Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № e-2(3-1)-124/2026 14.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, X11 X7 hüquqi şəxsə və cavabdeh3n “Şahbuz Yol Təmir Tikinti İstismar” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi "xxxx İstismar" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülkiyyət hüququ ilə ona məxsus olan avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən alınıb ona təhvil verilməsi, əldən çıxmış fayda və zərərin ödənilməsi tələbi (Açar sözlər: məhkəmə aidiyyəti, icraata xitam verilməsi, inzibati yurisdiksiya, inzibati akt, vindikasiya, mülkiyyət hüququ, əldən çıxmış fayda) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi hakim), Allahverdiyev Mehman Dünyamalı oğlu və X12 ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, iddiaçının vəkili-nümayəndəsi nümayəndə3, cavabdeh cavabdeh3 nümayəndəsi nümayəndə2 iştirakları ilə, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, X11 X7 hüquqi şəxsə və cavabdeh3n “Şahbuz Yol Təmir Tikinti İstismar” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi "xxxx İstismar" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülkiyyət hüququ ilə ona məxsus olan avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən alınıb ona təhvil verilməsi, əldən çıxmış fayda və zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsindən iddiaçının vəkili-nümayəndəsi nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.
1. İddiaçı İddiaçı "12" fevral 2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, mülkiyyət hüququ ilə özünə məxsus olan "KAMAZ-5511 yük" markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən alınıb ona təhvil verilməsi, həmin nəqliyyat vasitəsini 2008-2025-ci illər ərzində qanunsuz sahibliklərində saxladıqlarına görə əldən çıxmış fayda kimi 94.750 (doxsan dörd min yeddi yüz əlli) manat məbləğində zərərin, bu müddət ərzində nəqliyyat vasitəsinin istifadəsi nəticəsində dəyər itirməsinə görə 6.000 (altı min) manatın və ödənilmiş 390,75 (üç yüz doxsan manat yetmiş beş qəpik) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 01-04).
b) İddia tələbinin əsaslandırılması.
2. İddiaçı İddiaçı tələbini onunla əsaslandırmışdı ki, mülkiyyətində olan "KAMAZ-5511" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 2007-ci ilin sonlarında etibarnamə əsasında X5 tikinti işlərində istifadə edilməsi üçün vermiş və avtomobil Naxçıvan Muxtar Respublikasına aparılmışdır. Lakin 2008-ci ilin yanvar ayında avtomobil qeyri-rəsmi şəkildə onlardan alınaraq cavabdeh idarənin istifadəsinə verilmişdir.
c) Başqa cavabdehlərin cəlb edilməsi.
3. İddiaçı tərəf ## #### 2025-ci il tarixdə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin cavabdeh kimi işə cəlb edilməsini məhkəmədən xahiş etmiş və buna müvafiq olaraq iddia tələbini dəyişdirmişdi (mülki iş İ cild, iş vərəqə 50- 54).
4. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli qərardadı ilə iddiaçının vəkilinümayəndəsi nümayəndə3 ərizəsinin nəzərə alınması qərara alınmışdır (mülki iş İ cild, iş vərəqə 59-61).
5. ## ##### 2025-ci il tarixdə isə iddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh3n və həmin hüquqi şəxsinin “Şahbuz Yol Təmir-Tikinti İstismar” Məhdud Məsuliyyətli Cəmiyyətinin də cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş və Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2025-ci il tarixli, qərardadı ilə həmin ərizə nəzərə alınaraq mülki iş üzrə sözügedən subyektlərin cavabdeh qismində cəlb edilməsi qərara alınmışdır (mülki iş İ cild, iş vərəqə 103-106 və 113-116).
6. ## ### 2025-ci il tarixdə iddiaçı tərəf ərizə ilə işə baxan birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehlər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin cavabdehlərin siyahısından çıxarılmasını xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 167-171).
7. Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2025-ci il tarixli qərardadı ilə iddiaçının vəkilinümayəndəsi nümayəndə3 ərizəsi əsas götürülərək tələbə cavabdehlər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, X11 X7 hüquqi şəxsə və cavabdeh3n Şahbuz Yol Təmir Tikinti İstismar Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı avtomobilin qanunsuz sahiblikdən alınıb ona verilməsi və əldən çıxmış zərər və pul tələbi çərçivəsində baxılması qərara alınmışdır (mülki iş İ cild, iş vərəqə 214-219).
8. 31 may və ## ######## 2025-ci il tarixlərdə iddiaçı tərəf hüquqi varisin cəlb edilməsinə dair ərizə ilə işə baxan birinci instansiya məhkəməsinə müraciət etmiş və məhkəmənin ## ######## 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, "Şahbuz Yol Təmir-Tikinti İstismar” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi kimi "xxxx İstismar" Məhdud Məsuliyyətli Cəmiyyəti işə cavabdeh qismində cəlb edilmişdi (mülki iş II cild, iş vərəqə 13, 213-214 və 222-227).
ç) İddia tələbinin həcminin artırılması.
9. İddiaçının vəkili-nümayəndəsi ## ######## 2025-ci ildə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə işə baxan birinci instansiya məhkəməsinə müraciət edərək, iddia tələbinə mülkiyyət hüququ ilə iddiaçı İddiaçı məxsus olan "KAMAZ-5511 yük" markalı, **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, X11 X7 hüquqi şəxs və cavabdeh3n “Şahbuz Yol Təmir İstismar” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanunsuz sahibliyindən alınıb iddiaçıya təhvil verilməsi, həmin nəqliyyat vasitəsini 2008-2025-ci illər ərzində qanunsuz sahibliklərində saxladıqlarına görə əldən çıxmış fayda kimi 139240,05 (bir yüz otuz doqquz min iki yüz qırx manat, beş qəpik) manat məbləğində zərərin və ödənilmiş 429,25 (dörd yüz iyirmi doqquz manat, iyirmi beş qəpik) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi çərçivəsində baxılmasını xahiş etmişdi (mülki iş II cild, iş vərəqə 209-211).
10. Naxçıvan Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin müraciəti təmin edilmiş və mülki işə iddia tələbinin həcminin artırılması çərçivəsində baxılması qərara alınmışdır (mülki iş II cild, iş vərəqə 228-233).
d) Tələb üzrə qəbul edilən məhkəmə aktı.
11. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Gülsüm Əliyeva) ## #### 2026cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 1986-cı il buraxılışlı, “KAMAZ-5511 yük” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh “xxxx İstismar" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanunsuz sahibliyindən alınaraq iddiaçı İddiaçı verilməsi, iddia tələbinin cavabdehlər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və X11 X7 hüquqi şəxsə münasibətdə iddia tələbinə cavab verməli olmayan şəxslərə qarşı qaldırıldığına görə rədd edilməsi, iddia tələbinin nəqliyyat vasitəsinin 2008-2025-ci illər ərzində qanunsuz sahibliyində saxladığına görə əldən çıxmış fayda kimi 139240,05 (bir yüz otuz doqquz min iki yüz qırx manat, beş qəpik) manat məbləğində zərərin cavabdeh “xxxx İstismar" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçıya ödənilməsinə dair hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdi (mülki iş IV cild, iş vərəqə 01-33). e) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.
Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iş materiallarına, xüsusilə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən "KAMAZ- 5511 yük" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mübahisəsiz mülkiyyətçisi 12. iddiaçı İddiaçıdur. Əmlakın iddiaçının razılığı əsasında cavabdeh təşkilatın sahibliyinə və istifadəsinə verilməsi müəyyən edilmədiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən iddiaçı mülkiyyətçi kimi avtomobilin faktiki istifadəsində olan cavabdeh "xxxx İstismar" Məhdud Məsuliyyətli Cəmiyyətindən geri qaytarılmasını tələb etməkdə haqlıdır və iddia bu hissədə təmin edilməlidir.
13. Məhkəmə iddia tələbinin cavabdehlər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və X11 X7 hüquqi şəxsə münasibətdə olan hissəsini isə iddiaya cavab verməli olmayan şəxslərə qarşı qaldırıldığı əsası ilə rədd etmişdir. Qeyd edilmişdir ki, nəqliyyat vasitəsi müvafiq sərəncam və əmrlər əsasında əvəzsiz olaraq Şahbuz Yol Təmir İstismar İdarəsinin balansına verilmiş və hazırda da həmin qurumun hüquqi varisi olan "xxxx İstismar" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibliyindədir.
14. İddiaçının 2008-2025-ci illər ərzində nəqliyyat vasitəsinin qanunsuz sahiblikdə saxlanılmasına görə 139.240,05 manat məbləğində əldən çıxmış fayda və zərərin ödənilməsi tələbinə gəldikdə, birinci instansiya məhkəməsi həmin tələbi əsassız hesab edərək rədd etmişdir.
15. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə istinad edərək göstərmişdir ki, cavabdeh "xxxx İstismar" MMC əmlakın onun qanunsuz sahibliyində olmasını bilməmiş, onu rəsmi dövlət sərəncamı və balans sənədləri əsasında əldə etmişdir.
16. Bu sənədlər 17 il ərzində iddiaçı tərəfindən mübahisələndirilmədiyindən cavabdeh təşkilat vicdansız sahib hesab oluna bilməz və zərərin əvəzini ödəmək öhdəliyi daşımır. Həmçinin, iddiaçının tələb etdiyi əldən çıxan fayda ehtimallara əsaslanmamalı, real olmalıdır. Cavabdeh tərəfin Mülki Məcəllənin 165-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə isə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 384.0.4-cü maddəsini rəhbər tutaraq qeyd etmişdir ki, mülkiyyətçinin öz hüquqlarının hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. İddiaçının tələbi əşyanın qanunsuz sahiblikdən alınması olduğundan, ona iddia müddəti tətbiq edilə bilməz və cavabdehin iddia müddətinin tətbiqi barədə vəsatəti rədd edilməlidir.
II. Apellyasiya icraatı. a) Apellyasiya şikayətinin predmeti.
17. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən narazı qalan iddiaçı tərəf ## ### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək həmin qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunmasına və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir (mülki iş IV cild, iş vərəqə 44-60).
b) Apellyasiya şikayətinin əsaslandırılması.
18. İddiaçı tərəf apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin rədd olunan hissəsində maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul olunmuşdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır.
19. Cavabdehlərin vicdanlı sahib kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə və işin faktiki hallarına ziddir. Avtomobil ## ###### 2007-ci il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən iddiaçının mülkiyyətindədir və onun cavabdehlərin istifadəsinə verilməsi ilə bağlı hər hansı qanuni əsas, tərəflər arasında razılaşma və ya əqd olmamışdır. Mülki Məcəllənin 182.2ci maddəsinə əsasən, əşya mülkiyyətçinin iradəsinin ziddinə onun sahibliyindən çıxmışsa və ya əldə edən onu əvəzsiz almışsa, o, vicdanlı əldə edən sayıla bilməz.
20. Məhkəmənin və cavabdehlərin istinad etdiyi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli *** nömrəli sərəncamında və Naxçıvan Muxtar Respublikası X8 Şirkətinin müvafiq əmrlərində iddiaçıya məxsus avtomobilin dövlət qeydiyyat nişanı, ban (şassi) və mühərrik nömrəsi göstərilməmişdir. Üstəlik, Mülki- Prosessual Məcəllənin 399-cu maddəsinin tələbləri pozularaq apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsi üçün məcburi olan göstərişlərinə əməl edilməmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi ## #### 2025-ci il tarixli qərardadı ilə həmin sərəncamın konkret olaraq iddiaçının avtomobilinə aid edilməsi üçün hüquqi və sübut əsasının olmadığını açıq şəkildə göstərsə də, birinci instansiya məhkəməsi yenidən həmin sənədlərə istinad etmişdir.
21. Cavabdehlər avtomobildən istifadə etmələrinə baxmayaraq, onu hər il icbari sığorta etdirməmiş, məcburi dövri texniki baxışlardan keçirməmiş və balanslarına qəbul etməmişlər. Qeydiyyat şəhadətnaməsində iddiaçının adının olması və avtomobilin onlara qanunsuz yolla, əvəzsiz olaraq verilməsi faktları təsdiq edir ki, cavabdehlər avtomobilin qanunsuz sahibliklərində olmasını bilməli idilər və vicdanlı sahib sayıla bilməzlər. Buna görə də onlar Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən avtomobilin onlarda olduğu bütün vaxt ərzindəki əldən çıxmış faydanı ödəməyə borcludurlar.
22. Əldən çıxmış fayda və zərərin ödənilməsi ilə bağlı məhkəmə Mülki Məcəllənin 21.2-ci maddəsindəki real zərər və əldən çıxmış fayda anlayışlarını fərqləndirməmişdir. İddiaçı əmlakından məhrum olmuşdur və onun hüququ pozulmasaydı əldə edəcəyi gəlirlər məhkəmənin özünün təyin etdiyi ekspertiza tərəfindən verilmiş rəylə (əldən çıxmış fayda məbləği kimi) dəqiq müəyyən edilmişdir. Məhkəmənin əldə ediləcək gəlirin ehtimallara əsaslanması qənaəti ekspertiza rəyinə ziddir və əsassızdır.
23. Həmçinin iş materialları ilə təsdiq olunur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və cavabdeh3 qanunsuz olsa belə avtomobillə bağlı əmrlər vermiş və avtomobilin onların da istifadəsində olduğunu etiraf etmişlər. Digər tərəfdən cavabdeh3 iş üzrə digər cavabdeh "xxxx İstismar" MMC-nin təsisçisidir və nizamnaməyə əsasən onun balansında olan əmlaklarla bağlı sərəncam vermək səlahiyyətinə malikdir. Bütün bunlar həmin qurumların iş üzrə cavabdehlik daşıdığını təsdiq etdiyi halda, məhkəmə onlara qarşı iddiaları əsassız olaraq rədd etmişdir.
24. Şikayət edən tərəf birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.2, 152.3, 152.4, 157.2, 157.5, 181.1, 181.4, 182.1, 182.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1-ci hissəsinə, 30-cu maddəsinin VI hissəsinə və 32.2-ci maddəsinə, prosessual hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77, 88, 217.1, 217.3 və 399cu maddələrinə istinad etmişdir.
c) İşin apellyasiya icraatına qəbulu.
25. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “22” iyun 2026-cı ildə daxil olmuş və kollegiyanın ## #### 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
26. Apellyasiya şikayətinə qarşı cavabdeh "xxxx İstismar" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## #### 2026-cı ildə kollegiyaya etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh qurum nəqliyyat vasitəsini qanunsuz ələ keçirməmiş, onu Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli, *** nömrəli sərəncamı əsasında yuxarı dövlət orqanının məcburi icra edilməli aktı kimi rəsmi qaydada balansına qəbul etdiyi üçün vicdanlı sahib hesab olunmalıdır. Həmçinin, iddiaçının əldən çıxmış faydanın ödənilməsi tələbinin əsassız olduğu, 1986-cı il buraxılışlı (təxminən 40 illik) və qalıq dəyəri minimuma enmiş avtomobil üzrə təqdim edilən qiymətləndirmə rəyinin faktiki baxış keçirilmədən, ehtimallar əsasında tərtib edildiyi vurğulanmışdır. Real gəlirin əldə olunmasını təsdiq edən hər hansı mötəbər sübutun (müqavilə, vergi sənədi və s.) təqdim edilmədiyi bildirilərək, apellyasiya şikayətinin rədd edilməsi və Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması xahiş olunmuşdur.
III. İzahatlar və prosesin gedişatı.
27. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında bildirmişdi ki, cavabdehlər mübahisə predmeti olan avtomobil üzrə vicdanlı sahib kimi qiymətləndirilə bilməzlər. Sözügedən avtomobil hazırda da iddiaçının qanuni mülkiyyətindədir.
28. Vəkil-nümayəndə ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, icraatda olan digər iş üzrə mübahisə predmeti olan avtomobillər Abbasov Arif tərəfindən xaricdən alınaraq ölkəyə gətirilmiş və həmin nəqliyyat vasitələri gömrük rəsmiləşdirilməsi həyata keçirilən zaman alınmışdır. O qeyd etmişdir ki, həmin vaxt avtomobillərin alınması ilə bağlı tərəflər arasında yalnız şifahi razılaşma olmuş, lakin hər hansı rəsmi alqı-satqı əməliyyatı həyata keçirilməmişdir. Abbasov Arifin onun hüquqlarını müdafiə etdiyi Ağayev Yaşar və İddiaçı ilə əvvəlcədən tanışlığının olmuşdu. Həmin şəxslər mübahisə predmeti olan avtomobilləri istifadə etmək məqsədilə gətirtsələr də, onların arasında hər hansı icarə və ya digər növ müqavilə bağlanmamışdır. Malik olduğu məlumata görə, İddiaçı tərəfindən mübahisə predmeti olan avtomobilin icarəsinə görə Abbasov Arifdən hər hansı pul vəsaiti (icarə haqqı) alınmamışdır.
29. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən cavabdeh cavabdeh3n nümayəndəsi nümayəndə2 verdiyi izahatında bildirmişdi ki, Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli sərəncamı ilə “Kamaz” markalı avtomobillər cavabdeh3 verilmişdir. Həmin sərəncamda avtomobillərin hər hansı fiziki və ya hüquqi şəxsdən alınması deyil, bilavasitə (daha əvvəl fərman əsasında əldə etmiş) Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən alınaraq Agentliyə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, cavabdehin qanunsuz sahibliyi mövcud deyildir. Mübahisə predmeti olan avtomobillərin təhvili zamanı ## ###### 2008-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qaiməfaktura tərtib edilmiş, nəqliyyat vasitələrinin qiymətləri göstərilməklə əvəzsiz şəkildə X11 X7 Hüquqi Şəxsə verilmişdir. Bu səbəbdən avtomobillərin hər hansı şəxsdən qanunsuz olaraq alınıb agentliyin balansına verilməsi ilə bağlı iddia qanuni və əsaslı hesab edilə bilməz. İddiaçı tərəfin apellyasiya şikayətində Nazirlər Kabinetinin sərəncamında avtomobillərin dövlət qeydiyyat və ban nömrələrinin göstərilməməsinə dair gətirdiyi dəlillərə münasibətdə isə cavabdeh3 hər hansı məsuliyyət daşımır. Dövlətin ali orqanı tərəfindən verilmiş sərəncamı sorğulamaq imkanı və səlahiyyəti olmadığından, agentlik qeyd edilən avtomobilləri məhz həmin sərəncam əsasında tələblərə uyğun olaraq öz balansına qəbul etmişdir.
30. Cavabdehin nümayəndəsi ona verilmiş suallara cavab olaraq qeyd etmişdi ki, mübahisə predmeti olan avtomobillərin cavabdeh3 balansına verilməsini nəzərdə tutan sərəncam əsasında qəbul edilmiş nəqliyyat vasitələrinin dövlət qeydiyyat və ban nömrələri araşdırılmamışdır. 2008-ci ildə Agentliyin balansına sadəcə 2 (iki) ədəd “Kamaz 5511” markalı avtomobil daxil edilmiş, həmin markadan olan başqa avtomobil qəbul olunmamışdır. Agentliyin tabeliyində olmuş bəzi qurumların ləğv edilməsi və binalarında yanğın hadisəsinin baş verməsi səbəbindən müvafiq sənədləri arxivdən əldə etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsinə ərizə təqdim edilərkən iddia müddətinin mülkiyyət hüququna deyil, məhz sahiblik hüququna münasibətdə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Artıq 17 ildir ki, mübahisə predmeti olan avtomobillər agentliyin istifadəsindədir və onlardan yalnız dövlət əhəmiyyətli məqsədlər üçün istifadə edilir. Agentliyin sabiq rəhbərliyi tərəfindən həmin avtomobillərin sənədləşmə işləri aparılmalı olsa da, prosesin hansı səbəbdən icra edilməməsi barədə hər hansı məlumat yoxdur. Nümayəndə Agentlikdə əmək fəaliyyəti ilə məşğul olduğu 3 il ərzində balansda bu cür avtomobillərin mövcudluğundan məlumatlı olmamışdır. Hazırda qurumun balansında sözügedən markadan olan 8 (səkkiz) ədəd avtomobil mövcud olsa da, 2008-ci ildə onların sayı cəmi 2 (iki) ədəd təşkil etmişdir. Abbasov Arifin kimliyi barədə agentliyin məlumatı yoxdur və qeyd edilən məsələlər əlavə olaraq araşdırılmamışdır. Belə ki, mübahisə predmeti olan avtomobillər quruma bilavasitə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən alınaraq verilmişdir. Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrində iddiaçı şəxslərin adlarının qeyd edilməsindən agentlik rəhbərliyinin məlumatı olsa belə, avtomobillər sərəncam əsasında qəbul edildiyindən bu xüsusların araşdırılmasına zərurət yaranmamışdır.
31. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçı İddiaçı, cavabdehlər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və cavabdeh3n “Şahbuz Yol Təmir Tikinti İstismar” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi "xxxx İstismar" Məhdud Məsuliyyətli Cəmiyyətinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdi.
32. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə iddiaçının və qeyd edilən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. IV. İşin halları:
33. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş:
34. - Tovuz rayon ** saylı RQİB tərəfindən verilmiş ## ###### 2007-ci il tarixli AA N seriyalı, ****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən, 1986-cı il buraxılışlı, "KAMAZ-5511 yük" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı adına qeydiyyata alınması (mülki iş İ cild, iş vərəqə 08, III cild, iş vərəqə 192-193);
35. - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli, ***s nömrəli sərəncamının surətindən, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ## ###### 2008-ci il tarixli, */*** nömrəli məktubunun nəzərə alınması, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin balansında olan KAMAZ-5511 markalı özüboşaldan avtomaşının və 1 ədəd XAŞH-236 markalı kompressorun əvəzsiz olaraq mövcud qaydalara əsasən Naxçıvan Muxtar Respublikası X8 Şirkətinin balansına verilməsi, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və X8 Şirkətinə bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsinin həvalə olunması (mülki iş İ cild, iş vərəqə 152 və 176);
36. - Naxçıvan Muxtar Respublikası X8 Şirkətinin əsas vəsaitin balansa alınması haqqında ## ###### 2008-ci il tarixli, ** nömrəli əmrindən, KAMAZ-5511 markalı 2 ədəd özüboşaldan avtomaşının və XAŞH-236 markalı 1 ədəd kompressorun şirkətin balansına alınması (mülki iş İ cild, iş vərəqə 155);
37. - Naxçıvan Muxtar Respublikası X8 Şirkətinin əsas vəsaitin balansa alınması haqqında ## ###### 2008-ci il tarixli, ** nömrəli əmrinin surətindən, KAMAZ-5511 markalı 1 ədəd özüboşaldan avtomaşının Culfa Yol Təmir-İstismar İdarəsinin balansına, KAMAZ- 5511 markalı 1 ədəd özüboşaldan avtomaşının xxxx İdarəsinin balansına və XAŞH-236 markalı 1 ədəd kompressorun Babək Yol Təmir-İstismar İdarəsinin balansına əvəzsiz olaraq verilməsi (mülki iş İ cild, iş vərəqə 154);
38. - Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ## ###### 2008-ci il tarixdə verilmiş *** nömrəli qaimə-fakturanın surətindən, yükgöndərən X9 tərəfindən yükalan Naxçıvan Muxtar Respublikası X8 Şirkətinə ## ###### 2008-ci il tarixli, ****** nömrəli əvəzsiz vəkalətnamə əsasında X6 vasitəsilə 15000 manat dəyərində 1 ədəd Kamaz-5511 (özüboşaldan) markalı avtomobil, 15000 manat dəyərində daha 1 ədəd Kamaz-5511 (özüboşaldan) markalı avtomobil və 28000 manat dəyərində 1 ədəd XAŞH-236 markalı kompressor olmaqla, ümumilikdə 58000 (əlli səkkiz min) manat məbləğində əmlak təhvil verilməsi (mülki iş İ cild, iş vərəqə 153);
39. - Naxçıvan Muxtar Respublikası X2 tərəfindən imzalanmış ## ###### 2013-cü il tarixli, 84-IV FR nömrəli Fərmandan, Tikinti sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkətinin ləğv edilməsi, onun əmlakının və şəhər (rayon) idarələrinin özünümaliyyələşdirmə prinsipi əsasında Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilməsi (mülki iş İ cild, iş vərəqə 43);
40. - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin ## ##### 2016-cı il tarixli, **s nömrəli sərəncamının 1-ci bəndinə əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin balansında olan və sərəncamın əlavəsində göstərilən maşın-mexanizmlər əvəzsiz olaraq "xxxx" Dövlət Şirkətinin balansına verilməsi (mülki iş II cild, iş vərəqə 217);
41. - ## ##### 2016-cı il tarixli aktın surətindən, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin ## ##### 2016-cı il tarixli, **s saylı sərəncamına və Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ## ##### 2016-cı il tarixli, ** saylı əmrinə uyğun olaraq, Naxçıvan şəhər idarəsinə məxsus avtomaşınların saz vəziyyətdə əvəzsiz olaraq Naxçıvan Muxtar Respublikası X8 Şirkətinə təhvil verilməsi, təhvil alınan əsas vəsaitlərin siyahısında hər birinin balans və köhnəlmə dəyərləri eyni göstərilməklə (cəmi 86704,68 manat) nöqsan və aşınma dərəcələrinə uyğun olaraq saz vəziyyətdə olan balans dəyəri 9244 manat olan 1987-ci il buraxılışlı, **-AC-*** dövlət nömrə nişanlı "KAMAZ-5511" markalı betonqarışdıran avtomaşının göstərilməsi (mülki iş II cild, iş vərəqə 219);
42. - Naxçıvan Muxtar Respublikası X8 Şirkətinin "Əsas vəsaitlərin balansa alınması haqqında" ## ##### 2016-cı il tarixli, ** nömrəli əmrindən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin ## ##### 2016-cı il tarixli, **s saylı sərəncamına əsasən, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən ## ##### 2016cı il tarixli aktla alınan avtomaşınların şirkətin balansına alınmasının əmr edilməsi, sözügedən əmrin 1-ci bəndinə müvafiq olaraq, balansa alınmalı olan nəqliyyat vasitələrindən biri kimi 1987-ci il buraxılışlı, **-AC-*** dövlət nömrə nişanlı 1 ədəd "KAMAZ-5511" markalı betonqarışdıran avtomaşının göstərilməsi (mülki iş II cild, iş vərəqə 220);
43. - Naxçıvan Muxtar Respublikası X8 Şirkətinin "Əsas vəsaitlərin balansa verilməsi haqqında" ## ##### 2016-cı il tarixli, ** nömrəli əmrindən istehsalat zəruriyyəti nəzərə alınaraq, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən ## ##### 2016-cı il tarixli aktla alınan avtomaşınların şirkətin təşkilatlarının balansına əvəzsiz olaraq verilməsinin əmr edilməsi, 1987-ci il buraxılışlı, **-AC-*** dövlət nömrə nişanlı 1 ədəd "KAMAZ-5511" markalı betonqarışdıran avtomaşının isə Culfa Yol Təmir İstismar İdarəsinin balansına verilməsi (mülki iş II cild, iş vərəqə 221);
44. - Naxçıvan Muxtar Respublikası X8 Şirkətinin "Əsas vəsaitin yerdəyişməsi haqqında" ## ###### 2017-ci il tarixli, ** nömrəli sərəncamdan istehsalat zəruriyyəti nəzərə alınaraq, xxxx İdarəsinin balansında olan 1992-ci il buraxılışlı, **-AC-*** dövlət nömrə nişanlı "Kamaz 53213" markalı özüyükünboşaldan avtomaşının Babək Yol Təmir İstismar İdarəsinə, eləcə də 1986-cı il buraxılışlı, **-BJ-*** dövlət nömrə nişanlı "Kamaz 5511" markalı özüyükünboşaldan avtomaşının Şahbuz Yol Təmir İstismar İdarəsinin balansına əvəzsiz olaraq verilməsi (mülki iş İ cild, iş vərəqə 177);
45. - Naxçıvan Muxtar Respublikası X3 ## #### 2023-cü il tarixli, 180-VI FR nömrəli fərmanından, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rayon (şəhər) İdarələrinin və "Oksigen İstehsalı Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Komitənin tabeliyindən çıxarılaraq özəlləşdirilməyə açıq elan edilməsinin qərara alınması (mülki iş İ cild, iş vərəqə 44);
46. - ## ###### 2023-cü il tarixli, ** nömrəli aktdan, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz rayon idarəsinin ## ###### 2023-cü il tarixə əsas vəsaitlərin siyahısında 2019-cu ilin aprel ayında daxil olan, 1986-cı il buraxılışlı, dəyəri 15000 manat, köhnəlməsi 3750 manat, ## ###### 2023-cü il tarixə qalıq dəyəri 11250 manat olan "Kamaz 5410" markalı, **-AC-*** nömrəli nəqliyyat vasitəsinin də göstərilməsi (mülki iş İ cild, iş vərəqə 99-102);
47. - Naxçıvan Muxtar Respublikası X3 cavabdeh3 publik hüquqi şəxsin yaradılması haqqında ## ###### 2023-cü il tarixli, 213-VI FR nömrəli fərmanından, Naxçıvan Muxtar Respublikası X8 Agentliyinin əsasında publik hüquqi şəxs statuslu Naxçıvan X8 Agentliyinin yaradılmasının qərara alınması (mülki iş III cild, iş vərəqə 129);
48. - cavabdeh3n İdarə Heyətinin ## ###### 2025-ci il tarixli, ** nömrəli qərarından, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) cavabdeh3 publik hüquqi şəxsin "Şərur Yol Təmir Tikinti İstismar" MMC (VÖEN:**********), "Culfa Yol Təmir Tikinti İstismar" MMC (VÖEN:**********), "Kəngərli Yol Təmir İstismar" MMC (VÖEN:**********), "Babək Yol Təmir İstismar" MMC (VÖEN:**********), "Sədərək Yol Təmir İstismar" MMC (VÖEN:**********), "Şahbuz Yol Təmir İstismar" MMC (VÖEN:**********) və "Ordubad Yol Təmir İstismar" MMC (VÖEN:**********) adlı təsərrüfat cəmiyyətlərinin ona qoşulması şəklində yenidən təşkil edilməsi və adının "xxxx İstismar" Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq dəyişdirilməsi (mülki iş II cild, iş vərəqə 14-15);
49. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ## ##### 2025-ci il tarixli, *-**-**/*-*****/**** nömrəli məktubunun surətindən, DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına görə sorğu edilən "Kamaz 5511 Yük" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ## ###### 2007-ci il tarixdən İddiaçı adında dövlət qeydiyyatında olmasının bildirilməsi aydın olur (mülki iş İ cild, iş vərəqə 166). V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.
50. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
52. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini yalnız iddiaçı tərəf mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının iddiaçı tərəfindən mübahisələndirilən hissəsi təşkil edir.
53. Verilmiş apellyasiya şikayətini iddia tələbləri ilə qarşılıqlı şəkildə tədqiq etdikdə aydın olur ki, iddiaçı tərəf sözügedən qətnaməni qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirir.
54. İddiaçı tərəfin verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının qismən ləğv edilməsinə və iddia tələbinin rədd edilən hissəsində təmin olunmasına yönəldiyindən, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi hüquq normalarının tətbiqinə münasibətdə apellyasiya şikayətinin dəlilləri daxilində yalnız mübahisə edilən hissədə, prosessual hüquq normalarına riayət edilməsi baxımından isə şikayətin dəlillərindən asılı olmayaraq tam (bütövlükdə) yoxlamalıdır. VI. Tətbiq edilən hüquqi aktlar. a) Azərbaycan Respublikası Konstitusiyasının:
55. - 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
b) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
56. - 2.2-ci maddəsinə görə mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir;
57. - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;
58. - 24.3-cü maddəsində qeyd edilir ki, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır;
59. - 88-ci maddəsinin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;
60. - 261.0 və 261.0.1-ci maddələrinin mahiyyətinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir;
61. - 262.2-ci madəsinin tələbinə görə məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər;
62. - 262.3-cü maddəsinin tələbinə əsasən Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir;
63. - 365-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur.
c) Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:
64. - 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir;
65. - 2.2 və 2.2.1-ci maddələrinin mahiyyətindən aydın olur ki, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və inzibati məhkəmə icraatı qaydasında baxılır;
66. - 3.1-ci maddəsinə əsasən Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır.
ç) "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun:
67. - 1-ci maddəsinə görə həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur;
68. - 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür;
69. - 2.0.2-ci maddəsinin tələbinə görə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
VII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi.
70. Kollegiya iş materiallarını tədqiq edib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd edir ki, mübahisənin mahiyyəti iddiaçıya məxsus olduğu iddia edilən "KAMAZ-5511 yük" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanunsuz sahiblikdən geri qaytarılması, habelə avtomobildən istifadəyə görə əldən çıxmış fayda və dəyər itirməsinə görə maddi zərərin ödənilməsi tələbindən ibarətdir.
71. İddiaçı İddiaçı iddia edir ki, qeydiyyat şəhadətnaməsi əsasında rəsmi mülkiyyətində olan və dövlət reyestrində adına qeydiyyatda olan nəqliyyat vasitəsi 2008-ci ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olmuş idarə tərəfindən qeyri-rəsmi formada məcburi şəkildə əlindən alınmış, aidiyyəti qurumlar tərəfindən uzun illər istismar edilmişdir. Məhz bu faktiki hərəkətlərə əsaslanaraq iddiaçı əmlakının ona geri qaytarılmasını və kompensasiya ödənilməsini tələb etmişdir.
72. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya xüsusi olaraq vurğulayır ki, mübahisənin məhkəmə aidiyyəti (yurisdiksiyası) qaydalarına riayət edilməsi prosessual qanunvericiliyin imperativ tələbidir və bu məsələnin yoxlanılmasında məhkəmə tərəflərin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə bağlı deyil.
73. İşdə olan sübutlara əsasən, iddia predmeti olan nəqliyyat vasitəsinin cavabdehlərin sahibliyində olmasının xronologiyasını gələcəkdən keçmişə doğru izlədikdə aşkar olur ki, hazırda avtomobil rəsmi qaydada cavabdeh3n “Şahbuz Yol Təmir İstismar” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi "xxxx İstismar" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında və istifadəsindədir. Bu sahiblik cavabdeh3n İdarə Heyətinin ## ###### 2025ci il tarixli, ** nömrəli qərarı əsasında hüquqi şəxslərin yenidən təşkili (birləşməsi) yolu ilə formalaşmışdır.
74. Öz növbəsində, qeyd olunan hüquqi varisə qoşulmuş "Şahbuz Yol Təmir İstismar" Məhdud Məsuliyyətli Cəmiyyətinə (əvvəlki adı ilə Şahbuz Yol Təmir-İstismar İdarəsi) bu texnika Naxçıvan Muxtar Respublikası X8 Şirkətinin ## ###### 2017-ci il tarixli, ** nömrəli sərəncamı əsasında verilmişdir və həmin sənəddə **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil konkret olaraq qeyd edilmişdir. Bu qurumdan əvvəl isə avtomobil ## ###### 2008-ci il tarixli, ** nömrəli əmrlə xxxx İdarəsinin balansında olmuşdur. Ümumilikdə həmin şirkət isə bu avtomobili Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli, ***s nömrəli sərəncamı əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin balansından əvəzsiz olaraq təhvil almışdır. Baxmayaraq ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2008-ci il tarixli sərəncamında və ilk təhvil-təslim əmrlərində avtomobilin fərdi xüsusiyyətləri (dövlət qeydiyyat nişanı və ya şassi nömrəsi) spesifik göstərilməmiş, yalnız "KAMAZ-5511" olaraq ümumiləşdirilmişdir, sonrakı aktlar (xüsusilə 2017-ci il tarixli sərəncam) və qurumlararası balans hərəkətləri bu inzibati sənədlərin birbaşa olaraq iddiaçıya məxsus olduğu bildirilən nəqliyyat vasitəsi ilə bağlı olduğunu xronoloji ardıcıllıqla təsdiq edir.
75. Beləliklə, müəyyən edilir ki, cavabdehlərin (dövlət orqanları və publik hüquqi şəxslərin) həmin nəqliyyat vasitəsinə sahibliyi və istifadəsi bilavasitə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli, ***s nömrəli sərəncamına əsaslanır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, bu sərəncam ümumi (publik) hüquq sahəsinə aid olan və hüquqi nəticələr yaradan fərdi inzibati aktdır.
76. Dövlət orqanının və ya publik hüquqi şəxsin əmlaka sahibliyi qüvvədə olan inzibati akta əsaslandığı halda, mülki məhkəmə həmin inzibati aktı ləğv etmədən əşyanın sahibliyini "qanunsuz" elan edə və Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən vindikasiya (geri alma) qərarı çıxara bilməz. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 17-ci bəndinin analoji tətbiqinə (daşınmaz əmlakla bağlı münasibətləri tənzimləyən normaların dövlət reyestrində qeydə alınan daşınar əmlaka münasibətdə) görə, əgər hüququn yaranması (cavabdehlərin sahiblik və istifadə hüququ) və ya əmlakın ötürülməsi inzibati akta əsaslanırsa, mülkiyyətçi əvvəlcə inzibati məhkəmə qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Sərəncam qüvvədə olduğu müddətdə cavabdehin sahibliyi formal olaraq "qanuni" sayılır.
77. İddiaçı apellyasiya şikayətində və birinci instansiya məhkəməsində avtomobilin "qeyri-rəsmi formada məcburi şəkildə" inzibati orqan (vəzifəli şəxs) tərəfindən alındığını bildirsə də, nəzərə alınmalıdır ki, dövlət komitəsinin (inzibati orqanın) vətəndaşın əmlakını birtərəfli və məcburi qaydada ələ keçirməsi mülki-hüquqi delikt deyil, publik hakimiyyət səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilmiş qanunsuz faktiki hərəkətdir (inzibati orqanın faktiki fəaliyyəti). "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * saylı qərarının 5.1-ci bəndinə əsasən, inzibati orqanın faktiki xarakterli hərəkətlərinə (fəaliyyətinə) qarşı və bunun nəticələrinin aradan qaldırılması (avtomobilin fiziki olaraq geri qaytarılması) tələbinə dair iddialara məhz inzibati məhkəmədə baxılmalıdır.
78. Zərərin ödənilməsi tələbinə gəldikdə, qeyd edilən Plenum qərarının 7.1-ci bəndinə əsasən, inzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından və ya faktiki hərəkətlərindən doğan zərərin ödənilməsi tələblərinə inzibati məhkəmə icraatı qaydasında baxılır. Cavabdeh komitə və agentlik avtomobili şəxsi kommersiya məqsədilə deyil, dövlət ehtiyacları (yolların təmiri və tikintisi) üçün istifadə etdiyindən, zərər iddiaları da inzibati məsuliyyət çərçivəsində qiymətləndirilməlidir.
79. X10 Respublikası Ali Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə eyni iş üzrə əvvəllər icraata xitam verilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinin qərardadının ləğv edilərək işin mülki məhkəmə aidiyyətinə aid edilməsini diqqətə alır. Lakin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (AİHM) formalaşdırdığı presedent hüququna əsasən, hüquqi müəyyənlik prinsipinə baxmayaraq, "fundamental səhvlər" və ya "ədalət mühakiməsinin həyata keçirilməməsi" hallarının aradan qaldırılması məqsədilə bu prinsipdən kənaraçıxmaya bəraət qazandırıla bilər. AİHM-in "Sutyajnik Rusiyaya qarşı" (Sutyazhnik v. Russia, ərizə № ****/**) işi üzrə qərarında xüsusi olaraq vurğulanır ki, məhkəmə aidiyyəti qaydalarının pozulması (yurisdiksiya xətaları) prinsipcə düzəldilməli olan "fundamental səhv" kimi qiymətləndirilə bilər. Beləliklə, əvvəlki mərhələlərdə məhkəmə aidiyyətinin müəyyən edilməsində yol verilmiş fundamental yurisdiksiya xətasının bu kollegial tərkib tərəfindən qəbul edilərək davam etdirilməsi ədalət mühakiməsinin və qanunçuluğun məqsədlərinə zidd olardı.
80. Xüsusilə qeyd edilməlidir ki, hazırkı işlə faktiki və hüquqi hallarına görə demək olar ki, tam eynilik təşkil edən kommersiya mübahisəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasının iş üzrə icraata xitam verilməsi (işin inzibati aidiyyəti üzrə baxılmalı olması) barədə ## ### 2026-cı il tarixli, *-*(*-*)-*/**** nömrəli qərardadı qəbul edilmişdir. Həmin qərardaddan verilmiş kassasiya şikayətinə baxılarkən, Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasının ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasının göstərilən qərardadı qüvvədə saxlanılmışdır. Bu presedent ən yüksək instansiya məhkəməsi tərəfindən oxşar hüquqi və faktiki hallara malik mübahisələrin (o cümlədən, nəqliyyat vasitələrinin inzibati sərəncamlarla balansa verilməsi hallarının) məhz inzibati məhkəmə aidiyyətinə aid olması barədə məhkəmə təcrübəsinin birmənalı şəkildə müəyyən edildiyini təsdiqləyir.
81. Buna görə də, kollegiya hesab edir ki, əvvəlki mərhələdə qəbul edilmiş qərardadla (Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı nəzərdə tutulur) işin mülki məhkəmə aidiyyətinə aid edilməsi prosessual qanunvericiliyin və Plenum qərarının tələbləri ilə uzlaşmır. Hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı yeni məhkəmə təcrübəsi rəhbər tutularaq, bu mübahisənin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli və iddiaçı İddiaçı inzibati məhkəməyə müraciət hüququ izah edilməlidir.
82. Kollegiya yuxarıda şərh edilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyi hazırkı işin faktiki hallarına tətbiq edərək bu nəticəyə gəlir ki, iddiaçı İddiaçı ilə cavabdehlər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, cavabdeh3 və onun hüquqi varisi arasında yaranmış mübahisə xüsusi (mülki) hüquq münasibətlərindən deyil, ümumi (publik) hüquq münasibətlərindən irəli gəlir. İddiaçının tələbi bərabərhüquqlu mülki dövriyyə iştirakçıları arasındakı münasibətlərdən deyil, inzibati orqanların və publik hüquqi şəxslərin hakimiyyət səlahiyyətlərini həyata keçirməsi (Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli, ***s nömrəli sərəncamı kimi inzibati akt qəbul etməsi və sonrakı faktiki xarakterli hərəkətlər etməsi) nəticəsində yaranmışdır.
83. Hazırkı icraatda işin faktiki və hüquqi hallarını, habelə yuxarıda istinad edilən yeni məhkəmə təcrübəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 15.4-cü bəndinə əsasən, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
84. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Buna müvafiq olaraq, kollegiya hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi iddia tələbinin rədd edilən hissəsindən verilmiş apellyasiya şikayətinin dəlillərinə mahiyyəti üzrə hüquqi qiymət verilmədən tamamilə ləğv edilməli, iddiaçının tələbləri üzrə işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə icraata xitam verilməli və iddiaçı İddiaçı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.
85. Məhkəmə xərclərinə münasibətdə kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4 və 262.2-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumunun qaytarılması və məhkəmə xərclərinin bölüşdürülməsi məsələləri məhkəmənin qərardadında həll edilməlidir.
86. Odur ki, iddiaçı İddiaçı tərəfindən iddia ərizəsi verilərkən ## ###### 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 390,75 manat, iddia tələbinin həcmi artırılarkən ödənilmiş əlavə 38,50 manat (ümumilikdə birinci instansiya məhkəməsində ödənilmiş 429,25 manat) və apellyasiya şikayəti verilərkən ## ### 2026-cı il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 214,65 manat olmaqla, ümumilikdə 643,90 manat dövlət rüsumu ona geri qaytarılmalıdır.
87. İş üzrə çəkilmiş digər məhkəmə xərclərinə – "X18" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmış qiymətləndirmə xidmətinə görə ödənilməli olan 350 manat xərcə münasibətdə kollegiya hesab edir ki, həmin məbləğ iddiaçı İddiaçı üzərinə qoyulmalıdır. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinin mənasına görə, məhkəmə xərcləri işin nəticəsindən asılı olaraq tərəflər arasında bölüşdürülür.
88. Hazırkı iş üzrə cavabdehlərin mülki-hüquqi delikt törətməsi və ya iddiaçının mülki hüquqlarını pozması faktı mahiyyəti üzrə təsdiqini tapmamış, iddiaçının qanunla müəyyən edilmiş məhkəmə aidiyyəti qaydalarını pozaraq iddianı səhvən mülki məhkəmə icraatı qaydasında qaldırması səbəbindən icraata xitam verilmişdir. Bu səbəbdən, səhv instansiyada iddia qaldırmaqla ekspertizanın (qiymətləndirmənin) təyin edilməsinə və müvafiq xərclərin yaranmasına bais olan tərəf iddiaçı olduğu üçün, cavabdehlərin üzərinə hər hansı xərc qoyula bilməz və 350 manat xərc iddiaçı İddiaçı hesabına aid edilməlidir.
89. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.
90. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:
91. - Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli;
92. - İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, X11 X7 hüquqi şəxsə və cavabdeh3n “Şahbuz Yol Təmir İstismar” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi "xxxx İstismar" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülkiyyət hüququ ilə ona məxsus olan avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən alınıb ona təhvil verilməsi, əldən çıxmış fayda və zərərin ödənilməsi tələbinə dair iş üzrə icraata işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməli;
93. - iddiaçı İddiaçı iddia tələbləri üzrə aidiyyəti qaydada Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməli;
94. -iddiaçı İddiaçı tərəfindən iddia ərizəsi verilərkən hökumət ödəniş portalı vasitəsilə ## ###### 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 390,75 (üç yüz doxsan manat, yetmiş beş qəpik) manat, iddia tələbinin həcmi artırılarkən ödənilmiş əlavə 38,50 (otuz səkkiz manat, əlli qəpik) manat (ümumilikdə 429,25 manat) və apellyasiya şikayəti verilərkən ## ### 2026-cı il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 214,65 (iki yüz on dörd manat altmış beş qəpik) manat olmaqla, ümumilikdə 643,90 (altı yüz qırx üç manat, doxsan qəpik) manat dövlət rüsumu ona geri qaytarılmalı;
95. - birinci instansiya məhkəməsində "X18" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş qiymətləndirməyə görə yaranmış 350 (üç yüz əlli) manat məbləğində məhkəmə xərci iddiaçı İddiaçı tutularaq X18 Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: N, H/h AZ16NICB02009395900001A35090, "xxxx" ASC, Müxbir hesab AZ98NABZ01350100000000042944) köçürülməlidir.
96. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.
97. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. VIII. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 263, 264, 365, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq
qərar verdi:
Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, X11 X7 hüquqi şəxsə və cavabdeh3n “Şahbuz Yol Təmir İstismar” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi "xxxx İstismar" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülkiyyət hüququ ilə ona məxsus olan avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən alınıb ona təhvil verilməsi, əldən çıxmış fayda və zərərin ödənilməsi tələbinə dair iş üzrə icraata işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçı İddiaçı iddia tələbləri üzrə aidiyyəti qaydada Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. İddiaçı İddiaçı tərəfindən iddia ərizəsi verilərkən hökumət ödəniş portalı vasitəsilə ## ###### 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 390,75 (üç yüz doxsan manat, yetmiş beş qəpik) manat, iddia tələbinin həcmi artırılarkən ödənilmiş əlavə 38,50 (otuz səkkiz manat, əlli qəpik) manat (ümumilikdə 429,25 manat) və apellyasiya şikayəti verilərkən ## ### 2026-cı il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 214,65 (iki yüz on dörd manat altmış beş qəpik) manat olmaqla, ümumilikdə 643,90 (altı yüz qırx üç manat, doxsan qəpik) manat dövlət rüsumu ona geri qaytarılsın. Birinci instansiya məhkəməsində "X18" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş qiymətləndirməyə görə yaranmış 350 (üç yüz əlli) manat məbləğində məhkəmə xərci iddiaçı İddiaçı tutularaq "X18" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: N, H/h AZ16NICB02009395900001A35090, "xxxx" ASC, Müxbir hesab AZ98NABZ01350100000000042944) köçürülsün. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərardadından şikayət verilməzsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Səxavət Bəylərli.