Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-201/2025 09.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X8 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Gəgiran kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. O, ərizəsini onunla əsaslandırmışdır ki, 24 fevral 2023-cü il tarixdə həmkəndlilX2 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurub evlənmişdir. Birgə nikahlarından xx.xx.2024-cü il tarixdə Ramilə adlı bir uşaqları anadan olmuşdur. Əri X1 fərdi əməklə məşqul olur.Yaşadığı Gəgiran kəndindən Lənkəran şəhərinə gələn yollar çox bərbad halda olduğundan, kəndə marşurut işləmir. Ona görədə o, müainə və müalicə almağı üçün Lənkəran RMX-na gedə bilməmiş, təcili tibbi yardımın əməkdaşları vaxtında gəlib ona özlərini çatdıra bilməmiş, buna görə də o, ev şəraitində doğuş etmişdir. Ramilə ev şəraitində doğulduğu üçün doğum haqqında şəhadətnamə ala bilmir. Ramilə sağ və salamat anadan olmuş və hal-hazırda da onunla birlikdə yaşayır və Lənkəran rayonu Gəgiran kənd həkim məntəqəsində qeydiyyatdadır. Ramilə üçün doğum faktının müəyyən edilməsi ilə əlaqədar müvafiq rayon qeydiyyat şöbəsinə müraciət etmiş və onda müvafiq həkim arayışı olmadığı üçün məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Hazırda Ramilə üçün doğum haqqında şəhadətnaməni başqa yolla əldə etmək mümkün deyildir. Buna görə də xx.xx.2024-cü il tarixdə Ramilənin doğulması faktının müəyyən edilməsi barədə hazırki, ərizə ilə məhkəməyə müraciət edir. Göstərdiyi xüsusatları şahidləri də təsdiq edə bilərlər. Məhkəmədə ərizəçi ərizəsində yazılanlara uyğun izahat verib onun təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin185.5-ci maddəsini rəhbər tutaraq işə QŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. TƏDQİQ OLUNMUŞ SÜBUTLAR : Ambulator Kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli Çıxarışdan və Gəgiran kənd həkim məntəqəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə Ərizəçi Maraqlı şəxs2 adında uşağı doğulmuş və hal-hazırda praktik olaraq sağlamdır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X4 nikahları Lənkəran rayon QŞ-i tərəfindən xx.xx.2023-cü il tarixdə 87 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Məhərrəmzadə” soyadı verilmişdir. Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, ərizəçiyə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərmişdir ki, ərizəçi arvadıdır. Onların birgə nikahlarından bir oğlu vardır. xx.xx.2024-cü il tarixdə doğulmuş qızı onnların ikinci övladlarıdır. Doğuş günü onlar TTY-da zəng etmişlər ki, kəndlərinə gəlsindər. Eyni zamanda da kəndçiləri Ələmə zəng vurub hamilə arvadını doğuş üçün xəstəxanaya aparmaq lazım olduğunu bildirmiş, Ələm öz maşınında arvadını xəstıxanaya aparaq zaman avtomobildə doğuş baş vermişdir. Onlar avadını kənddəki bir qadının evinə düşürmüş, daha sonra ora gələn TTY maşınını ilə arvadı və uşağını xəstəxanaya aparmışlar. Məhkəmə iclasında digər şahidlər, sürücü X3, ərizəçinin bibisi X7 və qayınatası X12 da eyni məzmunda ifadə vermişlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizəçini və şahidləri dindirib, iş materiallarını tətqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi X5 ilə xx.xx.2023-cü il tarixdə rəsmi olaraq ailə qurmuşdur. xx.xx.2024-cü il tarixdə avtomobilin içərisində onların Ramilə adlı qızı dünyaya gəlmişdir. Lakin vaxtında doğum faktının qeydiyyata alınması təmin edilməmiş, hazırda isə tələb olunan sənədlərin əldə edilməsi və bu faktın inzibati qaydada müəyyən olunması qanunvericiliyin tələbləri baxımından mümkünsüzdür. Ərizəçi qızı Ramilənin doğum faktının qeydə alınmaması səbəbindən onun üçün doğum şəhadətnaməsi ala bilməmiş, eləcədə qanunvcericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlər yaranmışdır. Bu barədə Maraqlı şəxs1nə müraciət etmiş, oradan da imtina məktubu verilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, ərizəçinin uşağıxx.xx.2024-cü il tarixdə Maraqlı şəxs2 Lənkəran rayonu, Gəgiran kəndində doğulması doğulması faktı müəyyən edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçinin uşağı - xx.xx.2024-cü il tarixdə Ərizəçi Lənkəran rayonu, Gəgiran kəndində doğulması doğulması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-201/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-201/2025
09.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver