Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2166/2025 28.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi (oğlu) Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə” dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 sentyabr 2014-cü il tarixli müqavilə üzrə öhdəlik götürdüyü aylıq ödənişlər üzrə son 3 ilə görə ödənilməmiş 18.000 manat pulun və iddia qaldırılması üçün ödədiyi 144 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X2 ilə 10 sentyabr 2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması barədə müqavilə bağlanaraq Lənkəran rayonunun Şilavar kəndində 0.01288 ha torpaq sahəsi üzərində olan ümumu sahəsi 115.9 kv.m qeyri yaşayış sahəsinin 70.5 kv.m (tikilialtı sahəsi 78.2 kv.m) hissəsini cavabdehə hədiyyə etmiş və həmin vaxt aralarında olan razılaşmaya görə həmin tarixdən başlayaraq 16 ay müddətinə hər ay 300 manat, 16 ay müddət birdikdən sonra isə hər ay onun ömrünun sonunadək 500 manat pul məbləğini ona ödəməsini öhdəsinə götürmüşdür. Həmin şərtlər ilkin müqavilədə göstərilmədiyindən xx.xx.2014-cü il tarixdə ilkin müqavilənin tərkib hissəsi olan müqavilə bağlanaraq 16 ay müddətinə hər av 300 manat, 16 bitdikdən sonra isə hər ay ömrümün sonunadək 500 manat pul məbləğini ona ödəməyi cavabdeh üzərinə götürmüş və hər iki müqavilə Lənkəran rayon 1 saylı notariat kontorunda bağlanılmaqla təsdiq edilmişdir. Cavabdehlə aralarında olan müqavilələr rəsmiləşdiriləndən sonra cavabdeh yuxarıda qeyd edilmiş şərtlərlə ona bağışlanılmış daşınmaz əmlakı öz mülkiyyətinə keçirmiş və ondan sərbəst surətdə istifadə etməyə başlamışdır. Lakin cavabdeh xx.xx.2014-cü il tarixli müqavilənin 1-ci bəndində qeyd edilmiş və üzərinə götürmüş olduğu öhdəlikləri lazımınca yerinə yetirməmiş, hazırki vaxta kimi 2014-cü ilin oktyabr ayından 2016-ci ilin yanvar ayı da daxil olmaqla 4800 manat, 2016-ci ilin fevral ayından başlayaraq isə hər av 500 manat olmaqla 2025-ci ilin yanvar ayına kimi 55.000 manat, ümumilikdə isə 59800 manat ödəməyi öhdəsinə götürsə də həmin məbləğdən yalnız 2014-cü ildə iki dəfəyə ümumilikdə 15.500 ABŞ dolları (həmin vaxtın valyuta məzənnəsi ilə manata münasibətdə 12.090 manat) hissəsini Unibank ASC-də olan digər oğlu Qabil Hüsevnovun adına götürülmüş ipoteka təminatlı kredit müqaviləsinin qismən ödənişi üçün ödəniş etmiş, qalan məbləği isə ödəməkdən imtina etmişdir. Həmin məbləği də cavabdeh ödəyən zaman (müqavilə bağlanarkən) həmin daşınmaz əmlak Unibank KBdə girovluqda olduğundan həmin daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsinin bağlanması, yəni həmin əmlakın bağışlanan hissəsinin cavabdehin adına rəsmiləşdirmək üçün bank tərəfindən tələb edilmiş, cavabdeh də həmin məbləği ödədikdən sonra daşınmaz əmlak onun adına rəsmiləşdirilmişdir. Cavabdehin müqaviləylə üzərinə götürdüyü ödəlik üzrə ödənilməmiş 37.710 manat təşkil etsə də qüvvədə olan qanunvericiliyin tələbinə görə müqavilələrdən irəli gələn öhdəliklər üzrə iddia müddəti 3 il təşkil etdiyindən iddia ərizəsinin tərtib edildiyi vaxtdan, yəni 2025-ci ilin may ayından əvvəlki 3 il üzrə ödənilməmiş pul məbləği 18.000 manat təşkil edir. Lakin cavabdeh həmin məbləği də ödəməkdən imtina etdiyinə görə 06 yanvar 2025-ci il tarixdə cavabdehə yaranmış borcunu ödəməsi, borcunu ödəmədiyi təqdirdə tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə rəsmi qavdada pretenziya məktubu da göndərilməsinə baxmayaraq cavabdeh yenə də heç bir səbəb göstərmədən borcu ödəməkdən imtina elmişdir. Bütün bunlardan da məlum olur ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və belə olan halda da hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilərək, cavabdehdən 18.000 manat pul vəsaitinin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, xx.xx.2014cü il tarixdə notariat konturunda onunla, İddiaçı arasında bağlanmış müqavilə onun təşəbbüsü ilə bağlanmışdır. Belə ki, müqavilənin bağlanmasının əsas məqsədi mağazadan əldə olunmuş gəlirlərdən Hüseynbalaya icarə haqqı olaraq əvvəl bir ay üçün 300 manat pul vəsaiti, mağazanın banka olan kredit borcları ödənildikdən sonra isə 500 manat pul vəsaitinin icara haqqı olaraq ödənilməli idi. Lakin mağazanı işlədən Qabil olmuşdur. Əldə olunan qazancdan Qabil icarə haqqı ödəməli idi. Hesab edir ki, göstərəcəyi səbəblərə görə iddia rədd edilməlidir. Belə ki, iddiaçı iddianın hüquqi əsası kimi tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə istinad edir. Müqaviləyə görə o, atasının sağlamlığı, müalicəsi, normal yaşayışı üçün müqavilə bağlandığı tarixdən etibarən 16 ay olmaqla hər ay 300 manat, həmin tarixdən sonrakı müddət üzrə ömrünün axırma kimi isə hər ay 500 manat pul verməlidir. Beləliklə, iddianın hüquqi əsasını təşkil edən müqavilə 2014-cü ildə bağlanmış və həmin müqavilə iki hissədən ibarətdir. Birincisi müqavilə bağlandığı tarixdən 16 ay ərzində 300 manat verilməsi nəzərdə tutulur. Müqavilənin həmin hissəsinin icra müddəti 2016-cı ilin yanvar ayında bitmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Beləliklə, müqavilənin birinci hissəsi ilə bağlı üç illik iddia müddəti ötürülmüşdür. Bundan başqa müqavilənin ikinci hissəsi üzrə də iddia müddəti ötürülmüşdür. Belə ki, müqavilənin məzmunundan görünür ki, ikinci tərəfin öhdəlikləri vaxtaşırı icra edilən öhdəlikdir. Yəni hər ay üzrə birinci tərəfə pul ödəməlidir. Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Dolayısı ilə iddiaçı həmin hissə üzrə də iddia müddətini ötürmüşdür. Qeyd edir ki, övladın valideyn qarşısında vəzifələri və öhdəlikləri qanunlarda, xüsusilə də Alə Məcəlləsində təsbit edilmişdir. Valideynə baxmaq övladın vəzifəsi kimi qanunla təsbit edildiyi halda bunun müqavilələşdirilməsi məntinqsiz olmaqla mənasızdır, çünki qanunla təsbit edilən vəzifənin təkrarən müqavilə ilə təsbit edilməsinə ehtiyac yoxdur. Cavabdeh müqavilənin mövcud olmadığı istənilən vəziyyət üçün öz valideyni qarşısında vəzifələrini icra etməlidir. Beləliklə, hesab edirəm ki, iddianın mahiyyətcə əsassız olması ilə yanaşı yuxarıda göstərilən səbəblərdən dolayı qanunla müəyyən edilmiş müddətin ötürülməsi ilə verilməsi onun rədd edilməsini zəruri edir. Bu baxımdan hesab edir ki, məhkəmə tərəfindən irəli sürülmüş iddia tələbinə hazırki ərizə nəzərə alınmaqla iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə dair qətnamə çxarılmalıdır. Bundan başqa qeyd etmək istəyir ki, müqavilənin bağlanmasının məqsədi mağazaya aid olmayan şərtlə, yəni mağazadan əldə olunmuş qazancdan İddiaçı icara haqqı kimi 300 manat əvvəl, yəni götürülmüş kriditlər ödənildikdən, sonra isə icarə haqqını qaldıraraq 500 manat ödəməyini göstərsə də Nümayəndə Hüseynala oğlu tərəfindən əldə olunmuş qazancların hansı məqsədlərə istifadə etdiyini bilmr, lakn Nümayəndə həmin qazancdan icarə pulu kimi ödənişlər etməmişdir. Bundan başqa o, həmin mağazada heç bir qazanc əldə etmədiyim halda nə üçün İddiaçı hər ay 300 əvvəl, sonra isə 500 manat nə məqsədlə verməli idi?. Göründüyü kimi bağlanmış müqavilədə məqsədlər açıq göstərilmədiyindən səsassız və etibarsız sayılamadır. İddiaçı etiraf etdiyi kimi, onun tərəfimdən ödənilmiş ümümi 15000 ABŞ dolları məbləğində pul vəsaitinin ona qaytarılmasını tələb edir. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh arasında Lənkəran rayonu 1 saylı notariat kontorunda bağlanmış xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsindən görünür ki, hədiyyə verən Hüseynov X1 rayonu Şilavar kəndi ünvanında 0.01288 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 115.9 kv/m olan daşınmaz əmlakın (qeyri yaşayış) 70,5 kv.m. hissəsini Cavabdeh mülkiyyətinə vermişdir. Lənkəran rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmi xx.xx.2014-cü il tarixli 3M-02-591 reyestr nömrəli müqavilədən görünür ki, ünvan 1ində yaşayanlar İddiaçı və Cavabdeh aralarında aşağıdakı şərtlər daxilində razılığa gəlmişlər: Cavabdeh atasının müalicəsi, sağlamlığının qorunması, normal yaşayış tərzinin təminatı məqsədilə ona 16 ay müddətində hər ay 300 manat, həmin müddət başa çatdıqdan sonra atasının ömrünün axırına kimi hər ay 500 (beş) yüz manat məbləğində pul ödəməyi öhdəsinə götürür. İddiaçı isə hər ay nəzərdə tutulan məbləği qəbul etməyi və həmin pul məbləğini müalicəsi, səhhətinin qorunması və yaxşı yaşayış tərzinin təminatı üçün istifadə etməyi öhdəsinə alır. X3 tərəfindən məhkəməyə ünvanlanmış teleqramın mətnində qeyd edilmişdir ki, “xx.xx.2014-cü il tarixdə notariat konturunda Cavabdeh və İddiaçı arasında bağlanmış müqavilə mənim təşəbbüsümlə bağlanmışdır. Belə ki, müqavilənin bağlanmasının əsas məqsədi mağazadan əldə olunmuş gəlirlərdən Hüseynbalaya icarə haqq olaraq əvvəl bir ay üçün 300 manat pul vəsaiti, mağazanın banka olan kredit borcları ödənildikdən sonra isə 500 manat pul vəsaitinin icara haqqı olaraq ödənilməli idi. Lakin mağazanı işlədən Qabil olmuşdur. Əldə olunan qazancdan Qabil icarə haqqı ödəməli idi.” Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış və notarial qaydada təsdiqlənmiş müqavilənin şərtlərinə əsasən, Cavabdeh atası İddiaçı 16 ay müddətində hər ay 300 manat, həmin müddət başa çatdıqdan sonra atasının ömrünün axırına kimi hər ay 500 (beş) yüz manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə tərəflər arasında könüllü olaraq bağlanmışdır və müqavilə şərtlərini özləri müəyyənləşdirmişlər. Həmin müqavilə mübahisələndirilməmişdir və ləğv edilməmişdir. Cavabdeh sözügüdən müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçı müqavilə üzrə son üç ilə dair ödəniməli olan məbləği Cavabdeh tələb etməkdə haqlı olmuşdur. İddiaçı iddia tələbində məhkəməyə iddia ərizəsi verdiyi tarixdən üç il geriyə olan müddətə dair müqavilənin icrası ilə əlaqədar pulun ödənilməsini cavabdehdən tələb etmişdir. Hazırki mülki iş üzrə iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli 3M-02-591 reyestr nömrəli müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək üç illik müddət üzrə hər ay 500 manat olmaqla 18.000 manat (36 ay X 500 m.) pul vəsaiti alınaraq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra MPM-nin) 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddia tələbi üzrə İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 144 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli 3M-02-591 reyestr nömrəli müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək üç illik müddət üzrə (hər ay 500 manat olmaqla) 18.000 (on səkkiz min) manat pul vəsaiti alınaraq, İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 (bir yüz qırx dörd) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Anar Pənahov