Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-216/2024 14.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X7, iddiaçı: İddiaçı, iddiaçının nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin özünün, ona məxsus əmlak və əşyalar da daxil olmaqla mənzildən çıxarılması tələbinə» dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və cavabdehə məxsus əmlak və əşyalar da daxil olmaqla ünvan 1 ünvanında yerləşən mülkyyət hüququ ilə iddiaçıya məxsus olan mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdir ki, Lənkəran şəhəri, Koroğlu küçəsi, dalan 1, ev 9 ünvanda yerləşən 1 nömrəli mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin mənzilə dair mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınaraq Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. X1 6 sentyabr 2017-ci ildə Cavabdeh ailə həyatı qurmuşdur. Qardaşının yaşamağa mənzili olmadığı üçün ona ailəsi ilə birlikdə iddiaçıya məxsus olan ünvan 1-də yerləşən şəxsi evinin bir otağında müvəqqəti yaşamağa razılıq vermişdir. Bir müddət keçəndən sonra Cavabdeh qardaşı ilə yola getməyərək ona və valideynlərinə qarşı kobud rəftar etməyə, evdə dava-dalaş salmağa, onları söyüb təhqir etmişdir. Bu mütəmadi qaydada və dəfələrlə təkrarlandığı üçün qardaşı İlqar Həsənov məcbur qalıb 2023-cü ilin may ayından yaşadığı mənzili tərk edərək bir daha geri qayıtmamışdır. Qardaşı nikahın pozulması barədə Lənkəran rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin 25 oktyabr 2023-cü il tarixli iclasında boşanma haqqında qətnamə çıxarılmışdır. O, cavabdehə şəxsi evində müvəqqəti yaşamasına razılıq verərkən onun qardaşı və valideynlərinə hörmətlə yanaşacağını, mehriban ailə kimi yaşayacağını nəzərdə tutmuşdur. Qardaşına və yaşlı valideynlərinə hörmətsizlik edən bu şəxsin evimdə yaşamasına, valideynlərinə mənəvi əzab-əziyyət verməsinə razı ola bilmir. Cavabdehin kobud rəftarı üzündən o, da evinə ayaq basa bilmir və şəxsi mülkiyyətində olan mənzilindən yaşamaq və istifadə hüququ tamam pozulmuşdur. Mənzil iddiaçının mülkiyyətində olduğundan və cavabdehin hazırda həmin mənzilə dair hər hansı hüququ, xüsusilə də istifadə hüququ mövcud olmadığından, onun həmin mənzildə yaşaması mülkiyyətçi olaraq iddiaçının hüquqlarını pozulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək iddia tələbini təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahat verərək bildirdi ki, iş üzrə məhkəmə araşdırması davam edərkən tərəflərindən verilmiş müvəqqəti təmant tədbirinə dair ərizəsi üzrə qərardad qəbul edilmiş və icra edilmişdir. Hazırda mübahisə mövzusu olan mənzildə iddiaçıya aid əşyaların olması müəyyən edilmiş və siyahıya alınmışdır. Həmin akt nəzərə alınmaqla iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsi barədədə heç bir məlumat verməmişdir. Lakin məhkəmə hazırlıq iclası zamanı cavabdeh iddianı qəbul etmədiyini bildirmiş və himayəsində epilepsiya xəstəsi olan uşağı olmasını, eləcə də 2018-ci il tarixdən həmin evdə övladı ilə birlikdə qeydiyyatda olmasını nəzərə alaraq iddanın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-2558/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh qız ilə X6 arasında Lənkəran Rayon Qeydiyyat Şöbəsində 06 sentyabr 2017-ci il tarixdə, 403 sayla rəsmiləşdirilmiş nikah aktı qeydi pozulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2016-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş qəbzlərdən görünür ki, iddiaçı məhkəmə müraciət etməzdən əvvəl mediasiya xərci kimi 60 manat, məhkəməyə müraciət üçün isə 50 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş yaşayış yeri üzrə qeydiyyat haqqında 693707 nömrəli arayışdan görünür ki, X2 şəhəri, Koroğlu küçəsi, dalan 1, ev 9, mənzil 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş yaşayış yeri üzrə qeydiyyat haqqında 693706 nömrəli arayışdan görünür ki, Həsənova X3 şəhəri, Koroğlu küçəsi, dalan 1, ev 9, mənzil 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, ünvan 1 ünvanında X4, X5, Cavabdeh, X6, İddiaçı, X10 qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş arayış və əlavə edilmiş tibbi sənədlərdən müəyyən olunur ki, xx.xx.2018-ci il təvəllüdlü X9 xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-də konsultasiya olunub və pasiyentdə fokal alın epilepsiyası, autizm spektr pozuntusu əlamətləri aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(049)-62/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı cavabdehin özünün, ona məxsus əmlak və əşyalar da daxil olmaqla mənzildən çıxarılma tələbinə dair mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildəki əmlaklar siyahıya alınması, siyahıya alınmaya Cavabdeh tərəfindən yaradılan maneə qadağan edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli aktından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzildəki İddiaçı məxsus olan bir ədəd rainford markalı kondisioner, bir ədəd İran istehsalı qaz sobası, bir ədəd divan, bir ədəd vayfay aparatı, bir ədəd Samsung markalı paltaryuyan, bir ədəd Orpec markalı Rusiya istehsalı soyuducu, bir dəst mətbəxin tam olmayan dəsti (qabyuyan hissəsi) bir ədəd balaca stol və iki ədəd stul siyahıya alınaraq saxlanc üçün Cavabdeh təhvil verilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-nin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının qardaşı ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər və həmin müddətdən İddiaçı məxsus Lənkəran şəhəri, Koroğlu küçəsi, dalan 1, ev 9 ünvanda yerləşən 1 nömrəli evdə yaşamışlar, Lənkəran Rayon Məhkəməsinin 25 oktyabr 2023-ci il tarixli, 2(049)-2558/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə X6 boşanmış, həmin tarixdən cavabdeh iddiaçının evindən yaşamışdır, cehiz əmlakları həmin evdə qalmışdır. Göründüyü kimi, hazırda mübahisə mövzusu olan mənzil cavabdehlə iddiaçının qardaşı evlənməmişdən əvvəl, yəni 2016-cı il tarixdə tam mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə görə, Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə, yuxardıa göstərilən normalara, habelə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən, eləcə də cavabdehlə iddiaçı arasında hər hansı razılaşmanın (Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə nəzərdə tutulmuş razılaşma) olmamasnı hesab edir ki, Cavabdeh və ona məxsus cehiz əşyaları iddiaçının mülkiyyətində olan Lənkəran şəhəri, Koroğlu küçəsi, dalan 1, ev 9 ünvanda yerləşən 1 nömrəli evdə olması məhkəmə araşdırması zamanı öz hüquqi təsdiqini tapdığından, iddia ərizəsi tam təmin edilərək cavabdeh və ona məxsus əşyalar mənzildən çıxarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, mənzildən çıxarılma zamanı iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(049)-62/2023 nömrəli qərardadı əsasında tərtib edilmiş Lənkəran Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli aktı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, beynəlxalq hüquqda (İnsan hüqüqları haqqında Ümumi Bəyənnamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqları haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul edilir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin Vİİİ hissəsində məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququnun təmin olunması təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, İddiaçı mediyasiya xərci kimi ödədiyi 60 manat özünə aid edilməli və iddiaçının ödədiyi 50 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh və ona məxsus əmlakları İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Koroğlu küçəsi, dalan 1, ev 9 ünvanda yerləşən 1 nömrəli mənzildən çıxarılsın. İş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(049)-62/2023 nömrəli qərardadı əsasında tərtib edilmiş Lənkəran Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli aktı nəzərə alınsın. İş üzrə ödənilmiş mediasiya xərci iddiaçıya aid edilsin. İş üzrə ödənilmiş 50 manat məbləğindəki dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-216/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-216/2024
14.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver