana qədər birinci iddia üzrə cavabdehlər mübahisəli mənzildə yaşamışlar. Birinci iddia üzrə iddiaçı onları bu zaman kəsiyində nə üçün evdən çıxarmadığını izah edə bilməmişdir. Hansı ki, birinci iddia üzrə cavabdehlər ona hər hansı kirayə haqqı verməmiş və aralarında bu formada razılıq olmamışdır. Digər tərəfdən birinci iddia üzrə iddiaçının məhkəmədə iddia qaldıran zamana qədər evdən çıxarma ilə bağlı hər hansı tədbir görməsi də işdən görünmür. Bu kimi hallar alqı-satqı müqaviləsinin zahirən mövcud olsa da, əslində niyyətin bundan ibarət olmamasına dəlalət edir. Nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Kassasiya instansiyası məhkəməsi, həmçinin işə apellyasiya qaydasında yenidən baxılarkən işdə olan ekspert rəylərinə əsasən dəyəri 100 000 manat olan mübahisəli mənzilin 60 000 manata satılması faktına qiymət verilməsinə dair göstəriş vermişdir. Məhkəmə onu da qeyd edir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair rəyində Lənkəran rayonu Sütəmurdov kəndində 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 355.6 kv.m olan fərdi yaşayış evinin dekabr 2019-cu il vəziyyətinə görə bazar dəyəri ƏDV nəzərə alınmadan 71.120 (yetmiş bir min yüz iyirmi) manat, likvid dəyəri isə 67564 (altmış yeddi min beş yüz altmış dörd) manat məbləğində müəyyən edilmişdir. Belə olan halda mübahisəli əmlakın 35.100 manat dəyərində satılması reallığı əks etdirmir. **********411 saylı, xx.xx.2021-ci il tarixli Lənkəran rayonu 1 saylı notariat ofisinin təsdiq etdiyi ərizə əsasında İddiaçı Cavabdeh2 15.000 manat pulun verilməsi halı da məhkəmədə sübuta yetirilməmişdir. Eyni zamanda İddiaçı və Cavabdeh2 izahatlarından görünür ki, məhkəməyə şahid kimi təqdim olunan və ifadəsi alınan X6 tərəflər arasında olan danışıqlarda tərəfsiz şəxs kimi iştirak edən şəxsdir. Şahid ifadəsindən də görünür ki, tərəflər arasında bağlanılan alqı-satqı müqaviləsinin əslində İddiaçı tərəfindən Cavabdeh2 5.000 manat faiz müqabilində verilən 35.000 manat pulun girovu kimi bağlanılıb. Sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi yalan əqddir və Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, birləşdirilmiş ikinci iddia tələbi əsaslı olduğundan təmin edilməli, 26 dekabr 2019-cu il tarixli, AN-İ, № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə əsasında verilmiş xx.xx.2019-cu il tarixli, 5983 inventar nömrəli, **********31-10301 reyestr nömrəli Texniki Pasport və xx.xx.2020-ci il tarixli, **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Artıq alqı-satqı müqaviləsi etibarsız hesab edildiyi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi nəticəsinə gəlindiyi üçün məhkəmə birləşdirilmiş birinci iddia tələbi üzrə araşdırma aparmır. Göstərir ki, həmin iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Birləşdirilmiş 1-ci iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Lənkəran 1 saylı Notariat Ofisinə qarşı «əmlakdan çıxarılma» tələbinə dair iddiası rədd edilsin. Birləşdirilmiş 2-ci iş üzrə iddia təmin edilsin. 26 dekabr 2019-cu il tarixli, AN-İ, № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Həmin müqavilə əsasında verilmiş xx.xx.2019-cu il tarixli, 5983 inventar nömrəli, **********31-10301 reyestr nömrəli Texniki Pasport və xx.xx.2020-ci il tarixli, **********31- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-196/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-196/2024
15.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver