Məhkəmə qərarları › İş №2(104)-985/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-985/2023

16.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-985/2023 16.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı, vəkili X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(062)-2402/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus olan adları iddia ərizəsində göstərilən əmlakların özlərinin, naturada mövcud olmadıqda isə dəyərlərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə evlənib ailə qurmuş və nikahlarını 2004-cü il tarixdə rəsmiləşdirmişlər. Evləndikdən sonra ona məxsus cehiz əşyaları gəlin köçdüyü cavabdehin yaşadığı Tovuz rayonu Alakol kəndində yerləşən fərdi yaşayış evinə yerləşdirilmişdir. Cavabdehlə birgə nikahlarından xx.xx.2006-ci ildə Pərnisə, xx.xx.2007-ci ildə Pərvanə, xx.xx.2009-cu ildə Pərvinə, xx.xx.2012-ci ildə Pərvin adlı uşaqları doğulmuşdur. Cavabdeh Binnət Nəsirov ilə 2021-ci ilin fevral ayından ailə münasibətləri pozulduğundan faktiki olaraq ayrılmışlar. Nikahlarının pozulması barədə Tovuz Rayon Məhkəməsində mülki iş vardır. O, dəfələrlə cavabdehdən əşyalarını tələb etsə də sonuncu dəfə könüllü olaraq əşyaları verməkdən imtina etmişdir. İddia ərizəsində göstərdiyi cehiz əşyalarını ona valideynləri hədiyyə etmişlər. Həmin əşyaların mülkiyyətçisi odur. Atası evinə qayıdarkən ona məxsus 110 manat dəyərində 1 ədəd yataq dəsti (qəhvəyi rəngli), 90 manat dəyərində 9 ədəd yastıq, 30 manat dəyərində 3 ədəd döşəkcə, 65 manat dəyərində 3 ədəd pakrıval dəsti (sarı rəngli), 40 manat dəyərində 04 ədəd ikiüzlü qalın ədyal, 10 manat dəyərində 02 ədəd balaca külqabı, 60 manat dəyərində 01 dəst mətbəx dəsti (plastik qablar dəsti), 25 manat dəyərində 03 ədəd qazan (qəhvəyi rəngli), 25 manat dəyərində 03 ədəd tava ( qəhvəyi rəngli), 30 manat dəyərində 01 ədəd şirəli ləyən, 40 manat dəyərində 06 ədəd şirəli qazan (ağ rəngli üzəri güllü), 150 manat dəyərində 03 ədəd çörək qabı (ağ rəngli), 3 manat dəyərində 01 ədəd tək nəfərlik döşək, 45 manat dəyərində 03 dəst rumka (şəffaf rəngi sadə), 9 manat dəyərində 05 dəst stəkan, 25 manat dəyərində 01 ədəd çaydan (balaca), 8 manat dəyərində 01 ədəd blender, 230 manat dəyərində 04 ədəd soba (gümüşü rəngli), 150 manat dəyərində 02 ədəd stol, 150 manat dəyərində 16 ədəd stul, 80 manat dəyərində 04 ədəd güldan, 150 manat dəyərində 04 ədəd qısa dalgalı soba, 30 manat dəyərində qaşıq dəsti (gümüş rəngli), 100 manat dəyərində mikser, 60 manat dəyərində 04 ədəd çərəz qabı (şəffaf rəngli sadə), 80 manat dəyərində "tefal" çaydan, 60 manat dəyərində 08 ədəd meyvə qabı (ağ rəngdə), 50 manat dəyərində 01 dəst qazan dəsti (gümüşü rəngli), 90 manat dəyərində 06 ədəd çaydan dəsti (qırmızı güllü), 60 manat dəyərində 03 ədəd elektrik blender, 14 manat dəyərində 02 ədəd böyük qənd qabı, 30 manat dəyərində 02 ədəd şirəli vedrə (sarı rəngli), 75 manat dəyərində 03 ədəd 18 dənəlik ağ rəngli xırda güllü boşqab, 120 manat dəyərində 04 ədəd 48 dənəlik gündəlik boşqab dəsti, 75 manat dəyərində 04 dəst stəkan nəlbəki dəsti, 45 manat dəyərində 03 dəst rumka, 78 manat dəyərində əl blenderi (soğan çəkən, salat doğrayan, göy taxtası) 100 manat dəyərində 04 ədəd ütü (gümüşü rəngli), 160 manat dəyərində 04 ədəd ədəd qırmızı güllü qədimi sandıq, 80 manat dəyərində 02 ədəd pastel dəsti, 01 ədəd əl dəsmalı, 05 ədəd bədən dəsmalı, 56 manat dəyərində 02 ədəd sac (qara rəngli sadə), 1 ədəd yayqı, 01 ədəd oxlov, 650 manat dəyərində 01 ədəd televizor (qara rəngli), 500 manat dəyərində 01 ədəd qaz peçi ağ rəngli, 400 manat dəyərində 01 ədəd soyuducu ağ rəngli, 450 manat dəyərində 01 ədəd paltaryuyan gümüşü rəngli, 160 manat dəyərində 4 tay un, 100 manat dəyərində 50 ədəd hazırlanmış turşular, 100 manat dəyərində 04 ədəd plasik şkaf, 180 manat dəyərində 01 ədəd balaca şkaf, 520 manat dəyərində 01 dəst divan, 02 ədəd kreslo, 01 ədəd yazı stolu, 47 manat dəyərində 06 ədəd toyuq, 130 manat dəyərində 02 ədəd tozsoran qırmızı və gümüşü rəngli, 80 manat dəyərində 02 ədəd divan kreslo üzləri, 40 manat dəyərində 02 ədəd böyük qazan dəsti, 105 manat dəyərində 01 dəst pərdə və pərdə altlığı, 100 manat dəyərində 03 ədəd yataq, 110 manat dəyərində 01 ədəd spalni yataq, 45 manat dəyərində 03 ədəd yataq üstü, 32 manat dəyərində 04 ədəd kiçik uşaqlar üçün, 32 manat dəyərində 04 ədəd pastellər uşaqlar üçün, 80 manat dəyərində 02 ədəd televizor altı (ağ rəngli), 420 manat dəyərində stenkanın içərisindəki qablar, 75 manat dəyərində 03 ədəd böyük ağ rəngli meyvə qabı, 250 manat dəyərində 01 dəst abedni, 01 ədəd kafenni, 01 ədəd "madonna", 20 manat dəyərində 03 ədəd süfrə örtüsü, 80 manat dəyərində 03 ədəd bəzəkli qab, 40 manat dəyərində 01 ədəd krosnu aparatı, 470 manat dəyərində 06 ədəd xalça, 40 manat dəyərində 02 dəst paltar asılqanı, 200 manat dəyərində 4 qapılı şkaf, 100 manat dəyərində 01 ədəd divan, 02 ədəd kreslo, 850 manat dəyərində 03 ədəd stenka, 30 manat dəyərində 03 ədəd suvinerlər, 35 manat dəyərində 06 ədəd kukla, 45 manat dəyərində 04 ədəd dəmir boşqab, 50 manat dəyərində 02 ədəd palma ağacı, 01 ədəd 50 manat dəyərində kuxna stolu, 130 manat dəyərində 02 ədəd güzgü, 50 manat dəyərində 01 ədəd kravat və 300 manat dəyərində 01 ədəd çilçıraq olmaqla əşyaları cavabdehin yaşadığı evdə qalmışdır. Odur ki, cavabdehdən həmin əşyaların özlərinin, mövcud olmadıqda isə dəyərlərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(062)-2402/2022 saylı qətnaməsi ilə (hakim F.Əliyev) iddia qismən təmin edilərək, Cavabdeh 110 manat dəyərində 1 ədəd yataq dəsti (qəhvəyi rəngli), 40 manat dəyərində 4 ədəd yastıq, 75 manat dəyərində 1 ədəd tozsoran (qırmızı rəngli), 78 manat dəyərində 1 ədəd xalça, 20 manat dəyərində 1 ədəd güldan, 520 manat dəyərində 1 ədəd divan kreslo dəsti yazı stolu ilə birlikdə, 40 manat dəyərində 1 ədəd televizor altı (ağ rəngli), 40 manat dəyərində 1 ədəd qədimi sandıq, 30 manat dəyərində 3 ədəd döşəkcə, 35 manat dəyərində 06 ədəd kukla, 30 manat dəyərində qaşıq dəsti (gümüş rəngli), 10 manat dəyərində ikiüzlü qalın 1 ədəd ədyal, 22,50 manat dəyərində 3 ədəd meyvə qabı (ağ rəngli) və 60 manat dəyərində 2 ədəd boşqab dəstindən ibarət əmlakların naturada, mövcud olmadıqda isə dəyərinin alınaraq İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: Tovuz Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş uşaqlara məxsus 4 ədəda uşaq çantası, 4 cüt ayaqqabı və 4 cüt uşaq paltarları olmaqla şəxsi istifadə üçün nəzərdə tutulmuş əşyaların cavadbehə məxsus evdən götürülməsinə Cavabdeh maneə yaratması qadağan edilmişdir. Qonşuların iştirakı ilə tərtib edilmiş aktdan görürür ki, İddiaçı 08 sentyabr 2022-ci il tarixdə döşək, yorğan, sac, ədyal, uşaq geyimləri, özü bağladığı bankaları, ümumiyyətlə özünə aid əşyaları qab-qacaqları aparmışdır. Apellyasiya şikayətinin dəlilləri. Tovuz Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(062)-2402/2022 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, Tovuz Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(062)- 2402/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Tovuz Rayon Məhkəməsində iddia tələbinə baxılarkən hakim işə bir tərəfli olaraq cavabdehin maraqlarına uyğun baxmışdır. Məhkəmədə işə baxılarkən iddiaçının izahatlarını düzgün olaraq qətnamədə qeyd etməmiş, məhkəməyə gətirdiyi şahidlərin dindirilməsinə şərait yaradılmamışdır. Qətnamənin əsaslandırıcı hissəsində hakim iddiaçının verdiyi izahat tənqidi yanaşmış, cavabdehin verdiyi aktı və icra məmurunun verdiyi izahatı isə sübut kimi qəbul etmişdir. Qətnamədə göstərilmişdir ki, guya iddiaçı əşyaları özü ilə gətirdiyi yük maşını ilə aparmışdır. Belə olan halda sual yaranır ki, nə üçün cavabdehin izahatında göstərdiyi əşyaları niyə özü ilə aparmamışdır. Bundan başqa məhkəmə mübahisəni aradan qaldırılması üçün yerli baxış təyin etməmişdir. Əgər məhkəmə yerli baxış təyin etsə idi həmin əşyaların evdə olub-olmaması müəyyən edilərdi. Həmçinin əşyaların olmasını məhkəməyə təqdim etdiyi video disklərlə tam təsdiq olunmaqdadır. Bir də qeyd etmək istəyir ki, onun şahidləri və video diskə baxış keçirərlərsə iddianın əsaslığı sübuta yetiriləcəkdir. Qeyd olunanlarla bağlı məhkəmədə bildirsə də lakin məhkəmə qeyd olunan halları araşdırmamış və nəticədə qanunsuz və ədaləsiz qətnamə qəbul etmişdir. İşin faktiki hallarından göründüyü kimi onun iddia tələbim əsasldır. Lakin buna baxmayaraq, məhkəmə işə ədalətli baxmamış və qanunsuz qətnamə qəbul etmişdir. Həmçinin hakim sübutlarına qiymət verməyərək ona qarşı qərəzli olmuşdur. Görüdüyü kimi birinci instansiya məhkəməsi əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Apellyasiya instansiyasında icraat: Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri: Cavabdeh apellyasiya şikayətinə etirazının onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin izahatları əsasında qəbul edilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmışdır. Məhkəmə tərəfindən iddia ərizəsinin surəti ona təqdim edilmiş və o tələb olunan əşyalar ilə tanış olmuşdur. Eyni zamanda məhkəmə hazırlıq iclasında İddiaçı özünün iştirakı ilə iddia ərizəsində olub əşyaların mövcud olub-olmaması, habelə aparılıb-aparılmaması müqayisələr araşdırılmışdır. Onun tərəfindən bildirilmişdir ki, «iddiaçının tələb etdiyi əşyaların hamısı mövcud olmamışdır. İddiçı gələn zaman özü ilə həmin əşyaları cehiz olaraq gətirməmişdir. Çünki o rayonda müvəqqəti olaraq yaşıyırdı, ailə qurduqdan bir müddət sonra daimi işləmək və yaşamaq üçün Rusiya Federasiyasına getmişlər. Ona görə də iddiaçı özünün göstərdiyi kimi çoxsayda əşyaları cehiz kimi gətirməmişdir. Həmçinin iddiaçı ilə aralarında olan ailə münasibətləri pozulmağa başlayandan sonra iddiaçı məhkəməyə müraciət edərək uşaqlara məxsus paltarların götürülməsi barədə müvəqqəti təminat tədbirləri üzrə qərardad qəbul edilmişdir. Həmin qərardadın icrası zamanı isə iddiaçı özünə məxsus əşyaların böyük hissəsini aparmışdır. Bunu qonşuların tərtib etdiyi akt, habelə evin yerləşdiyi küçədən çəkilmiş video görüntülər təsdiq edir. Həmin vaxt iddiaçı icra məmurlarının iştirakı ilə qərardadın icrası üçün yaxınları ilə birlikdə evə gəlmış, bu zaman evdən əşyalarının əksər hissəsinin yığıb aparmışdır. İddiaçıya hər hansı müdaxilə edilməmişdir. Hətta icra məmurları belə özləri tez bir şəkildə oranı tərk etmiş və iddiaçı manəsiz şəkildə əşyaların yığmışdır. İki ədəd yük maşını iddiaçının əşyaları ilə dolmuşdur. Bununla belə iddiaçıya məxsus müəyyən əşyalar evində qalmışdır. İddiaçı tərəfindən əşyaların mövcudluğu sübuta yetirilə bilmir. Halbuki, mülkü məhkəmə icraatının prinsiplərinə əsasən sübutetmə yükü iddiaçının üzərinə düşür. Bundan başqa iddiaçı tələb etdiyi əşyaların nədən ibarət olmasını dikdə edə bilməz. Çünki hamısı böhtandır. İddiaçının apardığı əşyalar ilə hazırki tələb etdiyi əşyalar belə uzlaşmır. Çünki hazırki əşyalar realda mövcud deyildir. Bariz nümunədir ki, iddiaçı qərardadın mövcudluğunu belə inkar edir. İddiaçının yük maşınları ilə gəlməsi, əşyaları aparması qonşuların tərtib etdiyi akt və video görüntü iiə öz təsdiqini tapır. İcra məmurları belə onun yük maşınları ilə gəlməsini təsdiq edir. Hansı əşyanın qalmasından söhbət gedə bilər? Hətta iddiaçı evdən yük maşınlarına əşyaları yığan zaman ona məxsus olan əşyalardan da aparmışdır. Hazırda isə onun yenidən mövcudluğunu sübuta yetirmədiyi əşyaları tələb etməsi əsassızdır. O, iddiaçının evdə qalan əşyalarını bir daha qeyd edərək göstərmişdir ki, 1 ədəd yataq dəsti, 4 ədəd yastıq, 1 ədəd tozsoran, 1 ədəd xalça, 1ədəd güldan, 1 ədəd divan kreslo dəsti yazı stolu ilə birlikdə, 3 ədəd döşəkcə, 06 ədəd kukla, qaşıq dəsti, 1 ədəd ədyal, 3 ədəd meyvə qabı və 2 ədəd boşqab dəsti qalmışdır. Başqa heç bir əşya atasının evində qalmamışdır. Ümumiyyətlə tələb olunan əşyalardan göstərdiklərindən başqa heç biri mövcud olmamış, iddiaçıya məxsus olan həqiqi əşyalar özü tərəfindən aparılmışdır. Hazırda tələb olunan əşyalar real mövcud olmayan, iddiaçıya məxsus olması subuta yetirilməyən əşyalardır. Evdə həqiqiətən olması qeyd etdiklərimdən başqa isə tələb olunanlardan heç bir əşya olmamışdır. Bunu birinci instansiya məhkəmə iclasında iddiaçının özünün iştirakı ilə əşyaların mövcudluğu barədə tədqiq aparılan zaman bildirmişdir. Odur ki, apellyasıya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq isə bildirdi ki, onlar 2004-cü ildə evləmişlər. Daha sonra yaşamaq üçün Rusiya Federasiyasına getmişlər. 2014-cü ildə evi təmir etdrimiş və 2015-ci ildə evə köçmüşlər. Ona məxsus cehiz əşyalarını isə 2014-cü ildə yaşadıqları evə yığmışlar. Bəzi əşyaların 3 və ya dörd dəst olması 3 qızının olması ilə əlaqədar olmuşdur. Belə ki, həmin əşyaları cehiz kimi alıb onlar üçün yığmağa başlamışdır. Ona məxsus xalçadan yalnız 1 ədədini götürmüşdür. Həmçinin, paltayuyuan maşını, gəlincikləri, plastik şkafları, geyim əşyalarını, qida məhsullarını və sair gündəlik tələbatda dair az sayda əşyaları aparmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazında göstərilənlərə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq isə bildirdi ki, iddiaçınını iddia ərizəsində qeyd etdiyi əşyaların bəziləri onun pul ilə alınmışdır. Belə ki, o, Rusiya Federasiyasında işləyərkən iddiaçıya pul göndərmiş və iddiaçı isə həmin əşyaları almışdır. Zirzəmiyə yığılmış əşyalardan isə xəbəri olmamışdır. Belə ki, o, çox vaxt Rusiya Federasiyasında olduğundan, ola bilsin ki, həmin əşyalar alınmış və iddiaçı tərəfindən anası evinə aparılmışdır. Evdə neçə ədəd sandıq olmasını xatırlamır, bildiyinə görə 1 ədəd sandıq olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Müki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Tovuz Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(062)-2402/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh iddianın təmin edilməyən hissəsində iddiaçının tələb etdiyi əşyaların çox hissəsinin ümumiyyətlə mövcud olmadığını iddia etməklə yanaşı, müvəqqəti təminat tədbiri barədə qərardadın icrası zamanı iddiaçının evə gələrək əşyalarının əksər hissəsinin yığıb apardığını və bu zaman iddiaçıya hər hansı bir müdaxilə edilmədiyini iddia etsə də cavabdehin bu izahatı işdə olan sübutlarla inkar olunmuşdur. Belə ki, iş materiallarında olan videodiskdə olan görüntüdən görünür ki, əsasən 3 dəstdən ibarət olmaqla şox sayda əşya evin zirzəmi hissəsində yığılmışdır. Belə ki, həmin əşyalardan 4 ədəd qırmızı gül şəkli ilə bəzədilmiş sandığın, 3 ədəd blenderin, müxtəlif formalı 3 dəstdən ibarət qab-qacaq dəstlərinin, 3 ədəd ütünün, 3 ədəd sobanın, 3 ədəd qısa dalğalı sobanın və sairdən ibarət əşyaların olması görünməkdədir. Lakin, cavabdeh həmin əşyaların mövcudluğunu inkar etmişdir ki, bununla da məhkəmə kollegiyası cavabdehin iddia tələbinə qarşı etirazında səmimi olmaması qənaətinə gəlmişdir. İddiaçı isə 3 qızı olması səbəbi ilə həmin əşyaların qızları üçün cehizlik alındığını iddia etmişdir ki, iddiaçının bu arqumenti ağlabatan və inandırcı olmuşdur. Bundan başqa cavabdeh müvəqqəti təminat tədbiri barədə qərardadın icrası zamanı iddiaçının evə gələrək əşyalarının əksər hissəsinin yığmağa gələrkən bu zaman iddiaçıya hər hansı bir müdaxilə edilmədiyini iddia etsə də özü tərəfindən təqdim edilmiş videodiskdə olan görütülərdə onun iddiaçının əşyaları aparmasına maneçilik yaratması görünməkdədir. Hətta qızının özünə məxsus əşyaları yığdığı torbanı belə açdıraraq içinə baxması halları da görüntülərdə görünməkdədir. Həmin görüntülərdən isə iddiaçının və övladlarının gündəlik istifadə üçün nəzərdə tutulan şəxsi istifadə üçün əşyaların, qida məhsullarının götürlüməsi görünməkdədir. Həmçinin, cavadbeh tərəfindən məhkəməyə təqdim edilmiş aktla da əsas əşyaların aparılması qeyd olunmamaqla, iddiaçının döşək, yorğan, sac, ədyal, uşaq geyimləri və turşu bankalarını aparması qeyd olunuşdur. Hazırkı qətnamə ilə təmin edilən əşyaların isə iddiaçı tərəfindən aparılması müəyyən edilməmişdir. Bundan başqa videgörüntülərdə iddiaçının tələb etdiyi bir çox əşyaların mövcud olması görünməkdədir. Həmin görüntülərdə 6 ədəd cehizlik böyük yastığın olması görünsə də məhkəmə tərəfindən yalnız 4 ədədi təmin edilmişdir. Bundan başqa iddia tələbində qeyd olunan bəzi əşyaların iddiaçı tərəfindən aparılması müəyyən edilməkdədir ki, məhkəmə iclasında iddiaçı həmin əşyaları apardığını etiraf etmişdir. Bunlar 1 ədəd xalçanın, paltayuyuan maşının, gəlinciklərin, plastik şkafların, sacın, oxlovun, turşu bankaları və sair əşylardır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinə iddia tələbini dəqiqləşməsi barədə ərizə vermişdir ki, həmin ərizədə bəzi əşyalarla bağlı birinci instansiya məhkəməsində tələb olmadığından məhkəmə həmin tələbi yeni tələb kimi qəbul edərək icraata qəbul etməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı soyuducunun, televizorun, qaz peçinin, mətbəx mebeli və stol-stulunun onun cehiz əşyası olmasını iddia etsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası həmin əşyaların birgə nikah dövründə əldə edilmiş əmlak hesab edərək, həmin əşyaların dəyərlərinin yarısının cavadbehdən tutulmasını əsaslı hesab etmişdir. Yuxarıda qeyd olunduğu kimi iddiaçının tələb etdiyi bir sıra əşyalar əsasən 3 dəstdən ibarət olmuşdur ki, məhkəmə kollegiyasının iclasında həmin əşyaların tərəflərin birgə nikahından doğulmuş qızlarının cehiz əşyaları kimi alınması müəyyən edilmişdir. Cavabdeh həmin əşyaların onun vəsaiti hesabına, yəni birgə nikah dövründə əldə edilmiş gəlir hesabına əldə edildiyini iddia etmişdir ki, uşaqların analarının yanında qalması müəyyən edildiyindən məhkəmə kollegiyası həmin əşyaların da cavabdehdən alınaraq iddiaçıya verilməsini əsaslı hesab etmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kolegiyası hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(062)-2402/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(062)-2402/2022 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli və Cavabdeh dəyəri 200 manat olan 4 qapılı paltar dolabı, dəyəri 300 manat olan qəhvəyi rəngli qonaq otağı dolabı, dəyəri 65 manat olan 1 ədəd güzgü mebeli, dəyəri 105 manat olan pərdə və pərdə altlığı, ümumi dəyəri 20 manat olan 2 ədəd böyük yastıq, ümumi dəyəri 40 manat olan 4 ədəd balaca yastıq, ümumi dəyəri 30 manat olan 3 ədəd ikiüzlü ədyal, ümumi dəyəri 80 manat olan 2 ədəd pastel dəsti, 1 ədəd əl dəsmalı və 5 ədəd bədən dəsmalı, dəyəri 40 manat olan 6 ədəd ağ rəngli üzəri güllü şirəli qazan dəsti, dəyəri 30 manat olan 1 ədəd şirəli ləyən, ümumi dəyəri 150 manat olan 1 ədəd stol və 8 ədəd stul, ümumi dəyəri 210 manat olan 3 ədəd gümüşü rəngli soba, ümumi dəyəri 240 manat olan qısa dalğalı soba, ümumi dəyəri 25 manat olan 3 ədəd qəhvəyi rəngli qazan dəsti, ümumi dəyəri 25 manat olan 3 ədəd qəhvəyi rəngli tava dəsti, ümumi dəyəri 30 manat olan 3 ədəd çörək qabı, ümumi dəyəri 45 manat olan 3 dəst rumka, ümumi dəyəri 45 manat olan 3 ədəd mexaniki blendr, ümumi dəyəri 75 manat olan elektrikli blendr, ümumi dəyəri 60 manat olan 6 ədəd qırmızı güllü çaydan dəsti, ümumi qiyməti 75 manat olan 4 ədəd stəkan-nəlbəki dəsti, ümumi dəyəri 45 manat olan 3 dəst salat doğrayan, ümimi dəyəri 60 manat olan 3 dəst 18 nəfərlik güllü boşqab dəsti, ümumi dəyəri 90 manat olan 48 nəfərlik yumru boşqab dəsti, ümumi dəyəri 60 manat olan 3 dəst dördkünc stəkannəlbəki dəsti, ümumi dəyəri 80 manat olan çemodanda qaşıq dəsti, ümumi dəyəri 75 manat olan 3 ədəd güldan, ümumi dəyəri 90 manat olan 3 ədəd ütü, ümumi dəyəri 120 manat olan 3 ədəd qızrmızı güllü sandıq, ümumi dəyəri 45 manat olan 3 ədəd pastel dəsti, ümumi dəyəri 20 manat olan 3 ədəd süfrə, ümumi dəyəri 80 manat olan 3 ədəd bəzəkli qab, ümumi dəyəri 65 manat olan 3 ədəd sarı rəngli pakrıval dəsti, ümumi dəyəri 250 manat olan “madonna” dəsti, ümumi dəyəri 200 manat olan açıq qəhvəyi rəngli 2 ədəd xalça, dəyəri 70 manat olan 1 ədəd qırmızı rəngli xalça, dəyəri 70 manat 1 ədəd açıq qəhvəyi təngli xalça, dəyəri 70 manat olan 1 ədəd boz rəngli xalça, dəyəri 200 manat olan 1 ədəd çilçıraq, ümumi dəyəri 30 manat olan çərəz qabı, dəyəri 80 manat olan divankreslo üzlüyü və ümumi dəyəri 100 manat olan 3 ədəd yataqdan ibarət əmlaklar naturada, mövcud olmadıqda isə dəyəri alınaraq İddiaçı verilməli, ocümlədən birgə nikah dövründə əldə edilmiş əşyalardan soyuducunun dəyərinin yarısı olan 200 manat, televizorun dəyərinin yarısı olan 300 manat, qaz peçinin dəyərinin yarısı olan 200 manat, mətbəx mebeli və stol stulunun dəyərinin yarısı olan 150 manat Cavabdeh alınaraq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Tovuz Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(062)-2402/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(062)-2402/2022 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilsin. Cavabdeh dəyəri 200 manat olan 4 qapılı paltar dolabı, dəyəri 300 manat olan qəhvəyi rəngli qonaq otağı dolabı, dəyəri 65 manat olan 1 ədəd güzgü mebeli, dəyəri 105 manat olan pərdə və pərdə altlığı, ümumi dəyəri 20 manat olan 2 ədəd böyük yastıq, ümumi dəyəri 40 manat olan 4 ədəd balaca yastıq, ümumi dəyəri 30 manat olan 3 ədəd ikiüzlü ədyal, ümumi dəyəri 80 manat olan 2 ədəd pastel dəsti, 1 ədəd əl dəsmalı və 5 ədəd bədən dəsmalı, dəyəri 40 manat olan 6 ədəd ağ rəngli üzəri güllü şirəli qazan dəsti, dəyəri 30 manat olan 1 ədəd şirəli ləyən, ümumi dəyəri 150 manat olan 1 ədəd stol və 8 ədəd stul, ümumi dəyəri 210 manat olan 3 ədəd gümüşü rəngli soba, ümumi dəyəri 240 manat olan qısa dalğalı soba, ümumi dəyəri 25 manat olan 3 ədəd qəhvəyi rəngli qazan dəsti, ümumi dəyəri 25 manat olan 3 ədəd qəhvəyi rəngli tava dəsti, ümumi dəyəri 30 manat olan 3 ədəd çörək qabı, ümumi dəyəri 45 manat olan 3 dəst rumka, ümumi dəyəri 45 manat olan 3 ədəd mexaniki blendr, ümumi dəyəri 75 manat olan elektrikli blendr, ümumi dəyəri 60 manat olan 6 ədəd qırmızı güllü çaydan dəsti, ümumi qiyməti 75 manat olan 4 ədəd stəkan-nəlbəki dəsti, ümumi dəyəri 45 manat olan 3 dəst salat doğrayan, ümimi dəyəri 60 manat olan 3 dəst 18 nəfərlik güllü boşqab dəsti, ümumi dəyəri 90 manat olan 48 nəfərlik yumru boşqab dəsti, ümumi dəyəri 60 manat olan 3 dəst dördkünc stəkannəlbəki dəsti, ümumi dəyəri 80 manat olan çemodanda qaşıq dəsti, ümumi dəyəri 75 manat olan 3 ədəd güldan, ümumi dəyəri 90 manat olan 3 ədəd ütü, ümumi dəyəri 120 manat olan 3 ədəd qızrmızı güllü sandıq, ümumi dəyəri 45 manat olan 3 ədəd pastel dəsti, ümumi dəyəri 20 manat olan 3 ədəd süfrə, ümumi dəyəri 80 manat olan 3 ədəd bəzəkli qab, ümumi dəyəri 65 manat olan 3 ədəd sarı rəngli pakrıval dəsti, ümumi dəyəri 250 manat olan “madonna” dəsti, ümumi dəyəri 200 manat olan açıq qəhvəyi rəngli 2 ədəd xalça, dəyəri 70 manat olan 1 ədəd qırmızı rəngli xalça, dəyəri 70 manat 1 ədəd açıq qəhvəyi təngli xalça, dəyəri 70 manat olan 1 ədəd boz rəngli xalça, dəyəri 200 manat olan 1 ədəd çilçıraq, ümumi dəyəri 30 manat olan çərəz qabı, dəyəri 80 manat olan divankreslo üzlüyü və ümumi dəyəri 100 manat olan 3 ədəd yataqdan ibarət əmlaklar naturada, naturada qaytarılması mümükün olmadıqda isə dəyərləri alınaraq, İddiaçı verilsin. Birgə nikah dövründə əldə edilmiş əşyalardan soyuducunun dəyərinin yarısı olan 200 manat, televizorun dəyərinin yarısı olan 300 manat, qaz peçinin dəyərinin yarısı olan 200 manat, mətbəx mebeli və stol stulunun dəyərinin yarısı olan 150 manat Cavabdeh alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar