Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2186/2023 27.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(013)-996/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair Ağdam Rayon Məhkəməsində iddia qaldıraraq, ona hədiyyə olunmuş 5680 manat dəyərində qızl-zinət əşyalarını və ümumi dəyəri 24127 manat olan ailə quran zaman aldığı mebel, məişət, geyim, qab-qacaq və tərtib olunmuş siyahıda göstərilən əşyalar və məhv edildiyi halda əmlakların dəyəri cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırlmışdır ki, İddiaçı ilə Cavabdeh1 ailə qurmuşlar və toy məclisindən sonra Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsi 13-cü mərtəbə ev 126 mənzil 64-də gəlin köçmüşdür. Lakin Cavabdeh1 şəxsiyyət vəsiqəsində problem olduğuna görə nikahlarını rəsmiləşdirməmişlər. İddia ərizəsinə əlavə olunmuş və iddiaçının özü tərəfindən tərtib olmuş siyahıda ona hədiyyə olunmuş qızl-zinət əşyaları və cehiz əmlakları göstərilmişdir. Həmin əşyalar 1 ədəd 585 əyarlı, çəkisi 3,4 qamr olan 260 manat dəyərində bir cüt “Tifanny” markalı sırğa, 180 manat olan 1 ədəd 585 əyarlı 2,6 qram pandora boyunbağı, 150 manat dəyərində 1 ədəd 585 əyarlı, 2 qram açar formalı boyunbağı, 140 manat dəyərində 1 ədəd 585 əyarlı, çəkisi 1,8 qram olan “pandora” üzük, 370 manat dəyərində 1 ədəd 585 əyarlı, çəkisi 4,5 qram olan «pandora» üzük, 420 manat dəyərində 1 ədəd 585 əyarlı, 6 qram olan “Tifanny” markalı boyunbağı, 2400 manat dəyərində 585 əyarlı 23 qram olan baget markalı dəst (sadə qaşlı sep, bir cüt sırğa, qolbağ və üzük), 530 manat dəyərində 585 əyarlı, çəkisi 7 qram olan “Chanel” markalı qolbaq, 230 manat dəyərində 1 ədəd 585 əyarlı, çəkisi 3,4 qram üzərində “Love” yazısı olan üzük, 220 manat dəyərində, 585 əyarlı, 2,8 qram “Tifanny” markalı üzük, 550 manat dəyərində 1 ədəd 585 əyarlı, çəkisi 7 qram olan briliyant qaşlı nişan üzüyü, 230 manat dəyərində 1 ədəd 585 əyarlı, 2,5 qram “Pandora” markalı muncuqlardan ibarət qolbaq, 1400 manat olan “LG” markalı soyuducu, 1200 manat dəyərində “LG” markalı paltaryuyan, 100 manat dəyərində “Samsung” markalı tozsoran, 100 manat dəyərində mikrodalğalı soba, 100 manat dəyərində qıxdırıcı soba, 260 manat dəyərində “Eurolux” markalı şirəçəkən, 269 manat dəyərində ətçəkən maşın, 80 manat dəyərində “Karaca” toster, 390 manat dəyərində qazan dəsti, 380 manat dəyərində qazan dəsti, 50 manat dəyərində çaynik çaydan dəsti, 200 manat dəyərində “Samsung” markalı mikser-blendr dəsti, 3750 manat dəyərində qonaq mebeli “Avanqard” (kamot, qorka, 1 ədəd stol, 6 ədəd stul), 3750 manat dəyərində yataq mebeli “Avanqard” (taxt, 2 ədəd tumba, termo, şkaf), 400 manat dəyərində yataq otağı üçün divan-sandıq, 1700 manat dəyərində qonaq otağı üçün divan, 1200 manat dəyərində “Karaca” servis, 115 manat dəyərində mətbəx servisi, 76 manat dəyərində mətbəx fincan dəsti, 78 manat dəyərində 6 ədəd xrustal stəkan (porşe), 85 manat dəyərində şirniyyat qabı, hər biri 75 manat olan 2 ədəd ləpəqabı, hər biri 48 manat olan 2 ədəd konfet qabı, 45 manat dəyərində 3 ədəd qırmızı rəngli saxlama qabı, 15 manat dəyərində 3 ədəd ədviyyat qabı, 45 manat dəyərində 3 ədəd ərzaq saxlama qabı, 26 manat dəyərində armudu stəkan, 50 manat dəyərində 6 ədəd sok-rumka, 30 manat dəyərində 6 ədəd sok, 40 manat dəyərində 2 ədəd tava, 30 manat dəyərində 2 ədəd çörək qabı, 76 manat dəyərində çörək ərzaq dəsti, 15 manat dəyərində fincan dəsti, 30 manat dəyərində mavi qəndqabı “Karaca”, 80 manat dəyərində bıçaq dəsti “Karaca”, 12 manat dəyərində dəmir salfet qabı, 24 manat dəyərində mürəbbə qabı, 50 manat dəyərində ütü, 30 manat dəyərində saat, 120 manat dəyərində 6 ədəd əl-üz dəsmalı, 1200 manat dəyərində “Samsung” markalı 107 ekran smart televizor, 1800 manat dəyərində “Samsung” markalı 123 ekran smart televizor, 679 manat dəyərində “Xiaomi Redmi note 10S” markalı telefon, 850 manat dəyərində “Toshiba” markalı notebook, 45 manat dəyərində 6 ədəd tort qabı boşqab, 25 manat dəyərində yer silən, 18 manat dəyərində 3 litrlik plastik qablar, 15 manat dəyərində salat doğrayan, 65 manat dəyərində “Prada” geyim, 100 manat dəyərində “Dior” geyim, 40 manat dəyərində dəri şalvar, 155 manat dəyərində “Moncer” gödəkçə, 60 manat dəyərində dəri jilet, 50 manat dəyərində şabalıdı rəng yun köynək, 50 manat dəyərində “Micel kors” çanta, 25 manat dəyərində “Louis vilton” markalı qara köynək, 20 manat dəyərində ağ rəngli boğazlı köynək, 15 manat dəyərində ağ boğazlı köynək, 20 manat dəyərində yaşıl boğazlı köynək, 40 manat dəyərində 2 ədəd qara lasin, 20 manat dəyərində şabalıdı sviter, 100 manat dəyərində boz vilur idman geyimi, 300 manat dəyərində şabalıdı “Bises şinşila”, 200 manat dəyərində 10 ədəd qolbaq bijuteriyalar, duxu (eklat, avon, viktoriya sekret, mancera, faberlik), 70 manat dəyərində bıçaq dəsti, 25 manat dəyərində plastik saxlama qabı süzənli, 30 manat dəyərində xrustal şirniyat qabı, 100 manat dəyərində qaşıq dəsti, 80 manat dəyərində qaşıq dəsdi “Karaca”, 55 manat dəyərində 3 mərtəbə ləзə qabı, 28 manat dəyərində altılı dəst konfet qabı, 65 manat dəyərində boz sok-su qabı, 21 manat dəyərində 6 ədəd kasa, 80 manat dəyərində sok-su qabı 6 ədəd bakal Çexiya istehsalı, 26 manat dəyərində sap qabı, 30 manat dəyərində podnos, 20 manat dəyərində tək balaca qazan, 16 manat dəyərində qazanaltı, 76 manat dəyərində bakal dəsti, 10 manat dəyərində 3 ədəd ürək qablar, 160 manat dəyərində 3 ədəd divan üstü, 200 manat dəyərində kətan süfrə, 200 manat dəyərində küpür süfrə, 220 manat dəyərində 6 ədəd salfetli süfrə, 200 manat dəyərində vilur süfrə, 50 manat dəyərində kətan süfrə, 55 manat dəyərində 3 mərtəbə saxlama qabı, 51 manat dəyərində kalidor xalçası madam koko, 30 manat dəyərində ikili balaca xalça, hər birinin qiyməti 180 manat olan 5 ədəd pastel dəsti, 850 manat dəyərində pakrval dəsti, 450 manat dəyərində odeyallı pokrıval dəsti, 80 manat dəyərində boz pokrıval, 220 manat dəyərində yorğan dəsti, 200 manat dəyərində taxt döşəyi, 200 manat dəyərində ortopedik döşək, yorğan, yastıq dəsti, 80 manat dəyərində 12 ədəd kuxna dəsmal dəsti, 160 manat dəyərində 12 ədəd əl-üz dəsmalı, 180 manat dəyərində, 6 ədəd can dəsmalı, 80 manat dəyərində 12 ədəd çay dəsmalı, 20 manat dəyərində salfet qabı ağ, 20 manat dəyərində mücrü qabından ibarətdir. Ağdam Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(013)-996/2023 nömrəli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Hazırda İddiaçı apellyasiya şikayətindən imtina barədə notarial qaydada təsdiq edilmiş ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası iddiaçının ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369.1. maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2. maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3. maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4. maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Belə ki, apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Mülki Prosessual Məcəllənin 191-ci maddəsi iddiaçının iddiadan imtinasının, cavabdehin iddianı etirafının qəbul olunmasının və barışıq sazişinin təsdiq edilməsinin qaydalarını və nəticələrini nəzərdə tutur. Deməli, apellyasiya şikayətindən imtina qanuna zidd olmadıqda, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadıqda məhkəmə imtinanı qəbul etməli və apellyasiya icraatına xitam verməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 369-370, 402-407-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı Ağdam Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(013)-996/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Rəhman Muradov
Məhkəmə qərarları › İş №2(104)-2186/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2186/2023
27.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver