Məhkəmə qərarları › İş №2(049)-1998/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1998/2023

02.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1998/2023 02.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 «doğum faktının müəyyən edilməsi» tələbinə dair xüsusi icraat qaydasında birgə verdikləri ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, X2 01 noyabr 2020-ci il tarixdə Lənkəran rayonu Parakənd kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onlar 2020-ci ilin əvvəllərində faktiki nikaha daxil olaraq evlənmiş, nikahları isə 13 oktyabr 2021-ci il tarixdə Maraqlı şəxsndə 349 sayla qeydə alınmışdır. Onların birgə nikahından xx.xx.2020-ci il tarixdə Zəhra adlı bir uşaqları doğulmuşdur. Lakin uşaq doğularkən xəstəxanaya çatdıra bilmədiklərinə görə ev şəraitində doğulmuş, buna görə də doğum haqqında şəhadətnamə ala bilməmişlər. Çünki, uşağın doğumu haqqında tibbi arayış verilməmişdir. Uşaq sağ və salamat anadan olmuş və hal-hazırda da onlarla birlikdə yaşayır, poliklinikada qeydiyyatdadır. Uşağın doğum faktının müəyyən edilməsi ilə əlaqədar müvafiq rayon qeydiyyat şöbəsinə müraciət etmiş və onlar da müvafiq həkim arayışı olmadığı üçün məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Məhkəmə baxışında Ərizəçi1 ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəməyə məktub ünvanlayaraq təyin edilmiş məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 bildirmişdir ki, Ərizəçi1 qardaşının kürəkənidir. Onların birgə nikahların 2 uşaqlar var. Zəhra Mirzəzadə 01 noyabr 2020-ci il tarixdə Lənkəran rayonu Parakənd kəndində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İddia ərizəsinə əlavə edilmiş: Lənkəran rayon mərkəzi xəstəxanası Hirkan kənd həkim məntəqəsinin xx.xx.2021-ci il tarixli tibbi arayışdan görünür ki, xx.xx.2020-ci ildə ev şəraitində doğulmuşdur. Səbəbi xəstəxanaya çatdırılmamasıdır. Uşaq Hirkan qəsəbə ailə sağlamlıq mərkəzində ümumi tibbi müayinədən keçmiş və tibbi cəhətdən sağlamdır. «Nikah haqqında» haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 və Ərizəçi2 13 oktyabr 2021-ci il tarixdə Maraqlı şəxsndə 349 sayla nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Mirzəzadə, arvada Mirzəzadə soyadı verilmişdir. Lənkəran rayon Qeydiyyat X1 ünvanlanmış məktubundan görünür ki, sənədlər tam şəkildə olmadığından doğum haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edimişdir ki, Mərziyyə Babazadə ilə Ərizəçi1 13 oktyabr 2021-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2020-ci il tarixdə Lənkəran rayonu, Parakənd kəndində Zəhra adlı övladları doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci madddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.4-cü madddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.3 və 307.2.10-cu maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının və talığın etiraf olunması faktının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Zəhra adlı şəxsin 01 noyabr 2020-ci il tarixdə Lənkəran rayonu Parakənd kəndində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi2 ilə Ərizəçi1 rəsmi nikahından olan X5 adlı uşağın 01 noyabr 2020-ci il tarixdə Lənkəran rayonu, Parakənd kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar