Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2223/2024 22.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.843 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39,4 manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Cavabdeh çoxdan bir kəndçisi kimi tanıyır. Münasibətləri yaxşı olduğuna görə onun üçün zamin qalmışdır. Belə ki, Cavabdeh “Mol Bulak» Bank Olmayan Kredit X3 Cəmiyyətinin (MMC) Lənkəran rayon filialından illik 19% hesabı ilə 12 ay müddətinə 2.000 manat kredit götürmüşdür. Bununla əlaqədar Cavabdeh ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin Lənkəran rayon filialı arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu öhdəlik üçün İddiaçı və X5 Cavabdeh üçün zamin durmuşlar. Cavabdeh 2015-ci ildən başlayaraq 2016-cı ilə kimi "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə kredit borcunu ödəmişdir. Sonradan cavabdeh öhdəliyi ödəməmişdir. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC kreditin ödənilməsi üçün Lənkəran rayon məhkəməsinə ərizə vermiş, məhkəmə cavabdehlər İddiaçı, X5 və Cavabdeh borcun tutulması barədə 06 fevral 2017-ci il tarixli qərar qəbul etmişdir. Cavabdeh X1 rayon məhkəməsinin əmrini icra etmədiyinə görə onun maaşından xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixə kimi cəmi 1721 manat (bir min yeddi yüz iyirmi bir manat ) pul tutulmuşdur. Bunda əlavə xx.xx.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Lənkəran Rayon İcra və Propasiya şöbəsinin hesabına işin icrası ilə əlaqədar 7 faiz 122 manat tutma aparılmışdır. xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023- cü il tarixli, xx.xx.2023-cü il taixli, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023- cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarından görünür ki, 1843 manat pul ondan Lənkəran rayon icra şöbəsinin qərarı əsasında tutulmuşdur. Cavabdeh özü işləyir. Hazırda cavabdehdən kredit borcuna görə ödənilən pul tələb olunsa da, cavabdeh həmin pulu ödəməkdən imtina edir. Dəfələrlə bildirilsə də, iddiaçının pulu qaytarılmamışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçı X8 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması ilə əlaqadar məhkəmə ərizə təqdim edərək, Cavabdeh 1.643 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39,4 manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddianı qəbul edir. Belə ki, ona verilmiş kreditə dair İddiaçı ona zamin olmuşdur. Sonradan həmin kredit məbləğini ödəyə bilmədiyinə görə həmin pul vəsaiti məhkəmə qərarına əsasən, iddiaçının əmək haqından tutulmuşdur. İddia tələbində ondan tələb edilən pulun iddiaçıya hissə-hissə ödənilməsinə razıdır. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran Rayon Məhkəməsinin 2(0490-1424/2017 nömrəli 06 fevral 2017-ci il tarixli məhkəmə əmrindən görünür ki, həmin məhkəmə əmri ilə borclular - 15 avqust 1965-ci il tarixdə doğulmuş, Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yaşayan Cavabdeh, 08 may 1958-ci il tarixdə doğulmuş, İddiaçı və xx xxxx 1963-cü il tarixdə doğulmuş, X2 əsas borc üzrə 1373.80 (bir min üç yüz yetmiş üç tam yüzdə səksən) manat, faiz borcu üzrə 223.42 (iki süz iyirmi üç tam yüzdə qırx iki) manat, cərimə borcu üzrə 120 (bir yüz iyirmi) manat, cəmi 1.717,22 (bir min yeddi yüz on yeddi tam yüzdə iyirmi iki) manat məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manatın tutularaq Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən kreditor "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə ödənilməsi qərara alınmışdır. Məhkəmə əmrinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, qeyd edilən borc cavabdehlərdən "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən tutulmuşdur. "xxxx" BOKT MMC ilə, Cavabdeh və İddiaçı arasında bağlanmış 0501-024979-02/1 №-li, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı, "xxxx" BOKT MMC ilə, Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 0501-024979-02 saylı kredit xətti müqaviləsi və həmin kredit müqaviləsi çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə Cavabdeh tərəfindən öhdəliyin icrası üçün bank qarşısında üzərinə götüdürdüyü öhdəliklərin icrasına dair məsuliyyəti öz üzərinə götürmüşdür. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1244/2017 nömrəli xx.xx.2017-ci il tarixli məktubu ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1244/2017 nömrəli xx.xx.2017-ci il tarixli məhkəmə əmri icra edilməsi üçün Lənkəran rayon İcra şöbəsinə göndərilmişdir. X4 Təsərrüfatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı X4 Təsərrüfatında fəhlə vəzifəsində işləyir. X4 Təsərrüfatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından və ödəniş tapşırıqlarından görünür ki, İddiaçı əmək haqqından "xxxx" BOKT MMC-nin xeyrinə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1244/2017 nömrəli xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin icrası ilə əlaqadar 1.843 manat məbləğində pul vəsaiti tutulmuşdur. ********** nömrəli xx.xx.2024-cü il yatixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia tələbi ilə əlaqadar 39,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır Həmin Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəlləsinin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəlləsinin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tələblərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edilməli, Cavabdeh 1.643 manat məbləğində pul, həmçinin ödənilmiş 39,4 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.643 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39,4 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2223/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2223/2024
22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver