Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № e-2(3-1)-104/2026 14.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, X12 X6 hüquqi şəxsə və cavabdeh2n “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülkiyyət hüququ ilə ona məxsus olan avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən alınıb ona təhvil verilməsi, əldən çıxmış fayda və zərərin ödənilməsi tələbi (Açar sözlər: məhkəmə aidiyyəti, icraata xitam verilməsi, inzibati yurisdiksiya, inzibati akt, vindikasiya, mülkiyyət hüququ, əldən çıxmış fayda) İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, X12 X6 hüquqi şəxsə və cavabdeh2n “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülkiyyət hüququ ilə ona məxsus olan avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən alınıb ona təhvil verilməsi, əldən çıxmış fayda və zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçının vəkili-nümayəndəsi nümayəndə5 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.
1. Iddiaçı İddiaçı ## ###### 2025-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan "Kamaz-5511 yük ş/də SB92V-1" markalı, betonqarışdıran tipli, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərin - Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və həmin komitənin Culfa Rayon Idarəsinin qanunsuz sahibliyindən alınıb, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd olunmuş tipdə ona təhvil verilməsi, həmin nəqliyyat vasitəsini 2008-2025-ci illər ərzində qanunsuz sahibliklərində saxladıqlarına görə əldən çıxmış fayda kimi 125500 (bir yüz iyirmi beş min beş yüz manat) manat məbləğində zərərin, bu müddət ərzində nəqliyyat vasitəsinin istifadəsi nəticəsində dəyər itirməsinə görə 8000 (səkkiz min) manatın və ödənilmiş 423.50 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 01-04).
b) Iddia tələbinin əsaslandırılması.
2. Iddiaçı tələbini onunla əsaslandırmışdı ki, mülkiyyətində olan "Kamaz-5511" markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran yük avtomobili 2007-ci ildə etibarnamə əsasında Naxçıvan Muxtar Respublikasına aparılmışdır. Lakin 2008-ci ilin yanvar ayında avtomobil məcburi və qeyri-rəsmi şəkildə onlardan alınaraq cavabdeh idarənin istifadəsinə verilmişdir. Hazırda həmin nəqliyyat vasitəsi qanunsuz olaraq cavabdehin istismarındadır və hətta tipi özbaşına dəyişdirilərək özüboşaldan növünə keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və Mülki Məcəllənin 152.1, 157.2, 181.1-ci maddələrinə əsasən mülkiyyət hüquqları pozulmuşdu. Buna əsasən, o avtomobilin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona təhvil verilməsini xahiş edir. Həmçinin, avtomobilin 17 il (2008- 2025) ərzində qanunsuz istismarından məhrum olduğu gəlirə (əldən çıxmış faydaya) görə 125.500 manat, istifadə nəticəsində avtomobilin dəyərdən düşməsinə görə isə 8.000 manat olmaqla, ümumilikdə 133.500 manat maddi zərərin cavabdehdən tutulub ona ödənilməsini tələb etmişdi.
c) Başqa cavabdehlərin cəlb edilməsi.
3. Iddiaçı tərəf ## #### 2025-ci ildə ərizə ilə müraciət edərək Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyinin cavabdeh kimi işə cəlb edilməsini məhkəmədən xahiş etmiş və buna müvafiq olaraq iddia tələbini dəyişdirmişdi (mülki iş İ cild, iş vərəqə 47-54).
4. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli qərardadı ilə iddiaçının vəkilinümayəndəsi nümayəndə5 ərizəsinin nəzərə alınması qərara alınmışdır (mülki iş İ cild, iş vərəqə 70-72).
5. ## ##### 2025-ci il tarixdə isə iddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh2n və həmin hüquqi şəxsin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin də cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş və Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2025ci il tarixli, qərardadı ilə həmin ərizə nəzərə alınaraq mülki iş üzrə sözügedən subyektlərin cavabdeh qismində cəlb edilməsi qərara alınmışdır (mülki iş İ cild, iş vərəqə 84-86 və 109- 110).
6. ## ### 2025-ci il tarixdə iddiaçı tərəf ərizə ilə işə baxan birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehlər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Culfa Rayon Idarəsinin və Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyinin cavabdehlərin siyahısından çıxarılmasını xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 121-125).
7. Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2025-ci il tarixli qərardadı ilə iddiaçının vəkilinümayəndəsi nümayəndə5 ərizəsi əsas götürülərək tələbə cavabdehlər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, X12 X6 hüquqi şəxsə və cavabdeh2n cavabdeh1 qarşı avtomobilin qanunsuz sahiblikdən alınıb ona verilməsi və əldən çıxmış zərər və pul tələbi çərçivəsində baxılması qərara alınmışdır (mülki iş İ cild, iş vərəqə 148-149).
8. ## ######## 2025-ci ildə iddiaçı tərəf hüquqi varisin cəlb edilməsinə dair ərizə ilə işə baxan birinci instansiya məhkəməsinə müraciət etmiş və məhkəmənin eyni tarixli qərardadı ilə ərizə təmin edilərək, "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti işə cavabdeh qismində cəlb edilmişdi (mülki iş İ cild, iş vərəqə 158, 168 və mülki iş II cild, iş vərəqə 88-89, 112-117). ç) Iddia tələbinin həcminin artırılması.
9. Iddiaçının vəkili-nümayəndəsi ## ######## 2025-ci ildə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə işə baxan birinci instansiya məhkəməsinə müraciət edərək, iddia tələbinə mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan "Kamaz-5511 yük ş/də SB92V-1" markalı, betonqarışdıran tipli, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, cavabdeh2n və cavabdeh2n “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanunsuz sahibliyindən alınıb nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd olunmuş tipdə iddiaçıya təhvil verilməsi, həmin nəqliyyat vasitəsini 2008-2025-ci illər ərzində qanunsuz sahibliklərində saxladıqlarına görə əldən çıxmış fayda kimi 161580 (yüz altmış bir min beş yüz səksən manat) manat məbləğində zərərin və ödənilmiş 451,58 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi çərçivəsində baxılmasını xahiş etmişdi (mülki iş II cild, iş vərəqə 90-92).
10. Naxçıvan Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin müraciəti təmin edilmiş və mülki işə iddia tələbinin həcminin artırılması çərçivəsində baxılması qərara alınmışdır (mülki iş II cild, iş vərəqə 112-117).
d) Tələb üzrə qəbul edilən məhkəmə aktı.
11. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Gülnar Səfərəliyeva) ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdeh təşkilat cavabdeh2n “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən onun istifadəsində və sahibliyində olan "Kamaz-5511 yük ş/də SB92V-1" markalı, betonqarışdıran tipli, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı İddiaçı təhvil verilməsi, iddia tələbinin qalan hissədə və cavabdeh təşkilatlar Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və X12 X6 hüquqi şəxsə münasibətdə əsassız hesab edilərək rədd edilməsi qət edilmişdir (mülki iş III cild, iş vərəqə 128-153).
e) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia predmeti olan avtomobil hazırda cavabdeh2n “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahiblik və istifadəsindədir. Iddiaçı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən avtomobilin mübahisəsiz mülkiyyətçisidir və Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən öz əmlakını qanunsuz sahiblikdən geri tələb etmək hüququna malikdir. Məhkəmə mülkiyyət hüququnun daha üstün və müstəsna hüquq olmasını, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin hüququnun pozuntularının aradan qaldırılması tələblərinə iddia müddətinin şamil edilmədiyini nəzərə alaraq cavabdehin iddia müddətinin tətbiqi barədə vəsatətini əsassız hesab etmişdir. Iddia predmeti olan avtomobil Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və cavabdeh2n sahiblik və istifadəsində olmadığı üçün bu təşkilatların hər hansı cavabdehliyi yoxdur və onlara qarşı tələblər rədd edilməlidir.
13. Məhkəmə avtomobilin qeydiyyat şəhadətnaməsində qeyd olunmuş tipdə ("betonqarışdıran") təhvil verilməsi tələbini isə əsassız hesab etmişdir. Məhkəmə bunu onunla əsaslandırmışdır ki, iddiaçı nəqliyyat vasitəsinin tipinin məhz cavabdehlər tərəfindən dəyişdirilərək "özüboşaldan" tipə keçirilməsinə dair hər hansı sübut təqdim etməmişdir.
14. Əldən çıxmış fayda və zərərin ödənilməsi tələbinin rədd edilməsini isə məhkəmə onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat ("xxxx" MMC) nəqliyyat vasitəsinin onun qanunsuz sahibliyində olmasını bilməmişdir. Əmlak hüquqi şəxsə Sərəncam və daha sonra balans sənədləri əsasında verilmiş və bu sənədlər 17 il ərzində iddiaçı tərəfindən heç bir halda mübahisələndirilməmişdir. Cavabdeh təşkilatın əmlakdan istifadəsinin qanunsuz olduğunu bilməməsi, həmçinin iddiaçının əldən çıxan faydanın real olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməməsi və tələbin ehtimallara əsaslanması səbəbindən Mülki Məcəllənin 157.5, 1096 və 1097-ci maddələri üzrə qiymətləndirmə aparılması və bu zərərin cavabdehdən tutulması mümkün hesab edilməmişdir.
II. Apellyasiya icraatı. a) Apellyasiya şikayətinin predmeti.
15. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı tərəf ## ### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, sözügedən qətnamənin təmin edilməyən hissədə ləğv olunmasını, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi (mülki iş III cild, iş vərəqə 161-178).
b) Apellyasiya şikayətinin əsaslandırılması.
16. Iddiaçı tərəf apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin rədd olunan hissəsində maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul olunmuşdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır.
17. Cavabdehlərin vicdanlı sahib kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə və işin faktiki hallarına ziddir. Avtomobil ## ###### 2006-cı il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən iddiaçının mülkiyyətindədir və onun cavabdehlərin istifadəsinə verilməsi ilə bağlı hər hansı qanuni əsas, tərəflər arasında razılaşma və ya əqd olmamışdır. Mülki Məcəllənin 182.2ci maddəsinə əsasən, əşya mülkiyyətçinin iradəsinin ziddinə onun sahibliyindən çıxmışsa və ya əldə edən onu əvəzsiz almışsa, o, vicdanlı əldə edən sayıla bilməz.
18. Məhkəmənin və cavabdehlərin istinad etdiyi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli, *** nömrəli sərəncamında və Naxçıvan Muxtar Respublikası X8 Şirkətinin müvafiq əmrlərində iddiaçıya məxsus avtomobilin dövlət qeydiyyat nişanı, ban (şassi) və mühərrik nömrəsi göstərilməmişdir. Üstəlik, Mülki-Prosessual Məcəllənin 399-cu maddəsinin tələbləri pozularaq apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsi üçün məcburi olan göstərişlərinə əməl edilməmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi ## #### 2025-ci il tarixli qərardadı ilə həmin sərəncamın konkret olaraq iddiaçının avtomobilinə aid edilməsi üçün hüquqi və sübut əsasının olmadığını açıq şəkildə göstərsə də, birinci instansiya məhkəməsi yenidən həmin sənədlərə istinad etmişdir.
19. Cavabdehlər avtomobildən istifadə etmələrinə baxmayaraq, onu hər il icbari sığorta etdirməmiş, məcburi dövri texniki baxışlardan keçirməmiş və balanslarına qəbul etməmişlər. Qeydiyyat şəhadətnaməsində iddiaçının adının olması və avtomobilin onlara qanunsuz yolla, əvəzsiz olaraq verilməsi faktları təsdiq edir ki, cavabdehlər avtomobilin qanunsuz sahibliklərində olmasını bilməli idilər və vicdanlı sahib sayıla bilməzlər. Buna görə də onlar Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən avtomobilin onlarda olduğu bütün vaxt ərzindəki əldən çıxmış faydanı ödəməyə borcludurlar. Əldən çıxmış fayda və zərərin ödənilməsi ilə bağlı məhkəmə Mülki Məcəllənin 21.2ci maddəsindəki
20. real zərər və əldən çıxmış fayda anlayışlarını fərqləndirməmişdir. Iddiaçı əmlakından məhrum olmuşdur və onun hüququ pozulmasaydı əldə edəcəyi gəlirlər məhkəmənin özünün təyin etdiyi ekspertiza tərəfindən verilmiş rəylə (əldən çıxmış fayda məbləği kimi) dəqiq müəyyən edilmişdir. Məhkəmənin əldə ediləcək gəlirin ehtimallara əsaslanması qənaəti ekspertiza rəyinə ziddir və əsassızdır.
21. Avtomobilin tipinin dəyişdirilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə də işin hallarına ziddir. Avtomobil 2007-ci ilin sonunda Iran ərazisindən keçməklə Naxçıvana gətirilmişdir və onun qeydiyyat şəhadətnaməsi ilə faktiki vəziyyəti (tipi) arasında uyğunsuzluq olsa idi, gömrük və sərhəd keçidi mümkün olmazdı. Avtomobil Naxçıvana gətirildikdən dərhal sonra (2008-ci ilin yanvarında) cavabdehlər tərəfindən alındığından, "betonqarışdıran" tipinin "özüboşaldan" tipinə məhz cavabdehlərin istifadəsində olduğu dövrdə dəyişdirildiyi şübhəsizdir.
22. Həmçinin iş materialları ilə təsdiq olunur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və X12 X6 hüquqi şəxs qanunsuz olsa belə avtomobillə bağlı əmrlər vermiş və avtomobilin onlarda olduğunu etiraf etmişlər. Bütün bunlar həmin qurumların iş üzrə müştərək cavabdehlik daşıdığını təsdiq etdiyi halda, məhkəmə onlara qarşı iddiaları əsassız olaraq rədd etmişdi.
23. Şikayət edən tərəf birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.2, 152.3, 152.4, 157.2, 157.5, 181.1, 181.4, 182.1, 182.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrinə, 30-cu maddəsinin VI hissəsinə və 32.2-ci maddəsinə, prosessual hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77, 88, 217.1, 217.3 və 399-cu maddələrinə istinad etmişdir. c) Işin apellyasiya icraatına qəbulu.
24. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “21” may 2026-cı ildə daxil olmuş və kollegiyanın ## ### 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
III. Izahatlar və prosesin gedişatı.
26. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi nümayəndə5 apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında bildirmişdi ki, birinci instansiya məhkəməsi öz qətnaməsində mübahisə predmeti olan texnika ilə bağlı verilmiş sərəncam və əmrlərə istinad edərək cavabdehlərin həmin texnikanın onların qanunsuz sahibliyində olmasını bilmədiklərini qeyd etmiş və iddia tələbinin əldən çıxmış fayda hissəsini bu əsasla rədd etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən, apellyasiya məhkəməsi qərardadı ləğv edib işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərdikdə, apellyasiya məhkəməsinin qərardadında müəyyən edilmiş hallar birinci instansiya məhkəməsi üçün məcburi xarakter daşıyır. Iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi əvvəlcə iş üzrə icraata xitam vermiş və qərardadında mübahisə predmeti ilə bağlı sərəncam və əmrlər mövcud olduğundan, habelə onlar mübahisələndirilmədiyindən işə mülki məhkəmə icraatı qaydasında deyil, yalnız inzibati icraat qaydasında baxıla biləcəyini qeyd etmişdir. Iddiaçı tərəfindən həmin qərardaddan verilmiş şikayət əsasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası sözügedən qərardadı ləğv etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının 21- 22-ci bəndlərində birinci instansiya məhkəməsinin istinad etdiyi sərəncam, əmr və fərmanlarda iddiaçıya məxsus avtomobilin ban nömrəsi və dövlət qeydiyyat nişanının göstərilməməsi səbəbindən həmin sənədlərin mübahisəli avtomobilə şamil edilə bilməyəcəyi öz əksini tapmış, eyni zamanda cavabdehlərin mübahisə predmeti olan avtomobilin onların istifadəsində olmasını etiraf etməsi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilmişdir. Qeyd edilən qərardadın mövcudluğuna baxmayaraq, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə yenidən həmin sərəncamlara, əmrə və fərmanlara istinad etmiş, iddiaçıya məxsus avtomobilin həmin aktlar əsasında cavabdehlərin istifadəsinə verildiyini qeyd etmişdir. Mülki işin materiallarında heç bir mötəbər sübut olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçıya məxsus avtomobilin cavabdehlərin balansına qəbul edildiyini bildirmişdir ki, bu mülki prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır. Bununla yanaşı, nümayəndə birinci instansiya məhkəməsinin cavabdehləri "vicdanlı sahib" kimi tanımasını qanunsuz hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182-ci maddəsinə əsasən şəxsin vicdanlı əldə edən sayılması üçün üç mütləq şərt – tərəflər arasında razılaşmanın olması, əşyanın əldə edən şəxsin sahibliyinə həqiqi hüquq əsasında verilməsi və əşyanı sahibliyə verən şəxsin buna səlahiyyətinin olması tələb olunur. Iş materiallarından aydın olur ki, tərəflər arasında hər hansı razılaşma olmamış, avtomobil iddiaçının sahibliyindən qanunsuz yolla alınaraq cavabdehlərə verilmişdir. Həmin sərəncam, fərman və əmrlərin mübahisə predmeti olan avtomobilə aid olması dəqiq olmamaqla yanaşı, aid olduğu təqdirdə belə, qeyd edilən aktları qəbul edən şəxslərin iddiaçının xüsusi mülkiyyətində olan avtomobil barəsində sərəncam vermək hüququ olmamışdır. Bu səbəbdən cavabdehlər heç bir halda vicdanlı əldə edən və ya vicdanlı sahib kimi qiymətləndirilə bilməzlər. Mülki Məcəllənin 157.5-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını tələb edərkən əmlak qanunsuz sahiblikdə olduğu dövrdə əldən çıxmış faydanı tələb edə bilər, vicdansız sahib isə əmlakın onun istifadəsində qanunsuz olduğunu bildiyi andan əldə etdiyi gəlirləri və mülkiyyətçiyə vurduğu ziyanı ödəməyə borcludur. Cavabdehlər avtomobil onların istifadəsinə verildiyi andan vicdansız sahib olduqlarını bilmişlər. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşılaraq onların bunu bilmədiyi ehtimal edilsə belə, cavabdehlər sonrakı dövrdə bunu bilməli idilər. Belə ki, avtomobilin qeydiyyat şəhadətnaməsi cavabdehlərdə olmuş və oradan əmlakın fiziki şəxsə məxsus olduğu açıq şəkildə görünmüşdür. Həmçinin, qanunvericiliyin tələbinə əsasən avtomobil icbari sığorta olunmalı və hər il texniki baxışdan keçirilməli olduğu halda (avtomobil 1987-ci il istehsalıdır), cavabdehlər əşya onların balansında olsaydı icra edilməli olan bu öhdəlikləri yerinə yetirməmişdirlər. Bu xüsuslar apellyasiya şikayətində ətraflı şəkildə əksini tapmışdır. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı nəzərə alınmadan avtomobilin cavabdehlərin mülkiyyətinə və balansına verilməsi qeyd olunsa da, iş materiallarında avtomobilin cavabdehlərin balansına qəbul edilməsini təsdiq edən heç bir sənəd yoxdur. Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsindən daxil olmuş məktub da təsdiq edir ki, avtomobil hazırda iddiaçının mülkiyyətindədir. Ilkin iddia ərizəsində avtomobil həmin qurumda olduğu üçün Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi cavabdeh kimi cəlb edilmişdi. Komitə tərəfindən məhkəməyə təqdim edilmiş yazılı izahatda avtomobilin Naxçıvan Muxtar Respublikası X2 2013-cü il tarixli fərmanı ilə onların balansına verildiyi iddia edilmiş, lakin həmin fərmanda avtomobilin dövlət qeydiyyat nişanı və ya ban nömrəsi göstərilməməsinə baxmayaraq, Komitə bu sənədə əsaslanaraq avtomobilin onların balansında olduğunu etiraf etmişdir ki, bu da böyük ziddiyyət təşkil edir. Birinci instansiya məhkəməsi real ziyan və əldən çıxmış fayda məsələsində də səhv nəticəyə gəlmişdir. Iddiaçı tərəf Mülki Məcəllənin 21 və 1097-ci maddələrinə əsasən real ziyanı deyil, məhz əldən çıxmış faydanı tələb edir. Bununla bağlı həm iddiaçı tərəfindən məhkəməyə qiymətləndirici rəyi təqdim edilmiş, həm də birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın rəyi əsasında əldən çıxmış faydanın məbləği müəyyən olunmuşdur. Bütün yuxarıda qeyd edilənlərə əsasən, nümayəndə apellyasiya şikayətini tam müdafiə etdiyini bildirmiş və onun təmin edilməsini xahiş etmişdir.
27. Vəkil-nümayəndə ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, mübahisə predmeti olan avtomobilin cavabdehlərin istifadəsinə verildiyi dövrdə iddiaçı vergi ödəyicisi olmamışdır və tərəflər arasındakı münasibətlər heç bir halda sahibkarlıq fəaliyyəti xarakteri daşımamışdır. Iddia tələbi 2008-2025-ci illəri əhatə edən dövr üzrə əldən çıxmış faydanın ödənilməsinə yönəlmişdir. Avtomobilin iddiaçıdan alınaraq cavabdehlərə verilməsi faktı hələ 2008-ci ildən iddiaçıya məlum olsa da, bəzi obyektiv və subyektiv səbəblərə görə həmin dövrdə aidiyyəti üzrə müraciətlər edilməmişdir. Iddia tələbi ilə məhkəməyə 2022-ci ildə deyil, məhz 2025-ci ildə müraciət olunmasının əsas səbəbi isə iddiaçının əvvəlcə Şahbuz Rayon Polis Idarəsinə müraciət edərək mülkiyyətində olan avtomobilin geri qaytarılmasını tələb etməsi olmuşdur. Bu müraciəti təsdiq edən müvafiq orqanın məktubu mülki işin materiallarına əlavə edilmişdir. Daşınar əşyalara münasibətdə müəyyən edilmiş 5 (beş) illik əldəetmə müddətinin hazırkı mübahisəyə tətbiq edilməsinin yolverilmədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin norması yalnız dövlət reyestri aparılmayan əmlaklara münasibətdə tətbiq olunmalıdır. Cavabdehlər Nazirlər Kabinetinin sərəncamına istinad etsələr də, apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş qərardadı ilə həmin aktda avtomobilin dövlət qeydiyyat nişanı və ya ban nömrəsi göstərilmədiyinə görə onun mübahisə predmeti olan avtomobilə aid edilə bilməyəcəyi birmənalı şəkildə təsbit olunmuşdur. Mübahisə predmeti olan avtomobilə dair qeydiyyat şəhadətnaməsinin bilavasitə iddiaçının adına olması, digər işlər üzrə formalaşmış məhkəmə təcrübəsinin hazırkı mübahisəyə tətbiq edilməsini istisna edir.
28. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçı İddiaçı, cavabehlər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, X12 X6 Hüquqi şəxsə və cavabdeh2n “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdi.
29. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə iddiaçı və cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi.
IV. Işin halları:
30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş:
31. - Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsinin Qeydiyyat-Imtahan Şöbəsi tərəfindən verilmiş AA N seriyalı, ****** nömrəli, ## ###### 2006-cı il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən, "Kamaz-5511 yük ş/də SB92V-1" markalı, betonqarışdıran tipli, **-XV-*** dövlət qeydiyyat nişanlı, 1989-cu il istehsalı, BAN nömrəsi KAB*******Bir-z saylı yük avtomobilinin İddiaçı mülkiyyətində olması (mülki iş İ cild, iş vərəqə 05);
32. - Bakı şəhər 11-ci dövlət notariat kontoru tərəfindən verilən ## ####### 2007-ci il tarixli, ƏN-II seriyalı, ****** nömrəli etibarnamədən, "Kamaz-5511 yük ş/də SB92V-1" markalı, betonqarışdıran tipli, **-XV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin İddiaçı tərəfindən nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi X4 etibar etməsi (mülki iş İ cild, iş vərəqə 08-09);
33. - foto-şəkilin surətindən KAMAZ markalı, 10-XV649 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük daşıyan tipdə olması (mülki iş İ cild, iş vərəqə 12);
34. - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli, ***s nömrəli sərəncamının surətindən, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ## ###### 2008-ci il tarixli, */*** nömrəli məktubunun nəzərə alınması, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin balansında olan KAMAZ-5511 markalı özüboşaldan avtomaşının və 1 ədəd XAŞH-236 markalı kompressorun əvəzsiz olaraq mövcud qaydalara əsasən Naxçıvan Muxtar Respublikası X8 Şirkətinin balansına verilməsi, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və X8 Şirkətinə bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsinin həvalə olunması (mülki iş İ cild, iş vərəqə 138);
35. - Naxçıvan Muxtar Respublikası X8 Şirkətinin əsas vəsaitin balansa alınması haqqında ## ###### 2008-ci il tarixli, ** nömrəli əmrindən, KAMAZ-5511 markalı 2 ədəd özüboşaldan avtomaşının və XAŞH-236 markalı 1 ədəd kompressorun şirkətin balansına alınması, şirkətin baş mühasibi H.Bayramovaya və baş mexaniki X.Cəfərovaya qeyd olunan avtomaşın və kompressorun balansa alınması üçün lazımi tədbirlər görülməsinin tapşırılması (mülki iş İ cild, iş vərəqə 185);
36. - Naxçıvan Muxtar Respublikası X8 Şirkətinin əsas vəsaitin balansa alınması haqqında ## ###### 2008-ci il tarixli, ** nömrəli əmrinin surətindən, KAMAZ-5511 markalı 1 ədəd özüboşaldan avtomaşının Culfa Yol Təmir-Istismar Idarəsinin balansına, KAMAZ-5511 markalı 1 ədəd özüboşaldan avtomaşının xxxx Idarəsinin balansına və XAŞH-236 markalı 1 ədəd kompressorun Babək Yol Təmir-Istismar Idarəsinin balansına əvəzsiz olaraq verilməsi (mülki iş İ cild, iş vərəqə 139);
37. - Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ## ###### 2008-ci il tarixdə verilmiş *** nömrəli qaimə-fakturanın surətindən, yükgöndərən X9 tərəfindən yükalan Naxçıvan Muxtar Respublikası X8 Şirkətinə ## ###### 2008-ci il tarixli, ****** nömrəli əvəzsiz vəkalətnamə əsasında X5 vasitəsilə 15000 manat dəyərində 1 ədəd Kamaz-5511 (özüboşaldan) markalı avtomobil, 15000 manat dəyərində daha 1 ədəd Kamaz-5511 (özüboşaldan) markalı avtomobil və 28000 manat dəyərində 1 ədəd XAŞH-236 markalı kompressor olmaqla, ümumilikdə 58000 (əlli səkkiz min) manat məbləğində əmlakın təhvil verilməsi (mülki iş İ cild, iş vərəqə 136);
38. - Naxçıvan Muxtar Respublikası X1 tərəfindən imzalanmış ## ###### 2013-cü il tarixli, 84-IV FR nömrəli Fərmandan, Tikinti sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkətinin ləğv edilməsi, onun əmlakı və şəhər (rayon) idarələri özünümaliyyələşdirmə prinsipi əsasında Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilməsi (mülki iş İ cild, iş vərəqə 42);
39. - dövlət qeydiyyat nişanı **-XV-*** olan "Kamaz 5511" markalı özüboşaldan yük avtomobilinin təmirində müxtəlif ehtiyat hissələrinin istifadə edilməsi və sililməsi məqsədilə xxxx Idarəsinin (YTTI) komissiya üzvləri tərəfindən müvafiq dövrlərdə tərtib edilmiş aktlardan, onların idarə rəisi tərəfindən təsdiq olunması (mülki iş İ cild, iş vərəqə 170-183);
40. - Naxçıvan Muxtar Respublikası X2 birinci müavini tərəfindən imzalanmış ## #### 2023-cü il tarixli, 180-VI FR nömrəli Fərmandan, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Komitənin rayon (şəhər) idarələri və "X15" MMC onun tabeliyindən çıxarılaraq özəlləşdirilməyə açıq elan edilməsi, bu müəssisələrin iki ay müddətində Iqtisadiyyat Nazirliyinin sərəncamına verilməsi (mülki iş İ cild, iş vərəqə 40);
41. - ## ###### 2023-cü il tarixli, ** nömrəli aktın surətindən, Naxçıvan Muxtar Respublikası X2 ## #### 2023-cü íl tarixli, 180-VI FR nömrəli Fərmanında, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rayon (şəhər) idarələri Komitənin tabeliyindən çıxarılaraq özəlləşdirilməyə açıq elan edilməsi, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə təhvil-təslim işlərinin aparılması və özəlləşdirilməyə açıq elan edilmiş müəssisələrin idarə olunması və əmlakının qorunub saxlanılması Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyinə tapşırılması, sərəncamın icrası istiqamətində Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyinin ## #### 2023-cü il tarixli, *** nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon Idarəsində əsas vəsaitlərin və az qiymətli inventarların inventarizasiyasının aparılması (mülki iş İ cild, iş vərəqə 93-96);
42. - Naxçıvan Muxtar Respublikası X2 müavini tərəfindən imzalanmış ## ###### 2023-cü il tarixli, 213-VI FR nömrəli "X12 Dövlət Agentliyi" publik hüquqi şəxsin yaradılması haqqında" Fərmanda, Naxçıvan Muxtar Respublikası X8 Agentliyinin əsasında publik hüquqi şəxs statuslu X12 Dövlət Agentliyi yaradılması, habelə həmin publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi, X10 Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikası X8 Agentliyinin balansında olan əmlakın yeni yaradılmış "X12 Dövlət Agentliyi" publik hüquqi şəxs (Agentlik) dövlət qeydiyyatına alındığı gündən etibarən Agentliyin balansına verilməsini bir ay müddətində həll etməyin tapşırılması (mülki iş III cild, iş vərəqə 78);
43. - "X12 Dövlət Agentliyi" publik hüquqi şəxsin Idarə Heyətinin ## ###### 2025-ci il tarixli, ** nömrəli qərarına əsasən, X14 Respublikası X2 ## ###### 2023-cü il tarixli, 213-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.4-cü, 4.5.10-cu və 4.7.6-cı yarımbəndləri rəhbər tutulmaqla, "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Agentliyin təsərrüfat cəmiyyətləri olan "xxxx” MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx” MMC (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN: **********) ona qoşulması şəklində yenidən təşkil edilməsi, adı dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılması, X7 həmin cəmiyyətin direktoru vəzifəsinə təyin olunması və cəmiyyətin Nizamnaməsinin təsdiq edilməsi, həmçinin qoşulma ilə əlaqədar təhvil aktının tərtib edilməsi, yenidən təşkil olunan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin hüquqi varis kimi ona qoşulan cəmiyyətlərin bütün hüquq və öhdəliklərini öz üzərinə götürməsi (mülki iş İ cild, iş vərəqə 159);
44. - Culfa rayonunda tərtib olunmuş ## ###### 2025-ci il tarixli "xxxx"ndan cavabdeh2 ## ###### 2025-ci il tarixli, ** nömrəli əmri ilə yaradılmış qoşulma üzrə Təhvil-Təslim Komissiyasının iştirakı ilə cavabdeh1 xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulması ilə əlaqədar mühasibatın və digər aktivlərin təhvil-təslimi həyata keçirilməsi və təhvil verilən əmlakların siyahısının 15-ci bəndində 20,327 manat dəyərində 1 ədəd "KAMAZ 5511" markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin də yer alması (mülki iş III cild, iş vərəqə 114, 123);
45. - Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsinin ## ##### 2025-ci il tarixli, *-**-**/*-*****/**** nömrəli məktubunun surətindən, DIN Baş Dövlət Yol Polisi Idarəsinin Qeydiyyat-Imtahan Idarəsinin kompüter uçot bazasının məlumatlarına görə sorğu edilən "Kamaz 5511 Yük Ş/Də SB92V 1 Xüsusi Təy" markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ## ###### 2006-cı il tarixdən İddiaçı adında dövlət qeydiyyatında olması (mülki iş İ cild, iş vərəqə 137);
46. – Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən əldə edilmiş məlumatdan İddiaçı aktiv vəziyyətdə vergi ödəyicisi olması aydın olur.
V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.
47. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
49. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini yalnız iddiaçı tərəf mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının iddiaçı tərəfindən mübahisələndirilən hissəsi təşkil edir.
50. Verilmiş apellyasiya şikayətini iddia tələbləri ilə qarşılıqlı şəkildə tədqiq etdikdə aydın olur ki, iddiaçı tərəf sözügedən qətnaməni qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirir.
51. Iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının qismən ləğv edilməsinə və iddia tələbinin rədd edilən hissəsində təmin olunmasına yönəldiyindən, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi hüquq normalarının tətbiqinə münasibətdə apellyasiya şikayətinin dəlilləri daxilində yalnız mübahisə edilən hissədə, prosessual hüquq normalarına riayət edilməsi baxımından isə şikayətin dəlillərindən asılı olmayaraq tam (bütövlükdə) yoxlamalıdır.
VI. Tətbiq edilən hüquqi aktlar. a) Azərbaycan Respublikası Konstitusiyasının:
52. - 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
b) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
53. - 2.2-ci maddəsinə görə mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir;
54. - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;
55. - 24.3-cü maddəsində qeyd edilir ki, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır;
56. - 88-ci maddəsinin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;
57. - 261.0 və 261.0.1-ci maddələrinin mahiyyətinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir;
58. - 262.2-ci maddəsinin tələbinə görə məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər;
59. - 262.3-cü maddəsinin tələbinə əsasən Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir;
60. - 365-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. c) Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin:
61. - 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir;
62. - 2.2 və 2.2.1-ci maddələrinin mahiyyətindən aydın olur ki, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və inzibati məhkəmə icraatı qaydasında baxılır;
63. - 3.1-ci maddəsinə əsasən Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. ç) "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun:
64. - 1-ci maddəsinə görə həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur;
65. - 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür;
66. - 2.0.2-ci maddəsinin tələbinə görə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. VII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi.
67. Kollegiya iş materiallarını tədqiq edib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd edir ki, mübahisənin mahiyyəti iddiaçıya məxsus olduğu iddia edilən "Kamaz-5511 yük ş/də SB92V-1" markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanunsuz sahiblikdən geri qaytarılması, habelə avtomobildən istifadəyə görə əldən çıxmış fayda və dəyər itirməsinə görə maddi zərərin ödənilməsi tələbindən ibarətdir.
68. Iddiaçı İddiaçı iddia edir ki, qeydiyyat şəhadətnaməsi əsasında rəsmi mülkiyyətində olan və dövlət reyestrində adına qeydiyyatda olan nəqliyyat vasitəsi 2008-ci ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olmuş idarə tərəfindən "qeyri-rəsmi formada məcburi şəkildə" əlindən alınmış, aidiyyəti qurumlar tərəfindən uzun illər istismar edilmişdir. Məhz bu faktiki hərəkətlərə əsaslanaraq iddiaçı əmlakının ona geri qaytarılmasını və kompensasiya ödənilməsini tələb etmişdir.
69. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya xüsusi olaraq vurğulayır ki, mübahisənin məhkəmə aidiyyəti (yurisdiksiyası) qaydalarına riayət edilməsi prosessual qanunvericiliyin imperativ tələbidir və bu məsələnin yoxlanılmasında məhkəmə tərəflərin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə bağlı deyil.
70. Işdə olan sübutlara əsasən, iddia predmeti olan nəqliyyat vasitəsinin cavabdehlərin sahibliyində olmasının xronologiyasını gələcəkdən keçmişə doğru izlədikdə aşkar olur ki, hazırda avtomobil rəsmi qaydada cavabdeh2n “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında və istifadəsindədir. Bu sahiblik ## ###### 2025-ci il tarixli xxxx əsasında formalaşmışdır və həmin aktda **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil konkret olaraq qeyd edilmişdir.
71. Öz növbəsində, qeyd olunan hüquqi varisə qoşulmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (əvvəlki adı ilə Culfa Yol Təmir-Istismar Idarəsi) bu texnikanı 2008-ci ildən etibarən idarə etmiş, 2022-2023-cü illərdə məhz **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyat hissələrinin istifadəsi üçün onlarla rəsmi daxili akt tərtib etmişdir. Culfa Yol Təmir- Istismar Idarəsinə bu avtomobil Naxçıvan MR X8 Şirkətinin ## ###### 2008-ci il tarixli, ** nömrəli əmri ilə verilmişdir. Həmin şirkət isə bu avtomobili Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli, ***s nömrəli sərəncamı əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin balansından əvəzsiz olaraq təhvil almışdır. Baxmayaraq ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qeyd olunan sərəncamında və müvafiq təhvil-təslim əmrlərində avtomobilin fərdi xüsusiyyətləri (dövlət qeydiyyat nişanı və ya şassi nömrəsi) spesifik göstərilməmiş, yalnız "Kamaz-5511" olaraq ümumiləşdirilmişdir, faktiki istismar, təmir aktları və qurumlararası balans hərəkətləri bu inzibati sənədlərin birbaşa olaraq iddiaçıya məxsus olduğu bildirilən nəqliyyat vasitəsi ilə bağlı olduğunu xronoloji ardıcıllıqla təsdiq edir.
72. Beləliklə, müəyyən edilir ki, cavabdehlərin (dövlət orqanları və publik hüquqi şəxslərin) həmin nəqliyyat vasitəsinə sahibliyi və istifadəsi bilavasitə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli, ***s nömrəli sərəncamına əsaslanır. "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, bu sərəncam ümumi (publik) hüquq sahəsinə aid olan və hüquqi nəticələr yaradan fərdi inzibati aktdır.
73. Dövlət orqanının və ya publik hüquqi şəxsin əmlaka sahibliyi qüvvədə olan inzibati akta əsaslandığı halda, mülki məhkəmə həmin inzibati aktı ləğv etmədən əşyanın sahibliyini "qanunsuz" elan edə və Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən vindikasiya (geri alma) qərarı çıxara bilməz. "Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 17-ci bəndinin analoji tətbiqinə (daşınmaz əmlakla bağlı münasibətləri tənzimləyən normaların dövlət reyestrində qeydə alınan daşınar əmlaka münasibətdə) görə, əgər hüququn yaranması (cavabdehlərin sahiblik və istifadə hüququ) və ya əmlakın ötürülməsi inzibati akta əsaslanırsa, mülkiyyətçi əvvəlcə inzibati məhkəmə qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Sərəncam qüvvədə olduğu müddətdə cavabdehin sahibliyi formal olaraq "qanuni" sayılır.
74. Iddiaçı apellyasiya şikayətində və birinci instansiya məhkəməsində avtomobilin "qeyri-rəsmi formada məcburi şəkildə" inzibati orqan (vəzifəli şəxs) tərəfindən alındığını bildirsə də, nəzərə alınmalıdır ki, dövlət komitəsinin (inzibati orqanın) vətəndaşın əmlakını birtərəfli və məcburi qaydada ələ keçirməsi mülki-hüquqi delikt deyil, publik hakimiyyət səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilmiş qanunsuz faktiki hərəkətdir (inzibati orqanın faktiki fəaliyyəti). "Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 5.1-ci bəndinə əsasən, inzibati orqanın faktiki xarakterli hərəkətlərinə qarşı və bunun nəticələrinin aradan qaldırılması (avtomobilin fiziki olaraq geri qaytarılması) tələbinə dair iddialara (nəticələrin aradan qaldırılması haqqında iddia) məhz inzibati məhkəmədə baxılmalıdır.
75. Zərərin ödənilməsi tələbinə gəldikdə, qeyd edilən Plenum qərarının 7.1-ci bəndinə əsasən, inzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından və ya faktiki hərəkətlərindən doğan zərərin ödənilməsi tələblərinə inzibati məhkəmə icraatı qaydasında baxılır. Cavabdeh komitə və agentlik avtomobili şəxsi kommersiya məqsədilə deyil, dövlət ehtiyacları (yolların təmiri və tikintisi) üçün istifadə etdiyindən, zərər iddiaları da inzibati məsuliyyət çərçivəsində qiymətləndirilməlidir.
76. X11 Respublikası Ali Məhkəməsi mülki kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qərardadı ilə eyni iş üzrə əvvəllər icraata xitam verilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinin qərardadının ləğv edilərək işin mülki məhkəmə aidiyyətinə aid edilməsini diqqətə alır. Lakin Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (AIHM) formalaşdırdığı presedent hüququna əsasən, hüquqi müəyyənlik prinsipinə baxmayaraq, "fundamental səhvlər" və ya "ədalət mühakiməsinin həyata keçirilməməsi" hallarının aradan qaldırılması məqsədilə bu prinsipdən kənaraçıxmaya bəraət qazandırıla bilər. AIHM-in "Sutyajnik Rusiyaya qarşı" (Sutyazhnik v. Russia, ərizə № ****/**) işi üzrə qərarında xüsusi olaraq vurğulanır ki, məhkəmə aidiyyəti qaydalarının pozulması (yurisdiksiya xətaları) prinsipcə düzəldilməli olan "fundamental səhv" kimi qiymətləndirilə bilər. Beləliklə, əvvəlki mərhələlərdə məhkəmə aidiyyətinin müəyyən edilməsində yol verilmiş fundamental yurisdiksiya xətasının bu kollegial tərkib tərəfindən qəbul edilərək davam etdirilməsi ədalət mühakiməsinin və qanunçuluğun məqsədlərinə zidd olardı.
77. Xüsusilə qeyd edilməlidir ki, hazırkı işlə faktiki və hüquqi hallarına görə demək olar ki, tam eynilik təşkil edən kommersiya mübahisəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasının iş üzrə icraata xitam verilməsi (işin inzibati aidiyyəti üzrə baxılmalı olması) barədə ## ### 2026-cı il tarixli, *-*(*-*)-*/**** nömrəli qərardadı qəbul edilmişdir. Həmin qərardaddan verilmiş kassasiya şikayətinə baxılarkən, Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasının ## #### 2026-cı il tarixli, *-*(*-*)- ***/**** nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasının göstərilən qərardadı qüvvədə saxlanılmışdır. Bu presedent ən yüksək instansiya məhkəməsi tərəfindən oxşar hüquqi və faktiki hallara malik mübahisələrin məhz inzibati məhkəmə aidiyyətinə aid olması barədə məhkəmə təcrübəsinin birmənalı şəkildə müəyyən edildiyini təsdiqləyir.
78. Buna görə də, kollegiya hesab edir ki, əvvəlki mərhələdə qəbul edilmiş qərardadla işin mülki məhkəmə aidiyyətinə aid edilməsi prosessual qanunvericiliyin və Plenum qərarının tələbləri ilə uzlaşmır. Hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı yeni məhkəmə təcrübəsi rəhbər tutularaq, bu mübahisənin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli və tərəfə inzibati məhkəməyə müraciət hüququ izah edilməlidi.
79. Kollegiya yuxarıda şərh edilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyi hazırkı işin faktiki hallarına tətbiq edərək bu nəticəyə gəlir ki, tərəflər arasında yaranmış mübahisə xüsusi (mülki) hüquq münasibətlərindən deyil, ümumi (publik) hüquq münasibətlərindən irəli gəlir. Iddiaçının tələbi bərabərhüquqlu mülki dövriyyə iştirakçıları arasındakı münasibətlərdən deyil, inzibati orqanların (və publik hüquqi şəxslərin) hakimiyyət səlahiyyətlərini həyata keçirməsi (inzibati akt qəbul etməsi və faktiki xarakterli hərəkətlər etməsi) nəticəsində yaranmışdır.
80. Kollegiya əlavə olaraq diqqətə çatdırır ki, iş materiallarından iddiaçı İddiaçı aktiv vergi ödəyicisi olması görünür. Onun əsas iddia tələblərindən biri də uzun illər ərzində avtomobilin istismarından məhrum olma nəticəsində yaranmış külli miqdarda "əldən çıxmış fayda"nın (iqtisadi xarakterli gəlirin) ödənilməsidir. Əgər hətta fərz edilsəydi ki, tərəflər arasında yaranan bu mübahisə sırf mülki (xüsusi) hüquq münasibətlərinə əsaslanır və prosesdə publik hakimiyyət səlahiyyətinin icrasını təsdiq edən heç bir inzibati akt yoxdur, bu halda belə, hüquqi şəxslərə qarşı yönəlmiş sahibkarlıq fəaliyyətindən irəli gələn "əldən çıxmış fayda" tələbləri (kommersiya mübahisələr) ümumi məhkəmələrin (Naxçıvan Şəhər Məhkəməsinin) deyil, kommersiya məhkəmələrinin maddi aidiyyətinə aid edilməli idi. Yəni məsələyə iddiaçının yanaşdığı kimi yalnız mülki-hüquqi prizmadan yanaşıldıqda belə, iddianın ümumi yurisdiksiyalı mülki məhkəmədə qaldırılması Mülki-Prosessual Məcəllənin aidiyyət qaydalarına ziddir. Lakin kollegiya bir daha xüsusi olaraq vurğulayır ki, məhkəmə aidiyyətinin bu cür mülki-kommersiya bölgüsü yalnız xüsusi hüquq sahəsinə aid mübahisələr üçün xarakterikdir. Hazırkı işdə isə əmlakın iddiaçının sahibliyindən çıxması və cavabdehlərin istifadəsinə verilməsi dövlət orqanlarının konkret inzibati aktına (sərəncamına) əsaslandığından, yaranmış mübahisə nə mülki, nə də kommersiya icraatının predmetidir, qanunvericiliyin imperativ tələbinə əsasən birmənalı olaraq inzibati məhkəmənin yurisdiksiyasına aiddir.
81. Hazırkı icraatda işin faktiki və hüquqi hallarını, habelə yuxarıda istinad edilən yeni məhkəmə təcrübəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 15.4-cü bəndinə əsasən, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.1ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
82. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Buna müvafiq olaraq, kollegiya hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi iddia tələbinin rədd edilən hissəsindən verilmiş apellyasiya şikayətinin dəlillərinə mahiyyəti üzrə hüquqi qiymət verilmədən tamamilə ləğv edilməli, iddiaçının tələbləri üzrə işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə icraata xitam verilməli və iddiaçıya Naxçıvan Muxtar Respublikasının Inzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.
83. Məhkəmə xərclərinə münasibətdə kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4 və 262.2-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumunun qaytarılması və məhkəmə xərclərinin bölüşdürülməsi məsələləri məhkəmənin qərardadında həll edilməlidir.
84. Odur ki, iddiaçı İddiaçı tərəfindən iddia ərizəsi verilərkən ## ###### 2025-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 423,50 manat, iddia tələbinin həcmi artırılarkən ## ######## 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 28,08 manat və apellyasiya şikayəti verilərkən ## ### 2026-cı il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 225,80 manat olmaqla, ümumilikdə 677,38 manat dövlət rüsumu ona geri qaytarılmalıdır.
85. Iş üzrə çəkilmiş digər məhkəmə xərclərinə – X21 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmış qiymətləndirmə xidmətinə görə ödənilməli olan 350 manat xərcə münasibətdə kollegiya hesab edir ki, həmin məbləğ iddiaçı İddiaçı üzərinə qoyulmalıdır. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinin mənasına görə, məhkəmə xərcləri işin nəticəsindən asılı olaraq tərəflər arasında bölüşdürülür.
86. Hazırkı iş üzrə cavabdehlərin mülki-hüquqi delikt törətməsi və ya iddiaçının mülki hüquqlarını pozması faktı mahiyyəti üzrə təsdiqini tapmamış, iddiaçının qanunla müəyyən edilmiş məhkəmə aidiyyəti qaydalarını pozaraq iddianı səhvən mülki məhkəmə icraatı qaydasında qaldırması səbəbindən icraata xitam verilmişdir. Bu səbəbdən, səhv instansiyada iddia qaldırmaqla ekspertizanın (qiymətləndirmənin) təyin edilməsinə və müvafiq xərclərin yaranmasına bais olan tərəf iddiaçı olduğu üçün, cavabdehlərin üzərinə hər hansı xərc qoyula bilməz və 350 manat xərc iddiaçının hesabına aid edilməlidir.
87. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.
88. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:
89. - Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli;
90. - İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, X12 X6 hüquqi şəxsə və cavabdeh2n “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülkiyyət hüququ ilə ona məxsus olan avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən alınıb ona təhvil verilməsi, əldən çıxmış fayda və zərərin ödənilməsi tələbinə dair iş üzrə icraata işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməli;
91. - iddiaçı İddiaçı iddia tələbləri üzrə aidiyyəti qaydada Naxçıvan Muxtar Respublikasının Inzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməli;
92. - iddiaçı İddiaçı tərəfindən iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mərkəzi Bankı hökumət ödəniş portalı vasitəsi ilə ## ###### 2025-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 423,50 (dörd yüz iyirmi üç manat, əlli qəpik) manat, iddia tələbinin həcmi artırılarkən "ExpressPay" vasitəsi ilə ## ######## 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 28,08 (iyirmi səkkiz manat, səkkiz qəpik) manat və apellyasiya şikayəti verilərkən ## ### 2026-cı il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 225,80 (iki yüz iyirmi beş manat, səksən qəpik) manat olmaqla, ümumilikdə 677,38 (altı yüz yetmiş yeddi manat otuz səkkiz qəpik) manat dövlət rüsumu ona geri qaytarılmalı;
93. - birinci instansiya məhkəməsində "X21" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş qiymətləndirməyə görə yaranmış 350 (üç yüz əlli) manat məbləğində məhkəmə xərci iddiaçı İddiaçı tutularaq X21 Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, H/h AZ16NICB02009395900001A35090, Müxbir hesab AZ98NABZ01350100000000042944) köçürülməlidir.
94. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.
95. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. VIII. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 263, 264, 365, 384, 402 və 405- ci maddələrini rəhbər tutaraq
qərar verdi:
Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, X12 X6 hüquqi şəxsə və cavabdeh2n “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülkiyyət hüququ ilə ona məxsus olan avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən alınıb ona təhvil verilməsi, əldən çıxmış fayda və zərərin ödənilməsi tələbinə dair iş üzrə icraata işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. Iddiaçı İddiaçı iddia tələbləri üzrə aidiyyəti qaydada Naxçıvan Muxtar Respublikasının Inzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Iddiaçı İddiaçı tərəfindən iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mərkəzi Bankı hökumət ödəniş portalı vasitəsi ilə ## ###### 2025-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 423,50 (dörd yüz iyirmi üç manat, əlli qəpik) manat, iddia tələbinin həcmi artırılarkən "ExpressPay" vasitəsi ilə ## ######## 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 28,08 (iyirmi səkkiz manat, səkkiz qəpik) manat və apellyasiya şikayəti verilərkən ## ### 2026-cı il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 225,80 (iki yüz iyirmi beş manat, səksən qəpik) manat olmaqla, ümumilikdə 677,38 (altı yüz yetmiş yeddi manat otuz səkkiz qəpik) manat dövlət rüsumu ona geri qaytarılsın. Birinci instansiya məhkəməsində X21 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş qiymətləndirməyə görə yaranmış 350 (üç yüz əlli) manat məbləğində məhkəmə xərci iddiaçı İddiaçı tutularaq X21 Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, H/h AZ16NICB02009395900001A35090, Müxbir hesab AZ98NABZ01350100000000042944) köçürülsün. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərardadından şikayət verilməzsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Səxavət Bəylərli.