Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-203/2025 05.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Təhsim qızı və Cavabdeh2 qarşı cavabdehlərə məxsus əmlakının evdən çıxarılması və evin mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə xx.xx.2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 37.2 kv.metr ümumi sahədən ibarət Daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli kitabın 87ci vərəqində qeydiyyata alınmaqla ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən” ÇİXARİŞ-a əsasən ona məxsus xüsusi mülkiyyətdə olan fərdi yaşayış evindən cavabdehlərə məxsus olan vanna otağında olan bir ədəd paltaryuyan maşın, əl üz yuyan güzgü ilə birlikdə, divara bərkidilmiş sabın qabı, duş sistemi, vannalı mətbəxdə olan divar güzgüsü, bir ədəd stol, mətbəx mebeli içərisində olan qablarla birlikdə, qaz sobası və onun havalandırma sistemi, bir ədəd iki kameralı soyuducu, böyük otaqda olan bir ədəd divan, stol 6 stulla birlikdə, divarda olan güzgü, iki ədəd matras, srolun üstünə qoyulmuş yorğan döşək, bir ədəd çilçıraq, kamot, 1 ədəd bəzəkli iri güldan, kamotun üzərində olan xırda əşyalar, yataq otağında olan 1 ədəd çilçıraq, iki mərtəbəli çarpayı, paltar dolabı (şifoner) içərisindəki əşyalarla birlikdə, pəncərənin qabağında olan balaca şkaf, güzgülü şkaflı kabot mebeli onun içərisində olan əşyalarla birlikdə, bir ədəd kondisioner, sonradan evə artırılmış icazəsiz tikili hissəsində olan bütün əşyaların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən 37.2 kv.metr ümumi sahədən ibarət mənzil almış, həmin mənzilin mülkiyyətinə verilməsi barədə ona xx.xx.2022-ci il qeydiyyat tarixli **********69-05101-093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Daşınmaz əmlakın Dövlət Reyestrindən” ÇİXARİŞ verilmişdir. Həmin mənzilə Çıxarış almamışdan əvvəl onun faktiki mülkiyyətində olduğu üçün oğlu Mailin toyundan sonra həmin mənzili oğlu Maillə onun arvadı olmuş Cavabdeh1 yaşamaq üçün müvəqqəti vermişdir. X1 aralarında olan ailə münasibətləri pozulmuş və onlar ayrılmışlar. Bundan sonra Nərgiz öz əmlakını şəxsi mülkiyyətində olan mənzildən çıxarmamış, evin açarlarını özündə saxlamaqla mülkiyyətində olan əmlakından sərbəst istifadə etməyinə imkan verməmişdir. Həmin mənzilin açarlarını eyni zamanda Nərgiz özü ilə yanaşı qardaşı, digər Cavabdeh2 da saxlamış, 2023-cü ilin dekabr ayına kimi cavabdehlər həmin evdən qanunsuz olaraq istifadə etməklə şəxsi əmlakından istifadə etməyinə imkan vermədiklərindən o, onlar barəsində məhkəmədə iddia qaldırmış və Lənkəran Rayon Məhkəməsinin 2(049)-2414/2023 saylı 14 avqust 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlərdən Cavabdeh2 evdə yaşaması müəyyən edildiyindən onun hamin evdən çıxarılması qət edilmişdir. Bundan sonra qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Lənkəran İcra və Probasiya şöbəsinin icra məmurları qətnamənin icra olunmasına 06 dekabr 2023-cü il tarixə təyinat vermiş və həmin tarixdə Cavabdeh2 evdən çıxarılmış və mənzilin açarları yenisi ilə əvəz edilərək ona təqdim edilmişdir. Lakin həmin qətnamə icra olunarkən qətnamədə əmlakların çıxarılması qeyd edilmədiyini əsas gətirərək icra məmurları əmlakları evdən çıxarmamış və məhkəmə qətnaməsi olmadan bunu etmək səlahiyyətlərinin olmadığını bildirmişlər. Bundan sonra dəfələrlə Cavabdeh2 əmlakları evindən çıxarılmasını tələb estə də o, əmlakların ona deyil bacısı Cavabdeh1 məxsus olduğuna görə çıxartmaqdan imtina etmişdir. Cavabdeh1 isə qardaşı ilə telefon vasitəsilə danışdığını və əmlakları könüllü şəkildə çıxarmayacağını bildirmişdir. Cavabdeh2 isə mənzilində olan əmlakların bir hissəsinin ona məxsus olduğunu bildirsə də, özünə məxsus əmlakları da çıxarmaqdan imtina etməklə hər iki cavabdeh qanunsuz, olaraq onun şəxsi mülkiyyətində olan mənzildən istifadə etməyinə maneə törətməkdə davam edirlər. Cavabdehlərdən onun mənzilini boşaldılmasını dəfələrlə tələb etsə də, onlar buna əhəmiyyət verməmiş, mülkiyyətində olan mənzilində olan əşyalarını könüllü olaraq çıxarmadıqları üçün hazırki iddia əizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, oğlu ilə Cavabdeh1 arasında rəsmi nikah olmamış, Nərgiz 05 ildir ki, oğlundan ayrı yaşayır. İddia ərizəsini vəkili tərtib etmiş və onun dediyi sübutları iddia ərizəsinə əlavə etmişdir. İddia ərizəsinə əlavə etdiyi sübutlar əsasında iddiasının təmin olunmasını istəyir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçı tərəfindən təqdim olunmuş sübutlar: xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli “Daşınmaz əmlakın Dövlət Reyestrindən” ÇİXARİŞ-dan görünür ki, ünvan 2 ünvanda yerləşən və sahəsi 37.20 kv.m olan yaşayış sahəsi tam mülkiyyət hüququ əsasında iddiaçının adına Dövlət qeydiyyatına alınmışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2414/2023 saylı 14 avqust 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehl Cavabdeh2 iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən mənzildən çıxarılması qət edilmişdir. Lənkəran İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş 06 dekabr 2023-cü il tarixli aktdan göğrünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 2414/2023 saylı 14 avqust 2023-cü il tarixli icra sənədi icra olunmuşdur. DVD diskindəki görüntülərdə mənzildə məişət avadanlığının yerləşdirildiyi görünür. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, onlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından məlum olur ki, Lənkəran rayonunun Xanbulan kəndində yerləşən 15 nömrəli evin 8 nömrəli mənzil iddiaçının mülkiyyətindədir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2414/2023 saylı 14 avqust 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 iddiaçının mənzildən çıxarılmışdır. Mübahisələndirlən hallar kimi, iddiaçı iddia ərizəsində göstərdiyi əmlakın cavabdehlərə məxsus olduğunu, cavabdehlərin həmin əmlakı könüllü olaraq onun evindən çıxarmamalarını göstərmişdir. Buna görə də məhkəmədə iddia qaldırmışdır. Mübahisələndirlən hallarla bağlı məhkəməı qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Yəni, Konvensiyanın tələblərinə əsasən ilk növbədə sübut etmə yükü iddiaçının, hazırki iş üzrə isə İddiaçı üzərinə düşür. O, Mail adlı şəxsin onun oğlu, Cavabdeh1 isə sabiq gəlini olduğunu, oğlu ilə gəlini arasında rəsmi nikahın olmadığını, gəlinlərinin 05 il bundan əvvəl oğlundan ayrılaraq mənzilini tərk etdiyini, mənzilindən çıxarılmasını tələb etdiyi əmlakın cavabdehlərə məxsus olduğunu göstərsə də, həmin halları təsdiqləyən və mötəbər sübutlar hesab olunan oğlunun doğum şəhadətnaməsinin təsdiq olunmuş surətini, oğlu ilə gəlininin rəsmi nikahda olub-olmamalarını müəyən etmək məqsədilə Qeydiyyat şöbəsinin arayışını və ya nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətini, çıxarılmasını tələb etdiyi əmlakın məhz cavabdehlərə məxsus olmasını təsdiqləyən sübutunu, həmin əmlakın hansı hissəsinin Cavabdeh1, hansısa hissəsinin Cavabdeh2 məxsus olmasına dair sübutunu, həmin əmlakın məhz iddiaçının mənzilidə olmasını təsdiqləyən sübutunu, əmlakın siyahısını iddia ərizəsinə əlavə etməmiş, eləcə də, məhkəmə hazırlıq iclasına gələrək onları məhkəməyə təqdim etməmişdir. Həmin sübutlar olmadan, onları tədqiq etmədən iddiaçının haqlı olması qənaətinə gəlmək mümükün deyildir. Belə ki, iddiaçının oğlunun doğum şəhadətnaməsinin təsdiq olunmuş surəti və oğlu ilə gəlininin rəsmin nikahda olub-olmamasını müəyən etmək məqsədilə Qeydiyyat şöbəsinin arayışını və ya nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surəti olmadan Cavabdeh1 məhz iddaçının gəlini olduğunu müəyyən etmək olmur. Bundan əlavə, həmin sənədlər olmadığından iddiaçının gəlininin həmin mənzildə istifadə hüququnun olubolmadığını da müəyyən etmək olmur. Gəlininin istifadə hüququ varsa, gəlinə məxsus əmlakın çıxarılması tələbi təmin oluna bilməz. Əksinə, gəlinin istifadə hüququ olmazsa, gəlinə məxsus əmlakın çıxarılması tələbini haqlı saymaq olar. Məhz yuxarıda qeyd olunmuş sübutların təqdim olunmaması, yuxarıda qeyd olunmuş halları müəyyən etməyə imkan verməmişdir. Məhkəmə qətnaməsi ilə Cavabdeh2 iddiaçıya məxsus mənzildən çıxarılması qət edilmişdir. Bu hal həmin cavabdehə məxsus əmlakın iddiaçıya məxsus mənzildən çıxarılması üçün əsasdır. Lakin, iddiaçı, çıxarılmasını tələb etdiyi əmlakın konkret olaraq hansılarının Cavabdeh2 məxsus olduğuna dair hər hansi bir sübutunu məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cavabdehlərə qarşı əmlakların mənzilindən çıxarılması tələbinə dair iddiası sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunmasın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-203/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-203/2025
05.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver