Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-21/2023 20.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: Heydərov Rəşad Allahyar oğlunun katibliyi, iddiaçı: İddiaçı, cavabdeh: Cavabdeh, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran Rayon Vilvan Bələdiyyəsinin nümayəndəsi: X13 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «Qanunsuz zəbt edilmiş yolun açılması» tələbinə dair iddiasına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 saylı Qərarı ilə mülkiyyətə verilmiş Lənkəran rayonu, Vilvan kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsinə və digər həyətyanı torpaq sahələrinə gedən yolun Cavabdeh tərəfindən zəbt olunmuş-hissəsinin zəbtdən azad edilməsi, yoldan istifadəyə maneənin birdəfəlik aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandılmışdır ki, keçirilən torpaq islahatının nəticəsi olaraq Vilvan kəndi ərazisində yerləşən istifadələrində olan həyətyanı torpaq sahəsi ailələrinin mülkiyyətinə verilmişdir. Belə ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli, 07 saylı Qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsi onun və ailəsinin daha dörd üzvünün, həyat yoldaşının və üç uşağın ümumi mülkiyyətinə verilmişdir. Eyni zamanda həmin qərarla Vilvan kəndi ərazisində, onların mülkiyyətinə verilmiş torpaq sahəsinin qonşuluğunda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi qardaşı X7 və dörd nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Qardaşının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsindən də onların razılığı əsasında onlar istifadə edirlər. Həyətyanı torpaq sahəsi qanuni istifadələrində olduğu vaxt 1993-cü ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikmiş və həmin vaxtdan bu günə kimi ailə üzvləri ilə həmin fərdi yaşayış evində yaşayırlar. Mülkiyətlərində olan həyətyanı torpaq sahəsinə və digər qonşuların həyətyanı torpaq sahəsinə ümumi istifadə üçün yol nəzərdə tutulmuşdur. Uzun müddətdir ki, həmin yol cavabdeh X5 tərəfindən tutulmuşdur. Cavabdeh tərəfindən zəbt edilmiş yolun açılması üçün müxtəlif orqanlara Vilvan bələdiyyəsinə, Vilvan kənd icra nümayəndəsinə, Lənkəran ŞRPŞ-nə müraciət etmişdir. Vilvan bələdiyyəsi kəndin baş plan xəritəsinə əsasən göstərilən ərazidə ümumi istifadə üçün yolun olmasını təsdiq edir, polis işçiləri gəlir, cavabdehdən yolu açması tələb olunur. Cavabdeh onların tələbindən sonra dəmir tor ilə tutduğu yolu açır. Həmin şəxslər gedəndən sonra yenə də dəmir toг çəpəri bərpa etməklə yolu tutur və həmin yoldan istifadə ertmək mümkün olmur. Cavabdeh öz həyətyanı torpaq sahəsindən əkin biçin kimi istifadə edir, həyətyanı torpaq sahəsində fərdi yaşayış evi yoxdur. Dəfələrlə cavabdehə bu barədə bildirsə də, cavabdeh yolu açmır, onu qəsdən münaqişəyə çəkib ictimai qayda pozuntusu görüntüsü yaradıb, polisə şikayət edəcəyi ilə hədələyir. Buna görə cavabdeh tərəfindən zəbt olunmuş yolun açılması, pozulmuş hüquqün bərpası, mülkiyyətində olan həyətyanı torpaq sahəsindən sərbəst istifadə imkanının yaradılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı izahatında iddia ərizəsində göstərdiklərini təsdiq edib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, qeyd olunan yolda qoyulan çəpəri o tikmişdir, iddiaçının yolu başqa yerdəndir, iddiaçı evinin qarşısı ilə yolu var. O, hazırda mübahisə olunan yolun açılmasını istəmir və yolu açmaq fikri yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran Rayon Vilvan Bələdiyyəsinin nümayəndəsi X25 izahatında bildirdi ki, tərəflər arasına mübahisə olunan yol bələdiyyə mülkiyyətindədir, həmin yolun son hissəsi cavabdeh tərəfindən çəpərlə tutulmuşdur, həmin yola dair bələdiyyənin iddiaçıya və ya cavabdehə qarşı hər hansı iddiası olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-718A kod 80200038 №-li Şəhadətnamədən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli, 06 saylı qərarına əsasən Lənkəran rayonu, Vilvan kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi X14, X15,X8, X20, X9 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-719A kod 80200038 №-li Şəhadətnamədən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli, 06 saylı qərarına əsasən Lənkəran rayonu, Vilvan kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi İddiaçı, X10,X2 Turab Mirəyyub oğlu, X3 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-422A kod 80200038 №-li Şəhadətnamədən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli, 07 saylı qərarına əsasən Lənkəran rayonu, Vilvan kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi Cavabdeh, X21, X6, X1 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı xx.xx.2009-cu il tarixli Çıxarışdan görünür ki, Lənkəran rayonu Vilvan kəndində yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 may 2021-ci il tarixli, 12-11/317 nömrəli arayışından görünür ki, Rəhimov X4 rayonu, Vilvan kəndində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Vilvan Bələdiyyəsinin 29 aprel 2021-ci il tarixli, 29 nömrəli arayışından görünür ki, Vilvan kənd sakini İddiaçı yol barəsində etdiyi şikayətinə əsasən Vilvan kəndinin baş planına uyğun olaraq kəndin ərazisini əks edən xəritədə 1990-1991-ci illərdə gənc ailələrə verilmiş şəxsi həyət torpaqlar üçün yoldur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Vilvan Bələdiyyəsinin 10 iyun 2021-ci il tarixli, 38 nömrəli arayışından görünür ki, Vilvan kəndinin baş planına uyğun olaraq kəndin ərazisini əks edən xəritədə 1990-1991-ci illərdə gənc ailələrə verilmiş şəxsi həyət torpaqlar üçün yoldur. Ayrılmış həmin yolun ətrafında 718, 719, 713, 730, 380, 734 saylı təsərrüfatlar vardır. Yol həmin təsərrüfatlara məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 31208 nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 10 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daçınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********78 saylı mütəxəssis rəyindən görünür ki, araşdırma zamanı İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan sözügedən 0,06 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunmadığı müəyyən olumüşdur. Bununla yanaşı mülki işin qərardadına əsasən əsas iddia predmeti “qanunsuz zəbt edilmiş yolun açılması” tələbidir. Aparılmış araşdırma zamanı İddiaçı özünəməxsus həyətyanı torpaq sahəsinə və digər həyətyanı torpaq sahələrinə gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsi Vilvan kəndi ərazisində “vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin özəlləşdirilməsinə dair” tərtib olunmuş kompleks yerquruluşu layihəsində yol kimi öz əksini tapmışdır. Kompleks yerquruluşu layihəsində öz əksini tapan həmin gediş-gəliş yolun Cavabdeh tərəfindən 20-21 m uzunluğunda çəpərə alınaraq istifadə olunması müəyyən edildi (hal-hazırda cavabdehin istifadəsində olan həmin yoluı kompleks yerquruluşu layihəsinə əsasən ölçüləri belədir: cənub tərəfdəki qapıya tərəf hissədə eni 5.9 m, şimal tərəfdə olan hissəsinin eni 4.3 m, uzunluğu 20-21 m-dir.) İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 4987 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən mütəxəssis rəyi üçün smetada nəzərdə tutulmuş 311 manat ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 25 avqust 2023-cü il tarixli, 10/5964 nömrəli məhkəmə tiktinti-texniki ekspertiza rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********78 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının JN-719 KOD 80200038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonu, Vilvan kəndində yerləşən 0,06 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunmadığı müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, İddiaçı özünə məxsus həyətyanı torpaq sahəsinə və digər həyətyanı torpaq sahələrinə gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin Vilvan kəndi ərazisində “vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin özəlləşdirilməsinə dair” tərtib olunmuş kompleks yerquruluşu layihəsində yol kimi öz əksini tapdığı müəyyən edilmişdir. Kompleks yerquruluşu layihəsində öz əksini tapan həmin gediş-gəliş yolunun Cavabdeh tərəfindən 20-21 m uzunluğunda çəpərə alınaraq istifadə olunması müəyyən edilmişdir, (hal-hazırda cavabdehin istifadəsində olan həmin yolun kompleks yerquruluşu layihəsinə əsasən ölçüləri belədir cənub tərəfdəki (qapıya tərəf) hissədə eni 5,9 m, şimal tərəfdə olan hissəsininin eni 4.3 m, uzunluğu 20-21 m-dir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən tərəflərin iştirakı keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, Lənkəran rayonu, Vilvan kəndində İddiaçı mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə, eləcə də həmin torpaq sahəsinə bitişik olan digər torpaq sahələrinə gedən gediş-gəliş yolunun 20-21 metr uzunluğunda hissəsi Cavabdeh tərəfindən çəpərə alınmışdır. Yerli baxış zamanı Cavabdeh həmin çəpərin özü tərəfindən qoyulmasını etiraf etmişdir. Məhkəmə, tərəflərin izahatları dinləyib, iddia ərizəsində göstərlənlərlə iş materiallarında olan sənədləri qarşılıqlı şəkildə tədqiq edərək aşağıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mübahisəli gediş-gəliş yolu Lənkəran rayonu, Vilvan kəndində yerləşir. Yol həmin yolun üzərində yerləşən torpaq mülkiyyətçiləri üçün, eləcə də ididaçı və cavabdehin üçün də istifadəsi nəzərdə tutulmuşdur. Yuxarıda tədqiq edilmiş ekspert rəyindən də görünür ki, cavabdeh tərəfindən həmin yolun üzərində çəpər qoyulmuşdur. İddia tələbindən görünür ki, tərəflər mülkiyyətlərindən məhrum edilmədən torpaq sahəsinə gediş-gəliş yoluna edilən maneələrin aradan qaldırılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinin birinci abzasında qeyd olunur ki, ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid torpaqlar hesab olunur. Həmin Məcəllənin 47-ci maddəsinin 3-cü bəndində göstərilir ki, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 18-ci maddəsinin 1-ci bəndinə görə şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqları hesab edilir. Qeyd olunan hüquq normalarının məzmunundan müəyyən olur ki, ümumi istifadədə olan gediş-gəliş yolu həmin ərazi üzrə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Mülki Məcəllənin 157.4-cü maddəsi məhz mülkiyyətçinin mülkiyyətindən istifadəsinə edilən qəsdlərdən qorunmağa yönəlmişdir. Ümumi istifadədə olan gediş gəliş yolu qanunla bələdiyyələrin mülkiyyətinə aid edilməsinə baxmayaraq, vətəndaşların istifadəsi üçün açıqdır və vətəndaşların ümumi istifadədə olan torpaq sahəsindən istifadəyə maneənin törədilməsi də o halda Mülki Məcəllənin 157.4-cü maddəsinin təsiri dairəsinə düşür ki, həmin şəxsin subyektiv hüquqları pozulmuş olsun. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə gedən ytolun tutulması məhkəmədə tam sübuta yetirildiyindən iddia təmin edilməli, Lənkəran rayonunun Vilvan kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsinə və digər həyətyanı torpaq sahələrinə gedən yolun Cavabdeh tərəfindən zəbt olunmuş hissəsi zəbtdən azad edilməli, Cavabdeh tərəfindən gediş-gəliş yolundan istifadəyə edilən maneələr aradan qaldırılmalıdır. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Lənkəran rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 saylı Qərarı ilə Lənkəran rayonunun Vilvan kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsinə və digər həyətyanı torpaq sahələrinə gedən yolun Cavabdeh tərəfindən zəbt olunmuş hissəsi zəbtdən azad edilsin, Cavabdeh tərəfindən gediş-gəliş yolundan istifadəyə edilən maneələr aradan qaldırılsın. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş 311 manat Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizsının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov AZƏRBAYCAN RESPUBLİKASİ LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ AZ 4200 Lənkəran şəhəri, Nizami küçəsi 3, Tel: (025) 255-27-52, Faks: (025) 255-33- 02 e-mail: Elektron ünvan Cavab verərkən bizim №-yə istinad edin 13 feval 2023-cü il İş № 2(049)-66/2023 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 10 saylı Ərazi İdarəsi Ünvan: Lənkəran şəhəri, Nizami küç, 84 a Lənkəran Rayon Məhkəməsinin 2(049)-66/2023 saylı, 11 yanvar 2023-cü il tarixli qətnaməsi 13 fevral 2023-cü il tarixdə qanuni qüvvəsin aldığından qətnamə icra edilməsi üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-21/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-21/2023
20.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver