Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2245/2025 10.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh qarşı “əmlakın qanunsuz zəbt edilməsinin qarşısının alınması, şəhid adına hörmətin təmin edilməsi və kənd sakinlərinin hüquqlarının müdafiəsi” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh qarşı “əmlakın qanunsuz zəbt edilməsinin qarşısının alınması, şəhid adına hörmətin təmin edilməsi və kənd sakinlərinin hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 bələdiyyəsinə məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etməsinə qanuni qiymət verilməsi, həmin sahə zəbt olunmuş vəziyyətdən azad edilərək çəkdiyi hasarın geri çəkilməsi, zəbt olunmuş ərazidən keçən və əvvəl mövcud olan kanal cavabdehin hesabına bərpa olunaraq əvvəlki vəziyyətinə qaytarılması, qanunsuz doldurulmuş torpaq sahəsinin təmizlənməsi, şəhid X3 adına olan küçədən keçən alternativ açıq kanal tamamilə ləğv edilməsi, küçənin əvvəlki vəziyyətinə qaytarılaraq tam istifadəyə yararlı vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 10:00-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi Nümayəndə ayrıayrılıqda məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdilər. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, İddiaçı1 100 manat dövlət rüsumu ödəmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə və MPM-nin 114.1.5, 263, 264 və 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh qarşı “əmlakın qanunsuz zəbt edilməsinin qarşısının alınması, şəhid adına hörmətin təmin edilməsi və kənd sakinlərinin hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı1 xx.xx.2025-ci il tarixli, ********** qəbz əsasında ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-2245/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2245/2025
10.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver