Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-220/2023 16.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X1, iddiaçı: İddiaçı, cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «maneənin aradan qaldırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı şifahi ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddianın baxılmamış saxlanmasına etirazı olmadığını bildirdi. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən və cavabdeh tərəf işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu geri qaytarılır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci tarixli, 21570 nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün Kapital Bank ASC vasitəsi ilə 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı «maneənin aradan qaldırılması» tələbinə iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-220/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-220/2023
16.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver