Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2263/2025 21.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi tələbinə” dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə Lənkəran regional "Asan Xidmət" mərkəzi Qeydiyyat şöbəsində 268 nömrə ilə qeydə alınmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1985-ci ildə Lənkəran şəhərində anadan olmuş, iş uzrə cavabdeh olan Cavabdeh ilə 2024-cü ilin avqust ayında tanış olublar. İddaçı cavabdeh ilə tanış olanda Rasim, Ayselə bildirmişdir ki, o, Bakı şəhərində ofis işi ilə məşğul olur və Bakı şəhərində Abşeron rayonunun Xırdalan qəsəbəsində fərdi yaşayış evi vardır. Ailə qurandan sonra Bakı şəhərində yaşayıblar. Lakın sonradan 1 ay keçəndən sonra Cavabdeh Ayselə bildirib ki, atası Bakı şəhərinə köçməyilərinə icazə vermir. Əgər cavabdeh ona desəydi ki, onlar ailə qurandan sonra yaşamaq uçun Bakı şəhərinə getmirlər, onda o, cavabdehlə evlənməyə razılıq verməzdi. Sonradan ona məlum olub ki, cavabdehin Bakı şəhərində ofis işi və evi də yox imiş. Hansısa çayxanada köməkçi işləyirmiş. Onu aldatmağı uzə çıxıb, bu barədə Rasimdən soruşanda ona bildirmişdir kı, o, həm də xəstədir, zəifliyi var, həkimlər ailə qurmağına icəzə vermirlər. Cavabdeh iddaçını məcbur edirmiş ki, iddaçı toyu tez etsin, sonra cavabdeh öz toyunu etsin. Toy etməmişlər, həmin vaxtdan cavabdehlə ayrılmışlar. Cavabdehin marağı iddaçın aldatmaq olub ki, toyunu edib, toyun pulunu alıb, toyun səhəri aradan qaçsın. İddaçının valideynləri cavabdehin ailəsinə deyiblər ki, bəs deyirdiniz ki, oğlan Bakı şəhərində ofis işində işləyir və Bakı şəhərində evi vardır. Bundan sonra Ayselin ailəsi bilib ki, cavabdeh və onun atası onları aldadırmışlar. Məqsədləri də odur ki, onu alsınlar, beləliklə də, bundan sonra cavabdehin yalanlarının hamısı üzə çıxıb. Cavabdeh yalanları üzə çıxdıqdan sonra daha ona zəng etməmiş və heç bir əlaqə saxlamamışlar. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə əlavə olaraq bildirmişdir ki, o, Cavabdeh ilə bir tanışlarının vasitəsilə tanış olmuşdur. Onlar ailə qurmağı planlaşdırmışlar. Bu məqsədlə də birgə Lənkəran “ASAN Xidmət” mərkəzind yerləşən qeydiyyat şöbəsinə gedərək rəsmi nikah qeyd etdirmək üçün ərizə təqdim etmişlər. Ərizə verdikdən bir ay sonra yenidən qeydiyyat şöbəsinə gedərək, aralarında rəsmi nikah qeyd etdirmişlər. Bundan sonra Cavabdeh valideynlərinə məxsus olan Lənkəran rayonu, Separadi kəndində yerləşən evə gəlin köçmüşdür. Həmin evdə Cavabdehla ailə münasibətində yaşamışlar. Birgə yaşadıqları dövrdə onların arasında mübahisələr yaranmağa başlamışdır. Nəhayət münasibətləri dözülməz həddə çatmışdır və o, Rasimin evindən çıxaraq valideynlərinin Xarxatan kəndində yerləşən evinə qayıtmışdır. Onların birgə nikahdan övladları yoxdur, o, hamilə deyildir. Odur ki, iddanın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Axundov X1 rayon Məhkəməsinə ərizə təqdim edərək, İddiaçı ona qarşı “nikahın etibarsız sayılması” barədə iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə, Cavabdeh iddianı eitraf etməsini nikahın etibarsız sayıması üçün qanunvericilikdə belə bir əsasın, yəni, tərəflərin qarşılıqlı razılığı əsasında nikahın etibarsızlığı barədə müddəa nəzərdə tutulmadığından qəbul etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını və iddiaçının iddiasının əsası kimi istinad etdiyi dəlilləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 616438 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında rəsmi nikah qeydi Lənkəran regional "Asan Xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən qeydə alınaraq bu barədə xx.xx.2024-cü il tarixdə 268 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan arvada Axundova soyadı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Məhkəmə iclasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin “Nikah yaşı” adlanan 10-cu, “Nikahın bağlanma şərtləri” adlanan 11-ci, “Nikahın bağlanmasına mane olan hallar” adlanan 12-ci və “Nikaha daxil olan şəxslərin tibbi müayinəsi” adlanan 13-cü maddələrinin (yəni, AM-in 13.3-cü maddəsinin) şərtlərinin pozulması halı müəyyən olunmadı. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 26.1.3-cü maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız saylımasını tələb etmək hüququna malikdir. Digər tərəfdən, qanunvericinin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Belə ki, saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Bununla belə, məhkəmə qeyd edir ki, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün, bu tip mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, həmçinin ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb olacaqdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Qanunvericinin qeyd edilən mövqeyi, müvafiq icra hakimiyyəti orqanında qeydə alınmış nikahın hüquqi nəticələrinin tanımaqla bərabər, həmçinin nikaha daxil olarkən şəxslərin iradə ifadəsinin ailə qurmaq istiqamətində olması “prezumpsiyasını” yaradır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir”. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mülki mübahisəyə də məhz yuxarıda göstərilən aspektdən, yəni nikaha daxil olan şəxslərin iradə ifadələrinin təfsiri aspektindən yanaşılmalıdır. Belə ki, məhkəmə iclasında iddiaçının izahatından və işin müəyyən edilmiş hallarından aydın olur ki, tərəflər arasında nikah xx.xx.2024-cü il tarixdə Lənkəran regional "Asan Xidmət" mərkəzi Qeydiyyat şöbəsində 268 saylı akt qeydi ilə rəsmiləşdirilmişlər. Tərəflər nikah bağlanmamışdan bir ay əvvəl könüllü olaraq birgə qeydiyyat şöbəsinə gedərək, bu barədə rəsmi müraciət etmişlər. Tərəflər arasında rəsmi nikah qeydə alındıqdan sonra iddiaçı, cavabdehin valideyninə məxsus olan evə gəlin köçmüş və orada birgə tədərrüfat idarə etmişlər. Sonradan tərəflər arasında mübahisə yarandığından və münasibətləri polzulduğundan onlar ayrılmışlar. Göründüyü kimi, tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilkdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamış, o cümlədən, nikah ailə qurmaq niyyəti ilə bağlanmışdır. Eyni zamanda, iddiaçı və cavabdeh bu evliliyin öz iradə ifadələri ilə qurulduğunu, ailə qurmaq niyyətlərinin olduğunu bildirmişlər. Tərəflər niyyətlərini bildirməklə ərizə ilə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə rəsmi nikaha daxil olmuş, bir müddət keçdikdən sonra xasiyyətləri uyğun gəlmədiyindən münasibətləri pozulmuşdur. İddiaçı nikahın etibarsızlığını isə faktiki nikah münasibətlərinə girməməklə əsaslandırır. Məhkəmə, qeyd edir ki, qanunverici nikahın etibarsızlığını məhz ilk andan tərəflərin ailə qurmaq niyyətinin olmaması ilə əlaqələndirmişdir. İşin yuxarıda göstərilən halları təsdiq edir ki, tərəflərin nikahı bağlanarkən iki şəxsin birgə ailədə yaşamaq niyyətləri durmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan əlavə, cavabdehin iddiaçının iddia ərizəsində göstərilənləri etiraf etməsi qanuna ziddir və məhkəmə tərəfindən qəbul edilməməlidir. Belə ki, tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilkdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamış, o cümlədən, nikah ailə qurmaq niyyəti ilə bağlanmışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi tələbi” barədə iddiası təmin edilməsin İddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2263/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2263/2025
21.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver