Məhkəmə qərarları › İş №2(049)-2198/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2198/2023

11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2198/2023 11.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X6, ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası, X10 13 yanvar 1938-ci il tarixdə Lənkəran şəhərində doğulması faktının müəyyən edilməsi və ona bu barədə doğum haqında şəhadətnamə verilməsi və şəhadətnamənin ata qrafasında ata adı X13,ana qrafasında ana adı X3 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 xx.xx.2000-ci il tarixdə, anası X14 isə xx.xx.2006-ci il tarixdə Lənkəran şəhərində vəfat etmiş və hər ikisi "Kiçik bazar"qəbiristanhğında dəfn olunmuşdur. Valideynlərinin birgə nikahlarından Ərizəçi xx.xx.1964-cü il tarixdə, digər bacı və qardaşları da Lənkəran şəhərində anadan olmuşlar. X5 xx.xx.1938-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, lakin o dövrdə hüquqi savadı olmadığı üçün ona doğum haqqında şəhadətnamə götürməmişlər. Çünki, atası Ərizəçi ev şəraitində doğulmuş və yuxarıda qeyd eldiyi kimi mərhum X2nun hüquqi savadı olmadığı üçün doğum haqqında şəhadətnamə almaqdan ötrü müraciət elməmişdir. Mərhum atası Ərizəçi doğum fakımın müəyyən edilməsi ilə əlaqədar Maraqlı şəxsnə müraciət etsə də ona izah olunmuşdur ki, bununla bağlı o, gərək məhkəməyə müraciət etsin. Ona görə də Maraqlı şəxs tərəfindən ona imtina verilmişdir. Mərhum atasının doğum faktının müəyyən edilməsi hazırda vərəsəlik işi ilə bağlı sənədləşmə işinin aparılması üçün lazımdır. Həmin faktı da başqa yolla müəyyən etmək mümkün olmadığından hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi iddia tələbini müdafiə edərk təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən şahid X18 ifadəsində bildirdi ki, X5 xx.xx.2000-ci il tarixdə Lənkəran şəhərində vəfat etmiş və "Kiçik bazar"qəbiristanhğında dəfn olunmuşdur. X5 xx.xx.1938-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, hər il 13 yanvar tarixində atasının doğum gününü qeyd etmişlər. X2, nənəsi X8r. Məhkəmə iclasında dindirilən şahid X22 ifadəsində bildirdi ki, X5 xx.xx.2000-ci il tarixdə Lənkəran şəhərində vəfat etmiş və "Kiçik bazar"qəbiristanhğında dəfn olunmuşdur. X5 xx.xx.1938-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. X2, nənəsi X8r. Məhkəmə iclasında dindirilən şahid X11 ifadəsində bildirdi ki, X5 xx.xx.2000-ci il tarixdə Lənkəran şəhərində vəfat etmiş və "Kiçik bazar"qəbiristanhğında dəfn olunmuşdur. X5 xx.xx.1938-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. X2, nənəsi X8r. Məhkəmə iclasında dindirilən şahid X9 ifadəsində bildirdi ki, X5 xx.xx.2000-ci il tarixdə Lənkəran şəhərində vəfat etmiş və "Kiçik bazar"qəbiristanhğında dəfn olunmuşdur. X5 xx.xx.1938-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. X2, nənəsi X8r. İş materiallarında olan və məhkəmədə elan edilmiş Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, məktubundan görünür ki, ərizəçiyə doğum faktının qeydə alınması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilmiş Azərbaycan Respublikasının Dövlət X4 verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X10 doğum tarixi haqqında heç bir səsnəd aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə elan edilmiş 067872 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X21 13 sentyavr 2000-ci il tarixdə 62 yaşında Lənkəran şəhərində vəfat etmişdir. Məhkəmə ərizəçini izahatını və şahid ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, həqiqətən də doğum faktı müəyyən olunması tələb edilən 1938-ci il təvəllüdlü X1 şəhərində doğulmuşdur. Ev şəraitində doğulmuşdur. Doğum faktının müəyyən edilməsi və doğumunun qeydiyyata alınması üçün lazımdır. Məhkəmə mərhum X10 1938-ci il tarixdə doğulmasını həm şahid ifadələrinə, həm də ölüm haqqında şəhadətnamədə 62 yaşında ölməsinə görə sübuta yetirilmiş hesab edir. Lakin doğum günü ilə bağlı konkret tarix göstərilən hər hansı sənəd müəyyən edilmə üçün, məhkəmə hesab edir ki, X10 doğum tarixi XX.XX.1938-ci il kimi müəyyən edilməlidir. Məhkəmə şahid ifadələrinə əsasən hesab edir ki, doğum faktı müəyyən edilən X10 atası X19, anası X8r. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan şahid ifadələri, iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nigah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5.7. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, X15 xx.xx.1938-ci il tarixdə Lənkəran şəhərində doğulması faktı müəyyən edilməli və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. X10 XX.XX. 1938-ci il tarixdə Lənkəran şəhərində doğulması faktı müəyyən edilsin. Akt qeydləri kitabının ata adı qrafasında X19, ana adı qrafasında X16 göstərilsin. Göstərilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq X10 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Hazırkı qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar