Məhkəmə qərarları › İş №2(049)-20/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-20/2024

31.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-20/2024 31.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hüseynov Murad Əbdül oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılılqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi, Lənkəran Vəkil Bürosunun vəkili Vəkil2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi, Lənkəran Vəkil Bürosunun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olmaqla bir dam altında olan evin sökülməsinə qadağa qoyulması tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı mülkiyyətdə olan əmlaskın sökülməsinə icazə verilməsi, cavabdeh tərəfindən evin sökülməsinə yaradılan maneənin aradan qaldırılmasıə və onun qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olmaqla ünvan 1 ünvanda yerləşən və Cavabdeh mülkiyyətində olmaqla ünvan 2 ünvanda bir küm (dam) altında yerləşən evin Cavabdeh aid hissəsinin sökülməsinə Cavabdeh qadağa qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh doğma bacısıdır. Lənkəran rayon Məhkəməsinin 31 may 2012-ci il tarixli 2(049)-250/2012 nömrəli qətnaməsi ilə ünvan 2 ünvanda yerləşən mərhum ataları X3 miras qalmış fərdi yaşaış evinin cavabdehin faktiki istifadəsində olan hissəsi üzərində cavabdehin, həmin fərdi yaşayış evinin özünün faktiki istifadəsində olan hissəsi üzərində isə, onun vərəsəlik hüququ tanınmışdır. Daha sonra hər ikisi Daşınmaz Əmlakın Reyestr Xidmətinə müraciət etmiş və həmin fərdi yaşayış evinin 2 otağının və 6/20 hissə torpaq sahəsinin onun mülkiyyət hüququ onun adına rəsmiləşdirilərək həmin hissəyə mülkiyyət hüququnun verilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən 14 oktyabr 2019-cu il tarixdə Çıxarış verilmişdir. Eyni ilə cavabdehə də 18 sentyabr 2020-ci il tarixdə həmin fərdi yaşayış evinin 3 otağının və 14/20 hissədə torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən 18 sentyabr 2020-ci il tarixli Çıxarış verilmişdir. Bir dam altında olan həmin ev təqribən 150 ildən də əvvəl tikilmişdir. Cavabdeh 2021-ci ildə məhkəməyə müraciət edərək ona və arvadına qarşı onların qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş etmişdir. Həmin iddiada o, göstərmişdir ki, guya onlar onun mülkiyyətində olan evi kirayəyə verməyə, satmağa imkan vermirlər, maneə yaradırlar. Halbuki belə hallar bir dəfə də olmamışdır. Həmin məhkəmə iclaslarında onlar iştirak etməsələr də, məhkəmə iddianı təmin etmiş, ona və onun ailə üzvlərinə Cavabdeh mülkiyyətində olan M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanında 0,0312 ha torpaq sahəsində yerləşən 105,70 kv.metr fərdi yaşayış evinə və 14/20 hissə torpaq sahəsinə dair əmlakdan istifadə, ona dair sərəncam vermə hüququna yaradılan maneələr yəni, ona və onun ailə üzvlərinin orada yaşamalarına, evin satılmasına və kirayə verilməsinə törədilən maneələr aradan qaldırılaraq qanunsuz hərəkətlərə son qoyulması qərara alınmışdır. Həmin qətnamədə konkret olaraq hansı maneənin olduğu göstərilmiş və ona münasibətdə də məhkəmə qətnamə qəbul etmişdir. Yəni, həmin iddia tələbində evin sökülməsinə yaradılan maneədən heç bir söhbət getməmiş və məhkəmə də evin sökülməsinə yaradılan maneənin aradan qaldırılması nəticəsinə də gəlməmişdir. Məhkəmənin həmin qətnaməsi sonradan icraya yönəldilmiş və Lənkəran rayon İcra və Probasiya Şöbəsinin tərəfindən onlardan izahatlar alınmış və 10 dekabr 2021-ci il tarixdə qətnamə icra edilərək bu barədə müvafiq akt tərtib edilmişdir. Bundan sonra cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək Lənkəran rayon İcra və X4 Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair 10 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və həmin qətnamənin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 17 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh icra sənədinin ləğv edilərək qətnamənin yenidən icraya yönəldilməsini xahiş etməyini onunla izah etmişdir ki, o, evi sökmək istəyir, lakin onlar buna imkan verməyirlər. Həmin məhkəmə iclasında cavabdeh onu da bildirmişdir ki, sözügedən ev bir küm (dam) altında olmaqla təqribən 200 ildir ki, tikilmişdir və evin müəyyən hissələri sökülüb tökülmüş, uçmaq təhlükəsi ilə üz-üzədir. Hazırkı iddia ilə məhkəmənin nəzərinə çatdırır ki, qeyd edildiyi kimi mübahisəli evin 2 otağı onun, digər 3 otağı isə cavabdehin mülkiyyətindədir. Əgər cavabdehin dediyi kimi mülkiyyətində olan ev ilə əlaqədar onun sərəncam vermək hüququ vardırsa, onun da öz növbəsində mülkiyyətində olan ev barəsində sərəncam vermək, onun təhlükəsizliyini qorumaq hüququ vardır. Qeyd olunan ev bir küm altındadır, cavabdeh həmin evin 3 otağını sökərsə, yan divarların bir tərəflərinin sökülməsi nəticəsində ona aid olan 2 otağın daşıyıcı divarları taxta-şalbandan olduğu üçün möhkəmliyini itirəcək və hər an evi sökülüb dağıla bilər. Belə ki, evin cavabdehə aid hissəsinin sökülməsi evin kəmərinin olmaması və daşıyıcı divarların olmaması deməkdir. Bunun üçün xüsusi biliyə malik mütəxəsislər dəvət edilməli, ekspertiza təyin edilməli müvafiq rəy verilməlidir. Cavabdeh isə traktor gətirib mülkiyyətində olan hissəni sökəcəyini bildirir. Cavabdehə mülkiyyətində olmaqla ünvan 2 ünvanda bir küm altında yerləşən evin dayanıqlığını yoxlamaq məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilməli, mütəxəsis və ekspert rəyləri verilənədək sökülməsinə qadağa qoyulmalıdır. Bu səbəbdən də cavabdehə evin ona aid hissəsinin sökməsinə və eləcə də sökdürməsinə qadağa qoyulması zərurəti meydana çıxdığından hazırkı iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı nümayəndəsi Vəkil2 ilk iddia tələbini müdafiə edərək məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə təmin olunmamasını xahiş etdi. Cavabdeh ilk iddiaya qarşı qarşılıqlı iddia ərizəsi verərək İddiaçı “mülkiyyətdə olan bir kum altında olan evin sökülməsinə qadağa qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinə icazə verilməsi, İddiaçı tərəfindən mülkiyyətində olan həmin fərdi yaşayış evinin sökülməsinə yaradılan maneələrin aradan qaldırılması və sonuncunun qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı onun doğma qardaşıdır. Qeydiyyat yeri ünvan 4 ünvanı olsa da, fakitiki olaraq ünvan 5nvanında kirayədə yaşayır. Buna da səbəb qardaşı və onun ailə üzvlərinin qanunsuz hərəkətləridir. Belə ki, uzun illərdir ki, qardaşı onun öz ata yurdunda yaşamağa imkan vermir. Aralarında olan bu mübahisə ilə bağlı 2012-ci ildə onun tələbi ilə məhkəmə keçirilmiş və Lənkəran Rayon Məhkəməsinin 31 may 2012-ci il tarixli 2(049)-250/2012 saylı qətnaməsinə əsasən iddiası təmin olunaraq ünvan 6 ünvanında yerləşən mərhum atası X3 miras qalmış fərdi yaşayış evinin onun faktiki istifadəsində olan və yaşadığı hissə üzərində onun, həmin fərdi yaşayış evinin qardaşının faktiki istifadəsində olan və yaşadığı hissə üzərində isə qardaşının vərəsəlik hüququ tanınmışdır. Bundan sonra həmin fərdi yaşayış evin və 6/20 hissə torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair qeydiyyat tarixi xx.xx.2013-cü il olan “Hüquqların dövlət qeydiyyatı haqqında” DƏDRX-dən RX seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. xx.xx.2020-ci il tarixdə isə “Hüquqların dövlət qeydiyyatı haqqında” DƏDR-dən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin və 14/20 hissə torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair yeni Çıxarış verilmişdir. Lakin buna baxmayaraq qardaşı və ailə üzvləri yenə də öz qanunsuz hərəkətlərindən əl çəkmədiklərindən, eləcə də dəfələrlə onların əməlləri barədə müxtəlif orqanlara etdiyi çoxsaylı şikayətləri nəticəsiz qaldığından, bunun nəticəsində də öz əmlakından istədiyim kimi istifadə etməyinə, eləcə də həmin əmlaka dair sərəncam vermək hüququnu həyata keçirməyinə maneçilik törəndiyindən iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(049)-394/2021 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Hazırda isə qardaşı ona qarşı əsassız iddia tələbi ilə çıxış etdiyindən hüquqlarının müdafiəsi üçün qanunvericiliyin tələbinə uyğun olaraq qarşılıqlı iddia ərizəsi ilə məhəkəməyə müraciət edir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi Vəkil1 ayrı-ayrılıqda ilk iddianı qəbul etməyib onun təmin olunmamasını, qarşılıqlı iddianı isə müdafiə edərək qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişlər. Məhkəmə qeyd olunan mübahisəyə obyektiv qiymət vermək məqsədilə məhkəmə tikintitexniki ekspertiza təyin etmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən məhkəməyə daxil olmnuş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1695 nömrəli rəydən və ekspertiza xərclərinə dair bildirişdən görünür ki, fərdi yaşayış evinin divarlarının və örtük hissəsinin taxta konstruksiyalardan olması səbəbindən həmin evin müyyən olunmuş hissəsinin sökülməsi zamanı evin digər hissəsinin qəzalı vəziyyətə düşə biləcəyindən, bir dam altında olan ünvan 4 ünvanında yerləşən evin 14/20 hissəsini, İddiaçı mülkiyyətində olan və 10 nömrəli ünvan kimi qeyd edilmiş 85 kv.m. hissəsinə ziyan vurmadan sökülməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. (Aparılmış ekspertiza tədqiatının dəyəri 50 manat təşkil edir). Mülki işin məhkəmə araşdırması ilə əlaqədar məhkəmə tərəfindən mübahisəli evə tərəflərin və onların nümayəndələrinin iştirakları ilə yerində baxış keçirmiş, baxış zamanı müyyən olunmuşdur ki, mübahisəli evin Cavabdeh məxsus 14/20 hissəsinin divarə küçə ilə sərhəddə yerləşir. İddiaçı məxsus hissə isə Cavabdeh məxsus 14/20 hissənin arxasında yerləşir və həmin hissəyə gediş-gəliş üçün Cavabdeh məxsus 14/20 hissəsinin sağ tərəfindən giriş qapısı yerləşdirlmişdir. Lənkəran şəhəri M.Ə.Rəsulzadə küçəsində bir dam altında olan və İddiaçı məxsus hissəsi təmir olunmuş vəziyyətdə olmaqla, yaşayış üçün yaralıdır və həmin hissədə İddiaçı və onun ailə üzvləri yaşayırlar. Həmin evin digər 14/20 hissəsi isə Cavabdeh məxsus olmaqla sökülmüş, dağılmış və yaşayış üçün yararsız vəziyyətdə olmaqla evin xarici divarları taxta konstruksiyalardan ibarətdir, araları qırmızı kərpiçlə hörülmüş, bünövrəsi çox köhnəlmiş vəziyyətdədir. Hər iki hissəni örtən dam örtüyü ağac konstruksiyalar üzrə asbest şiferlərlə örtülmüşdür. Evin Cavabdeh məxsus hissəsində divarların suvaqları qopmuş, döşəməsi cürümüş və yerimək üçün təhlükəli vəziyyətdədir, bir çöx yerlərdə döşəmə çökmüş, Cavabdeh məxsus hissənin, əks tərəfdə olduğu hissə kimi bərpası mümkün olsa da, hazırki vəziyyətdə yaşayış üçün yarasızdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşlıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş, ilk iddia üzrə iddiaçıya və cavabdehə aid şəxsiyyət vəsiqələrinin surətləri, Lənkəran şəhər 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xx-xx/2776 nömrəli arayış, qətnamələrin surətləri, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.20219-ci il olan Çıxarış, FHN Tikintiyə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 0-7.01.2024-cü il tarixli mütəxəssis rəyi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1695 nömrəli rəyi, yerində keçirilən baxış protokolu və fotoşəkillər, ödəniş qəbzləri ilə işin mübahisələndirilməyən halları olaraq müəyyən edildi ki, tərəflər qardaş və bacıdırlar, hazırda mülkiyyətlərində olan ev, əvvələr mərhum atalarına məxsus olmuş, atalarının vəfatından sonraq bir dam altında olan həmin evin 14/20 hissəsinə Cavabdeh, digər hissəsinə isə İddiaçı mülkiyyət hüquqları rəsmiləşdirlmiş, sonuncu öz mülkiyyətində olan hissəni təmir edərək yaşayış üçün yararlı vəziyətə salaraq ailəsi ilə birlikdə həmin hissədə yaşayır. Cavabdeh aid hissə isə dağılmış, qəzalı vəziyyətdə olmaqla sonuncu orada yaşamır, o, özünə aid hissəni sökmək istəsə də, İddiaçı bunun nəticəsində ona aid hissənin yarasız hala düşəcəyini bildirərək həmin hissəsini sökülməsinə etiraz edir. Hazırda ilk iddiaçı bir dam altında olan fərdi yaşayış evinin cavabdehə məxsus olan hissəsinin sökülməsinə qadağa qoyulmasını, cavabdeh isə qarşılıqlı iddia verərək həmin hissəsinin sökülməsinə icazə verilməsini istəyir. Bu zaman ilk iddia üzrə iddiaçı cavabdeh tətəfindən bir dam altında olan evin özünə aid hissəsini sökdüyü halda, ona aid hissənin də yararsız hala düşəcəyi ilə, bununla da onun mülkiyyət hüquqları pozulacağı ilə əsalandırmış, cavabdeh iddia tələbini qəbul etməyərək, evin digər hissəsinin mülkiyyətçisi olmaqla sərbəst olaraq özünə aid hissəyə sərəncam vermək hüququna malik olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmə qeyd edir ki, şərh olunan maddədə hədsiz təsir anlayışı açıqlanır və təsirlə mümkün dərəcəsi müəyyənləşdirilir. Belə konkretləşdirmənin hüquqi əhəmiyyəti ondadır ki, mümkünlük həddində olan təsirlərə qonşu dözməlidir. Qonşuya gedən qaz buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və digər oxşar amillərin yaratdığı təsirlər aşağıdakı hallarda yolverilən (dözümlü) hesab edilirlər; 1) qonşuya öz sahəsindən istifadə etməyə maneçilik törətmədikdə; 2) qonşunun hüququnu əhəmiyyətsiz dərəcədə pozduqda. Göründüyü kimi, bu iki halda qonşunun hüququnun əhəmiyyətsiz dərəcədə pozulmasına yol verilir. Lakin qeyd olunan maddəni hazırki mübahisəyə tətbiq etdikdə məlum olur ki, bir dam altında olan evin bir hissəsinin sökülməsi, digər hissəyə əhəmiyyətli dərəcədə ziyan vuracaqdır. Belə olan halda, həmin pozuntuya qonşunun dözməmək hüququ vardır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 71.2-ci maddəsinə əsasən tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. Həmin Məcəllənin 95.1-ci maddəsinə əsasən isə tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: ... 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. ... 95.4. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür. Yəni, Şəhərsalma və Tikinti Məcəlləsinin 95.4-cü maddəsinə əsasən tikintinin sökülməsi üçün həmin Məcəllənin 74.2-ci maddəsinə uyğun olaraq müvafiq icazə alınmalıdır. Belə ki, həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən Bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Məhkəmə qeyd edir ki, hər bir mülkiyyətçinin mülkiyyətində olan əmlaka münasibətdə sərbəst olaraq sərəncam vermək hüququ vardır. Lakin bu zaman həmin hüququn həyata keçirilməsi digər şəxslərin hüquqlarını, o cümlədən də mülkiyyət hüquqlarını pozamamalıdır. İndiki halda isə, Cavabdeh tərəfindən mülkiyyətində olan hissəni sökməsi, İddiaçı mülkiyyətində olan hissəni sıradan çıxarması olar ki, bu hal da onun həmin hissəyə olan mülkiyyət hüququnun kobud pozuntusu hesab olunar. Buna görə də məhkəmə hesab edir ki, bir dam altında olan Lənkəran şəhəri, X9 küçəsi 8 ünvanında yerləşən və Cavabdeh mülkiyyətdə olan evin sökülməsinə qadağa qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən qarşılıqlı iddia tələbinin təmin edilmədiyini, iş üzrə ekspert rəyi verilməsi zərurətinin yaranma əsaslarını nəzərə almaqla, iş üzrə 50 (əlli) manat ekspertiza xərcinin X1 tutulmasını qanunauyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İlk iddia təmin edilsin. Bir dam altında olan və Lənkəran şəhəri, X9 küçəsi 8 ünvanında yerləşən Cavabdeh mülkiyyətdə olan evin sökülməsinə qadağa qoyulsun. Qarşılıqlı iddia tələbi təmin edilməsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci X2 tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar