Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-212/2023 20.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1, Əliyeva (Quliyeva) Bəsirə Ağadədə qızı, İddiaçı3, Fətullayeva (Əliyeva) Aysel Zakir qızı və Xanlarova (Əliyeva) Aytən Zakir qızının Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsinin buraxılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, Əliyeva (Quliyeva) Bəsirə Ağadədə qızı, İddiaçı3, Fətullayeva (Əliyeva) Aysel Zakir qızı və Xanlarova (Əliyeva) Aytən Zakir qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 185 seriyalı 80221028 kod nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə onların mülkiyyətində olan Lənkənn rayonunun Vel kəndində yerləşən, Cavabdeh tərəfindən zəbt olunmuş 0.53 ha torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 10 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.53 hektar torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmiş və bunu təsdiqləyən JN 185 seriyalı 80221028 kod nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” hazırlanaraq onlara təqdim edilmişdir. Lakin həmin torpaq sahəsi onların mülkiyyətinə verilsə də, cavabdeh həmin torpaq sahəsini zəbt edərək ondan istifadə edir, onların öz mülkiyyətindən istifadə etmələrinə imkan vermir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh bu hərəkətlərindən əl çəkmir və həmin torpaq sahənin özlərinə məxsus olmasını bildirir. Belə mübahisəli və iddialı məsələlər məhkəmə qaydası ilə həllini tapır. Cavabdehin özbaşınalığı onların torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozur. Onların həm Azərbaycan Respublikası qanunvericiliyi, həm də beynəlxalq qanunvericilik normaları ilə qorunan mülkiyyət hüquqları cavabdeh tərəfindən tapdalanır. Buna görə də məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun çıxış etmiş, X2 adlı şəxsi tanımadığını, onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini bildirərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər iddiaçılar Əliyeva (Quliyeva) Bəsirə Ağadədə qızı, İddiaçı3, Fətullayeva (Əliyeva) Aysel Zakir qızı və Xanlarova (Əliyeva) Aytən Zakir qızı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.4-cü maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: JN-185 KOD 80221028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 10 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.53 hektar torpaq sahəsi Lənkəran rayonu, Vel kənd sakinləri İddiaçı1, X3, İddiaçı3, X5 və X4 mülkiyyətinə verilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4845 №-li, 24 iyul 2023-cü il tarixli rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 1688/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 10 nömrəli qərarı ilə JN-185 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüuququna dair Dövlət Aktı”na əsasən İddiaçı1, Əliyeva (Quliyeva) Bəşirə Ağadədə qızı, İddiaçı3, Xanlarova (Əliyeva) Aytən Zakir qızı və Fətullayeva (Əliyeva) Aysel Zakir qızının kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə mülkiyyətlərinə verilmiş 0,53 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri naturada müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuşdur. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 10 nömrəli qərarı ilə JN-185 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı1, Əliyeva (Quliyeva) Bəşirə Ağadədə qızı, İddiaçı3, Xanlarova (Əliyeva) X1 (Əliyeva) Aysel Zakir qızının kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə mülkiyyətlərinə verilmiş 0,53 ha torpaq sahəsinin 0,049 ha hissəsinin X2 (cavabdehə aid hissədə torpaq sahəsinin faktiki mülkiyyətçisi) tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. X8 Komissiyasının xx.xx.1999-cu il tarixli, 10 nömrəli qərarı ilə JN-185 (KOD********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı1, Əliyeva (Quliyeva) Bəşirə Ağadədə qızı, İddiaçı3, Xanlarova (Əliyeva) Aytən Zakir qızı və Fətullayeva (Əliyeva) Aysel Zakir qızının kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə mülkiyyətlərinə verilmiş 0,53 ha torpaq sahəsinin X2 (cavabdehə aid hissədə torpaq sahəsinin faktiki mülkiyyətçisi) tərəfindən istifadə edilən 0,049 ha hissəsində hər hansı tikinti işlərinin aparılması müəyyən edilməmişdir. Ümumiyyətlə sözügedən torpaq sahəsinin üzərində hər hansı tikililərin olması müşahidə edilməmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı JN-185 KOD 80221028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 10 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün iddiaçıların mülkiyyətinə verilmiş 0.53 hektar torpaq sahəsinin 0,049 ha hissəsinin X2 tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. İddiaçı1 cavabdehin (Cavabdeh) əsl cavabdehlə (X2) əvəz olunması qaydası ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri izah edilmiş, lakin o, X2 adlı şəxsi tanımadığını, onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini bildirərək, iddia tələbinin təmin edilməsini, sonuncunun onun və ailə üzvlərinin mülkiyyətinə olan torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Sadalanan normalara əsasən məhkəmə iddia tələbinə iddiaçının xahişi üzrə mahiyyəti üzrə baxmışdır. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. Həmin maddəyə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki hüquq nəzəriyyəsində ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Sadalanan hüquq normalarının tələblərini hazırki mülki iş üzrə müəyyən edilmiş faktiki hallarla əlaqəli şəkildə təhlil edərək məhkəmə qeyd edir ki, iddiaçılara məxsus torpaq sahəsinin bir hissəsi - 0,049 ha hissəsinin digər şəxs tərəfindən istifadə edilməsi işin mübahisə doğurmayan halıdır. Lakin, məhkəmənin mötəbər sübut şəklində qəbul etdiyi ekspert rəyi əsasında müəyyən edilmişdir ki, iddiaçılara məxsus torpaq sahəsinin qeyd olunan hissəsi hazırki işdə iddia tələbinin yönəldiyi fiziki şəxs - Cavabdeh tərəfindən deyil, X2 adlı şəxs tərəfindən istifadə edilir. Başqa sözlə, iddia tələbi iddiaya qarşı cavab verməli olmayan şəxsə qarşı yönəlmişdir. İddiaçı1 isə cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, Əliyeva (Quliyeva) Bəsirə Ağadədə qızı, İddiaçı3, Fətullayeva (Əliyeva) Aysel Zakir qızı və Xanlarova (Əliyeva) Aytən Zakir qızının Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsinin buraxılması» tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməli, ekspertiza tədqiqatının dəyəri 50 manat pul iddiaçılardan müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, Əliyeva (Quliyeva) Bəsirə Ağadədə qızı, İddiaçı3, Fətullayeva (Əliyeva) Aysel Zakir qızı və Xanlarova (Əliyeva) Aytən Zakir qızının Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsinin buraxılması» tələbinə dair iddiası rədd edilsin. Məhkəmə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pul iddiaçılar İddiaçı1, Əliyeva (Quliyeva) Bəsirə Ağadədə qızı, İddiaçı3, Fətullayeva (Əliyeva) Aysel Zakir qızı və Xanlarova (Əliyeva) Aytən Zakir qızından müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-212/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-212/2023
20.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver