Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2097/2025 06.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X29 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Mikayılova (Şiriyeva) Lətifə Dadaş qızının xx.xx.1936-ci il tarixdə Lənkəran şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Onun atası X17, anası isə X11r. O, vəfat etmiş valideynləri üçün ölüm haqqında şəhadətnamələr əldə etmiş, lakin anası X8 doğum faktını təsdiq edən hər hansı bir sənəd əldə edə bilməmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X22 filialına müraciət etmişdir. Orada 1935-1936, 1936, 1936-1937-ci illərə aid doğum faktı kitabları yoxlanılmış, həmin kitablarda anası X8 doğumuna aid heç bir sənəd müəyyən edilməmişdir. O, vərəsəlik məsələsini həll etməkdən ötrü müvafiq sənədləri toplayandan sonra Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ona X8 doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Həmin sənədləri başqa yolla əldə edə bilmir. Doğum faktının müəyyən edilməsi ona vərəsəlik məsələsini həll etməkdən ötrü lazımdır. Ona görə də məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi öz iddia tələbini müdafiə edib ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, mərhum anası X8 atasının X10, anasının isə X1 qeyd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, X15 onun xalası olmuşdur, Elman isə xalasının böyük oğludur. X3 09 aprel 1936-cı ildə Lənkəran şəhərində anadan olub, onun anasının adı Gülənbər, atasının adı isə Dadaşdır. Öz anası X18 1931-ci ildə, dayısı X13 isə 1933-cü ildə anadan olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, Ərizəçi onun bibisi oğludur. X2r. X8 anası X6, atası isə X19r. X8 məzarını ziyarət edərkən məzar daşında mərhumun doğum tarixinin xx.xx.1936-cı il kimi qeyd olunduğunu görmüşdür. İş materiallarında olan doğum haqqında şəhadənamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Lənkəranda anadan olmuş, atası X17, anası isə X11r. Azərbaycan respublikasının Milli Arxiv İdarəsi X22 Filialından verilmiş arxiv arayışından görünür ki, X22 filialında saxlanılan Azərbaycan Respublikası Lənkəran X5 X12 şəhəri üzrə 1935-1936, 1936, 1936-1937-ci illərə aid doğum kitablarında X8 doğumu haqqında heç bir sənəd aşkar edilməmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-in 2 Saylı Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli 33 saylı arayışdan görünür ki, 1936-cı il təvəllüdlü X21 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Ölüm haqqında xx.xx.2014-cü il tarixli, 41 saylı akt qeydi tərtib olunmuş, lakin arxiv olmadığı üçün doğum şəhadətnaməsi barədə məlumat vermək mümkün olmamışdır. Maraqlı şəxsndən verilən arayışdan görünür ki, X21 xx.xx.2014-cü ildə ölmüşdür. Ölüm haqqında xx.xx.2014-cü il tarixli 41saylı akt qeydi tərtib olunmuşdur. Maraqlı şəxsndən verilən digər arayışdan görünür ki, X17 ilə X8 nikahı Maraqlı şəxs tərəfindən xx.xx.1959-cu il tarixdə 07 nömrəli aktla qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Şiriyeva” soyadı verilmişdir. Maraqlı şəxsndən verilən digər arayışdan görünür ki, X7 xx.xx.1933-cü il tarixdə anadan olması barədə Maraqlı şəxsndə 18 yanvar 2005-ci il tarixdə 01 nömrəli doğum haqqında bərpa aktı tərtib edilmişdir. Həmin akta əsasən X7 atası X23, anası X4r. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə ərizəçini və şahidləri dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları, ərizəçinin izahatı və şahidlərin ifadələri ilə müəyyən edimişdir ki, Ərizəçi anası, mərhum Mikayılova (Şiriyeva) Lətifə Dadaş qızı 09 aprel 1936-cı il tarixdə Lənkəran şəhərində doğulmuş və 05 fevral 2014-cü il tarixdə vəfat etmişdir. Mikayılova (Şiriyeva) Lətifə Dadaş qızının atası X23, anası X4r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci madddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3 və 307.2.10-cu maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının və atalığın etiraf olunması faktının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X5, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X5 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X5 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Mikayılova (Şiriyeva) Lətifə Dadaş qızının 09 aprel 1936-cı il tarixdə Lənkəran şəhərində doğulması faktı müəyyən edilməli, həmçinin Mikayılova (Şiriyeva) Lətifə Dadaş qızının atasının X23, anasının X6 olması qeyd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Mikayılova (Şiriyeva) Lətifə Dadaş qızının xx.xx.1936-cı il tarixdə Lənkəran şəhərində doğulması faktı təsdiq edilsin. Doğum haqqında akt qeydinə Mikayılova (Şiriyeva) Lətifə Dadaş qızının atasının X23, anasının X6 olması qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X32
Məhkəmə qərarları › İş №2(049)-2097/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2097/2025
06.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver