Məhkəmə qərarları › İş №2(049)-199/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-199/2025

24.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-199/2025 24.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yaşamaq hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 0,05 ha. torpaq sahəsi üzərindəki, fərdi yaşayış evi 26 sentyabr 2014-cü il tarixdən onun xüsusi mülkiyyətinə verilmişdir. Həmin fərdi yaşayış evinə xüsusi mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən, daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********75-10301 olan, xx.xx.2014-cü il tarixli, Çıxarış və inventar nömrəsi: 7565 saylı, xx.xx.2014- cü il tarixli, Texniki Pasport ilə qeydiyyata alınmışdır. Odur ki, mülkiyyətində olan fərdi yaşayış evini X2na bağışlamaqdan ötrü Lənkəran regional “Asan Xidmət” mərkəzinin notariat ofisinə müraciət etmişdir. Notariat Ofisində ona həmin ünvanda qeydiyyatda olan digər vətəndaşların da razılıq ərizələrinin alınmasını tələb etmişlər. Lənkəran regional “Asan Xidmət” mərkəzinin nəzdində DİN-nin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi bölməsinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli, ******* № li verdiyi arayışda həqiqətən də həyat yoldaşı X1, oğlanları - Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyətində olan evdə qeydiyyatda olmaları qeyd edilmişdir. Həyat yoldaşı X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Qeydiyyatda olan digər vətəndaşlar yəni hal hazırki iş üzrə olan cavabdeh oğlanları isə öz ailələri ilə birlikdə müvafiq olaraq X7 və Türkiyə Respublikasında yaşayırlar. Eyni zamanda pasport qeydiyyatından çıxarılmalarına da heç bir etirazları yoxdur. X2 isə ailə qurduğu üçün Lənkəran şəhərində digər ünvanda yerləşən ər evində qeydiyyatda olmaqla bərabər ailəsi ilə birlikdə yaşayır. Bununla belə, Lənkəran regional “Asan Xidmət” mərkəzinin nəzdində DİN-nin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi bölməsinin xx.xx.2024-cü il tarixli, ******* № li verdiyi arayışından görünür ki, cavabdehlər hazırda ünvan 4 ünvanında qeydiyyatda qalmışdırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini o, 1990-cı illərdə tikmişdir və orada yaşamağa başlamışdır. Övladları Elvin 1986, Fərid isə 1987-ci il təvəllüdlüdürlər. Sözügedən evə köçdükdən sonra övladları Elvin və Fərid də onunla birlikdə həmin evdə yaşamışlar. 2014-cü ildə həmin evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Övladları Elvin və Fərid yetkinlik yaşlarına çatdıqdan sonra ilk şəxsiyyət vəsiqəsi alarkən onlar həmin evdə qeydiyyata alınmışlar. Oğlu Elvin 2023-cü ildə X3 universiteti bitirərək, həmin vaxtdan hazıradək Vqşinqton şəhərində yaşayır. Övladı Fərid isə 2004-cü ildən Türkiyə Respublikasında universiteti bitirərək, həmin vaxtdan hazıradək orada Kocaeli şəhərində yaşayır. Övladları Elvin və Fərid onun ünvanından qeydiyyatdan çıxmalarına razıdırlar və bu barədə iddianın etirafı haqqında razılıq ərizələrini yaşadıqları ölkələrdən elektron poçt vasitəsilə məhkəməyə göndəriblər. Cavabdehlərin onun evində istifadə hüquqlarına xitam verilməsi ona bu səbəbdən lazımdır ki, cavabdehlərin iştirakı olmadan notarius vasitəsilə həmin evi qızına bağışlasın. O, cavabdehlərə mənzildə istifadə hüquqlarına xitam verilməsi üçün kompensasiya təklif etməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, mülki işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi idarəsi tərəfindən tərtib edilmiş RX seriyalı, 047389 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, **********75-10301 reyestr nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrndən” Çıxarışın və Texniki pasportun surətindən görünür ki, Lənkəran şəhəri, X11 küçəsi, 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. “Asan-Lənkəran” tərəfindən təqdim edilmiş ******* saylı, xx.xx.2024-cü il tarixli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Cavabdeh1 və Hüseynov X8 şəhəri, X11 küçəsi, ev 3 ünvanında qeydiyyatdadırlar. AZE seriyalı, 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hüseynov X9 şəhəri, X11 küçəsi, ev 3 ünvanında qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi ona xx.xx.2003cü il tarixdə Lənkəran ŞRPŞ tərəfindən verilmişdir. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hüseynov X8 şəhəri, X11 küçəsi, ev 3 ünvanında qeydiyyatdadır. Xİ-JQ seriyalı, 466183 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1986-cı il tarixdə Lənkəran şəhərində doğulmuşdur, atası İddiaçı, anası X4r. Xİİ-JQ seriyalı, 449505 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1987-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur, atası İddiaçı, anası X4r. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbinin əsassız hesab edilərək təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında mübahisə iddiaçının mənzilə mülkiyyət hüququnun olması və həmin hüququn həyata keçirilməsi ilə bağlı maneənin aradan qaldırılması təşkil edir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 5.3, 14.1, 228.5, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri maddələri təşkil edir. Məhkəmə ilk öncə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözügedən mübahisəli mənzildə istifadə hüququ əldə etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5 maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin məcəllənin 228.2 maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişsir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.” Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına göstərilmişdir ki, “Cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.” İşin faktiki hallarından müəyyən edilmişdir ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olmaqla, iş üzrə cavabdehlər olan onun övladları həmin evdə yaşamışlar və orada pasport qeydiyyatına alınmışlar. Cavabdehlərin həmin ev tikildiyi vaxtdan orada yaşamalarıvə hal-hazıradək orada pasport qeydiyyatında olduqları müəyyən edilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözügedən evin mülkiyyətçisinin ailə üzvləri, yəni övladları olduqlarından həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdilər. Bu səbəbdən onlar həmin mənzildə istifadə hüququ əldə etmişlər və onların bu hüquqlarının yaranması üçün notariat qaydasında təsdiqlənən yazılı razılaşma tələb edilməmişdir. Hazırki müki iş üzrə iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən cavabdehlərə bazar qiyməti ilə müvafiq kompensasiya verməsi təklif edilməmiş və bu barədə məhkəməyə hər-hansı razılıq təqdim etməmişdir. Həmçinin iddiaçı tərəfindən cavabdehlərin digər ünvanda daimi yaşamaları ilə əlaqaədar məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasındakı izahatında “cavabdehlər tərəfindən məhkəməyə elektron poçt vasitəsilə iddianın etirafı haqqında ərizə ünvanlanmaları” ilə əlaqadar qeyd etdiklərinə münasibət bildirərək, qeyd edir ki, Lənkəran Rayon Məhkəməsinin elektron poçt ünvanına daxil olmuş Cavabdeh1 və Cavabdeh2 adından olan ərizələri məhkəmə mötəbər sübut kimi qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2 maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Eyni zamanda həmin məcəllənin 10-1.2 maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Belə ki, yuxarıda qeyd edilən ərizələrin məhkəməyə cavabdehlərin adından şəxsən təqdim edilməsi sübuta yetirilmədiyindən onların iradə ifadəsi kimi nəzərə alına bilməz. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, hazırki iddia tələbi üzrə iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edilmədiyindən iddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar