Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2157/2024 10.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X6, ilkin iddia üzrə iddiaçı qarşlıqlı iddia üzrə cavabdeh: İddiaçı, ilkin iddia üzrə cavabdeh qarşlıqlı iddia üzrə iddiaçı: Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı «cehiz əşyalarının qaytarılması» tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçıl qızına qarşı «1200 mant dəyərində qızılzinyət əşyaları» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus cehiz əşyalarının Cavabdeh yaşadığı Lənkəran rayonu, Digah kəndində yerləşən evdən çıxarılaraq ona təhvil verilməsi, ödənilmiş 60 manat mediasiya xərci və 40 manat dövlət rüsumu olmaqla 100 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdir ki, cavabdeh sabiq həyat yoldaşıdır. Onunla rəsmi nikah Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-2736/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. Cavabdehlə birgə nikah dövründə tikdiyi və ayrılanadək də yaşadığı evdə ona məxsus əmlaklar (cehiz əşyaları) qalmışdır. Cavabdehlə narazılıq olduğundan məhkəmədəmkənar qaydada həmin cehiz əşyalarını götürə bilmir. Bununla bağlı cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərdikdən sonra ərizə ilə Lənkəran 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya prosesi ilə bağlı mediator tərəfindən cavabdehlə əlaqə saxlanılsa da, lakin o, çağırışa gəlməkdən imtina etdi. Buna görə də, xx.xx.2024-cü il tarixdə Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə MŞL/MT014/2024-00646 saylı arayış verildi. Bu səbəbdən də hüquqlarının müdafiə olunmasından ötrü hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehdən ayrılanadək yaşadıqları Lənkəran rayonu, Digah kəndində yerləşən evdə iddiaçıya məxsus aşağıdakı cehiz əşyaları vardır: yataq dəsti çarpayı, dolab, güzgü, seyf, divan və 2 ədəd kreslo, böyük masa, 6 ədəd stul, kiçik masa, TV stend-1 ədəd (televizoraltı), xalça-4 ədəd, kondisioner-1 ədəd (Grundik markalı), paltaryuyan-1 ədəd (LG markalı, 6 kq), televizor-1 ədəd (Samsung markalı, 102 ekran), ətçəkən maşın-1 ədəd, ütü-1 ədəd (Yağmur markalı), yorğan, döşək-3 dəst, yastıq-6 ədəd, yataq örtüyü-4 dəst, pastel-4 dəst, dəsmal-8 ədəd, masa örtüyü-5 ədəd, yorğan-1 ədəd (tək adamlıq), qalın adyal-1 ədəd, böyük boşqab-18 ədəd, orta boy boşqab-18 ədəd, kiçik boşqab-18 ədəd, böyük bulud-3 ədəd, orta boy bulud-3 ədəd, kiçik bulud-3 ədəd, salat qabı-5 ədəd, qaşıq-18 ədəd, çəngəl-18 ədəd., kiçik çəngəl-18 ədəd, çay qaşığı-12 ədəd, çamadan qaşıq-1 dəst, bulud qaşığı-3 ədəd, bokal-18 ədəd, böyük qaşıq dəsti-2 qutu (plastmas və nerj), bıçaq dəsti-1 dəst, bıçaq-6 ədəd, fincan dəsti-6 qutu, qapaqlı şirniyyat buludu-1 ədəd, bulud 6 ədəd boşqabı ilə 1 dəst, meyvə qabı-4 ədəd, çərəz qabı-8 ədəd, konfet qabı-6 ədəd, stəkan dəsti-1 qutu, çaydan, çaynik (samovar formasında)-1 dəst, çaydan 2 ədəd, qazan dəsti-2 formada-hərəsində 5 ədəd, mətbəxtdə istifadə olunan plastmas, çuqun çini, qapaqlı qablar, böyük tas-2 ədəd, qədimi qazan-1 ədəd, gümüş vaz-1 ədəd, şam qabı-2 ədəd, lüstr-1 ədəd, çörək qabı-1 ədəd, divan-kreslo örtüyü-1 dəst, soyuducu-1 ədəd (İndesit markalı), qaz (dördgözlü)-l ədəd, aspirator-1 ədəd. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikah dövründə ona hədiyyə kimi verilmiş qızıl nişan üzüyü, çəkisi 6 qram, əyarı 750, İtaliya istehsalı - 600 manat, Qızıl qolbağ, çəkisi 6 qram, əyarı 585, rus istehsalı- 600 manat, qızıl zinyət əşyalarını və ya onların 1200 (bir min iki yüz) AZN məbləğində dəyərinin İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddiaçı məxsus olduğu cehiz əmlaklarının adlarını verdiyi iddia ərizəsində qeyd edir. Lakin o, ilkin cavabdehə hədiyyə kimi verdiyi nişan üzüyü və qolbağı gedərkən məxsus olduğu qızıl əşyaları ilə birlikdə götürmüşdür. Bu səbəblərdən ilkin iddiaçının barəsində məhkəməyə verdiyi cehiz əmlak tələbini qəbul edir. Qızıl nişan üzüyü, çəkisi 6 qram, əyarı 750, İtaliya istehsalı - 600 manat, Qızıl qolbağ, çəkisi 6 qram, əyarı 585, rus istehsalı- 600 manat, olmaqla cəmi birlikdə 1200 manat dəyərində ona hədiyyə kimi verdiyi qızıl zinyət əşyalarını İddiaçı atası evinə gedərkən ona hədiyyə kimi verdiyi qızıl- zinyət əşyaları ilə birlikdə götürüb aparmışdır. Yuxarıda sadalanan xüsusatları və qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi toy video çəkilişindən çıxarılmış foto şəkillər 1200 AZN məbləğində cehiz əmlak- əşyalarının İddiaçı qalması faktını tam sübuta yetirilmiş hesab edilməlidir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı idianın qəbul etdiyini və iddia ərizəsində göstəriklərini təsdiq edib iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh oğlu ilkin iddianın qəbul etdiyini və iddia ərizəsində göstəriklərini təsdiq edib iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2 (049)-2736/2023 saylı qətnaməsinin surətindən görünür ki,X5 ilə Cavabdeh arasında 10 iyul 2014-cü il tarixdə olan nikah pozulmuş xx.xx.2015-ci il təvəllüdlu X2 və xx.xx.2020-ci il təvəllüdlü X7 anası iddiaçı X1 yanında qalsın və xx.xx.2015-ci il təvəllüdlu X3 və xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 150 manat olmaqla, iki uşağa görə cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-00646 saylı mediasiya arayışından görünür ki, İddiaçı tətəfindən 60 manat mediasiya xərci ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən 33 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş fotoşəkillərdən video disk və görünür ki, iddia ərizəsində tələb edilən cehiz əmlaklar cavabdehə məxsus olan evdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, iddiaçını və cavabdehin izahatlarını dinləyib, habelə tərəflərin ilk və qarşılıqlı iddianı qəbul etməsi hesab edir ki, ilkin və qarşılıqlı iddia tam təmin edilməli, İddiaçı məxsus cehiz əşyalarının Cavabdeh yaşadığı Lənkəran rayonu, Digah kəndində yerləşən evdən çıxarılaraq İddiaçı təhvil verilməli, Cavabdeh hədiyyə kimi verilmiş qızıl nişan üzüyü, çəkisi 6 qram, əyarı 750, İtaliya istehsalı - 600 manat, Qızıl qolbağ, çəkisi 6 qram, əyarı 585, rus istehsalı- 600 manat, qızıl zinyət əşyalarını və ya onların 1200 AZN məbləğində dəyəri İddiaçı alınaraq Cavabdeh verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, beynəlxalq hüquqda (İnsan hüqüqları haqqında Ümumi Bəyənnamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqları haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul edilir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin Vİİİ hissəsində məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququnun təmin olunması təsbit edilmişdir. MPM-nin 222.1-ci maddəsinə əsasən-məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə, onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia təmin edilsin. İlkin iddia üzrə İddiaçı məxsus cehizlər- yataq dəsti çarpayı, dolab, güzgü, seyf, divan və 2 ədəd kreslo, böyük masa, 6 ədəd stul, kiçik masa, TV stend-1 ədəd (televizoraltı), xalça-4 ədəd, kondisioner-1 ədəd (Grundik markalı), paltaryuyan-1 ədəd (LG markalı, 6 kq), televizor-1 ədəd (Samsung markalı, 102 ekran), ətçəkən maşın-1 ədəd, ütü-1 ədəd (Yağmur markalı), yorğan, döşək-3 dəst, yastıq-6 ədəd, yataq örtüyü-4 dəst, pastel-4 dəst, dəsmal-8 ədəd, masa örtüyü-5 ədəd, yorğan-1 ədəd (tək adamlıq), qalın adyal-1 ədəd, böyük boşqab-18 ədəd, orta boy boşqab-18 ədəd, kiçik boşqab-18 ədəd, böyük bulud-3 ədəd, orta boy bulud-3 ədəd, kiçik bulud-3 ədəd, salat qabı-5 ədəd, qaşıq-18 ədəd, çəngəl-18 ədəd., kiçik çəngəl-18 ədəd, çay qaşığı-12 ədəd, çamadan qaşıq-1 dəst, bulud qaşığı-3 ədəd, bokal-18 ədəd, böyük qaşıq dəsti-2 qutu (plastmas və nerj), bıçaq dəsti-1 dəst, bıçaq-6 ədəd, fincan dəsti-6 qutu, qapaqlı şirniyyat buludu-1 ədəd, bulud 6 ədəd boşqabı ilə 1 dəst, meyvə qabı-4 ədəd, çərəz qabı-8 ədəd, konfet qabı-6 ədəd, stəkan dəsti-1 qutu, çaydan, çaynik (samovar formasında)-1 dəst, çaydan 2 ədəd, qazan dəsti-2 formada-hərəsində 5 ədəd, mətbəxtdə istifadə olunan plastmas, çuqun çini, qapaqlı qablar, böyük tas-2 ədəd, qədimi qazan-1 ədəd, gümüş vaz-1 ədəd, şam qabı-2 ədəd, lüstr-1 ədəd, çörək qabı-1 ədəd, divan-kreslo örtüyü-1 dəst, soyuducu-1 ədəd (İndesit markalı), qaz (dördgözlü)-l ədəd, aspirator-1 ədəd olmaqla Lənkəran rayonu, Digah kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evindən çıxarılaraq İddiaçı təhvil verilsin. Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə Cavabdeh hədiyyə kimi verilmiş qızıl nişan üzüyü, çəkisi 6 qram, əyarı 750, İtaliya istehsalı - 600 manat, qızıl qolbağ, çəkisi 6 qram, əyarı 585, rus istehsalı- 600 manat,qızıl zinyət əşyaları və ya onların 1200 AZN məbləğində dəyəri İddiaçı alınaraq Cavabdeh verilsin. İlkin iddia üzrə ödənilmiş 40 manat dövlət rüsumu və 60 manat mediasiya xərci olmaqla cəmi 100 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qarşılıqlı iddia üzrə verilmiş 33 manat məbləğində dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2157/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2157/2024
10.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver